54
dəfə oxumuşdur.
Bir dəfə Farabidən soruşurlar: “Kim çox bilir, sən, yoxsa Aristotel?” o,
cavab verir: “Əgər mən onun dövründə yaşasaydım, onunla görüşüb, yanında təhsil
alsaydım, mən ən yaxşı davamçısı olardım”.
Əl-Farabi insanı həqiqi xoşbəxtliyə aparan
yolun məqsəd və vəzifələri
haqqında Platon və Aristotelin təlimini inkişaf etdirərək öz elmi-pedaqoji əsərlərində
tərbiyə məsələlərinə xüsusi diqqət yetirir. Onun fikrincə, tərbiyənin vəzifəsi insandakı
mənfi keyfiyyətləri cilovlamaq, onda müsbət keyfiyyətlərin inkişafına imkan
yaratmaqdır.
Insanların, xüsusilə gənclərin tərbiyəsi işində Farabi mənəvi tərbiyəni ön
plana çəkir. Əxlaqi-mənəvi tərbiyə məsələləri onun bir çox əsərlərində (“Xoşbəxtliyə
yolun göstərilməsi”, “Xöşbəxtliyin əldə edilməsi”, “Vətəndaşlıq siyasəti” və s.)
qırmızı xətt kimi keçir.
Tərbiyənin məqsəd və vəzifələrindən danışarkən
Farabi mənəvi tərbiyənin
anadangəlmə deyil, təmrinlərin, adət və vərdişlərin nəticəsi olması ilə bağlı
Aristotelin ideyalarına istinad edir. Burada iradənin rolu böyükdür, onun köməyi ilə
insan özündəki hissi və mənəvi tələbatlarına şüurlu surətdə seçmək bacarığına
yiyələnir.
Şübhəsiz, insanın mənəvi aləmi, xarakteri müxtəlif
obyektiv və subyektiv
amillərin – ictimai mühitin, tərbiyənin, xəstəliklərin, iradənin təsiri nəticəsində
formalaşır.
Farabiyə görə düzgün mənəvi tərbiyə insanda
nəcib keyfiyyətlərin
formalaşması ilə başlayır. Şübhəsiz, insanda bu və ya digər xüsusiyyətin tərbiyəsi
ətraf mühitdən, tərbiyə olunanın iradə və arzusundan asılıdır. Yaxşı əxlaq hər bir
insanın tərbiyəsində vardır, lakin o, yalnız sistemli, şüurlu
tərbiyə vasitəsilə həyata
keçirilir və gerçəkləşdirilir.
Farabinin fikrincə, insanın öz əxlaqını kamilləşdirmək üçün müvəffəq olduğu
hərəkətlər, onu öz bədənini təkmilləşdirmək üçün nail olduğu hərəkətlərə bənzəyir.
Insanın bədənini kamilləşdirməsi sağlamlıqdır, əgər sağlamlıq varsa, onu qorumaq,
yoxsa, onu qazanmaq lazımdır. Sağlamlığa yalnız bəzi qaydalara əməl etməklə nail
olunduğu kimi, yaxşı əxlaqa da yalnız mülayim hərəkətlərlə yiyələnmək mümkündür.
55
Farabi uşağın doğulduğu gündən yetkinlik yaşına
çatana qədər onun fiziki
tərbiyəsinə, fiziki və mənəvi qüvvələrinin ahəngdar inkişafına xüsusi diqqət
yetirməyi tövsiyə edirdi.
Onu özünün elmi-pedaqoji əsərlərində Farabi estetik tərbiyənin xüsusilə,
musiqinin roluna müstəsna əhəmiyyət verirdi. Onun fikrincə, musiqi kamilliyə
çatmayanları kamilləşdirir, tarazlıq vəziyyətində olanlarda
həmin vəziyyəti
saxlamağa kömək edir: “Musiqi həm bədənin, həm də qəlbin sağlamlığı üçün
faydalıdır”.
Musiqi təhsili və tərbiyəsi məsələsini gözdən keçirərkən Farabi onu
anadangəlmə və sonradan qazanılmış qabiliyyətlərlə əlaqələndirirdi: “Musiqi sənəti
doğulur, inkişaf edir və fitri istedad formasında kamilləşir,
təlimin və məşqlərin
köməyi ilə musiqi istedadına və kamilliyə yiyələnmək olar” (48,206).
Dostları ilə paylaş: