I fəsil
Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi, təhsilinin
elmi-nəzəri və pedaqoji əsasları
1.1. Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi və təhsilinin
mahiyyəti, məqsədi və məzmunu
Plan:
1. Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi və təhsili probleminin
mahiyyəti və məqsədi
2. Uşaqların inkişaf prosesi nədir?
3.
Uşaqların əxlaqi, milli mənəvi şüurunun formalaşmasına dair
1. Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi və təhsili sahəsindəki vəzifələr,
ümumiyyətlə həmin problemin müstəqil dövlətçiliyimiz baxımından əsas konsepsual
prinsip və müddəaları Azərbaycan Respublikasının ümummilli lideri Heydər
Əliyevin müxtəlif çıxış, məruzə və nitqlərində milli-ideoloji, elmi-nəzəri cəhətdən
bütün incəlikləri ilə işıqlandırılmışdır. Milli tərbiyənin mühüm komponenti olan
tərbiyədən danışarkən Heydər Əliyev demişdir: “Tərbiyə geniş məna daşıyır. Tərbiyə
təkcə o deyil ki, gedib Vətəni silahla müdafiə edəsən. Insan gərək həyatının hər
dövründə, fəaliyyətinin bütün sahələrində öz Vətəninin, ölkəsinin qayğısı ilə yaşasın,
onun həm iqtisadiyyatının, həm siyasətinin, həm də mədəniyyətinin qayğısı ilə
yaşasın. Bunlar hamısı tərbiyədən doğan şeydir. Insan öz mədəniyyətinin də,
iqtisadiyyatının da, öz dilinin də, təhsilinin də inkişaf etməsini istəyir”
1
(3,
“Azərbaycan müəllimi” qəzeti, 7 may 1998).
Müstəqil Azərbaycan Respublikasının islahat proqramında maarif işçiləri
qarşısında bir sıra məsələlər qoyulmuşdur ki, bura yüksək keyfiyyətli, dərin və
hərtərəfli biliyə, mədəniyyətə, mütərəqqi dünyagörüşə malik, Azərbaycan xalqının
azadlıq və demokratik ənənələrinə bağlı olan, Vətəni, millətini və dilini sevən, insan
hüquqları və azadlığına hörmət edən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaq və
mənəvi keyfiyyətləri özündə cəmləşdirən, sivilizasiyalı cəmiyyət qurmağa qadir olan,
8
idrak səviyyəsi yüksək, sağlam və humanist keyfiyyətli, dostuna dost, düşməninə
düşmən kimi yanaşan, hərtərəfli vətəndaş yetişdirməkdir. Çünki, hər hansı bir
dövlətin, xalqın gələcəyi həmin dövlətin maarifindən çox asılıdır. Odur ki, gənc, azad
və müstəqil respublikamızın müvəffəqiyyətli və uzunömürlü olması indiki nəslin
daha savadlı, intellektual səviyyəsinin daha yüksək olmasından çox asılıdır.
Müasir dövrdə dövlət quruculuğuna dair müvafiq sənədlərdə uşaqların əxlaq
və mənəvi keyfiyyətlərinin inkişaf etdirilməsinə ciddi diqqət vermək tərbiyə və təhsil
müəssisələrinin başlıca vəzifələrindən biri kimi qeyd edilir. Çünki, yer üzərində
mürtəce qüvvələr mövcud olduqca, vətənimizə, cəmiyyətimizə qarşı duran
təxribatçılıq işi gözlənilir. Nə qədər ki, Ermənistan kimi mürtəce dövlətlərin təbiəti
dəyişilməmişdir, irtica və təcavüzkar qüvvələr silahı yerə qoymamışlar, belə bir
vəziyyət ümumxalq münasibətlərdən əmələ gələn dəyişikliklərə mane olacaqdır.
Kiçik yaşlı uşaqlar ailə səadəti, xeyir, şər haqqında, yoldaşlıq, dostluq,
qayğıkeşlik, ədalət, ədalətsizlik, sülh, əmin-amanlıq, müharibə, dağıntı, ekoloji
çətinliklər, hüquq qanunları, iqtisadi biliklər, qənaət, sadəlik, təvazökarlıq, düzlük və
doğruçuluq və s. haqqında, təsəvvür və anlayışlara məhz həmin məktəbəqədər
müəssisələrdə və məktəblərdə yiyələnirlər.
Inkişaf etməkdə olan cəmiyyətimizdə şəxsiyyətin inkişafı və onun mənəvi
keyfiyyətlərinə dair vəzifələr yetişməkdə olan nəslin qarşısında məsuliyyət hissini
müntəzəm surətdə artırır. Gənc nəslin formalaşması şəraiti isə nəinki yaxşılaşır, həm
də xeyli mürəkkəbləşir. Bu mürəkkəbləşmənin əsas səbəblərindən biri elm və
texnikanın surətlə inkişaf etdiyi atom, elektron və kosmos əsrində uşaqların mənəvi
düşüncələrini zənginləşdirən amillərin sayının getdikcə artmasıdır.
Bütün bunlar o deməkdir ki, gənc nəsildə lazımi mənəvi və fiziki keyfiyyətlər
yetişdirmək üçün cəmiyyətin şüurlu, məqsədyönlü fəaliyyəti kimi tərbiyənin rolu da
ildən-ilə artır.
2. Cəmiyyətin hazırki mərhələsində gənc nəslin inkişafı üçün ölkəmizin
tarixində ən əlverişli obyektiv şərait yaradılmışdır. Belə ki, indi ölkəmizdə iqtisadi,
sosial-siyasi, ideoloji vəzifələr müvəffəqiyyətlə həyata keçirilir, xalqın mədəni
səviyyəsi, maddi rifah halı yüksəlir, uşaq və gənclərin inkişafına təsir göstərən ailənin
imkan və şəraiti genişlənir.
9
Məlumdur ki, bu yüksəkliklə yanaşı, cəmiyyətdə şəxsiyyət, onun mənəvi
keyfiyyətləri, təhsili, mədəniyyəti qarşısında duran tələblər müntəzəm surətdə artır.
Bu prosesdə gənc nəslin formalaşması şəraiti isə nəinki təkcə yaxşılaşır, həm də xeyli
mürəkkəbləşir.
Deməli, inkişaf prosesinin özü də müəyyən ziddiyyət yaradır. Bu ziddiyyətin
başlıca səbəbi tərbiyə prosesinin obyektiv əsası kimi adamların sosial həyatının,
özünün mürəkkəbləşməsidir.
Məktəbəqədər yaşlı uşaqların yoldaşlıq, dostluq və qayğıkeşlik kimi əxlaqi
keyfiyyətlərinin formalaşmasına təsir göstərən mühüm şərtlərdən biri uşağı əhatə
edən müvafiq mənəvi mikromühitin yaradılmasıdır. Bunun əsasını isə uşağın
şəxsiyyətinə hörmət və qayğı, ağıllı tələbkarlıq təsir edir. Əlbəttə, uşaq
mikromühitində baş verən hadisələrin heç də hamısı sosial həyat tərzinin normalarına
uyğun gəlmir. Uşaq şəxsiyyətinin formalaşdığı bu mikromühitin obyekti təsiri ilə
inkişaf etməkdə olan cəmiyyətimizin təlqin etdiyi əxlaq normalarının toqquşması heç
də həmişə cəmiyyətin xeyrinə olan nəticəyə gətirib çıxarmır. Bütün bunlar uşaq və
gənclərin tərbiyəsində yalnış davranışın təşəkkül etməsinə gətirib çıxarır, nəticədə
uşaqlarda ikiüzlülük, riyakarlıq, tənbəllik və s. formalaşır.
Deyilənlərdən aydın olur ki, uşaqlarda dövrün tələbinə uyğun əxlaqi
keyfiyyətlərin inkişafı üçün cəmiyyətin şüurlu, məqsədyönlü fəaliyyəti getdikcə
güclənir.
Müsbət əxlaqi keyfiyyətlərin mahiyyəti, məqsədi, məzmunu və əhəmiyyətini
düzgün dərk etmək üçün əxlaqın necə yarandığını bilmək zəruridir. Fəlsəfi, pedaqoji
ədəbiyyatda əxlaqın mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi alimlər
iddia edirlər ki, insan ictimai varlıqdır, onun fəaliyyəti də ictimai mühitlə, ictimai
qaydalarla təyin edilir. Ictimai varlıq olan insanın əxlaqı öz başlanğıcını həyatdan
alır. Buna görə də əxlaq ictimaidir. Digər qrup alimlərə görə insan hər şeydən əvvəl
canlı varlıqdır, canlı orqanizmdir, onun yaşayış tərzi canlı təbiət qanunları əsasında
baş verir. Insan da başqa canlılar kimi doğulur, mübarizə aparır və ölür. Ictimai mühit
yalnız insan nəslinin yaşaması, artıb-törəməsi üçün şərait olmaqla kifayətlənmir,
bioloji prosesin baş verməsinə heç cürə mane olmur, əksinə, özü insanın bioloji
prosesində fəaliyyət göstərməsini təsdiq edir. Ona görə də əxlaqın mənşəyini yalnız
10
insanlarda deyil, bəşər cəmiyyətindən daha qədim olan həyatın özündə axtarmaq
lazımdır.
Əxlaqda, mənəviyyatda insanların bir-birinə münasibəti və davranış normaları
öz ifadəsini tapır. Mənəviyyatın tərkib hissəsinə davranış qaydaları, prinsiplər,
kateqoriyalar və ideallar daxildir.
Davranış qaydaları insanın ailədə, cəmiyyətdə, kollektivdə bir-birinə
münasibətini müəyyənləşdirir. Davranış qaydaları tənzim etdiyi münasibətlərin
xarakterindən asılı olaraq müəyyən qruplara bölünür.
Prinsiplər: prinsip hər bir norma qrupunun özünəməxsus olan ilk vəziyyətini
və əsas köklərini əks etdirir. Siniflər mənafeyini əks etdirən əlamətlər prinsiplərdə
daha çox güclü olur və onun ən çox nəzəriyyələr sistemini əks etdirir.
Əxlaq kateqoriyaları: ümumi şəkildə insanlar arasında, insanla cəmiyyət
arasında mənəvi əlaqələr əks etdirilir. Yaxşılıq, ədalət, borc, şərəf, ləyaqət, vicdan,
xoşbəxtlik və s. əxlaq kateqoriyaları olub, müəyyən xalqların əxlaqına xas olmuşdur,
həmin kateqoriyalar bütün cəmiyyətlərdə mövcud olmuş və mövcuddur. Lakin onlar
müxtəlif əxlaq sistemlərinə mənsub olduğundan müxtəlif tələbləri ifadə etmiş, zaman
keçdikcə, öz mahiyyət və məzmununu dəyişmişdir.
Əxlaqi ideallar isə insanların daha çox əhəmiyyət verdiyi, gözəl saydığı
davranış nümunələrini əks etdirir. Mənəvi ideallarda insanların arzuları ifadə olunur.
Beləliklə, insanlar müəyyən normalar, prinsiplər və ideallar əsasında hərəkət
edir, bir-birləri ilə münasibətlərdə olurlar. Deməli, cəmiyyətdə yaşayan, fəaliyyət
göstərən insanlar bir-birinin davranış normalarına necə əməl etdiklərinə nəzarət edir,
bir-birinin hərəkətlərini tənzimləyir və qiymətləndirirlər. Məhz, qiymət vermək,
nəzarət etmək əxlaqa real məna verir və onun fəaliyyətini təmin edir. Qiymət əxlaqlı
insanın davranışına, hərəkətinə, ictimai nəzarətin mühüm vasitəsinə çevirir. Hüquq
normaları pozulduqda adamlara cəza verilirsə, əxlaq normaları pozulanda adamlar
məzəmmət edilir, onların hərəkətləri pislənilir. Burada ictimai rəy mühüm rol
oynayır.
Milli ləyaqət, kollektivçilik, humanizm və digər əxlaqi kateqoriyalar
şəxsiyyətin mənəvi təfəkkürünün aksiomları kimi fəaliyyət göstərir. Müasir dövrdə
əxlaqi sərvətlər insanların davranışının qəbul edilib-edilməməsi ilə deyil, onların nə
11
dərəcədə davranışda özünə möhkəm yer tutması, nə qədər real, həqiqi olması və
şəxsiyyətlərarası münasibətlərdə davamlılığı ilə ölçülür.
Cəmiyyətin müasir mərhələsində elmi-texniki inqilab ictimai həyatın bütün
sahələrinə - ailə həyatına, istehsal əlaqələrinə, milli münasibətlərinə, nəsillər
arasındakı varisliyə, əxlaqa, insan mənəviyyatına ciddi təsir edir. Elmi kəşflər heç
vaxt bədxahlıq niyyəti ilə edilmir. Elmi kəşflər, ixtiralar həmişə ehtiyacdan doğmuş
və insanların həyatının yüngülləşdirilməsinə xidmət etmişdir.
3. Əxlaqi, mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri milli mənlik
şüurunun formalaşdırılmasıdır. XX əsrin son illərində aşkarlıq və demokratiyanın
təsiri ilə ayrı-ayrı xalqlar kimi Azərbaycan xalqı da öz kökünə, tarixinin açılmamış
səhifələrinə müraciət edərək, xalqın tarixi kökləri, tariximizin bəzəyi olan görkəmli
şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiq,
milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır. Milli rəmzlərə,
adətlərə, ənənələrə yeni həyat verilir, dini etiqadlar, müqəddəs bayramlar xalqın
özünə qaytarılır. Bu qayıdışda yeni bir ruh, yeni təfəkkür, yeni mədəniyyət öz əksini
tapır.
Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyanəti bu köklərdən rişələr
alır, yeni nəsilləri azadlığa, müstəqilliyə çağırır. Hər bir şagirddə milli mənlik şüuru
belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki,
mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı, xalqın böyüklüyündən və kiçikliyindən
deyil, həmin xalqın müdrikliyindən, zəngin təfəkkür tərzindən asılıdır.
Kiçik yaşlı uşaqların müsbət əxlaqi keyfiyyətlərinin, mənəviyyatının inkişafı
milli mənlik şüurunun formalaşması ilə bilavasitə bağlıdır.
Milli mənlik şüurunun formalaşması Vətənə, doğma torpağa, doğma yurda
məhəbbət yaradır. Torpaq insanın yaşayış və əbədiyyət məskənidir. Uşaqların
öyrəndiyi yeniliklər, iştirak etdikləri kütləvi tədbirlər, bədən tərbiyəsi və idman,
müxtəlif oyunlar onlarda belə bir əqidəni inkişaf etdirir ki, torpaq, vətən
müqəddəsdir. Məktəbəqədər yaşlı uşaqlar düzgün dərk edirlər ki, dünyada
Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı
mübarizə aparır. Onların vətənpərvərliklə bağlı oyunları və səyləri xalqımızın
qüdrətli, yenilməz hərəkatı ilə birləşib, tariximizin əzəmətli, unudulmaz misilsiz
12
qəhrəmanlıq səhifələrinin yaranmasına və yazılmasına səbəb olur. Milli mənlik
şüurunun qabarıq təzahürü olan doğma yurda, torpağa balaca fidanları gözəgörünməz
müqəddəs tellərlə bir-birinə bağlayır, onları suverenliyin, milli bütövlüyün qorunması
naminə səfərbərliyə alır. Onlar belə bir həqiqəti dərk edirlər ki, milli borc, torpağa
bağlılıq, milli qürur və iftixar, vətəndaşlıq hüququ qazanır. Milli mənlik şüuru, milli
özünüdərk vətənlə, torpaqla, mədəniyyət və incəsənətlə bağlı gerçəkliyin təzahürü
olub, sosial-iqtisadi, mədəni və mənəvi mühitin qavranılması, dərk edilməsi və
təsdiqidir. Fəal, ictimai varlıq olan balacalar vətəni, milləti, torpağı hiss və duyğuları,
təfəkkürü vasitəsilə özününküləşdirir. Milli mənlik şüuru formalaşmış və tərbiə
olunmuş uşaqlarda əqidə bütövlüyü, sözlə işin tam vəhdəti özünü parlaq şəkildə
təzahür etdirir. Millətin adından təmtəraqlı sözlər demək hələ əqidə bütövlüyü
deyildir. Vaxtilə Məhəmməd peyğəmbər deyirdi ki, millətimin içində xəyanət
olmasa, düşmən qarşımızda tab gətirə bilməz. Milli mənlik şüuru və əqidəli olmayan
hər bir kəs ötəri hisslərlə yaşayıb hansı məsləkə, əqidəyə xidmət etdiyini bilməz.
Milli mənliyi, qeyrəti olan şəxs isə əqidəsi naminə hər cür işgəncəyə tab
gətirər. Məsələn, Babək də, Nəsimi də, Bruno da, Mehdi Hüseynzadə də əqidəsi
naminə ölümdən qorxmayıblar.
Bu baxımdan məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi məsələsi hələ
çox qədimlərdən dünya mütəfəkkirlərinin diqqətini cəlb etmişdir. Onlar
məktəbəqədər uşaq dünyasını düzgün kəşf etməklə, bu barədə öz müdrik baxışlarını
və nəzəri müddəalarını irəli sürmüşlər.
Tanınmış pedaqoqlar və müqəddəslərin tarixən gəldikləri qənaətlər,
yaratdıqları nəzəriyyələr bəzən üst-üstə düşsə də və ya fərqli, bir-birinə əks fikirlər
söyləsələr də, müasir dövrümüzdə uşaq tərbiyəsi və inkişafı üçün təcrübə əldə
etməyin, nəzəri fikirlər söyləməyin əsasını qoymuşlar. Belə ki, bu gün onların
mövzumuzla bağlı fikirlərindən istifadə etməklə məktəbəqədər yaşlı uşaqların
tərbiyəsinin mahiyyətini, məzmununu müəyyənləşdirir və dərk edirik.
Dostları ilə paylaş: |