Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   35
am pftmt

                                            Ədəbiyyat 
1.  Əliyev H.Ə. Təhsil millətin gələcəyidir, Bakı-2002. 
2.  Ağayev Ə.A. Pedaqoji fikrimiz: dünənimiz, bugünümüz, Bakı-2000. 


 
13
3.  Həsənov A.M. Məktəbəqədər pedaqogika, Bakı-2000. 
4.  Ağayev M.H. Kiçik yaşlı məktəblilərin tərbiyəsi, Bakı-2006. 
5.  Qasımova L.N., Mahmudova R.M. Pedaqogika, Bakı-2003. 
6.  Kazımov N.M. Məktəb pedaqogikası, Bakı-2002. 
 
1.2.  Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsinə müsbət   əxlaqi 
keyfiyyətlərin təsiri 
Plan: 
1.  Müsbət əxlaqi keyfiyyətlər haqqında klassik pedaqoq və mütəfəkkirlərin     
  fikirləri 
2. Əxlaq tərbiyəsinin ən zəruri tərkib hissələri  
3. Əxlaqi keyfiyyətlərin aşılanmasında valideyn və tərbiyəçilərin rolu 
4.   Əxlaqi keyfiyyətlərin mənimsənilməsində ailənin və məktəbəqədər  
   müəssisələrin işi. 
 
1. Əxlaqi və  mənəvi tərbiyənin mühüm tərkib hisslərindən biri də 
vətənpərvərlikdir. Xalqımızın Vətənə, doğma yurda məhəbbəti və bağlılığı öz 
rişələrini onun folklor nümunələrindən, böyük söz ustadlarının  əsərlərindən, dövlət 
xadimləri və  sərkərdələrinin, qəhrəmanlarının nümunələrindən alır. Söz dünyasının 
korifeyləri – Xaqani, Nizami, Tusi, M.Əvhədi,  Ə.Təbrizi, Xətai, M.Füzuli, 
A.Bakıxanov, M.F.Axundov, A.Səhhət, S.Vurğun və b. Vətəni, onun gözəlliyini vəsf 
etmiş  gəncləri Vətən torpağının qədrini bilməyə, göz bəbəyi kimi qorumağa 
çağırmışlar. Ona görə ki, “insan hissləri içərisində ən müqəddəsi, bəlkə də irsi, fitri 
mahiyyət daşıyanı, insanı  tərəqqiyə, inkişafa, yaradıcılığa təhrik edəni Vətən 
sevgisidir, vətənpərvərlikdir. Vətən məhəbbəti, torpağa bağlı olan Azərbaycan oğlu 
və  qızı döyüş meydanında yorulmur, odlar, alovlar içərisindən keçərək Vətən 
torpağının gələcəyi, xalqının  şərəf və  şöhrəti, namus və qeyrəti naminə mübarizə 
aparır. Vətən torpağı naminə mübarizə xalqımızın mənəvi varlığı və birliyi uğrunda 
mübarizə, qəhrəmanlıq, mərdlik məktəbidir. Madam ki, insan ömrünün ən böyük 
zinəti, onu yaşadan qüvvə vətənpərvərlik hissidir, bu hiss gənclərin təlim-tərbiyəsinin 
əsas ruhu, çarpan ürəyi, düşünən beyni olmalıdır” (78, səh.317).
    
 


 
14
Əxlaq tərbiyəsinin müqəddəs, ülvi tərkib hissələri sırasında yaşlı nəslə hörmət, 
sadəlik və  təvazökarlıq, düzlük və doğruçuluq mühüm yer tutur. Bu əxlaqi 
keyfiyyətlər bir-biri ilə  sıx bağlıdır. Yaşlı  nəslə hörmət etməyən düz ola bilməz. 
Doğru danışan, sadə və təvazökar olan cəmiyyət üçün faydalıdır. Harada düzlük var 
orada doğruçuluq, sadəlik və təvazökarlıq var, yaşlı nəslə hörmət var.  
2. Əxlaq tərbiyəsinin  ən zəruri tərkib hissələrindən biri də kollektivçilikdir. 
Bu, qarşılıqlı yardıma, yoldaşlığa və dostluğa əsaslanır. Cəmiyyət özlüyündə böyük 
bir kollektivdir. Onun üzvləri  əmək xariqələri yaradır, çətin anlarda  bir-birinə  
qanlarını verməyi  belə  əsirgəmir,  bir-birinə kömək edir, bir-birinə qayğı göstərirlər. 
Yoldaşlıq, dostluq kimi münasibətlər kollektivdə formalaşaraq böyük tərbiyəvi 
qüvvəyə çevrilir.  
Kollektivçilik tərbiyənin başlıca prinsiplərindən biri kimi fəaliyyət göstərir, 
həyatımızın bütün sahələrinə kömək edir. Mənəvi münasibətlər – yoldaşlıq və 
qarşılıqlı yardım, məsuliyyət, borc, prinsipiallıq, etimad, səmimiyyət, hörmət və s. 
kollektivdə formalaşır. Məqsəd aydınlığı  və ideyalılıq, sözlə  işin vəhdəti, müsbət 
keyfiyyətlərə istinad etmək kollektivin tərbiyəvi gücünü xeyli artırır.  
Respublikamızda  şəhidlərin xatirəsinə qanlı 20 yanvar gününün, 31 mart 
1918, Xocalı soyqırımının matəm günləri kimi keçirilməsi xalqımızın dözümlü və 
təmkinli xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlər Xiyabanına doğru 
gedən insan axını  bir daha təsdiq etdi ki, xalqımız özünün dərin mənəvi tarixi 
köklərini, milli mənliyini, milli ləyaqətini, vətəndaşlıq dözümünü dərindən-dərinə 
dərk etmişdir. Belə dərketmə uşaqların mənəvi dünyasına ciddi təsir etmişdir. Çünki 
respublikamızda mənəvi əsasların təsir dairəsi genişlənərək yeni məzmun kəsb etmiş, 
adamların, xüsusilə kiçik  yaşlı uşaqların fəaliyyətinə, gündəlik davranışlarına təsiri 
güclənmiş, onların sosial və  əxlaqi məsuliyyətinin artmasına  şərait yaratmışdır. 
Əxlaqi və hüquq normalarına əməl edilməsi, Vətənin xeyrinə işləmək hər bir uşağın 
təbii tələbat və sarsılmaz daxili qanununa çevrilmişdir. 
Ilkin mənəvi təsəvvür və anlayışlar, əxlaqi-etik kateqoriyalar –milli şüur, milli 
ləyaqət, milli psixologiya, mənlik, vətəndaşlıq dəyanəti, dözümlülük, ailədə qayğı, 
məhəbbət,  şərəf, qeyrət, namus və s. kimi kateqoriyalar məhz məktəbəqədər yaş 
dövründə daha sürətlə formalaşmağa başlayır. Uşaqlar ailə  səadəti, xeyir, şər 


 
15
haqqında, mütərəqqi və mürtəce qüvvələr haqqında, ədalət, ədalətsizlik, sülh, əmin-
amanlıq, müharibə, dağıntı, ekoloji çətinliklər, hüquq qanunları, iqtisadi biliklər, 
qənaət, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq və s. haqqında təsəvvür və 
anlayışlara məhz həmin dövrdə yiyələnirlər. Uşaqların mənəvi əqidəsi, dünyagörüşü, 
etiqadları, ailə həyatına baxışları, əxlaq tərbiyəsi, ailə həyatı ilə bağlı olan məsələlər 
ilk uşaq çağında təşəkkül tapır.  
Müasir  dövrdə  bu  vəzifələrin  müvəffəqiyyətlə  yerinə yetirilməsi kiçik yaşlı 
uşaqları müstəqil həyata hazırlamaq, uşaqların tərbiyəsindən, xüsusilə də vətəndaşlıq, 
insanpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyəsindən həlledici dərəcədə asılıdır. 
Uşaqların tərbiyəsinin qarşısında duran başlıca məqsəd – dərin və  hərtərəfli biliyə, 
mütərəqqi dünyagörüşə, milli və ümumbəşəri  əxlaqa, mənəviyyata və  mədəni 
dəyərlərə yiyələnən  şəxsiyyət formalaşdırmaq və  cəmiyyətimiz üçün layiqli 
vətəndaşlar yetişdirməkdir. 
Məktəbəqədər yaşlı  uşaqların vətənə  məhəbbət ruhunda tərbiyəsi olduqca 
mühüm və  zəruridir. Bu, vətənə  və  təbiətə  məhəbbət tərbiyəsidir, doğma vətəninə 
bağlılıq tərbiyəsidir. Ana dilində, mənsub olduğu xalqa vurğunluq tərbiyəsidir. Dilini, 
xalqını, soydaşlarını, həmvətənlərini sevmək tərbiyəsidir. Respublika 
konstitusiyasına, onun bayrağına, gerbinə, himninə hüsn – rəğbət tərbiyəsidir. Eyni 
zamanda mənsub olduğu xalqla, onun nailiyyətləri ilə, tarixi ilə, mədəniyyəti və 
milli-mənəvi dəyərləri ilə  fəxr etmək tərbiyəsidir. Vətən torpaqlarının azadlığı, 
qorunması naminə mübarizlik tərbiyəsidir. Vətənin çiçəklənməsi naminə  fədakarlıq 
göstərmək – yaxşı oxumaq, elmlərin əsaslarına dərindən yiyələnmək, üzərinə düşən 
vəzifəni məsuliyyətlə yerinə yetirmək tərbiyəsidir. Buna görə də kiçik yaşlı uşaqlarda 
insanpərvərlik və təbiətə məhəbbət keyfiyyətlərinin formalaşdırılması müasir dövrdə 
həmişəkindən daha çox aktuallıq kəsb edir və onun hərtərəfli tətbiqinə ehtiyac hiss 
olunur.  
Məktəbəqədər yaşlı  uşaqların necə olacaqlarını  həlledici dərəcədə onların 
uşaqlıq illərini necə keçirməsindən, bu illərdə ətraf aləmdən onların ağıl və ürəyinə 
nəyin daxil olmasından xeyli asılıdır. Böyük arzu ilə bağçaya gələn balaca uşaqlar 
dərhal təlim və  tərbiyənin güclü təsirinə  məruz qalır. Onlar yaxşı münasibətlər 
görmək istəyirlər, lakin tərbiyə baxımından ilk gündən hər addımın düzgün atılması 


 
16
başlıca şərtdir. Uşaqlar bütün tapşırıqları səylə yerinə yetirməyə çalışır və ilk ictimai 
tapşıırıqlar alırlar. Ona görə  də verilmiş tapşırıqların səliqəli, təmiz və vaxtında 
yerinə yetirilməsinə nəzarət etmək zəruridir. 
3. Çünki kiçik yaşlı balacalar diqqətlərinin qeyri-sabitliyi, əhval-
ruhiyyələrinin dəyişgənliyi, tez yorulmaları ilə fərqlənirlər. Tərbiyəçi hər an onların 
qayğısına qalmalı, tapşırıqları müəyyən edilmiş normada verməlidir. Yaxşı, gümrah 
əhval-ruhiyyə, təbəssüm, şən və sevinc bəxş edən baxış kiçik yaşlı balacaların mənəvi 
aləminin formalaşmasında mühüm rol oynayır. Tərbiyəçinin səmimiliyi, uşaq 
təfəkkürünün konkretliyi, fərdi xüsusiyyətlərini nəzərə ala bilməsi balacaların 
gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına,  əxlaqi keyfiyyətlərinin inkişafına 
böyük təsir edir. Vətənə məhəbbətin, milli mənlik şüurunun, vətəndaşlıq ləyaqəti və 
s. kimi müsbət əxlaqi keyfiyyətlərin ilk rüşeymləri məhz bağçada təşəkkül tapmağa 
başlayır. Təlim-tərbiyə prosesində  tərbiyəçi-müəllimlə  uşaqlar arasında çox 
mürəkkəb münasibətlər, qarşılıqlı  əlaqələr sistemi formalaşır. Tərbiyəçi-müəllim 
kiçik yaşlı balacaların nəzərində müqəddəs, ülvi bir varlıq kimi canlanır. Balaca 
fidanlar tərbiyəçi-müəllimdə böyükləri görür, özünü, yoldaşlarını axtarırlar. Hər bir 
uşaq bir fərd – təkraredilməzdir, onun öz aləmi var. Ona görə də tərbiyəçi-müəllim 
hər bir uşağa sevinc bəxş etməyi, onun kövrək mənəvi aləminin ilk guşə daşlarını 
böyük ustalıqla, ehtiyatla qoymağı bacarmaladır. Kiçik yaşlı  uşaqlar  təbiət və 
cəmiyyət hadisələrinə böyük maraqla yanaşır, onların sirlərini öyrənməyə can atırlar. 
Yaşlı adamların əməyi, həyatı onları özünə cəlb edir. Onlar çətinlik çəkmədən ata və 
analarının harada, nə kimi işdə işlədiklərini bilirlər. 
Məktəbəqəbər yaşlı  uşaqlar dünyaya tərbiyəçinin gözü ilə baxır, onun kimi 
hərəkət edir, onu təqlid edirlər. Onların  əxlaqi keyfiyyətləri tərbiyəçi  şəxsiyyətinin, 
tərbiyəçinin sözü ilə  hərəkətinin təsiri altında formalaşır. Onlar tərbiyəçi-müəllimin 
təlim materiallarını necə başa salmasına, adamların necə danışmasına, özünü və 
yoldaşlarının cavablarının necə qiymətləndirilməsinə,  əməkdə necə  iştirak etməsinə 
xüsusi əhəmiyyət verirlər. Çünki müəllim uşaqların əqlini elm ümmanına, gözlərini 
mənəviyyat dünyasına açan ilk tərbiyəçidir. Elmin ilk ünsürləri, elmi, əxlaqi-etik 
anlayışlar haqqında ilk elmi və geniş  məlumatları müəllim-tərbiyəçi verir. Əlbəttə, 
yaxşı, işguzar, ləyaqətli tərbiyəçilər çoxdur. Lakin öz ləyaqətini qiymətləndirməyən, 


 
17
xaraktercə kövrək, mənəviyyatca zərif olan uşaqların mənəvi dünyasına mənfi təsir 
edən, onların gəlbini yaralayan tərbiyəçilər də var. Belələri uşaqları  uşaq hesab 
edərək öz davranış  və  hərəkətlərinə, danışıq və başqa adamlara münasibətlərinə 
əhəmiyyət verməyərək yeri gəldi-gəlmədi danışır,  ən incə alət olan qeyri-normal 
sözlər, münasibətlərlə uşaq gəlbini yaralayırlar. Belə uşaqlar addım-addım, günbəgün 
böyüyür, bir şəxsiyyət kimi formalaşır, yeniyetmə sonra isə  gənc olurlar. Lakin 
müəllimlərinin onun qəlbinə vurduğu yara sağalmır. Tərbiyəçi-müəllimin 
fəaliyyətinin nəticələri birinci növbədə uşaqların sağlamlığının möhkəmliyi, ideya və 
əxlaqi keyfiyyətlərinin inkişafı, onların həyata və  əməyə hazırlığı ilə müəyyən 
edilməlidir. Uşaq yaşa dolduqca tərbiyə  işində  tərbiyəçi  şəxsiyyətinin ləyaqəti və 
mədəniyyətinin mühüm rol oynadığını,  əqidənin  əqidə ilə yaradıldığını  dərk edir. 
Uşaq anlayır ki, mənəvi ideyası, mənəvi  əqidəsi,  əxlaqi-etik biliyi olmayan adamın 
tərbiyəçi-müəllim işləməsi dözülməzdir. Tərbiyəçilərimizin bir çoxunda uşaqların 
təlim-tərbiyəsinə qarşı laqeyidliyi balacalar dərhal sezirlər. 
Sosial həyat hadisələrinin müşahidəsi və  məktəbəqədər müəssisədəki 
məsələlərə dair biliklərin bəzən bir-birinə zidd olması da uşaqların tərbiyəsi işinə 
mənfi təsir edir. Uşaq ədalətli olmağı, həqiqəti qorumağı və müdafiə etməyi öyrənir. 
Lakin birdən-birə onun gözləri qarşısında ədalət-ədalətsizliyə, həqiqət yalana çevrilir. 
Nəticədə uşaq psixoloji sarsıntı keçirir. 
Təlim-tərbiyə işində sözlə əməli işin vəhdətinin pozulması tərbiyə işinə ciddi 
zərər vurur. Buna görə də bağça yaşlı uşaqlarla aparılan tərbiyə işində verilmiş vədin 
yerinə yetirilməsinə xüsusi nəzarət edilməlidir. Lakin çox vaxt tərbiyəçi uşaqlara 
verdikləri vədi yerinə yetirmir, bununla  da onların doğruçuluq, düzlük kimi əxlaqi 
keyfiyyətlərinin inkişafına mənfi təsir etmiş olurlar. 
Nəticədə verilmiş  vəd vəd olaraq qalır, düz söz tərbiyə vasitəsi olmaq 
imkanını itirir.  
4. Məktəbəqədər müəssisə rəhbəri tələbkar, obyektiv və real olmalıdır. Lakin 
çox vaxt belə olmur. Yaxşı işi ilə diqqəti cəlb etməyən, pedaqoji kollektivdə hörməti 
olmayan bir tərbiyəçi nə üçünsə təriflənir. Nəticədə kollektivdə soyuqluq, işə laqeyd 
münasibət yaranır və bu da öz növbəsində ümumi işə pis təsir edir. Nə üçün 
məktəbəqədər müəssisə  rəhbəri yaxşı  işi olmayan tərbiyəçini tərifləyir? 


 
18
Məktəbəqədər müəssisə  rəhbəri o vaxt tərbiyəçinin pis işini tərifləyir ki, onun 
yanında gözü kölgəli olur. Belə gözü kölgəlilik son vaxtlar daha çox yayılmışdır. 
Bayramlarda verilən hədiyyələr tələbkarlığı  zəiflədir, bağça rəhbərləri tərbiyəçilərə, 
tərbiyəçilər uşaqlara tərbiyəvi təsir göstərə bilmirlər. 
Bu dövrdə  məktəbəqədər yaşlı  uşağın mənəvi inkişafına böyük sıcrayış olur 
və kiçik yaşlı uşaq yeni əxlaqi münasibətlər aləminə daxil olmağa başlayır. 
Bakı  şəhəri 290№-li uşaq bağçasının tərbiyəçisi M.Namazova bizimlə 
görüşdə dedi ki, kiçik yaşlı uşaqlarda formalaşan müsbət əxlaqi keyfiyyətlər sırasında 
dostluq və yoldaşlıq mühüm yer tutur.  
Kiçik yaşlı  uşaq həmişə ünsiyyətə, kiminləsə ülfət bağlamağa çalışır. 
Uşaqlarda ünsiyyət və münüsibətdə olmaq kiçik yaşlıların müstəqil fəaliyyətinin 
mühüm tərəfidir. Həmin fəaliyyətdə kiçik yaşlı uşaq bir tərəfdən yoldaşı və dostu ilə 
ünsiyyətdə olursa, digər tərəfdən yoldaşının hərəkətləri, ona münasibəti haqqında 
düşünür. Belə bir ünsiyyətdə şəxsiyyətlərarası münasibətlər formalaşır. Yaşıdlarından 
bir necəsi kiçik yaşlı uşağa daha yaxın olur. Belə halda kiçik yaşlı uşaq üçün dosta 
sədaqətli olmaq müsbət keyfiyyət kimi özünü göstərir.             

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin