Z.M. Əzizova
R.Q. Cəfərova
Ş.N. İsmayılov
«Loqopediyanın nəzəri əsasları haqqında ümumi məlumat»
DƏRS VƏSAİTİ
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi - Metodik Şurasının
«Pedaqogika və psixologiya» bölmə- sinin 19 dekabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmişdir(Protokol № 15)
Mingəçevir – 2008
Müəlliflər : p.e.n.,dos. Əzizova Zenfira Mirsəfər qızı
b.m. Cəfərova Raya Qəşəm qızı
b.m. İsmayılov Şahismayıl Namaz oğlu
Rəyçilər : f.e.n.,dos. Manafov Namaz Rizvan oğlu
f.e.n.,dos. Namazova Flora Kamran qızı
MÜNDƏRİCAT
Ön söz
Loqopediya haqqında ümumi məlumat
Nitq aparatının anatomik-fizioloji quruluĢu
Nitq qüsurlarının təsnifatı
UĢaqlarda nitq qüsurlarının tibbi cəhətdən öyrənilməsi
Afaziya
Alaliya
Dislaliya
Rinolaliya
Dizartriya
Bradilaliya
Taxilaliya
Kəkələmə, onun təsnifatı, müayinəsi
EĢitmə qüsurlu uĢaqlarda nitq qüsurları
Oxu və yazı qüsurlarının aĢkar edilməsi metodları Ġbtidai sinif Ģagirdlərində oxu və yazı qüsurlarının korreksiyasının əsas istiqamətləri
Xüsusi hazırlıq siniflərinin təĢkili prinsipləri
Qüsurlu uĢaqların sinfə alınması
Hamı ilə birlikdə: Tematik təlimat
Sosial və emosional inkiĢafın sadələĢdirilməsi
Dilin inkiĢafı üçün Ģəraitin yaradılması
ÖN SÖZ
Son dövrlərdə ictimaiyyəti anormal uĢaqlar və onların korreksiya, reablitasiya və sosial adaptasiya problemləri çox narahat edir və bir problem olaraq aktuallığını heç də itirmir, əksinə özünün həllini gözləyir, daha çox bu məsələyə diqqət tələb edir. Xəstə uşaqlarla ünsiyyət yaratma, ünsiyyətə girmə çətinliyinin aradan qaldırılması iĢində nitqi qüsurlu uĢaqların korreksiyası defektologiyanın tədqiqat obyektində prioritet sahədir.
Nitqi qüsurlu uĢaqların dərs prosesi normal siniflərdə olduğundan kəskin Ģəkildə fərqlənir. Anadangəlmə və yaxud sonradan qazanılmıĢ müxtəlif qüsurluq dərəcəsi olan xəstə uĢaqların xarakterində, psixikasında və dərketmə qabiliyyətində kəskin fərqlər mövcuddur. Adətən onlar həyatından küskün əhval-ruhiyyədə olub tez-tez bədbinliyə qapılır, çox tərs, inadkar və ərköyün olurlar.
Nitqi qüsurlu uĢaqların birinci sinfə qəbulu zamanı bu və ya digər qüsurluq dərəcəsini müəyyən etmək üçün onlar mütləq ciddi müayinədən keçməlidir. Bu, gələcəkdə xəstədə olan mövcud qüsuru tez və effektli Ģəkildə aradan qaldırmağa imkan verir.
Loqopediya nitq inkiĢafı qüsurları haqqında pedaqoji elm olaraq, nitq qüsurlarının aradan qaldırılması və qarĢısını almaq üçün xüsusi təlim-tərbiyə sistemi olaraq qalır.
Dərs vəsaiti məktəbəqədər və məktəbyaĢlı, yeniyetmə uĢaqlarda olan nitq qüsurlarının növləri, zəif eĢitmə ilə əlaqədar olan qüsurlar, onların patalogiyası, fizioloji və psixoloji araĢdırılması, təhlili, bu xəstəliklərin yaranma səbəbləri, öyrənilməsi, müayinəsi, korreksiya iĢi əhatə olunmuĢdur.
Hər bir nitq qüsurunun təsnifatı ilə yanaĢı, onun yaranması mərhələləri, formaları, səciyyəvi xüsusiyyətləri, nitqin ümumi geriliyi, artikulyasiya aparatının müayinəsi, korreksiya iĢi, psixoloji-pedaqoji təsir, ailədə uĢağın nitqinin inkiĢafı üzrə aparılan iĢ təhlil edilməsi əsasında öyrənilməsi nəzərdə tutulur.
Nitq qüsurlarının araĢdırılması, onların qruplara ayrılması, səslərin tələffüzündə təhrif edilməsi, fonetik, fonematik çətinliklər, akustik-artikulyasiya tərəfinin pozulması, nitq geriliyi və onun fəaliyyətinin fizioloji cəhətdən Ģərtlənməsi, psixoloji və fizioloji proseslərdəki anomaliyalar, sinir sistemindəki pozğunluqlar, onların qavrama, dil, hafizə və psixi hallara təsiri, dilin analiz və sintezinin pozulması və digər məsələlərin dərs vəsaitində öyrənilməsi nəzərdə tutulmuĢdur.
Dərs vəsaitində həmçinin qüsurlu uşaqların sinfə alınması, sosialemosional Ģəraitin yaradılması, dilin inkiĢafı üçün Ģəraitin yaradılması, tələb olunan yardımın verilməsi məsələləri də açıqlanır.
Dərs vəsaitində əhatə olunan mövzular pedaqoji fakültənin məktəbəqədər təhsilin pedaqogikası və metodikası və ibtidai təhsilin pedaqogika və metodikası ixtisasları üçün nəzərdə tutulub.
Dostları ilə paylaş: |