5
GİRİŞ
Hər bir kəsin mənəvi ehtiyacları onu yetişdirən milli-mədəni
mühütin xüsusiyyətləri ilə müəyyənləşir. Ona görə də yetişməkdə
olan gənc nəslə xalqımızın sosial-mənəvi mənşəyini,
mədəniyyətini,
mədəniyyət tarixini öyrətmədən onların mədəni təlabat meyllərini,
estetik zövq oriyentasiyasını müəyyənləşdirmək mümkün deyildir.
Onlar bu bilikləri qazanaraq dərk etməlidirlər ki, Azərbaycan xalqı
elə bir mədəniyyətə malikdir ki, bu mədəniyyət
müxtəlif zamanlarda
həm müxtəlif sivilasiyaların nailiyyətlərindən faydalanmış, həm də
onların bəzilərinin önündə getmiş elə mürəkkəb və zəngin bir
fenomendir ki, ona sadə şəkildə yanaşmaq olmaz.
Azərbaycan qazandığı müstəqilliyə tamamilə yiyələnmək üçün
xalqımız öz mənəvi və maddi mədəniyyətini dünya mədəniyyətinin
təcrübəsi və nailləyyətlərindən faydalanmaqla, öz köklərindən
ayrılmamaq şərtilə daha da inkişaf etdirməlidir.
Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq
dərs vəsaitində
mədəniyyətin tarixi inkişaf meyllərinin xarakterini, mərhələlərini,
mədəniyyət və sivilizasiyasının daxili vəhdətini, qarşılıqlı əlaqə və
fərqini, ona yanaşma metodlarını əks etdirməyə çalışdıq.
Mövzular
bir neçə il öncə tərtib etdiyimiz proqrama uyğun olaraq daxili
bağlılıq, ünsiyyət və münasibət sistemi ilə şərh edilmişdir. Belə
münasibətin üstünlüyü ondadır ki, o tədris olunan mövzuları dolğun
şəkildə qavramağa, seçim etməyə, tarixi keçidləri proses kimi
mənimsəməyə imkan verir.
Dərs vəsaitinin “mədəniyyət və dövlət” fəsli də bizcə,
milli
dövlətçiliyimizin tələbə gənclərə öyrədilməsi baxımından uğurlu
sayıla bilər. Belə ki, bu fəsildə mədəniyyət-dövlətvətəndaş
münasibətlərinin dialektikası, dövlət rəmzlərinin mənasının
tədqiqatla bağlılığı, dövlət bayrağımızın ideloji ünsürləri, dövlət
himnimizdəki mənəvi paklıq və ucalıq, əzəmət öz əksini tapmışdır.
Konstitusiyamızdakı millilik keyfiyyətlərinin tamlığı
bütövlüyü,
6
milliliklə beynəlmiləlçiliyin əlaqəsi dərs vəsaitini də geniş şəkildə
şərh olunur.
Təqdim olunan dərs vəsaitində əsasən
beş amilə üstünlük
verilir;
1) təbii-coğrafi mühit
2) genetik kod.
3) sosial mühit.
4) tarixi şərait
5) mədəni mübadilə
Göstərilən bu amillər mədəni tərəqqinin əsas istiqamətlərini və
müasir dövrün mədəniyyətinin strukturunu müəyyənləşdirməyə
imkan yaradır.
Mədəniyyət ruhun qidasıdır. Hələ 1990-cı illərin əvvələrində
ali məktəblərdə etika, estetika, məntiq fənləri tədris olunurdu.
Sonralar bu fənlər əsaslandırılmadan tədris planından çıxarıldı.
Həmin fənlərin mövzuları içərisində elələri var idi ki, onların
gənclərə öyrədilməsi böyük əhəmiyyət daşıyırdı. İndi yaşlı nəsil bü
biliklərdən məhrum edilmiş gənclərə milli zövqlərinin olmamasını,
Avropaya daha çox meyl etmələrini irad tuturlar.
Buradan belə bir
sual meydana çıxır:
- Biz onlara (gənclərə) bu istiqamətdə nə öyrədirik? Yalnız
“Azərbaycan tarixi”ni, “Konstitutsiya”nı öyrətməklə, tələbələrdə,
gənc nəsldə milli xüsusiyyətlər formalaşdırmaq mümkündürmü?
Bizcə, bu sualın ancaq bir cavabı var: - Xeyr!
Ona görə də, qismən də olsa, bu boşluğu doldurmaq üçün dərs
vəsaitində milli mədəniyyətdə mənəviyyatımıza olan bağlılığı, yaşarı
və əbədi
olan insana inam, müstəqil dövlətçiliyimizin bu sahədəki
uğurları haqqında məsələləri əks etdirdik.
Dərs vəsaiti haqqında öz fikirlərini bildirən həmkarlarımıza
əvvəlcədən təşəkkürümüzü bildiririk.