149
coğrafiyasında müəyyən dəyişikliklər əmələ gəlmişdir. Əgər
kəçən əsrin 70-ci illərində Şərqi Asiyada təxminən 500
milyon doyunca yeməyən insan (dünya səviyyəsinin
yarısından çoxu) var idisə, Afrikada, Böyük Səhradan
cənuba doğru onların sayı 10 % təşkil edirdisə, sonrakı
illərdə aclıq daha çox Afrikaya doğru yerini dəyişir. 90-cı
illərin başlanğıcında Şərqi Asiya ölkələrində xroniki
doyunca yeməyənlərin sayı iki dəfə azalır, onların əhalinin
tərkibindəki çəkiləri isə 44 %-dən 16%-ə düşür. Bununla
bərabər, tropik Afrika ölkələrində doyunca yeməyənlərin
sayı iki dəfə artır və 175 milyona çatır və əhalinin 37 %-ni
təşkil edir, yəni hər üçüncü sakin xroniki olaraq doyunca
yemir. Uşaq ölümünün yüksək olduğu bu ölkələrdə ömrün
orta uzunluğu heç 50 yaşa da çatmır.
Dostları ilə paylaş: