Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə128/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   284
Demoqrafik partlayış  demoqrafik inqilabın başa 
çatmamasının nəticəsində baş verir.  
Demoqrafik inqilab nə üçün baş verir? Bunun əsas 
səbəbi ölümün sayının kəskin  şəkildə  aşağı düşməsidir. 
Ölümün səbəblərini iki yerə bölürlər: ekzogen (yun. - xarici 
səbəblərdən baş verən)  və  endogen  (yun. - daxili 
səbəblərdən baş verən) səbəblər. Ölümün birinci növünə aid 
olan səbəblərə xarici şəraitin, məsələn, təsadüfi hadisələrin, 
müharibələrin, antisanitariyanın, aclıq və s.-nin insana təsiri 
aid edilir. Endogen səbəblər isə  təbii qocalma və  ətraf 
mühitin mənfi təsiri ilə əlaqədar olan səbəblərdir. 
Ölümün kəskin  şəkildə  aşağı düşməsi ekzogen 
ölümün aşağı düşməsi hesabına baş verir. Demoqrafik 
inqilab ekzogen ölümün kəskin  şəkildə  aşağı düşməsi 
nəticəsində baş verir. Lakin, demoqrafik inqilabın 
demoqrafik partlayışa gətirib çıxarması üçün eyni zamanda 
əhalinin prokreasiya (lat. – procreatio – yaranma, doğulma, 
dünyaya gətirmə) davranışının saxlanılması vacibdir (yəni, 
uşağın doğulması ilə bağlı davranış).  
Avropanın timsalında demoqrafik inqilabın iki tipini 
göstərmək olar – fransız və ingilis. XIX əsrin  əvvəllərində 
bu ölkələrdə ölümün sayı kəskin şəkildə aşağı düşür. Lakin 
Fransada ölümlə yanaşı doğum hallarının sayı da aşağı 
düşür, İngiltərə də isə prokreasion davranış dəyişməz olaraq 
qalır.  Bu  da  ona  gətirib  şıxarır ki, XIX əsrin sonunda 
İngiltərədə  əhalinin sayı 3,4 dəfə artır, yəni  İngiltərə 
demoqrafik inqilab şəraitini yaşayır, Fransada isə bu proses 
nəzərə çarpmır.  
Müasir demoqrafik partlayış onunla fərqlənir ki, Yer 
kürəsinin böyük hissəsini təşkil edən  əhali arasında ölüm 
faizi bəşəriyyət tarixində görünməmiş  şəkildə  aşağı 


177 
 
düşmüşdür. Digər sözlərlə desək,  əvvəlki prokreasion 
davranış saxlanılaraq ümumdünya demoqrafik inqilabı baş 
vermişdir və biz ümumdünya demoqrafik partlayışla 
qarşılaşmışıq və bu partlayış  əvvəlkilərdən daha güclüdür 
və lokal xarakter daşıyır. 
Demoqrafiq partlayışın mahiyyətindən aydın olur ki, 
bu təzahür müvəqqəti xarakter daşıyır və deməli o, tez və ya 
gec dayanmalıdır. Lakin, “demoqrafik partlayış  nə vaxt 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin