Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının


Sinir sisteminin üzvü xəstəlikləri



Yüklə 227,59 Kb.
səhifə10/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

1.Sinir sisteminin üzvü xəstəlikləri

Sinir sisteminin üzvü xəstəlikləri nitq qüsurunun mənĢəyinə görə yoluxucu xəstəliklərə, sinir sisteminin zədələnməsinə, irsi-digenerativ xəstəliklərə, maddələr mübadiləsi xəstəliklərinə, ĢiĢlərə və beynin damar xəstəliklərinə ayrılır.

UĢaqlarda nitq pozulmaları çox vaxt yoluxucu xəstəliklərin, sinir sisteminin travmalarının, intoksikasiya və irsi-degenerativ xəstəliklərin nəticəsində meydana gəlir. Yoluxucu xəstəliklər bakteriyalar (bakteriya, mikrob, infeksiya) və ya viruslar vasitəsi ilə uĢaqlara yoluxur. Neyroyoluxucu xəstəliklərə meninkitlər, ensifalitlər, menenqoensifolitlər, polimitlər, poliradikulo-nevrit və digərləri aiddir.

Sinir sistemi travmaları (zədələri) uĢaq yaĢlarında nitq qüsurlarının əsas səbəblərindən biridir. Ən ağır və tez-tez müĢahidə edilən zədələr kəllə-beyin zədələridir. Bu zədələr uĢağın bətndaxili və doğuĢ zamanı (doğuĢ travmaları, uĢağın maĢa ilə enstraksiyası və s.) baĢ verir.

Qeyd etmək lazımdır ki, çox vaxt nevrozlar elə uĢaqlarda müĢahidə edilir ki, uĢaqların ailələrində artıq psixi xəstələr vardır. Nevrozların əsasən 3 əsas tipi vardır: nevrasteniya, isteriya, psixasteriya. Göstərmək lazımdır ki, uĢaqlarda bu tiplərin əsl forması müĢahidə edilmir. Lakin nevrozlu uĢaqların ətraflı müayinəsi göstərir ki, bu uĢaqlarda yaĢlılarda inkiĢaf etmiĢ nevrozun müxtəlif formalarına oxĢar əlamətlər ola bilər. Məsələn, bəzi uĢaqların kliniki mənzərəsində dominant yeri tez yorulmaq, yüngül yayğınlıq, aktiv diqqətin üzgünlüyü (zəifliyi), yuxunun pozulması, yaddaĢın olmaması tutur. Bu əlamətlər nevrosteniyanın əlamətlərinə oxĢardır. Digər uĢaqlarda həyəcanlıvasvasılıq, özünəinamsızlıq, öz hərəkətlərinə Ģübhə müĢahidə olunur. Belə uĢaqlarda qorxaqlıq, həddən artıq ağlağanlıq (nevrozun psixostepik forması) da olur. Ġsterik tipli nevrozlarda emosional davranıĢ, özünütəlqin, psixoloji təlqin və s. əlamətlər özünü göstərir.

Bəzən bu cür xəstələrdə isterik mutizm (sinir sistemində heç bir üzvü dəyiĢmənin olmaması ilə Ģərtlənən nitqdən imtina) susmaq müĢahidə edilir. Mutizmdə xəstələr danıĢmasalar da onlarda yazı vərdiĢləri pozulmamıĢ olur. Bəzən isterik tipli xəstələrdə isterik afoniyasəsin olmaması da müĢahidə edilir. Ġsterik tipli xəstələrdə bəzən psixozədələyici faktorun təsiri ilə tutmalar baĢ verir. Tutmalar istiqamətləndirici hərəkətlərin bolluğu ilə (qəh-qəhə ilə gülmək, ağlamaq, diĢləri qıcamaq) xarakterizə olunur. Adətən bu zaman xəstənin Ģüuru pozulmur, refleksləri və həssaslığı mühafizə olunur. Bunlardan istifadə edərək bəzən isterik tutmaların qarĢısını güclü emosional təsirlə və ya qeyri-adi qıcıqla almaq olar. (xəstənin üzünə soyuq su çiləmək, disfunksiyalar – çox tərləmə, arterial təzyiqin enib-qalxması, nəbzin dəyiĢkənliyi ilə müĢayiət edilir. Bəzi hallarda disfunksiya özünü hər hansı bir üzvünün-ürək, mədə-bağırsaq və s. fəaliyyətinin pozulmasında göstərir.

Göstərmək lazımdır ki, nevrozlu uĢaqların motor xüsusiyyətləri də nəzər-diqqəti cəlb edir. Belə ki, xəstələrdə yüksək müttəhərriklik, oturmamazlıq, ayrı-ayrı hərəkət aktlarının sürətlə yerinə yetirilməsi qeyd edilir. Bəzən bu tez yorulma ilə uzlaĢır.

Nevrozun formalaĢmasından biri-koordinator nevroz olub hərəkətlərin koordinasiyasının, fəaliyyətin müəyyən növünün (yazı yazma, pianoda çalma və s.) yerinə yetirmə vərdiĢlərinin pozulmasıdır. Bu zaman fəaliyyətin digər növləri adətən dəyiĢməz qalır. Belə ki, qələmlə yazı yaza bilməyən xəstə pianoda çala bilər və ya əksinə.

Nevrozun xüsusi tipi kəkələmədir. Adətən kəkələyən uĢaqların çox böyük qismində bu xəstəlik inkiĢaf edən nevroz fonunda meydana gəlir və yalnız çox az uĢaqlarda kəkələmə nevrozun digər növləri ilə eyni vaxtda baĢ verə bilir. Kəkələyən uĢaqlar adətən həddən artıq mütəhərrikdirlər. Bu uĢaqların hərəkətləri kəskin, çox vaxt kifayət qədər koordinasiya edilməmiĢ, tez qıcıqlanan olur.

Belə uĢaqlarda diqqətin və yaddaĢın davamsızlığı və digər psixi xüsusiyyətlər qeyd edilir.

Göstərilən əlamətlərin dinamikası nitq qüsurunun dinamikası ilə eynilik təĢkil edir. Kəkələmənin azalmaması zamanı digər vegetativ, somatik və emosional nevrotik proseslər də azalır və əksinə kəkələmənin artması göstərilən əlamətlərin də yüksəlməsini Ģərtləndirir. Nitq qüsurlarının Ģərtlərindən nevroloji pozğunluqların müalicəsi nitq fəaliyyətinin normallaĢdırılması üçün çox vacibdir. Sözsüz ki, bu müalicə mütəxəssisin –psixonevroloqun təyinatı və müĢahidəsi altında aparılmasıdır.

Müalicə zamanı aĢağıdakı tədbirlərdən istifadə edilir.



  1. sinir sisteminin funksiyasının pozulmasını və ya zədələnməsini

meydana gətirən əsas proseslərə təsir etmək (etioloji müalicə);

  1. xəstəlik prosesinin inkiĢaf mexanizminə təsir etmək (patogen

müalicə);

v) xəstəliyin ayrı-ayrı simptomlarına təsir etmək (simptomatik

müalicə).

Loqopedik fəaliyyətdə ən az rast gəlinən etimoloji müalicədə uĢaqlar əvvəllər müalicə alsalar da loqopedik iĢ prosesində yenə də bakteriya əleyhinə, xroniki sinir sistemi xəstəliklərinə qarĢı, maddələr mübadiləsinin bərpası üçün müəyyən müalicə kursu keçirlər.

Nitq fəaliyyətinin pozulmasına səbəb olan sinir sistemi xəstəliklərinin patogenetik terapiyası daha çox müĢahidə olunur. Bu müalicədə əsas məqsəd pataloji proseslərin inkiĢafına səbəb olan mexanizmlərin fəaliyyətini məhdudlaĢdırmaq və zədələnmiĢ funksiyaların bərpası üçün müsbət imkanları yaratmaqdır. Patoloji proseslərin inkiĢafına səbəb olan sinir sisteminin üzvü xəstəlikləri, əsasən likvorodinamikanın pozulması, yoluxucu iltihabı xəstəliklər və zədələrdir. Bununla əlaqədar, göstərilən faktorların sinir sisteminə etdiyi təsirin qarĢısını almaq məqsədilə dövrü degidratasiya terapiyası (onurğa beynin mayesinin təzyiqini azaltmaq) və təzə yaraların, çapıqların sağalmasına kömək edən qida toxuma terapiyası aparılır.

Sinir sistemi xəstəliklərinin aradan qaldırılmasına psixotop dərman preparatlarının istifadə edilməsi də az əhəmiyyət daĢımır.

AparılmıĢ eksperimentlər nəticəsində müəyyən edilmiĢdir ki, afaziya zamanı nitq fəaliyyətinin bərpa müddəti müəyyən qədər psixotrop dərmanlarla müalicə azaldır. Belə ki, bu cür müalicə nəticəsində afaziyalı xəstələrin nitq fəaliyyəti müəyyən qədər bərpa olunur.

Beləliklə də, nitq fəaliyyətinin öyrənilməsi, nitq qüsurlarının aradan qaldırılması üçün bu problemlərin tibbi cəhətdən öyrənilməsinin çox böyük əhəmiyyəti var.




Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin