Demoqrafik partlayış, demoqrafik inqilab və onların aradan qaldırılması perspektivləri
XIX əsrin əvvəllərində Yer kürəsində əhalinin sayı 1
milyarda çatdı. O zaman əhalinin sayının ikiqat artması
üçün iki yüzillik tələb olunmuşdu. Növbəti ikiqat arptım
üçün isə 120 il tələb olundu; 2 milyardlıq hədd XX
yüzilliyin 20-ci illərində aşıldı. Yer kürəsində əhalinin
sayının növbəti iki dəfə artmasına 50 il tələb olundu. XX
əsrin 70-ci illərində bu rəqəm 4 milyard oldu. 2011-ci il
oktyabr ayının 31-nə olan məlumata görə, dünya əhalisinin
sayı 7 milyardı keçdi. XX əsrin ikinci yarısında əhali
artımının bu cür fasiləsiz tempi “demoqrafik partlayış” adını aldı.
Lakin, bu təzahür bəşəriyyət tarixində yeni bir təzahür
deyil. Demoqrafik partlayış demoqrafik inqilab ilə izah
76
İnsan İnkişafı Hesabatı 2010. Human Development Report 2010.
UNDP Azerbaijan. Bakı, 2010, səh. 6-7.
176
olunur və bu zaman əhali istehsalı sahəsindəki radikal dəyi-
şikliklər nəzərdə tutulur. Bu cür dəyişikliklərin nəticəsində
doğumla ölüm dövrləri arasında fərqlər yaranır.