perspektivli yollarından biri kənd təsərrüfatı ilə sənayenin
birgə, paralel inkişaf etdirilməsidir. Biotexnologiyaların
yaradılması qısa müddət ərzində ərzaq probleminin həllinə
şərait yarada bilər, yəni bu texnologiyalar kənd əhalisi tərə-
findən çox asanlıqla mənimsənilir və infrasitruktura o qədər
də böyük kapital qoyuluşu tələb etmir.
KİV diqqəti inkişaf etməkdə olan ölkələrin kənd
təsərrüfatına qoyulan xarici yardımın miqdarına da cəlb
edirlər. Məsələn, hər il bu ölkələrin 2 milyard dollar
yardıma ehtiyacı olduğu halda, cəmi 430 milyon dollar
yardım edilir. Bu da olduqca azdır.