Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 227,59 Kb.
səhifə3/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

L o qo pe di ya – nitq inkiĢafı qüsurları haqqında pedaqoji elm olub, bu qüsurların aradan qaldırılması və qarĢısını almaq üçün xüsusi təlim-tərbiyə sistemidir.

Nitq insana məxsus olan ali psixi funksiyadır. Nitq ünsiyyəti insanlar arasında sosial əlaqəni spesifik insani vasitələrini yaradıb kollektiv əməyini dərk etmək fəaliyyətinin ali formalarını inkiĢaf etdirir. Nitq uĢağın bütün psixi həyatında mühüm rol oynayıb, onda əsas idrak proseslərinin formalaĢmasına səbəb olur. Tamamilə aydındır ki, uĢağın nitq inkiĢafında baĢ verən pozğunluq – onun bütün psixi proseslərinin formalaĢmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitlə ünsiyyət yaratma çətinliyi ilə yanaĢı, idrak proseslərinin düzgün formalaĢmaması, bilik, bacarıq və vərdiĢlərinin qavranılması kimi ciddi qüsurları uĢağı ən vacib vasitədən – özünütəsirlənmədən məhrum edir, onda davranıĢ dəyiĢmələri, neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və qarĢısının alınması Ģəxsiyyətin harmonik inkiĢafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.

Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir.

Nitq qüsurları adı altında sözlü ünsiyyət vasitələrinin normal formalaĢmadan sanması baĢa düĢülür. Nitq inkiĢafı qüsurları anlayıĢı təkcə Ģifahi nitqlə məhdudlaĢmayıb, onun yazılı formasına da aid edilir. Loqopediya nitqdə baĢ verən dəyiĢmələri onun yaĢla əlaqədar dəyiĢmələrdən fərqləndirmək lazımdır. Belə ki, müəyyən yaĢa qədər səslərin səhv tələffüzü, lüğətin azlığı, cümlənin düzgün qurulmaması, dilə yiyələnmə prosesində norma sayılaraq fizioloji hadisə kimi qiymətləndirilir. Bu hadisəni nitq inkiĢafının patologiyası ilə qarıĢdırmaq olmaz.

Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uĢaqların xüsusi təlim – tərbiyə qanunauyğunluqlarını təqdim etməkdir. Bu məqsədlə nitq qüsurlarının yaranması və səbəbləri, xarakter və strukturu açıqlanmalıdır. Əldə edilən nəticələrdən nitq qüsurlarının müxtəlif formalarını elmi Ģəkildə əsaslandırılmıĢ vasitə və üsullarla aradan qaldırmaq yolları iĢləyib hazırlamaq üçün istifadə edilir.

Loqopediya məktəbəqədər, məktəb və yaĢlılar loqopediyası hissələrindən ibarətdir. Loqopediya elminin qarĢısında aĢağıdakı əsas vəzifələrin həyata keçirilməsi durur.

1.Nitq inkiĢafı pozğunluqları olan uĢaqların xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi;

2.Məktəbəqədər və məktəbyaĢlı uĢaqların nitq qüsurlarını öyrənən xüsusi təlim-tərbiyə qanunauyğunluqlarının öyrənilməsi;

3.Nitq qüsurlarının strukturunun, onun psixi inkiĢafa təsir dairəsinin araĢdırılması;

4.Nitq qüsurlarının diaqnostikası, aradan qaldırılması və qarĢısını alma metod və vasitələrini, qüsurların növlərinin öyrənilməsi;

5.Əhaliyə lazımi loqopedik köməyin təĢkil edilməsi;

UĢaqlarda nitq patologiyasının pedaqoji cəhətdən araĢdırılmasının məzmun və istiqaməti loqopediya elminin metodunu təĢkil edən prinsiplərlə müəyyənləĢir;

1.ĠnkiĢaf prinsipi.

2.Sistemli yanaĢma prinsipi.

3.Nitq qüsurlarını psixi inkiĢafın digər tərəfləri ilə əlaqəli öyrənilməsi prinsipi.

1.ĠnkiĢaf prinsipi nitq qüsurlarının baĢ verməsini təhlil edərək onun inkiĢaf xəttini araĢdırır. Bu prinsipə görə yalnız qüsurun təsvir edilməsi deyil, həm də öyrənilməsi məqsədə uyğundur. Hər hansı bir qüsurun düzgün müəyyənləĢdirilmiĢ genezisi üçün böyük rus alimi L.S.Viqotskinin göstərdiyi kimi inkiĢafda baĢ verən dəyiĢmələrin mənĢəyini, bu dəyiĢmələrin özünü, onların yaranma ardıcıllığını və bu dəyiĢmələr arasındakı səbəb və nəticələri fərqləndirmək lazımdır. Məsələn: periferik nitq aparatının müəyyən qüsurları (xüsusilə artikulyasiya aparatının) nəticəsində nitq üzvlərinin hərəkət məhdudiyyətləri özünü göstərir. nitq səslərinin kifayət qədər artikulyasiya edilməsinin çətinliyi müxtəlif tələffüz qüsurlarını meydana gətirir. Artikulyasiyanın qeyri dəqiqliyi sözün səs tərkibinə yiyələnməni gecikdirir, bu isə öz növbəsində yazılı nitqdə aqramatizmə səbəb olur. Bundan əlavə, arikulyasiyanın qeyri dəqiqliyi nitqin fəallığını da məhdudlaĢdırır. UĢaq ətrafdakıların onu lağa qoymasından çəkinərək özünün ünsiyyət dairəsini məhdudlaĢdırır. Bu isə lüğət ehtiyatının həm aktiv, həm də passiv tərəfinin azalmasına gətirib çıxarır.

Sistemli yanaĢma prinsipi nitq funksiyasının mürəkkəb strukturunu əks edərək, onun səs nitqin tələffüz tərəfini, fonematik prosesləri, leksika və qrammatik quruluĢunu əhatə edir. Nitq qüsurları nitqin müxtəlif komponentlərinə toxuna bilər. Bəzi qüsurlar yalnız tələffüz proseslərinə toxunub, nitqin heç bir müĢayətedici hallar olmadan aydınlığında əks olunur. Digərləri dilin fonematik sisteminə toxunaraq yalnız tələffüz qüsurları ilə deyil, həmçinin oxu və yazı pozğunluqlarını yaradan sözün səs tərkibinə yiyələnmə çətinliyi ilə özünü göstərirdi. Daha mürəkkəb nitq qüsurları dilin həm fonetikafonematik, həm də, leksiko-qrammatik tərəfini əhatə edir və nitqin ümumi inkiĢaf geriliyini (qığıltıdan geniĢ nitqə qədər, lakin müəyyən fonetik və leksik - qrammatik inkiĢafsızlığı elementləri olan) meydana gətirir. MəĢhur rus pedaqoqu A.E.Levina nitqin ümumi inkiĢaf geriliyinin 3 səviyyəsini müəyyən etmiĢdir.

Birinci səviyyə tam və ya demək olar ki, tam sözlü ünsiyyət vasitəsi olmaması. Bu səviyyədə nitq inkiĢafının lüğət ehtiyatı əsasən səs və səstəqlidi komplekslərindən ibarət olub və ətrafdakılar üçün aydın olmayan oksentlərlə müĢayət edilən anlaĢılmayan nitqdir.

Ġkinci səviyyə onunla xarakterizə olunur ki, uĢaqların nitq imkanları müəyyən qədər çox, ətraf mühitlə ünsiyyət təkcə oksent və sözlərin hecaları ilə deyil, həm də fonetik və qrammatik cəhətdən təhrif olunmuĢ nitq parçalarından ibarət olur.

Üçüncü səviyyə özündə kifayət qədər inkiĢaf etmiĢ kobud fonetik və leksik-qrammatik qüsurları olmayan, amma fonetik, leksik və qrammatik cəhətcə ayrı-ayrı qüsurları olan danıĢıq nitqini əks etdirir. Loqopediya burada qanunauyğunluqlara əsaslanaraq dili sistemli Ģəkildə öyrənir və hər hansı qanunauyğunluqdan kənar halları müəyyənləĢdirir. Nitq qüsurlarını psixi inkiĢafın digər tərəfləri ilə əlaqəsi prinsipi. Məlumdur ki, nitq fəaliyyəti uĢağın bütün psixikası ilə onun müxtəlif prosesləri: sensor, intellektual və effektiv iradı sferalar ilə sıx əlaqədə formalaĢır və fəaliyyət göstərir. UĢaqda bu və ya digər psixi proseslərin gediĢinin özünəməxsus fərdiliyinin açılması anormal uĢaqda bu və ya digər nitq qüsurunun baĢ verməsini baĢa düĢməyə imkan verir. Belə ki, görmənin zəifləməsi, görmə analizatorunun kompensator imkanlarının azalması nəticəsində aleksiya və aqrafiya kimi qüsurlar daha ağır formada keçəcəkdir. Nitq qüsurları və psixikanın bu və ya digər tərəfləri arasında əlaqənn öyrənilməsi, nitq qüsurunun yaranmasında iĢtirak edən psixi proseslərə təsir etmək yollarını tapmağa kömək edə bilər.




Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin