Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin


İnkişaf etməkdə olan ölkələrdə aclıqdan əziyyət



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə111/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   107   108   109   110   111   112   113   114   ...   284
 
İnkişaf etməkdə olan ölkələrdə aclıqdan əziyyət 
çəkənlərin kəmiyyət göstəriciləri 
(mln. nəfərlə) 
 
 
region 
 
      illər 
 
 
1969 – 
1971-ci llər 
 
1971 – 1981- 
ci illər 
 
1983 – 1985-
ci illər 
 
2008 –2012-
ci illər 
 
Afrika 
 
92 110  140 
 
265 
Asiya və 
Sakit okean 
281 288  291 
 
642 
Latın 
Amerikası 
 
51 52  55 
 
53 
Yaxın və 
Orta Şərq 
 
35 24  26 
 
42 
 
Cəmi 460 
475 512 
 
1 mlrd. 
 
150 
 
 
Əvvəlki kimi, Cənubi Asiya ölkələrində aclıqdan 
əziyyət çəkənlərin sayı çoxdur. Burada əhalinin 24 %-ni 
aclar və doyunca yeməyənlər təşkil edirlər. Asiya 
ölkələrində 
ərzaqla bağlı 
vəziyyətin yaxşılaşması 
yüksəkməhsuldarlı düyü və buğda toxumlarının səpininin 
genişləndirilməsi və mineral gübrələrdən istifadənin 
artırılması ilə (yaşıl inqilab) izah olunur. 
Ac qalanların mütləq sayına görə dünyada birinci yeri 
Cənubi və  Cənubi-Şərqi Asiya regionu tutur. İnkişaf 
etməkdə olan ölkələrdəki acların ümumi sayının yarıdan 
çoxu bu regionda yaşayır. Nisbi göstəriciyə görə isə Afrika 
liderlik edir. Latın Amerikası, Yaxın və Orta Şərq üçünsə
bu təzahür o qədər də xarakterik deyildir. 
 Bu  ölkələrdə gündəlik kalori qəbulu tibbi normanı 
keçmir, zülal (protein) qəbulu isə tibbi normaya tam uyğun 
gəlmir.  İnkişaf etməkdə olan ölkələrin böyük əksəriyyəti 
üçün bitki rasionunun qəbulu daha xarakterikdir. Həm də 
burada qida rasionunda adətən bir-iki ərzaq növü üstünlük 
təşkil edir. Ərzaq məhsulları ilə qeyri-kafi təminat 
insanların orta ömür uzunluğunun göstəricilərinə mənfi təsir 
göstərir. Bu, eyni zamanda, onların sağlamlığına, fiziki iş 
qabiliyyətinə, xəstəliklərə qarşı müqavimətinə, müasir 
yüksəksəviyyəli texnolojı istehsal proseslərinə adaptasiya-
larına da təsir edir. Hər il dünyada bilavasitə aclıqdan 13-18 
mln. insan ölür və onların ¾ -nü uşaqlar təşkil edir.  
Mütəxəssislərin fikrinə görə, insanın normal 
qidalanması üçün onun hər 1 kq. çəkisi üçün 40-46 kalori, 
hamilə qadınlara, uşaq əmizdirən analara və 10 yaşına qədər 
uşaqlara isə daha çox kalori tələb olunur. Ümumiyyətlə, 
insanın orta gündəlik qida rasionu 2500 kaloridən az 
olmamalıdır. Əlbəttə, bu mütləq surətdə yüksək hədd deyil. 
O, yerli iqlim şəraitindən, fərdin fizioloji tələbatından, əmək 
fəaliyyətinin intensivliyindən və s. asılı olaraq dəyişə bilər. 
Bununla yanaşı, qəbul olunmuş kalori özü-özlüyündə insanı 


151 
 
gizli aclıqdan xilas edə bilmir. Məsələn, mədəni hər gün 
batat (şirin kartof) və düyü ilə doldurmaq, lakin bu zaman 
orqanizmdə bir sıra qida elementləri çatışmadığı üçün 
xroniki yararlı kimi qalmaq mümkündür.  
Məhz bu təzahür, yəni hər hansı bir ərzağın 
dominantlığı bir çox xalqların qidalanmasında müşahidə 
olunur. Bu da pəhrizə yeknəsək
 
xarakter verməklə yanaşı, 
həm də gizli aclıq formalarına gətirib çıxarır. Məsələn, 
Cənubi və  Cənubi-Şərqi Asiyanın bir çox ölkələrində 
ənənəvi olaraq qida rasionunun 70 %-i, İndoneziyanın Qərbi 
Yava rayonlarında isə 90 %-ə  qədəri düyüdən ibarət olur. 
Bu da yerli əhalinin sağlamlığına təsirsiz ötüşmür, insanlar 
beri-beri (vitaminsizlik) xəstəliyindən əziyyət çəkirlər.  
Afrikanın savanna zonalarında daha çox darıkimilər 
(kalış daxil olmaqla) əkib-becərirlər. Burada yaşayan  əhali 
40 %-ə  qədər kalorini həmin bitkilərdən alır. Qitənin 
meşəlik zonalarında yerləşən ölkələrdə isə  əhalinin qida 
rasionunda kökkimilər – yams (kökündən kraxmal alınır), 
maniok (kökündən un hasil edilir) və batat üstünlük təşkil 
edir. 
 
Latın Amerikasında daha ciddi vəziyyət yaranmışdır. 
Meksikada, Mərkəzi Amerikanın ayrı-ayrı ölkələrində  və 
hindilərin məskunlaşdıqları  ərazilərdə isə daha çox 
qarğıdalıdan istifadə edirlər. Məsələn, Qvatemalada əhali 
kalorinin 60 %-ni qarğıdalıdan alır.  
Hindistan və Banqladeş  də aclıqdan  əziyyət 
çəkənlərin sayına görə Afrika ilə eyni vəziyyətdədirlər. Eyni 
zamanda, buradakı  vəziyyət kəskin sosial bərabərsizlik
kənd təsərrüfatında iri torpaq sahiblərinin hökmranlığı, 
yoxsul kəndli kütləsinin  əlində geniş torpaq sahələrinin 
olmaması 
və s. buradakı 
vəziyyəti daha da 
mürəkkəbləşdirir. Latın Amerikası ölkələrinə  gəlincə isə, 
burada on milyonlarla ac və doyunca yeməyən insanların 
olmasına baxmayaraq (Qvatemala, Honduras, Peru, Haiti və 
152 
 
s.), vəziyyət o qədər də gərgin deyildir.  
 “Dünyanın aclıq qütbü” adlandırılan Afrikada əhali 
dünyanın bütün regionlarının sakinlərindən pis qidalanır. 
XX əsrin sonu, XXI əsrin əvvəllərində bu qitənin 150 mln. 
sakini aclıq və doyunca yeməmək təhlükəsi ilə üz-üzə qalıb. 
Vaxtaşırı baş verən quraqlıqlar nəticəsində yaranmış kəskin 
ərzaq çatışmazlığı qitənin Sahel bioiqlim zonasında (Böyük 
Səhra və savannanın kəsişməində) yerləşən bir çox 
ölkələrini ciddi təhlükə ilə üz-üzə qoymuşdu.  
Fransanın “Mond” qəzeti 80-ci illərin sonunda 
Sudanın aclıq girdabında qovrulan şəhər və  kəndlərini bu 
cür təsvir edirdi: - quraqlıqdan çat-çat olmuş torpağın 
üstündə oturan, skeletləri sanki dəriyə bükülmüş  uşaqların 
gözləri bir nöqtəyə zillənmişdir. Üzgün sifətli qadınlar 
səssiz-səssiz ağlayırlar. Sinələri çökmüş kişilər yalvarıcı 
baxışlarla  əcnəbilərə bir ovuc durra (sorqonun bir növü. – 
İ.M.) və ya bir necə litr su müqabilində öz xidmətlərini 
təklif edirlər. Cırıq kiş parçalarından olan çadır cərgələri 
sonsuzluğa qədər uzanıb gedir. Hər tərəf aclıqdan ölmüş 
keçi, inək və  dəvə leşləri ilə doludur. Minlərlə sudanlı da 
aclığın qurbanı olmuşdur.  
1980-ci illərdə Afrikada baş vermiş kütləvi aclıq 
qaçqınlar problemini də  kəskinləşdirir.  İnsanlar qida və su 
tapmaq ümidi ilə böyük kütlə halında qızmar günəş altında 
qovrulan səhralarda dolaşırdılar. Səhraları piyada keçmək 
iqtidarında olmayan qocaları isə evlərdə atıb (demək olar ki, 
ölümlə baş-başa) gedirdilər. Üzücü yollarda aclıqdan, 
doyunca yeməməkdən, susuzluqdan və müxtəlif mədə 
xəstəliklərindən hətta gənclər də məhv olurdular. Şahidlərin 
söylədiklərinə görə, başlarını itirmiş
 
qadınlar uşaqlarını 
xilas etmək üçün yalvarır, onları bir kisə durraya dəyişməyi 
təklif edirdilər. Bu və buna bənzər digər mənzərələr 
aclıqdan ölən minlərlə insanın faciəsini bütün çılpaqlığı ilə 
nümayiş etdirirdi.   


153 
 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin