Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 227,59 Kb.
səhifə9/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

UŞAQLARDA NİTQ QÜSURLARININ TİBBİ CƏHƏTDƏN

ÖYRƏNİLMƏSİ


Məlumdur ki, loqopediya tibb elminin neyro-fiziologiya, neyropsixologiya və kliniki nevrologiya sahələri ilə sıx bağlıdır. Belə ki, loqopediyanın tədqiq etdiyi nitq qüsurları təfəkkür, Ģüur və nitqin substrat materialı olan sinir sisteminin bu və ya digər pozğunluqları yonunda özünü göstərir. Bir tərəfdən sinir sisteminin vəziyyətinin nəzərə alınması nitq qüsurlarının öyrənilməsi çətinləĢdirir, digər tərəfdən isə müxtəlif nitq qüsurlarını korreksiya etməkdən nevroloji pozulmaların mahiyyətini dərk edilməsinə loqopedə kömək edir.

Nitq uĢağın tərbiyəsində sosial vasitədir. UĢaqda düzgün nitq inkiĢafı üçün əsas Ģərtlər aĢağıdakılardır.

a)Ġnformasiyanı almaq üçün əsas olması, yəni onda akustik,

görmə və ginestetik reseptorların mövcudluğu.

b)Qəbul edilmiĢ informasiyanı təhlil etmək və onun sağlamlıq üçün yaxĢı inkiĢaf etmiĢ substratın olması, yəni kifayət qədər intellekt səviyyəsi və yaddaĢın – sinir sisteminin müəyyən morfoloji və funksional inkiĢafının olması.

v) Artikulyasiya üçün vacib olan motor aparatının olması.

Aydındır ki, yuxarıda göstərilən Ģərtlər yalnız bütün baĢ beyini və sinir sisteminin ayrı-ayrı hissələrini normal inkiĢafı zamanı təmin edilə bilər. Lakin əldə olan kliniki materiallar və neyrofiziologiyada aparılmıĢ eksperimentlər yəqin edir ki, beyinin bəzi hissələrinin zədələnməsi daha çox ifadə olunmuĢ nitq qüsurlarına səbəb olursa, digər sahələrinin zədələnməsi isə heç bir nitq qüsuru yaratmır. Hamı yaxĢı bilir ki, baĢın gicgah, əmgək və alın paylarının zədələnməsi müəyyən nitq qüsurlarını yaradır. Bu faktorların olması bəzi alimlərə əsas verdi ki, beyinin ayrıayrı sahələrində nitqin lokallaĢması barədə fikirlər söyləsinlər (Brok, Verniko, Ġ.P.Pavlov).

Müasir dövrdə bu fikirlərlə razılaĢmayan B.M.Qext göstərir ki, beyinin göstərilən sahələri yalnız nitq fəaliyyəti ilə əlaqədar olan beyinin müxtəlif sahələrinin çoxsaylı əlaqələrinin yerləridir və elə buna görə də onların zədələnməsi kobud nitq qüsurlarına gətirib çıxarır.

Beləliklə, nitq pozulması simptomunun lokallaĢmasını substratın (nitqin fəallığı və fəaliyyətinin formalaĢması üçün məsul) lokallaĢması ilə qarıĢdırmaq olmaz. Deyilənlər elə artikulyasiya əzələsinin uzlaĢdırılmıĢ fəalliyyətini yaradan hərəkət fəallığının təĢkilinə də aiddir. Əzələlərin daha kobud zədələnməsi sinir sisteminin periferik hissələrinin üzün, dilin, xirtdəyin, döĢ qəfəsinin əzələlərini sinir toxumları ilə təmin edən tərəflərinin zədələnməsi nəticəsində meydana çıxır. Bunun pozulması dizartriya və anartriya kimi ağır nitq qüsurlarını törədir.

Nitq qüsurlarının araĢdırılması zamanı fəaliyyəti yerinə yetirən və aktivliyi planlaĢdırmağa kömək edən sinir mexanizmlərinin rolunu nəzərə almaq lazımdır. ümumiyyətlə, nitq patologiyaları çox zaman hərəkət sistemi və yaxud reseptor fəaliyyətinin müxtəlif dərəcədə ifadə olunmuĢ pozulmaları ilə bağlıdır. Bundan baĢqa elə nitq qüsurları vardır ki, onlar neyrodinamik proseslərin pozulması nəticəsində baĢ verirlər. Məhz buna görə də nitq qüsurlarının sinir sistemi pozğunluqları ilə bağlı məsələlərin diqqətdən keçirtmək lazımdır.

Əvvəldən göstərdik ki, nitq qüsurları əsasən baĢ beyinin müxtəlif sahələrinin zədələnməsi zamanı baĢ verir. Məlumdur ki, insanın baĢ beyin qabığında küllü miqdarda sinir hüceyrələri vardır.

BaĢ beyin qabığının zədələnməsi zamanı müxtəlif nitq fəaliyyətinin pozğunluqları, afaziya, alaliya, dizartriya eləcə də digər qüsurlar, xüsusilə hissiyyət, hərəkət və praksisin, stereoqnozun müxtəlif ağır, mürəkkəb funksiyalarının pozulması baĢ verir.

Böyük yarımkürələr alın, gicgah, əmgək və əncə hissələrinə bölünür və hər bir hissə müxtəlif qırıĢ və simptomlara malik olur. BaĢ beyin yarımkürələrinin qabığının zədələnməsi simptomatikası onun hansı hissənin zərər çəkdiyindən asılıdır. Nitq pozğunluqları ən çox dominant yarımkürələrin arxa hissələrinin üçüncü alın qırıĢlarının (motor afaziya, motor alaliya), yuxarı gicgah payının qırıĢlarının (sensor afaziya, sensor alaliya), gicgah-əmgək birləĢməsi və ənsə payının zədələnməsi zamanı baĢ verir. Sol yarımkürələrinin kənarüstü qırıĢlarının zədələnməsi mürəkkəb hərəkət vərdiĢlərinin dağılmasına səbəb olur. Bu hal loqopediyada apraksiya adlanır. Apraksiya zamanı avtomatlaĢdırılmıĢ hərəkətlər unudulur. Məsələn: dilin apraksiyası zamanı xəstə dilini ağzına sala bilmir, bundan baĢqa dilin yuxarı, aĢağı hərəkətləri məhdudlaĢır, nəticədə nitq fəaliyyətinin inkiĢafında mühüm rol oynayır. Qabıqaltı düyünlər sinir sisteminin digər üzvü ilə birlikdə ekstraknid sistemini təĢkil edir. Bu sistemin əsas vəzifəsi hərəkət aktına hazırlıq və yerinə yetirilmə prosesində onun korreksiyasıdır. Ekstrapiramid sistem görmə təpəciklərinin həssas törəmələri ilə sıx bağlı olub həm də emosional-hərəkət reaksiyaların həyata keçməsində iĢtirak edir. (məs: mimiki hərəkətlər) Ekstrapiramid sistem əzələ tonusunu dəyiĢdirir. O ağırlıq mərkəzinin yerini dəyiĢdirir, müəyyən əzələ qruplarını iĢdən azad edir, antoqonist əzələlərini tonik gərginliyini hərəkət prosesində dəyiĢdirir. Bu sistemin pozulması əzələ fəaliyyətinin kobud qüsurlarına gətirib çıxarır. Belə qüsurlardan biri qeyri-iradi, zorakı hərəkət-giperginezdir.

Qeyd etmək lazımdır ki, ekstrapiramid sisteminin zədələnməsi nəticəsində yaranmıĢ nitq fəaliyyətinin qüsurları çox xarakterik və müxtəlifdir. Məsələn: atrikulyasiya əzələsində giperginezin olması nitqi təhrif edib dərk edilməyən vəziyyətə salır. Atetoz zamanı ağızın qeyriiradi açılıb dili tamamilə çölə atması uĢağı danıĢmaqdan məhrum edir.

Xoreya zamanı nitq pozğunluqları baĢqa bir xarakter alır. Belə ki, diafraqma və qabırğaarası əzələlərin periodik zorakı hərəkətləri nəticəsində mütəmadi nəfəsvermə yaranır, bu isə öz növbəsində nitqin rəvanlığını pozur, danıĢıq zamanı qeyri-ixtiyari qıĢqırıq, inilti müĢahidə edilir. Anoloji qıc olmalar xirtdək əzələlərində və dildə özünü göstərir və səslərin təhrif edilmiĢ tələffüzünə səbəb olur.

Nitqin yaranmasında və inkiĢafında beyinin və beyin kökünün də böyük rolu vardır. Belə ki, beyin kökündə çox böyük sayda baĢ beyin hissələrini əlaqələndirən və onu onurğa ilə bağlayan nüvə, ötürücülər vardır. BaĢ beyin kökündə olan hüceyrə qrupları baĢın müxtəlif törəmələri ilə münasibətdə hərəkət və hissi fəaliyyəti həyata keçirən kəllə-beyin Ģüurlarının baĢlanğıcını əmələ gətirir. Kəllə-beyin sinirləri bunlardır: göz hərəkəti, blokabənzər, üçlü, dolayı, üz, azan, dil-udlaq, dilaltı, əlavə və vestibulyar sinirlər. Bu sinirlərin nitq fəaliyyəti qüsurlarının yaranmasındakı rolu onların inervasiyasının, xüsusilə, artikulyasiya əzələlərinin hərəkətinin əhəmiyyətindən asılı müəyyənləĢdirilir. Məs: üçlü sinir çeynəmə əzələlərini sinirlərlə və sinir toxumaları ilə təmin edir. bu Ģüurun zədələnməsi zamanı alt çənə sallanır və bağlamanın qeyri-mümkünlüyü düzgün artikulyasiyanı daha da çətinləĢdirir. Üz siniri üzün uyğun tərəfinin mimiki əzələlərini çox böyük hissəsini innevasiya edir. Bu funksiyasının pozulması zamanı xəstə gözlərini bağlaya, qaĢlarını çata bilmir, yanaqlarını ĢiĢirtməyi və dodaqlarını boru Ģəklinə salmağı bacarmır. Dil-dodaq sinirinin hərəkət hissəsi yumĢaq damağı və udlağın yuxarı hissəsini innervasiya edir. ġüurun zədələnməsi həmin əzələlərin iflicinə səbəb olur. Azan sinir döĢ və qarın boĢluğunun bütün üzvlərini, xirtdək, udlaq və damaq əzələlərini innervasiya edir. Dilaltı sinir isə dilin əzələlərini innervasiya edib, onu yuxarı, irəli və yanlara doğru hərəkətə gətirir. Yuxarıda göstərilən bütün sinirlərin zədələnməsi nəticəsində artikulyasiya aparatının hərəkəti və səslənmə prosesi pozulur.

Göstərmək lazımdır ki, nitq qüsuru ilə əziyyət çəkən uĢaqların müəyyən günü sinir sisteminin bu və ya digər xəstəliklərinə tutulmuĢ olurlar.

Sinir sistemi xəstəlikləri üzvü və funksional olmaqla iki yerə bölünür. Üzvü xəstəliklər sinir sistemi toxumalarında çox və ya az dərəcədə struktur dəyiĢmələri zamanı baĢ verir. Funksional sinir xəstəliklərinin əsasını neyrodinamik pozulmalar təĢkil edir.


Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin