Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 227,59 Kb.
səhifə12/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

Afferent motor afaziya nitq artikulyasiyasının aydınlıq dərəcəsinin pozulmasından ibarətdir. Xəstə ona lazım olan müvafiq səsi tapa bilmir və daim yaxın artikulyasıyası olan səsə istinad edir. Burada səsləri seçmək hissəsi pozulmuĢ olur.

Semantik afaziya sözləri tapmaqdakı çətinliklərdə və sözlər arasındakı semantik (məntiqi-qrammatik) əlaqənin pozulmasında özünü göstərir. Məsələn, xəstə, «ata» və «qardaĢ» sözlərini anladığı halda, «atanın qardaĢı» ifadəsinin nədən ibarət olduğunu anlaya bilmir. Bu kimi hallarda sözlərin semantik sistemliliyinin, sözləri mənalarına görə seçmənin pozulması müĢahidə edilir.

Senzor afoziya hər Ģeydən əvvəl, nitqin qavranılması zamanı birinci növbədə fonematik eĢitmənin pozulmasında, daha doğrusu, sözün səs tərkibi və mənası arasındakı qarĢılıqlı əlaqənin pozulmasında özünü göstərir. Bu cür afaziya zamanı sözlərin səs təhlili pozulmuĢ olur. Göstərmək lazımdır ki, nitq fəaliyyətinin bir neçə növü vardır. Bunlar arasında ən əsas nitq növləri bunlardır: monoloji və dialoji nitq, daxili nitq, yazılı nitq.

Monoloji nitq – nitqin nisbətən daha geniĢ növüdür. Monoloji nitq bir Ģəxsin öz fikir və mülahizələrini müntəzəm və ardıcıl Ģərh etməsidir. Bu nitq fəal sərbəst nitq növüdür. Monoloji nitqi həyata keçirtmək üçün danıĢan adam adətən hər hansı bir məzmununa malik olmalı və buna əsasən öz ifadələrini sərbəst qurmağı bilməlidir.

Monoloq – fasiləsiz, əlaqəli, ardıcıl və məntiqi olur. Bu cür nitqin rəvan olması üçün danıĢan Ģəxs deyəcəyi fikri aydın dərk etməli, zəngin lüğət ehtiyatına malik olmalı, nitqin emosionallıq xüsusiyyətlərinə, dilin qanunauyğunluqlarına yiyələnməlidir. Dialoji nitq iki və artıq Ģəxsin ünsiyyət prosesidir. Nitqin bu növünün bir neçə xüsusiyyəti vardır:

1.Dialoji nitq bilavasitə reaksiya tələb edir. yəni, münasib deyilənlərə öz münasibətini bildirir. Bu cəhət danıĢanın öz fikrini ifadə etmək istiqamətinə təsir edib onu müəyyən səmtə yönəldir.

2.Dialoq danıĢan Ģəxslərin emosional-ekspressiv rabitəsi

Ģəraitində baĢ verir.

3.Dialoq müəyyən Ģəraitlə və ya obyektlə bağlı olur. bu mənada o, situativ səciyyə daĢıyır. Söhbət obyekti dəyiĢən kimi dialoqun istiqaməti dəyiĢir. Dialoq zamanı köməkçi vasitələrdən daha çox istifadə olunur. Məsələn, səsin ahəngi, mimika, pantomimik, jest və s.

Daxili nitq (eqosentrik nitq) nitq fəaliyyətinin xüsusi növüdür. O, praktik və nəzəri fəaliyyətin planlaĢdırma fazası kimi və ya planın bir sıra xüsusi mürəkkəb nəzəri fəaliyyət növlərində həyata keçirilməsi fazası kimi çıxıĢ edir. Bu mənada bu nitq insanın özünə yönəlmiĢ nitqdir. Onun köməyi ilə insan özünün praktik fəaliyyətini tənzimləyir və ona nəzarət edir. Eqosentrik xarici nitqdən nəsə edir və onun qismən interiorizasiya olunmuĢ (daxilə yönəlmiĢ) məhsulu kimi özünü göstərir. Daxili nitq üçün qırıqlıq, fraqmentlik xarakterikdir.

Artikulyasiya üzvlərinin (dodaqların, dilin və s.) hərəkətini qeydə almaqla daxili nitqi tədqiq etmək mümkündür. Deməli, daxili (eqosentrik) nitq bir növ xarici nitqdən daxili nitqə keçid mərhələsidir. Yazılı nitq monoloji nitqin bir növü kimi özünü göstərir. Monoloji nitqin bütün xüsusiyyətləri ona da xasdır, lakin onda bu xüsusiyyətlər daha çox nəzərə çarpır. ġifahi monoloji nitqə nisbətən yazılı nitq daha müfəssəldir. Bu ondan irəli gəlir ki, yazılı nitqdə həmsöhbətlə əks əlaqə mövcud olmur.

Yazılı nitqin ən mühüm cəhəti onun daha çox ixtiyari nitq növü olmasıdır. Yazılı nitq mətnlərin köməyi ilə aparılan verbal nitqdir. Yazılı nitq Ģifahi nitqdən təkcə qrafik olması ilə deyil, həm də özünəməxsus qrammatik və stilistlik xüsusiyyətlərinə görə də fərqlənir.



Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin