129
baxımından dəqiq təhlilinin aparılmasına daha geniş
imkanlar açır.
Situasiyanın inkişaf xüsusiyyətlərindən çıxış edərək
demək olar ki, oxucunun mövzuya “geniş mənada”
dayanıqlı maraq göstərməsi bu mövzunun daim yenilik
elementlərinə malik olması, geniş diskussiya aparmaq
imkanları, konstruktiv tənqid, şəxsi qiymətləndirmə,
insanların sosial-siyasi, iqtisadi və digər maraqları,
eksperimental yoxlama imkanları, problemin aktuallığı və s.
ilə izah olunur.
Müstəqillik illərində iqtisadi problematikanın
Azərbaycan mətbuatında özünə geniş yer tutması və inkişafı
publisistikanın
analitik şərh janrını sözün həqiqi
mənasında yenidən mətbuat səhifələrinə qaytarmışdır. Əgər
yazı bu janrda hazırlanmışdırsa, publisistik materialın məğzi
yalnız sadəcə olaraq cəmiyyətdə “səs-küy yaradan” və ya
“kiməsə toxunan” kəskin, aktual problemə diqqətin cəlb
edilməsindən ibarət olmur. O, eyni zamanda problemin
başqa KİV-lərdə də geniş müzakirə olunmasına şərait
yaradır.
Metod kimi, şərh özünü bütün analitik janrlarda
göstərə bilir. Müasir qəzet, teleradio və internet
jurnalistikasında şərh auditoriyanın diqqətini ciddi ictimai
maraq kəsb edən aktual fakta yönəltmək, şərh edilən faktın
vacibliyini anlamaq, şərh olunan hadisənin gələcək
inkişafını proqnozlaşdırmaq, misallara və nümunələrə
əsaslanaraq problemin həlli yollarını göstərmək
məqsədlərini daşıyır.
64
Qlobal iqtisadi problemlərlə bağlı verilən şərhlər
özünün səciyyəvi xüsusiyyətlərinə malikdir. Bu şərhlər ilk
növbədə cəmiyyətdəki iqtisadi problemlərlə əlaqədar başqa-
64
Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı. “Elm”
nəşriyyatı, 2006. səh. 254.
130
ları tərəfindən də aktual və maraqlı şərhlərin verilməsinə yol
açır. Bu, hər şeydən əvvəl problemin həlli sahəsində beynəl-
xalq təşkilatların və hökumətlərin qəbul etdiyi qərarlar,
xidmət qurumlarının fəaliyyəti, qiymət artımları, tariflər və
s. Sahələrdə daha qabarıq şəkildə özünü büruzə verir.
Adətən, şərhin müəllifi tanınm Adətən, şərhin müəllifi
tanınmış jurnalistlər, ya da sahə üzrə mütəxəssislər olurlar.
Şərhçi seçilərkən sözügedən sahədə az tanınan mütəxəs-
sislərin cəlb oluması fikrindən uzaq olmaq tövsiyə olunur.
Jurnalist-iqtisadçılar üçün irəli sürülən əsas tələblər-
dən biri də odur ki, onlar qlobal iqtisadi problemlərin həlli
məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların fəaliyyət-
lərini müntəzəm olaraq izləməli, onların və hökumətlərin bu
sahədə həyata keçirdikləri tədbirlər və əldə olunan nəticələr
barədə məlumatlı olmalıdırlar.
Dostları ilə paylaş: