I FƏSİL
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ
§ 1. MƏDƏNİYYƏTŞÜNASLIQ VƏ ONUN BİR
ELM KİMİ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ
Mədəniyyətin ümumbəşəri məna və məzmununu tədqiq edən,
onun cəmiyyətin bütün sahələrində yerini və rolunu göstərən
mədəniyyətşünaslıq ifadəsi “kulturologiya” sözünün tərcüməsidir.
Latınca “culture”, yunanca “logos” (təlim, elm) sözlərinin
birləşməsindən yaranan “Mədəniyyətşünaslıq” termini “mədəniyyət
haqqında elm” mənasını ifadə edir. Elmi və publisistik ədəbiyyatda
“mədəniyyət” termininin ilk dəfə kim tərəfindən işlənməsinə dair
müxtəlif fikirlər vardır. Lakin “Kultur” termininin ilk dəfə Qədim
Romada işlənməsi həqiqətdir. Belə ki, bu mənada qeyd etdiyimiz
termin Roma siyasətçiləri və filosoflarından əvvəlcə Katon, sonralar
isə Mark Tullis Sisseron (e.ə.3.1.106 Arpinum - e.ə. 7.12.43. Kayeta
yaxınlığında, indiki Qasta) tərəfindən işlənmişdir, Maraqlıdır ki,
M.T.Sisseron özünün 58 məhkəmə və siyasi nitqində ritorikaya,
fəlsəfəyə, siyasətə aid 19 traktatında, o cümlədən, 800 məktubunda
bu termindən dəfələrlə istifadə etmişdir. Avropada “mədəniyyət”
termini bəşər tarixinin keçdiyi üç dövrün - vəhşilik, barbarlıq,
sivilizasiya - üçüncü mərhələsini bildirmək üçün qəbul olunmuşdur
və onu bu mənada ilk dəfə 1767-ci ildə Şotland filosofu A.Fergüson
işlətmişdir. Sonralar görkəmli Amerika etnoqrafı, arxeoloqu, ibtidai
icma cəmiyyəti üzrə tarixçi Lüis Henri Morqan (21.11.1818. Orora,
Nyu-York, -17.12.1881. Roçester, Nyu-York) bu bölgünü daha da
əsaslandırmışdır.
İslam Şərqində “mədəni” termini ərəblərdən alınmış və
aşağıdakı mənaları ifadə etmişdir:
l. şəhərli, qəsəbəli
2. oturaq, yəni, köçəri olmayan
8
3. mədəniyyətin yüksək səviyyəsində olan; elmli, oxumuş,
4. mədəniyyətə mənsub olan.
Müxtəlif dövrlərdə yuxarıda qeyd etdiyimiz alim və
mütəfəkkirlər tərəfindən işlənməsinə baxmayaraq bu termin keçən
əsrin əvvəllərində Amerika alimi Lesli Uayt (1900-1975) tərəfindən
elm kimi tədqiq olunmağa başlanmışdır. Öz təlimini “kulturologiya”
adlandıran alim bildirdi ki, bu termin həm insan cəmiyyətini, həm də
onun mədəniyyətini əks etdirir.
Deməli, “Mədəniyyətşünaslığ”ın predmetini mədəniyyət,
cəmiyyətdə onun yeri və rolu, inkişaf istiqamətləri, hansı
səviyyələrdə mövcudluğu və s. təşkil edir.
Bəşər tarixində elə bir dövr olmamışdır ki, mədəniyyət
məsələləri orada öz əksini tapmasın. Çünki, mədəniyyət kainatda
insanın yaranması ilə bir zamanda meydana gəlmişdir. İbtidai insanın
hər hansı yeni bir xüsusiyyət qazanması mədəniyyətə doğru irəliləyiş
olmuşdur. Dəyişən hər bir əsr insanların şüur və fəaliyyətində
dəyişikliklər yaratdıqca onların maddi həyat tərzi də dəyişmiş,
dünyagörüşləri, həyata baxışları dövrün tələbinə uyğun şəkildə
inkişaf etmişdir. Söz yox ki, insanların tarixi inkişafı ilə cəmiyyətdə
yaranan dəyişikliklər mədəniyyətdə də öz ifadəsini tapmışdır. Hər bir
tarixi dövr, cəmiyyətin hər bir özünəməxsus forması bu mənada
özgün mədəniyyətə malik olmuşdur.
Marksizmə görə mədəniyyət ibtidai icma quruluşunun
dağılması, sinifli cəmiyyətin və xüsusi mülkiyyətin təşəkkül tapması
ilə meydana çıxmışdır.
F.Engels “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”
əsərində mədəniyyəti cəmiyyətin xüsusi inkişaf mərhələsi kimi
göstərmişdir.
Mədəniyyətin bir çox formaları vardır: bədii mədəniyyət, əxlaq
mədəniyyəti, hüquq mədəniyyəti, istehsal mədəniyyəti, xidmət
mədəniyyəti, siyasi mədəniyyət, nitq mədə-
9
nivyəti və s. Eyni zamanda bu formaların hər birinin oxşar və fərqli
cəhətləri vardır. Oxşar cəhət ondan ibarətdir ki, hər hansı forma insan
fəaliyyəti ilə şərtlənir. Fərqli cəhət isə bu formaların hər birinin
özgün məzmununda ifadə olunur.
Mədəniyyətin aşağıdakı inkişaf mərhələləri vardır;
a) Qədim Şərq mədəniyyəti;
b) Antik mədəniyyət;
v) Orta əsrlər mədəniyyəti;
q) İntibah dövrünün mədəniyyəti;
d) Yeni dövr (burjua) mədəniyyəti;
e) Sosialist mədəniyyəti;
ə) Müstəqillik dövrünün mədəniyyəti.
Məqsədindən və yerinə yetirdiyi vəzifələrdən asılı olaraq
mədəniyyətin bu növləri meydana çıxır; milli mədəniyyət,
beynəlmiləl mədəniyyət, dini mədəniyyət, etnik mədəniyyət və s.
Göründüyü kimi, mədəniyyət insanın yer üzərində
mövcudluğunun bütün tərəflərini, onunla rəngarəng əlaqə və
münasibətləri əhatə edən mürəkkəb və çoxsahəli bir fenomendir.
Onun mahiyyət və mənasındakı qiymətli xüsusiyyətlərin ən əsasını
belə aydınlaşdıra bilərik: mədəniyyət insanın bacarıq və əlaqələrinin,
insan tərəfindən yaradılanların, insan əməyi və zəkasının
nəticələrinin tam vəhdətinin zahiri əksini ifadə edən ictimai subyekt
kimi insanın özünün fəaliyyətini müəyyənləşdirən tarixi inkişaf
prosesidir.
Deməli, mədəniyyətin əsas vəzifəsi insanın ictimai fəaliyyət
subyekti kimi inkişafına əsaslanmaqla bərabər, bu inkişafı
şərtləndirir. Mədəniyyətin obyektləri isə geniş mənada təbiət və
cəmiyyətdir.
Şərti və nisbi olaraq mədəniyyətin tam sisteminin strukturu iki
sahəyə ayrılır:
l. İnsanın təbiəti dəyişdirmək prosesində özünün dəyişməsi ilə
əlaqədar olan maddi mədəniyyət;
10
2. İnsanın mənəvi aləminin və sosial varlığının dəyişməsi ilə
əlaqədar olan mənəvi mədəniyyət.
Eyni zamanda bu sahələrin hər ikisi bir-biri ilə qarşılıqlı
əlaqədədir, biri digərinin inkişafına imkan yaradır, kömək edir.
İnsan ilkin olaraq əməyin təsiri ilə formalaşır, inkişaf edir.
Maddi istehsalda əməyin “insandəyişdirici” mahiyyəti mədəniyyətin
əsası kimi marksizm klassikləri tərəfindən əhatəli şəkildə
əsaslandırılmışdır. “Marks mədəniyyət tarixində əməyin böyük
əhəmiyyətini onun hər şeyə qalib gələn qüvvəsini bütün dünyaya
göstərmişdir...” (M.Qorki).
Mədəniyyətin yuxarıda qeyd etdiyimiz sahələrinin hər biri
insanın ictimai varlıq kimi inkişafına özünəməxsus təsir göstərir.
Yəni, insanın maddi-dəyişdirici fəaliyyətinin məqsədi, hər şeydən
əvvəl, öz təlabatını ödəmək üçün lazım olan maddi nemətlər
yaratmaqdır. Söz yox ki, bu fəaliyyət prosesində insanlar özləri də
inkişaf edir, təcrübələri artır, bilikləri zənginləşir, müəyyən bacarıqları
üzə çıxır.
Mədəniyyətin spesifik xüsusiyyətləri aşağıdakılardır:
l. Mədəniyyət formasına görə milli, məzmununa görə isə
beynəlmiləl və ümumbəşəri xarakterə malikdir. Hər hansı bir
mədəniyyət nümunəsi milli zəmində yaransa da, onun nəticəsi
bəşəriyyətə məxsus olur.
2. Mədəniyyət humanist xarakterə malikdir. İnsan öz
yaratdığından zövq alır.
3. Mədəniyyət varislik xüsusiyyətinə malikdir. Müasir nəsillər
keçmiş nəsillərin təcrübəsindən faydalanaraq onu daha da inkişaf
etdirirlər.
4. Mədəniyyət vahid və bölünməzdir,
5. Mədəniyyət mentalitet vasitəsilə gerçəkləşir və s.
Cəmiyyətin mədəni inkişaf səviyyəsi həmin cəmiyyətdə yaradılan
mədəni sərvətlərin həm həcmi, həm yayılma miqyası, həm də
insanlar tərəfindən mənimsənilməsi ilə əlaqələndirilir. Mənəvi
sərvətlərin yaradılması, yayılması və isti-
11
fadə olunması üsulları isə cəmiyyətin sosial-mədəni təşkilindən
asılıdır. Mənəvi istehsalın məzmununun dəyişməsi özünü ilk növbədə
mənəvi sərvətlərin yaradılması, mübadilə edilməsi, bölgüsü və
istifadə üsullarının dəyişməsi və inkişafında nəzərə çarpdırır.
Cəmiyyətin mədəni inkişafının tempi vüsəti və faydalılığı ona doğru
istiqamətləndirilmiş insanların yaradıcı fəallığının dərəcəsindən,
onların əhatə dairəsinin genişliyindən asılıdır. Elə buna görə də
mədəni tərəqqinin əsas meyarlarından biri xalqın tarixi prosesdə
şüurlu iştirak dərəcəsi, onun mənəvi fəaliyyətə cəlb olunma dairəsi
ilə əlaqədardır.
Dostları ilə paylaş: |