Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının


Proqnatiya – üst çənə qabağa çox çıxır, nəticədə aĢağı qabaq diĢlər üst diĢlərə toxunmurlar. Proqeneya



Yüklə 227,59 Kb.
səhifə18/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

Proqnatiya – üst çənə qabağa çox çıxır, nəticədə aĢağı qabaq diĢlər üst diĢlərə toxunmurlar.

Proqeneya – aĢağı çənə qabağa çıxmıĢ vəziyyətdə, üst çənənin diĢləri isə aĢağı çənə diĢlərini qapamayır.

Açıq dişləm – aĢağı və üst çənənin qapanması zamanı arasında boĢluq qalır. Bəzən bu boĢluq yalnız ön diĢlərin arasında olur (ön açıq diĢləm).

Yan açıq dişləm – sol tərəfli sağ tərəfli və ikitərəfli olur. DiĢlərin quruluĢu qüsurları da mexaniki dislaliyaya səbəb ola bilər. Məsələn: diĢlər arasında boĢluqların olması nəticəsində nitq zamanı dil bu boĢluqlara girir və səs səhv tələffüz olunur.

DiĢ və çənənin quruluĢları stamotoloji həkimlər tərəfindən aradan qaldırılır, çənənin irəli çıxmasının qarĢısını almaq üçün xüsusi Ģinalar tətbiq olunur. Daha yaxĢı nəticələr almaq üçün Ģinalar 5 yaĢında, 6 yaĢa qədər uĢaqlara qoyulur. Bu yaĢda sümüklər ön plastikliyini saxladığı üçün onları düzəltmək mümkündür.

Səs tələffüzünə mənfi təsir göstərən amillərdən biri də damaq qüsurlarıdır. Belə ki, dar, həddindən artıq hündür (qotik tipli) damaq və ya yastı, çox aĢağıda olan damaq bir çox səslərin düzgün tələffüzünü çətinləĢdirir.

Çox qalın, bəzən sallaq aĢağı dodaq və ya qısa, az mütəhərrik üst dodaq dil-dodaq səslərinin tələffüzünü təkmilləĢdirib təhrif edir.

Qeyd etmək lazımdır ki, düzgün olmayan səs tələffüzü hər hansı bir samit səsə münasibətdə özünü göstərir. (Artikulyasiyasına görə sadə dilin əlavə hərəkətləri tələb olunmayan m, n, t, q səslərinin səs tələffüzündə qüsurlar çox az təsadüf edilir). Adətən düzgün olmayan təhrif edilmiĢ səs tələffüzü dil (r, l), fitli (s, z) və fısıltılı (s, j, ç, c) səslərində özünü göstərir.

UĢaqlar bəzən bərk və yumĢaq samit cütlərinin tələffüzündə də qüsura yol verirlər.

Səs tələffüzü qüsurları özünü bu və digər səslərin olmaması, ya onların təhrifi, ya da əvəzedilməsi ilə göstərir.

Bunları ayrı-ayrı nəzərdən keçirək.

Nitqdə bu və ya digər səsin olmaması özünü sözün əvvəlində, ortasında və sonunda həmin səsin düĢməsi ilə göstərir. Məsələn: «reyhan»-«eyhan», «armud»-«amud», «sar»-«sa». Səsin təhrif olunması dedikdə bu və ya digər səsin düzgün tələffüzü əvəzinə Azərbaycan dilinin hərfləri sistemində olmayan səs tələffüz edilir. Məsələn: uvulyar, bu zaman yumĢaq damağın nazik kənarı vibrasiya edir və ya uvulyar r, bu zaman kiçik dilçək, vibrasiya edir.

Səslərin digər səslərlə əvəzlənməsi (ana dilinin fonetik sistemindən) aĢağıdakı kimi baĢ verir.

Artikulyasiya yerinə görə eyni və əmələgəlmə yerinə görə eyni səslərlə əvəz edilmə, məsələn: partlayan dilarxası k və q ilə partlayan dil önü t və d səsləri əvəz edilməsi (salam-talam, soruĢmaq-toruĢmaq).

Əmələgəlmə yerinə görə eyni artikulyasiya orqanlarının iĢtirakına görə fərqli səslərin əvəzlənməsi. Məsələn: frikativ v dil-diĢ j səsi ilə əvəz edilir (sumka-fumka).

Əmələgəlmə yerinə görə və ya vasitəsinə görə eyni səsli iĢtirakına görə fərqli səslərin əvəzlənməsi. Məsələn cingiltili səslərin karlarla əvəzlənməsi (bıçaq-pıçaq, don-ton, daĢ-taĢ). Kəmiyyətə görə dislaliya sadə və mürəkkəb olur. Əgər tələffüz zamanı 4 səs qüsurla olarsa, bu sadə, beĢ və ya daha artıq səs qüsurla tələffüz edilərsə, bu mürəkkəb dislaliya adlanır. Əgər səs tələffüzü qüsurlu bir artikulyasiya qrupunu əhatə edirsə, monomorf dislaliya adlanır. Əgər qüsur iki və daha artıq artikulyasiya qrupunu əhatə edirsə, (rotasizm, siqmatizm və lambdasizm), bu polimet dislaliya adlanır.

Tələffüz qüsurunun xarakterinə uyğun olaraq, dislaliyanın aĢağıdakı növləri var:

1.Siqmatizm (yunan sözü olub siqma s səsini bildirir) fitli səslərin (s, Ģ, z, ) və fısıltılı (ç, j, c)samitlərin tələffüz qüsurlarını bildirir. Siqmatizm tələffüz qüsurlarının ən geniĢ yayılmıĢ növüdür.

2.Rotasizm (ro hərfi yunanca adı s səsini bildirir) r və r” səslərinin qüsurlu tələffüzüdür.

3.Lambdasizm (lambda hərfinin yunanca adı olub, l səsini bildirir) v və l səslərinin qüsurlu tələffüzüdür.

4.Damaq samitlərinin tələffüz qüsurları.

Kappatsizm – k və k” səsləri;

Qammatizm – q və q” səsləri;

Xittizm – x və x” səsləri

Yotatizm – y səsli

5.CingiltiləĢmə qüsuru- cingiltili səslərin tələffüz qüsurlarıdır. Bu qüsur cingiltili samitlərin kar səslərlə əvəz olunmasında özünü göstərir: v-p, d-t, v-f, z-s, j-Ģ, q-k və s.

Qeyd etmək lazımdır ki, bu qüsur ağır eĢidən uĢaqlarda daha çox təsadüf edilir.

6.YumĢalma qüsurları – yumĢaq tələffüz edilən samitlərin bərk səslərlə əvəz edilməsidir. d”-d, p”-p, k”-k, r”-r və s.

Ġstisna kimi Ģ, j, ç, c, y səslərin tələffüzündə bu qüsurlar müĢahidə edilmir, çünki həmin səslərin bərk cüt səsləri yoxdur.

Göstərmək lazımdır ki, uĢağın hərtərəfli inkiĢafına nail olmaq üçün onun nitqinin düzgün formalaĢması və inkiĢaf etməsinin də böyük rolu vardır. Buna görə də göstərdiyimiz tələffüz qüsurları vaxtında, elə məktəbəqədər yaĢ dövründə aradan qaldırılmalıdır. Əks təqdirdə bu

qüsurlar daha mürəkkəb və davamlı xarakter alacaqlar. Bundan əlavə, yaddan çıxarmaq olmaz ki, məktəbəqədər yaĢ dövrü uĢağın nitqinin daha sürətli inkiĢaf mərhələsi olub, tez təsirə məruz qalandır. Buna görə də bu mərhələdə aparılan korreksiya nəticəsində qüsurları tez və asan aradan qaldırmaq mümkündür.

Bunu da nəzərə almaq lazımdır ki, mürəkkəb tələffüz qüsurları digər ağırlaĢmalara səbəb olub, uĢağın həm Ģifahi, həm də yazılı nitqində müxtəlif qüsurların əmələ gəlməsini Ģərtləndirə bilər.

Məlumdur ki, ekspressiv nitq prosesində, xüsusilə səslərin ifadə edilməsində artikulyasiya aparatı üzvlərinin hərəkətlərinin kinestetik hissləri yaranır. Bu hərəkətlərin kinestetik qıcıqlarından yaranan impulslar baĢ beyin qabığına gedir. MəĢhur rus fizioloqu Ġ.P.Pavlov kinestetik qıcıqlara çox böyük əhəmiyyət verir, onların ikinci siqnal sisteminin formalaĢmasındakı rolunu yüksək qiymətləndirirdi. O, qıcıqları II siqnal sisteminin (əsas) komponentlərin adlandırırdı. Məhz kinestetik qıcıqlar fonematik qavramanın formalaĢmasında həlledici rol oynayırlar. Öz-özlüyündə ola bilər ki, səs tələffüzünün qüsurlarında «baza komponenti» tam iĢtirak etmədiyindən fonematik qavrama da dolğun inkiĢaf etmir.

Fonematik qavramanın çatıĢmamazlığı isə ona gətirib çıxarır ki, uĢaq eĢitmə ilə səslənməsinə görə və ya artikulyasiyasına görə oxĢar səsləri qavramır (konferensiallaĢdıra bilmir). UĢağın lüğət ehtiyatı tərkibində çətin fərqləndirilən səslərdən ibarət səslərlə zənginləĢmir. Sonralar bu uĢaq tədricən öz həmkarlarından nitqin inkiĢafına görə geri qalmağa baĢlayacaqdır.

Məlumdur ki, fonematik qavramanın çatıĢmamazlığı qrammatik quruluĢa yiyələnməni də çətinləĢdirir. Belə ki, fonematik qavramanın qüsuru bir çox sonların, köməkçi sözlərin baĢa düĢülməsinin qeyrimümkün etdiyindən uĢaq cümlənin qurulmasında əziyyət çəkir. Beləliklə də, yuxarıda göstərilən səbəb nəticəsində burada bütöv bir qüsurlar «zənciri» meydana gəlir. Onun dilində fonetiko-fonematik və leksiko-qrammatik qüsurları özünü göstərir. BaĢqa sözlə desək, mürəkkəb dislaliya nəticəsində fonematik qavrama pozğunluğu yaranır ki, bu da nitqin ümumi inkiĢafsızlığına gətirib çıxarır.

Nitqin ümumi inkiĢafsızlığı isə əgər vaxtında – məktəbəqədər yaĢ dövründə aradan qaldırılmırsa, mütləq oxu və yazı qüsurlarını törədəcəkdir. Beləliklə, əgər dislaliya vaxtında üzə çıxarılıb, aradan qaldırılmazsa, qeyd etdiyimiz ağır nəticələrə gətirib çıxara bilər.

Müəyyən olmuĢdur ki, beĢ yaĢından gec olmayaraq uĢaqlarda səs tələffüzü çatıĢmamazlıqları müəyyənləĢdirilməlidir. Buradan sual doğur, niyə? Hamıya aydındır ki, kiçik uĢaq bütün səsləri düzgün tələffüz etməyə qabil deyildir. Çünki onun artikulyasiya aparatı tam inkihaf etməmiĢ və möhkəmlənməmiĢdir. Məktəbəqədər yaĢlı (4-5) uĢaqlarda bir sıra səslərin səhv tələffüzü normal hesab edilir və fizioloji pəltəklik adlanır. Yalnız 5 yaĢından sonra (göstərilən yaĢ həddi uĢağın inkiĢaf Ģəraitindən asılı olaraq dəyiĢə bilər) tələffüz qüsurları patoloji sayıla bilər. Buna görə də həmin yaĢdan baĢlayaraq dislaliyanın aradan qaldırılması istiqamətində müəyyən iĢ görmək lazımdır.

Ən əvvəl vaxtında uĢaqların nitqini tədqiq edib, qüsurları üzə çıxartmaq lazımdır. Bu məqsədlə 4 yaĢından gec olmayaraq, uĢaqlar loqopedik müayindən keçməlidir.

Loqopedik müayinə zamanı dislaliyalı uĢaqların ən əvvəl artikulyasiya aparatının quruluĢu və mütəhərrikliyi bütün incəlikləri ilə yoxlanılmalıdır. Sonra onun səs tələffüzünün vəziyyəti çox diqqətlə müayinə edilməlidir. Bundan əlavə fonematik qavramanın vəziyyəti də yoxlanmalıdır. BaĢqa sözlə desək, loqopedik müayinə aĢağıdakı mərhələlərlə aparılmalıdır.




Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin