73
məsələlərin işıqlandırılmasında məhdud islahatçılıq meylləri
nümayiş etdirsə və hökumətin siyasətinə qarşı açıq
çıxışlardan çəkinsə də, öz səhifələrində müharibə ilə bağlı
mövzulara geniş yer verirdi. Jurnal əksər saylarında öz
üslubuna uyğun olaraq müharibənin mahiyyətinin
açılmasına, onun insanlara, ayrı-ayrı ölkələrə, bütövlükdə
bütün dünyaya fəlakət gətirməsini əks etdirməyə səy
göstərirdi. Jurnalda “Avropa müharibəsi” başlığı altında
ayrıca bölmə yaradılmışdı. Bu başlıq altında müxtəlif
ölkələrdən müharibəyə aid alınmış xəbərlər, məqalə və
felyetonlar dərc edilirdi. Müharibə mövzusunda verilən
materiallar jurnalın satirik üslubuna uyğunlaşdırılır, ...
müharibə xəbərlərinin maraqla oxunması üçün ondan sonra
satirik şeirlər verilirdi.
34
Jurnalın 1915-ci il 26-cı sayından bir neçə nömrəsi
şəkillərlə çıxmağa başlayır ki, bu da müharibə mövzusunda
yazıların insanların hisslərinə təsirinin effektivliyini artırır,
problemin daha aydın və təsirli işıqlandırılmasına imkan
yaradır. Görkəmli rəssam Əzim Əzimzadənin jurnalın 1915-
ci il 27-ci sayında oxucuya təqdim etdiyi şəkildə belə bir
mənzərə təsvir olunur: bir tərəfdə “müharibəni başlayanlar”
əlləri cibində qürurla dayanıb havadan hücuma keçən
təyyarə və balonlara baxırlar, digər tərəfdə isə qan tökülür,
amansız müharibə səhnəsi aparılır. Şəklin altında isə
müharibə pərəstişkarlarnın bu sözlərini oxuyuruq: “Bir işdir
tutmuşam, Allah xatirinə keç mənim üçün (sülhə dair).”
Əlbəttə, bu sözlərin kinayə ilə deyilməsi açıq-aydın hiss
olunur.
Ə.Əzimzadənin jurnalda çap olunmuş başqa bir
şəklində (9 dekabr 1915-ci il, № 33) Almaniyanın öz
müttəfiqlərinin boğazına ip salıb onları darta-darta top
34
Axundov N. Azərbaycan satirik jurnalları (1906-1920-ci illər). Bakı,
1968, səh.110.
74
qabağına apardığı təsvir olunur. Şəklin altında isə “Haqq
sözdür. Cəhənnəmə gedən özünə yoldaş axtarır” sözləri
yazılmışdır.
Qərb ölkələrinin, xüsusilə də Almaniyanın müharibə
aparmaqda məqsəd və motivlərinin ifşa edilməsi Ə.Əzimza-
dənin şəkillərinin əsas qayələrindən birini təşkil edir.
Rəssamın “İranın indiki vəziyyəti” adı ilə çap etdirdiyi
başqa bir rəsmdə isə müharibənin Şərq ölkələrinin həyatını
acınacaqlı vəziyyətə salması göstərilir. Rəsmdə (1915-ci il,
№ 31) İran quru müqəvva, imperialistlərin əlində bir
oyuncaq kimi təsvir olunur. Mövzuya uyğun olaraq burada
“Hərdəmxəyal”ın (M.S.Ordubadi) “İran da qarışdı” satirası
çap edilmişdir:
Axırda cahan hərbinə İran da qarışdı,
Durdu yuxudan axır o, viran da qarışdı...
Jurnalın fəal üzvlərindən biri olan H.İ.Qasımovun
felyetonlarında müharibənin bəşəriyyətə vurduğu yaralar,
insanların çəkdiyi müsibətlər daha qabarıq şəkildə öz əksini
tapır. Müəllifin “Dağdan-daşdan” başlıqlı felyetonunda
oxuyuruq: “Yoxsulluq bir yandan, bahalıq bir
yandan...canın çıxsın ay kasıb! Gəl yaşa görüm, necə
yaşayırsan!.. Allah Vilhelmin boynunu yeddi qat eləsin,
getdiyi Məkkə belindən vursun. O, dünyanı bir-birinə
vurmasaydı kasıb-kusub ayaq altında getməzdi”
35
.
Dövrün digər satirik qəzet və jurnalları kimi,
“Babayi-
Əmir” jurnalı da müharibəni doğuran sosial-siyasi səbəbləri
peşəkarlıqla açıb göstərə bilməsə də, insanlarda müharibəyə
nifrət hissi oyatmaq baxımından xeyli faydalı iş görə
bilmişdir.
1914-1917-ci illərdə Bakı şəhərində çap olunan
Dostları ilə paylaş: