Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə239/284
tarix02.01.2022
ölçüsü2,55 Mb.
#2728
növüDərs
1   ...   235   236   237   238   239   240   241   242   ...   284
 
Mövzu 14.
 
Qlobal problemlərin həlli beynəlxalq 
təşkilatların və jurnalistikanın fəaliyyət sferasında 
 
Qlobal problemlərin qarşılıqlı  əlaqələri,  əhatəliliyi, 
uzunmüddətli olması, bəşəriyyətin qarşısında bu 
problemlərin neytrallaşdırılmasının və  zəifləməsinin yeni 
şəkildə qoyulması. Bu problemlərin kəskinləşməsinin 
irəlicədən proqnozlaşdırılması  və  həlli yollarının birlikdə 
müəyyənləşdirilməsi. 
Yeni dünya qaydaları və onların həllinin ümumi prin-
siplərinin bütün planetdə sülh və ədaləti bərqərar etmək və-
zifəsinin qarşıya qoyulması. Bu vəzifələri yerinə yetirmək 
üçün adamların həyat tərzində  və  şüurunda köklü 
dəyişikliklərin edilməsi zərurəti. Təcavüzkarlığın hər cür 
təzahür formalarının qarşısının alınması üçün birgə sülh 
tədbirlərinin həyata küçirilməsi. Bəşəriyyətin öz səylərini 
bu problemlərin həllinə doğru birləşdirməsi zərurəti dövrün 
tələbi kimi. 
Yerin təkinin vahidliyi, onun ehtiyat mənbələrindən 
elmi cəhətdən  əsaslandırılmış ümumi istifadə edilməsi 
prosesinin uzaqgörənliklə idarə olunması bacarığı. Bunun 
üçün sülhün və dinc yanaşı yaşamagın bərqərar olması, 
hərbi xərclərin kəskin  şəkildə azaldılmasının gərəkliyi. 
Bütün dövlətlərin hərtərəfli  əməkdaşlığı, mənafelərinin 
qarşılıqlı  nəzərə alınması, elmin inkişafı  və onun 
nailiyyətlərinin zənginləşdirilməsi. 
Ən müxtəlif səviyyələrdə ikitərfli və çoxtərəfli, 
məhəlli və ümumdünya miqyasında müxtəlif beynəlxalq 
institutlardan, hər şeydən əvvəl BMT-nin imkanarından isti-
fadə etməklə, beynəlxalq əməkdaşlığın hər vasitə ilə geniş-
ləndirilməsi. 
336 
 
Regional münaqişələrin həllində, müxtəlif fəlakətlərin 
– ekoloji böhranların, aclığın, ağır xəstəliklərin və s. aradan 
qaldırılmasında beynəlxalq səylərin birləşdirilməsi. 
Müxtəlif ölkələrin mənafe balansı əsasında yeni bey-
nəlxalq siyasi qaydaların qurulması və dünyanın idarə olun-
ması  tədbirlərinin gücləndirilməsi. Yeni dünya nizamının 
bütün dövlətlərin mənafeyinin nəzərə alınması  əsasında 
formalaşması. 
Qlobal problemlərin həllində beynəlxalq təşkilatların 
rolu. Sülhün qorunub saxlanılmasında, beynəlxalq təhlükə-
sizliyin təmin olunmasında BMT-nin xidməti. 
Qlobal problemlərin həlli üçün ilkin şərt olan 
beynəlxalq  şəraitin yaradılması.  Ətraf mühitin qorunması, 
ərzaq və  səhiyyə  vəziyyətinin normal hala salınması, canlı 
mühitin qorunması, atmosferin, məhəlli dənizlərin, yerüstü 
canlı ehtiyat mənbələrinin qorunması, müxtəlif energetika 
növlərinin mühitə təsirinin öyrənilməsi. 
Qlobal problemlərin araşdırılmasında, təbii mühitin 
vəziyyətini izləyən ümumdünya xidmətinin təşkilində, ətraf 
mühitin mühafizəsi üzrə beynəlxalq hüququn müxtəlif 
aspektlərinin işlənib hazırlanmasında BMT və digər 
beynəlxalq təşkilatların rolunun öyrənilməsi. 
Qlobal problemlərin beynəlxalq xarakterinin açılma-
sında və beynəlxalq təşkilatların onların həllinə  cəlb edil-
məsində, bu sahədə onların fəaliyyətinin işıqlandırılmasında 
KİV-in rolu. Bu mövzuda materialların tematik və janr 
xüsusiyyətləri. 
 
Qeyd: Kursun proqramı  İ.Mazanlı  tərəfindən 
hazırlanmış  və Azərbaycan Respublikası  Təhsil nazirinin 
21.02.2008-ci il tarixli 235 saylı  əmri ilə kursun proqramı 
kimi təsdiq edilmiş və çap olunmuşdur
 


337 
 

Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   284




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin