jurnalist təhqiqatı metodundanistifadə jurnalistə
beynəlxalq münasibətlər sisteminə, bu sistemdə dövlətlərin
yerini və rollarını qiymətləndirməyə, bütövlükdə problemə
daxildən baxmaq, onun həllinə şəxsi töhfəsini vermək
imkanı verir. Bu çox vacibdir, çünki ən kritik situasiyalarda
investiqeytiv jurnalistikaya müraciət edirlər. Bir qayda
olaraq, bu cür publikasiyaların təsiri daha güclü olur; e)
peşəkar, səriştəli təhlil və ya monitorinq (beynəlxalq
aləmdə baş verən proseslərin sistemli müşahidəsi)kimiiş
formalarındanistifadə olunması da məqsədəuyğundur.Bu iş
forması beynəlxalq problematikaya aid ətraflı arayışlar
hazırlamağa imkan verir.