Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının


NİTQ APARATININ ANATOMİK-FİZİOLOJİ



Yüklə 227,59 Kb.
səhifə4/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

NİTQ APARATININ ANATOMİK-FİZİOLOJİ

QURULUŞU

UĢaqlarda düzgün və rəvan nitqi formalaĢdırmaq, onlarda mövcud nitq çatıĢmamazlıqlarını aradan qaldırmaq üçün onun normal anatomikfizioloji aparatı haqqında biliklər olmalıdır. Nitq aparatı bir-biri ilə sıx qarĢılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik (icraedici) hissədən ibarətdir.

Mərkəzi nitq aparatı baĢ beyində yerləĢir və o, baĢ beyin qabığından (daha çox sol yarımkürə), qabıqaltı düyünlərdən, ötürücü yollardan, beyin kökünün (uzunsov beynin) nüvəsindən və tənəffüs, səs və artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir.

Nitq ali sinir fəaliyyətinin digər sahələri kimi reflekslər əsasında inkiĢaf edir. Nitq refleksləri beyinin müxtəlif sahələrinin fəaliyyəti ilə əlaqədardır. Lakin beynin qabığının müəyyən hissələri nitqin yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah, ənsə və peysər hissələridir. Alın qırıĢlarının alt hissələri nitqin hərəkət sahəsi olub insanın özünün nitqinin yaranmasında iĢtirak edir. (Brok mərkəzi). Yuxarı gicgah qırıĢları nitq-eĢitmə sahəsi olub səs qıcıqlandırıcılarını qəbul etməkdə iĢtirak edir. (Vernike mərkəzi). Beyin qabığının ənsə payı isə nitqin baĢa düĢülməsini təmin edir. Peysər hissədə görmə mərkəzi yerləĢir və o, yazılı nitqi qavramağa imkan verir. Bundan baĢqa görmə eyni zamanda böyüklərin artikulyasiyasını qavramağa kömək edir.

Qabıqaltı düyünlər nitqin ritm, temp və ifadəliliyinə təsir göstərir. Ötürücü yollar. BaĢ beyin qabığı danıĢıq üzvləri ilə iki cür sinir yolları ilə əlaqədardır: mərkəzəqaçan və mərkəzdənqaçan sinirlər.

Mərkəzdənqaçan (hərəki) sinir yolları pereferik nitq aparatının fəaliyyətini tənzimləyən əzələləri baĢ beyin qabığı ilə əlaqələndirir. Mərkəzdənqaçan sinir öz yolunu baĢ beyin qabığının Brok mərkəzindən baĢlayır.

Ətrafdan mərkəzə, yəni danıĢıq üzvlərindən baĢ beyin qabığına gedən yollara isə mərkəzəqaçan sinirlər daxildir.

Mərkəzəqaçan yol proproreseptorlardan və baroreseptorlardan baĢlayır. Proprioreseptorlar əzələlərin, vətərlərin içərisində və hərəkət üzvlərinin oynaq sahələrində yerləĢir. Proprioreseptorlar əzələ yığılmalarının təsiri altında qıcıqlanırlar.

Baroreseptorlar udlaqda yerləĢir və onlara edilən təsirin dəyiĢməsi ilə qıcıqlanır. Ġnsan danıĢarkən proprio və baroreseptorların qıcıqlanması baĢ verir. Mərkəzəqaçan yollar nitq üzvlərinin bütün fəaliyyətinin ümumi tənzimləyicisi kimi mühüm rol oynayır.

Beyin kökünün nüvəsində kəllə-beyin sinirləri öz baĢlanğıcını götürür. Bütün pereferik nitq aparatının üzvləri kəllə-beyin sinirləri ilə innervasiya (hər hansı bir üzvün və ya toxumanın sinif hüceyrələri ilə təmin olunması) olunur.

Bunlardan əsasları üçlü, üz, dil-udlaq, azan, əlavə və dilaltı sinirlərdir. Üçlü sinir alt çənənin hərəkətə gətirən əzələləri, üz siniri mimiki əzələləri, o cümlədən, dodaq, yanaq əzələlərini innervasiya edir. Diludlaq və azan sinir, qırtlaq, səs büküĢləri, udlaq və yumĢaq damaq əzələlərini, əlavə sinir boyun əzələlərini, dilaltı sinir isə dilin əzələlərini innervasiya edir.

Bundan əlavə dil-udlaq sinirləri dilin hissiyyat siniri hesab edilir.

Azan sinir isə tənəffüs və ürək əzələlərinin innervasiyasını təmin edir. Pereferik nitq aparatı 3 Ģöbədən ibarətdir «nəfəs», (tənəffüs), səs və artikulyasiya.

1.Nəfəs Ģöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir.

Tələffüz nəfəslə sıx əlaqədardır. Nitq, nəfəs vermə aktında baĢ verir. Bu zaman hava axını eyni zamanda, həm səs yaradıcı, qaz mübadiləsi, həm də artikulyasiya funksiyası daĢıyır. DanıĢıq zamanı nəfəs alma və vermə adi, susqunluq vəziyyətindən kəskin fərqlənir. DanıĢan zaman insanın nəfəs alması qısa, nəfəs verməsi isə sürəkli olur. Nitq tənəffüsünün daha bir fərqli cəhəti vardır ki, danıĢıq zamanı nəfəs vermədə qarınboĢluğunun və qabırğalararası daxili əzələləri də iĢtirak edir. Bu nəfəs vermənin dərin və sürəkliliyi, səsli nitqin yaranmasını təmin edir.

Səs Ģöbəsi qırtlaq və səs tellərindən ibarətdir. Qırtlaq geniĢ qısa boru olub, qığırdaq və yumĢaq toxumadan əmələ gəlmiĢdir. O, boyunun ön hissəsində yerləĢir və irəlidən, yanlardan əllənir. Yuxarıdan qırtlaq udlağa, aĢağıdan isə nəfəs borusuna (traxeyaya) keçir.

Qırtlaqla udlaq arasında qırtlaqüstü yerləĢir. O, qığırdaq toxumasından əmələ gəlib, dilçək və ya ləçək formasında olur. Qırtlaqüstünün ön səthi dilə, arxa hissəsi isə udlağa doğru uzanır. Qırtlaqüstü udma hərəkətlərində aĢağı düĢüb qırtlağa giriĢi bağlayaraq oraya qida, tüpürcək və yad cisimlərin düĢməsindən qoruyan tıxac rolunu oynayır.

Qırtlağın içərisində onun giriĢindən bir qədər kənarda səs keçidi yerləĢir. O, səs tellərindən yaranaraq adi tənəffüsdə geniĢ açılaraq bərabəryanlı üçbucaq formasını alır. bu zaman alınan və verilən hava axını səssiz həmin geniĢ səs keçidindən keçir.

Səsin yaranması zamanı səs telləri yumulmuĢ vəziyyətdə olur. Nəfəsvermə nəticəsində hava axını həmin yumulmuĢ səs tellərinin büküĢləri arasından keçərək onları bir qədər kənara itələyir. Səs telləri özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklə də, yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava axınının təzyiqi dayandırılsın. BaĢqa sözlə, fonasiyada (səslənmə) səs tellərinin rəqslənməsi, köndələn istiqamətdə, yəni yuxarı və aĢağıya deyil, daxilə və xaricə tərəf hərəkət edir. Nəticədə, səs tellərinin rəqslənməsi ətraf mühitə ötürülərək danıĢıq səsi kimi qavranılır.

Səs güçə , ucalığa və tembrə malikdir. Səsin gücü səs tellərinin rəqslənməsinin amplitudundan, yəni, nəfəsvermənin gücündən asılıdır. Səsin gücünə udlaq, ağız və burun boĢluqlarının təsiri böyükdür.

Rezonator boĢluqlarının forma və böyüklüyündən, eləcə də qırtlağın quruluĢundan asılı olaraq səs müəyyən fərdi «çalar» qazanır. Buna səsin tembri deyilir və insanlar bir-birindən səsin tembri ilə fərqlənirlər. Səsin ucalığı səs tellərinin rəqslənmə tezliyindən, o isə gərginliyin uzunluğu, qalınlığı və dərəcəsindən asılıdır. Səs telləri nə qədər uzun, qalın və az gərginləĢərsə səs bir o qədər alçaq olar.


Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin