Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 227,59 Kb.
səhifə16/106
tarix02.01.2022
ölçüsü227,59 Kb.
#39078
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   106
loqopediyanin nezeri esaslari haqqinda umumi melumatuuu

1.Funksional dislaliya

Funksional dislaliya səs tələffüzünün pozulmasının elə bir formasıdır ki, burada artikulyasiya aparatında heç bir çatıĢmamazlıq müĢahidə edilmir.

Bu qüsurun yaranmasının səbəblərindən ən geniĢ yayılması uĢaqların ailədə düzgün nitq tərbiyəsi almamasıdır. Bəzən yaĢlılar (ata, ana və nənə) uĢağın nitqini təqlid edir, uzun müddət onunla «uĢaq dilində» danıĢırlar. Funksional dislaliya bəzən uĢaqların artıq nitqində qüsur olan, dialekt xüsusiyyətləri və həddən artıq sürətli nitqli adamlarla daimi ünsiyyət nəticəsində də özünü göstərə bilər.

Qeyd etmək lazımdır ki, ailədə ikidillilik də uĢağın nitqinə mənfi təsir göstərib, qüsur yarada bilər, yəni müxtəlif dillərdə danıĢan uĢaq bəzən nitqin tələffüz xüsusiyyətlərini digərinə keçirib, nəticədə səhv tələffüzə malik ola bilər. Çox vaxt dislaliya pedaqoji cəhətdən baxımsızlığın nəticəsində də meydana çıxır. Bu zaman böyüklər uĢağın səs tələffüzünə diqqət yetirmir, vaxtında onun qüsurlarını təshih etmir, düzgün tələffüz nümunələri göstərməyib, dəqiq və düzgün səs tələffüzü tələb etmirlər. BaĢqa sözlə desək, uĢağın nitqi yaĢlılar tərəfindən düzgün, məqsədyönlü təsirə məruz qalmayaraq, normal tələffüz vərdiĢlərini yaratmır. Qeyd etmək lazımdır ki, səs tələffüzü qüsurları fonematik eĢitmənin inkiĢafsızlığının nəticəsi kimi də meydana çıxa bilər. Bu zaman uĢaqda səslərin differensiyası çətinləĢir və o, səslərin

akustik əlamətlərinə görə (incə qalın, kar-cingiltili, fitli-fısıltılı) fərqləndirə bilmir, nəticədə düzgün səs tələffüzünün inkiĢafı uzun müddət ləngiyir.

Funksional dislaliya artikulyasiya aparatının üzvlərinin hərəkətlərinin çatıĢmamazlığı nəticəsində də baĢ verir, yəni dilin, dodağın, aĢağı çənənin qeyri-mühərrikliyi nitq zamanı bir hərəkətdən digərinə keçməni çətinləĢdirir.

EĢitmənin azalması dislaliyaya səbəb ola bilər. Ağır eĢitmə nəticəsində uĢaqların 10%-də səs tələffüzü qüsurları müĢahidə edilir. Bu daha çox fitli və fısıltılı, kar və cingiltili səslərin differensiyasının çətinləĢməsi, eĢitmə ilə fərqləndirilməməsi nəticəsində baĢ verir.

Dislaliya eyni zamanda əqli cəhətdən geri qalan uĢaqlarda da çox təsadüf edilir. Oliqofren uĢaqların 50%-dən çoxunda səs tələffüzü pozulmaları müĢahidə edilir.




Yüklə 227,59 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin