53
Əli (ə) bir il doqquz aydan az müddətə uşağa süd verilməsini ona zülm etmək hesab
etmişdir.
Əli (ə) uşaqların yaş dövrlərini Aristotel və Məhəmməd Peyğəmbər (ə.s.) kimi
yeddi-yeddi olmaqlaüç dövrə bölmüş, hər bir mərhələdə tərbiyənin məzmununu
açıqlamışdır: uşağı yeddi il azad buraxın, yeddi
il ədəb və tərbiyə öyrədin, yeddi il isə
işlədin. Məhəmməd Peyğəmbərin (ə.s.) “Atanın övladına öyrətdiyi ən yaxşı şey
ədəbdir” – fikrini Əli (ə) daha qüvvətləndirərək yazırdı: “Ata övladına yaxşı ad
qoymalı, onun ədəb və əxlaqını gözəlləşdirməli, “Quran”ı öyrətməlidir” (48,151).
Yaxşı tərbiyə verməyi, təlim yolu ilə onlara ədəb, əxlaq öyrətməyi
valideynlərin əsas vəzifələrindən biri hesab edirdi.
Verməsə övlada ana tərbiyət,
Onda qalar daimə heyvaniyət.
Olmasa fərzəndə ata çün kəfil,
Daim o fərzənd olacaqdır zəlil.
O, yetim uşaqların tərbiyəsini unutmamağı tövsiyə edirdi (Yetim uşağı öz
övladını tərbiyələndirdiyin kim tərbiyə et). Özü övladlarına çıxış etməyi, nitq
söyləməyi öyrədir. Uşaqları itaət və ibadət etməyə alışdırmaqda tənbeh etməkdən və
rəğbətləndirməkdən düzgün istifadə etməyi məsləhət bilirdi: “Evindəki kiçik uşaqlara
dilinlə namaz və paklığı təlim et, elə ki, on yaşlarına çatdılar tənbeh et,
lakin üç
dəfədən artıq olmasın. Danlamağı ifrat həddinə çatdırmaq, inadkarlıq odunu artırır”.
Əli (ə) uşaqları sevməklə yanaşı onlara qarşı tələbkar olmağı tələb edirdi: “Tərbiyə
ağacı yumşaq olanın övlad və təbbəələri tərbiyəsiz olar”.
Əli (ə) uşaqların iffətli olmasında, hər cür pis əməllərdən uzaq böyüməsində
onların cinsi tərbiyəsinin düzgün qurulmasını vacib bilirdi: “On yaşına çatanda
yataqda uşaqlarınızı bir-birindən ayırın”.
Dostları ilə paylaş: