19
II fəsil.
Uşaqların inkişafı, tərbiyəsi və təhsili probleminə tarixi bir
nəzər
2.1. Tərbiyənin meydana gəlməsi, qədim dövr Azərbaycan və Şərq
dastanlarında tərbiyə və təhsil problemləri
Plan:
1. Tərbiyənin yaranması, müasir dövrdə onun vəzifələri və məzmununa dair
fikirlər
2. Şərq dastanları və onların mahiyyəti, məqsədi haqqında ümumi məlumat
3. “Avesta”da uşaqların təlim-tərbiyə məsələləri
4. “Oğuznamələr”də təlim-tərbiyəyə dair
5. “Kitabi-Dədə Qorqud” dastanı təlim-tərbiyə mənbəyidir
1. Tərbiyənin necə əmələ gəlməsi haqqında məsələni aydınlaşdırmaq çox
mühümdür. Insan cəmiyyətinin ilkin inkişaf dövrü - ibtidai icma cəmiyyətində yazılı
mənbələrin olmaması bu dövr tərbiyə sisteminin öyrənilməsində bir sıra çətinliklər
yaradır. Ancaq maddi və mənəvi mədəniyyət abidələrinin, dil və şifahi xalq
ədəbiyyatının öyrənilməsi insanın yarandığı ilk çağlarda tərbiyənin meydana gəlişi ilə
bağlı müəyyən fikirlər irəli sürməyə imkan verir. Ibtidailiyini indi də mühafizə edib
saxlayan qəbilələrin həyatı haqqında etnoqrafik məlumatlar (əmək və məişət əşyaları,
qayaüstü rəsmlər və s.) ibtidai icma dövründə tərbiyənin necə yarandığını təsəvvür
etməyə imkan yaradır. XII-XVIII əsrlərdə alim və səyyahların Avstraliya, Afrika,
Polineziya, Sibir və Cənubi Amerikanın hələ də ibtidai inkişaf dövrünü yaşayan
aborigenlərin həyatını təsvir edən əsərləri də böyük maraq doğurur. Ilk pedaqoji
təsəvvürlərin təşəkkülü ayrı-ayrı xalqların, o cümlədən Azərbaycan xalqının qədim
adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə bağlı olmuşdur.
Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müşahidələrinin məhsulu olan
atalar sözləri, zərb-məsəllər, mərasimlər, xalq oyunları, əyləncələr qədim insanların
tərbiyəsi ilə bağlı fikirlərinə parlaq sübutdur.
20
Insanın mənşəyilə bağlı konsepsiya düzgün müəyyənləşdirilmədiyindən
tərbiyənin yaranması haqqında bir neçə müddəa mövcuddur. Ənənəvi müddəalar
arasında Ş.Leturno, J.Simpson, A.Espinas və başqalarının təmsil etdikləri təkamül-
bioloji və P.Monronun əsasını qoyduğu psixoloji nəzəriyyələr mühüm yer tutur.
Təkamül – bioloji nəzəriyyənin müəlliflərinin fikrinə görə ibtidai insanların tərbiyəvi
fəaliyyətləri adi heyvanların öz balalarına göstərdikləri instinktə əsaslanan qayğıya
bənzəyir. Onlar heyvanlar aləmində də tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu
alimlər tərbiyənin şüurlü səciyyəsini inkar etməklə onu qeyri-mütəşəkkil, kortəbii bir
hadisə hesab edirlər.
P.Monro tərbiyənin yaranmasını yalnız uşaqların böyükləri şüursuz surətdə
təqlidində görürdü. Insanın mənşəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə
dəyərli fikirlər vardır. Bu gün insanın meymundan əmələ gəlməsini əsas götürən
təkamül nəzəriyyəsi qətiyyətlə rədd edilir. Bu, genetik cəhətdən də təsdiq olunur.
Tədqiqatçı alimlərin fikrincə, insan elə insan olaraq yaranmış, öz qabiliyyət və
keyfiyyət imkanları hesabına inkişaf edib, təkmilləşmişdir.
Insanın tərbiyə fəaliyyəti onun əmək fəaliyyətinin zəruri bir hissəsi olmaqla
insanın öz nəslini davam etdirməsinə xidmət edir. Bu, əməyin nəticəsi olan yaxşı
təhsil və tərbiyə almış insandır. Tərbiyə mənəvi istehsal sahəsinə aid olan
məfhumdur.
Tərbiyənin xüsusi fəaliyyət növü kimi meydana gəlməsi 35-40 min il əvvələ
təsadüf edir. Tərbiyənin tamamilə bəsit xarakter daşıdığı ibtidai icma dövründə
uşağın tərbiyəsi, onun bəslənməsi və böyüdülməsində yaşlı nəslin qazandığı
təcrübənin böyüyən nəslə verilməsindən ibarət idi. Tərbiyənin ən bəsit və sadə
məqsədi ən sadə şəkildə yaşamağa və dünyanı dərk etməyə hazırlıqdan ibarət idi.
Ibtidai insanların tərbiyəsi kortəbii və sistemsiz idi. Bu dövrdə tərbiyənin
inkişafına təsir göstərən amillərdən əsası insanlar arasında maddi əlaqələrin
genişlənməsi idi. Bu yolla əmək təcrübəsi bir adamdan başqasına, nəsildən-nəsilə
ötürülürdü.
Bu dövrdə uşaqların tərbiyəsi ümumi xarakter daşıyırdı, bütün uşaqlar kollektiv
şəkildə tərbiyə olunurdular. Bu tərbiyə onları icmanın ümumi əmək həyatında
müstəqil iştirak etməyə hazırlayırdı. Tərbiyədə fərq cinslərarası fərqə əsaslanırdı.
21
Oğlanlar kişilərlə birlikdə ov etmək, balıq tutmaq və silah düzəltməkdə iştirak edir,
qızlar isə qadınların rəhbərliyi altında paltar hazırlayırdılar.
Əmlak bərabərsizliyinin getdikcə güclənməsi, xüsusi mülkiyyətin yaranması,
ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi. Bu zaman ailə cəmiyyətin iqtisadi
və sosial özəyinə çevrildi. Qəbilədən fərqli olaraq uşaqların tərbiyə edilməsi vəzifəsi
ailə üzvlərinin (ata və ana) üzərinə düşürdü. Ailə tərbiyə işi kütləvi şəkil alırdı.
Ailədə uşaqlar valideynlərin nümunəsində tərbiyə olunurdular. Ümumi, bərabər,
nəzarəti olmayan icma tərbiyəsi silki - ailə tərbiyəsinə çevrildi. Ailələr arasındakı
təbəqələşmə orada böyüyən uşaqların tərbiyəsində özünü biruzə verirdi. Müxtəlif
təbəqənin nümayəndələrinin – başçıların, kahinlərin, döyüşçülərin, icmanın digər
üzvlərinin tərbiyəsində nəzərə çarpan fərqlər yarandı. Yüksək təbəqəyə məxsus
ailələrdə uşaqlara tərbiyə məqsədyönlü və sistemli şəkildə verilirdi.
Ibtidai icma dövrünün insanları təcrübənin ötürülməsi zamanı müəyyən
didaktik üsullardan istifadə edirdilər. Tərbiyənin ilkin formaları bəsit və kortəbii
xarakter daşıyırdı. Uşaqların əsas işi böyüklərin fəaliyyətini mexaniki surətdə
təkrarlamaqdan ibarət idi. Tərbiyənin mütəşəkkil formalarının rüşeymləri meydana
gəldi. Tədricən tərbiyə işi xüsusi şəxslərin əlində cəmləşməyə başladı. Tərbiyənin
müddəti qısa idi, 9 yaşdan başlayır, 11 yaşadək davam edirdi.
Kiçikyaşlı uşaqlar qadınların nəzarəti altında əmək vərdişlərinə yiyələnirdilər.
Uşaqlar böyükləri təqlid etməklə vaxtlarının çoxusunu oyunda keçirirdilər. Onlar
böyüklərin işində iştirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tərbiyə olunur
və öyrənirdilər. Uşaqlar böyüklərlə birlikdə əmək fəaliyyətinə, kollektiv əməyə və
məişətə hazırlanırdı. Eyni zamanda onlar qəbilənin adətləri ilə, müvafiq mərasimlərin
keçirilməsi qaydası ilə tanış olurdular. Uşaqlar özlərinin bütün vəzifələrini tamamilə
bütün qəbilənin mənafeyinə və tələblərinə uyğunlaşdırırdılar. Ağsaqqallar və din
xadimləri uşaqların müəyyən edilmiş qaydalara necə riayət etmələrinə nəzarət
edirdilər.
Erkən ibtidai icma dövründə tərbiyənin təsiri aşağı səviyyədə idi. Icmanın kiçik
yaşlı üzvlərinə nəzərə çarpacaq dərəcədə davranış sərbəstliyi verilir, sərt cəzalar
tətbiq olunmurdu. Ən pis halda fiziki cəza veriləcəyilə qorxudulurdu. Sonralar
vəziyyət dəyişdi, icmanın təbəqələşməsi və sosial ziddiyyətlərin artması tərbiyəni
22
sərtləşdirdi. Fiziki cəza tez-tez tətbiq olunmağa başlandı.
Ibtidai icma dövrünün sonunda indiki məktəblərin ilk rüşeymi olan “gənclər
evi” yarandı. Burada uşaq və yeniyetmələrə əmək vərdişləri, bacarıqlar, mərasim
ayinləri öyrədilirdi ki, burada başlıca tərbiyə forması oyun və məşğələlər idi. Ata
xaqanlığı dövründə isə oğlanların tərbiyəsi bütünlüklə ağsaqqalların və kahinlərin
ixtiyarına keçdi. Əmlak bərabərsizliyinin yaranması ilə bağlı kasıblar və varlılar ayrı-
ayrı “gənclər evi”ndə tərbiyə almağa başladılar. 10-15 yaşına çatmış həm oğlan, həm
də qızlar özünü böyüklərə təqdimetmə mərhələsindən keçirdilər. Oğlanlar ovçu,
əkinçi, döyüşçü üçün zəruri olan bilik və bacarıqlarını, qızlar isə ev təsərrüfatının
idarə olunması ilə bağlı vərdişləri necə mənimsədiklərini nümayiş etdirirdilər.
Ibtidai icma quruluşunun sonlarında ailə tərbiyəsi tərbiyə işinin geniş yayılmış
formasına çevrildi, tərbiyənin məzmunu genişləndi və mürəkkəbləşdi.
Tərbiyənin ümumiləşmiş kateqoriya olması. Tərbiyənin mahiyyəti, məzmunu,
məqsədi, vəzifələri, tərkib hissələri, növləri, həyata keçirildiyi sahələr, iştirakçıları,
mərhələləri, üsulları, qanunauyğunluqları, prinsipləri, təlimin tərbiyəvi imkanları, bu
imkanların reallaşdırılması və s. məsələlər həmin kateqoriyaya daxildir. Bundan əlavə
real həyatda tərbiyə ya əxlaq tərbiyəsi, ya əmək tərbiyəsi, ya fiziki tərbiyə və s.
formada özünü göstərir. Yaxud, tərbiyə ailədə, uşaq bağçasında, tədris müəssisəsində
və s. ictimai yerlərdə təşkil edilir. Tərbiyənin tərkib hissələrindən hər hansı biri, öz
növbəsində xeyli sahələri əhatə edir. Məsələn, əxlaq tərbiyəsi, halallıq tərbiyəsi,
insanpərvərlik tərbiyəsi, yaşlılara hörmət tərbiyəsi, vətənpərvərlik tərbiyəsi,
təvazökarlıq tərbiyəsi, qənaətcillik tərbiyəsi və s. sahələri vardır. Bütün bu sahələrə
görə deyirik: tərbiyə ümumiləşmiş kateqoriyadır.
Xarici ölkələrin pedaqoqlarına görə tərbiyə nə deməkdir? Suala cavab tarixən
müxtəlif olmuşdur. Mütəxəssis alimlər tərbiyə kateqoriyasının mahiyyətini bağqa-
bağqa istiqamətdə şərh etmişlər. Məsələn, ingilis filosofu, sosioloqu və pedaqoqu
Spenserin fikrinə görə, gənc nəslin mövcud mühitə alışdırılması tərbiyə deməkdir. Öz
fikrini inkişaf etdirən Spenser çalışmışdır ki, uşaqların yaşadıqları kapitalizm
mühitinə uyğunlaşmalarına kömək göstərsin. Yaxud, məşhur alman pedaqoqu
İ.Herbarta görə, tərbiyə məşqdən başqa bir şey deyil; tərbiyə uşaqların idarə olunması
və prosesidir. Bu cəhətdən də o, tərbiyədə tərbiyə olunanlara təsir göstərəni fəal şəxs,
23
tərbiyə olunan uşaqları isə təsir göstərilən passiv şəxslər hesab etmişdir. Bu səbəbdən
də o, sübut etməyə çalışmışdır ki, uşaqlar böyüklərin sözlərinə sözsüz əməl
etməlidirlər.
Azad tərbiyə nəzəriyyəsinin tərəfdarları, o cümlədən J.J.Russo əksinə
düşünmüşdür ki, uşaqların təbiətinə uyğun gələn vasitələrlə onlara təsir göstərmək
prosesi tərbiyədir. Onun əqidəsinə görə uşaqlara öyüd-nəsihət vermək, uzun-uzadı
izahat vermək, məruzə oxumaq, cəza vermək, məzəmmət etmək onların təbiətinə,
mənliyinə toxunmaq, şəxsiyyətin əleyhinə getmək deməkdir.
Praqmatizm (tərbiyə işində nəzəriyyəni yox, təcrübi işləri əsas götürənlər)
pedaqogikasının ABŞ-da məşhur nümayəndəsi Con Dyui isbat etməyə çalışmışdır ki,
həyat əhəmiyyətli əməli təcrübənin uşaqlar tərəfindən qazanılması prosesi tərbiyədir.
Bu səbəbdən də praqmatizm pedaqogikasının tərəfdarları tərbiyə işində nəzəriyyəyə,
əməli işin nəzəri əsaslarına, nəzəri məsələlərə laqeydlik göstərmişdir.
Digər pedaqoji cərəyanlar da tərbiyə anlayışının mahiyyətinə dair öz
mövqelərini bildirmişlər. Məsələn, eksistensializm (şəxsiyyətin formalaşmasında
tərbiyəni inkar edənlər, irsiyyəti əsas hesab edən) pedaqogikasının tərəfdarları, o
cümlədən Uayt Ceyms güman etmişdir ki, insan təbiəti dəyişməzdir, anadangəlmədir;
guya hərislik, acgözlük, dalaşqanlıq, mənəm-mənəmlik, paxıllıq kimi keyfiyyətlər bu
və ya digər dərəcədə hamıya xasdır. Guya bu cür keyfiyyətləri dəyişdirmək mümkün
deyil. Buna görə də onlar tərbiyə işini şəxsiyyət üzərində zorakılıq kimi
qiymətləndirirlər.
Tərbiyə ilə bağlı tədqiqat tarixində tərbiyə məfhumuna tamam bağqa
yanaşmalar da mövcuddur. Elə mənbələr var ki, orada açıq-aşkar təlimi və təhsili
tərbiyənin tərkib hissələri kimi nəzərdən keçirirlər. Məsələn, B.Lixaçov yazır:
“İnsanın təlim və təhsili hissələr kimi tərbiyəyə daxildir” (7, səh.6). Lixaçovun
sonrakı mühakimələrindən belə bir nəticə çıxarmaq olur ki, iqtisadiyyat, istehsal
münasibətləri, ideologiya, siyasət, din və s. ictimai şüur formaları da tərbiyədir.
Insanı əhatə edən nə varsa hamısının ona təsirini tərbiyə hesab edən
mütəxəssislər də az deyil.
Deməliyik ki, ətraf mühitin insan şəxsiyyətinə göstərdiyi təsiri həqiqi mənada
başa düşülən tərbiyə kateqoriyasına aid etmək düzgün deyil. Nə üçün? Çünki, insan
24
şəxsiyyətinə tərbiyəvi təsir məqsədyönlülüyü, planlılığı ilə fərqlənir. Mühit amilləri
də tərbiyəyə təsir göstərir. Lakin insanı əhatə edən mühit amillərinin ona təsiri
məqsədyönlü, planlı və mütəşəkkil olmur, kortəbii və təsadüfi səciyyə daşıyır. Lakin
bununla belə, mühit amillərindən, məsələn, heykəltəraşlıq və tarixi abidələrdən,
mədəniyyət və incəsənət əsərlərindən, zövqlə salınmış parklardan və sairədən bir
vasitə kimi gənc nəsildə şəxsiyyətin formalaşmasına məqsədyönlü, planlı və
mütəşəkkil şəkildə istifadə etmək mümkündür. Bu halda həmin mühit amilləri tərbiyə
vasitələrinə çevrilmiş olur.
Bəzi mütəxəssislər, metodist alimlər tərbiyə deyəndə təlim prosesindən,
təhsildən kənarda cərəyan edən, necə deyərlər, xalis tərbiyəni, həyata keçirilən fərdi,
qrup və ya kütləvi tədbirləri nəzərdə tuturlar. Bu cür mütəxəssislər unudurlar ki,
tərbiyə həm də daha çox və daha müntəzəm təlim zamanı – dərsdə və təlimin digər
təşkili formalarında həyata keçirilir.
Tərbiyə kateqoriyasının başa düşülməsində və şərhindəki bu cür qeyri-
müəyyənliyin səbəbini nə ilə izah etmək olar? Fikrimizcə bunun iki əsas səbəbi var.
Əvvəla, tərbiyə kateqoriyası ilk baxışda adamlara çox sadə görünür, əslində bu
kateqoriya xeyli mürəkkəb və çoxcəhətli kateqoriyadır. Bu, səbəblərdən biridir.
Ikincisi, tərbiyə və təhsil kateqoriyaları arasında fərqə nisbətən oxşarlıq xeyli
üstünlük təşkil edir. Bu cəhət də əlavə olaraq mütəxəssisləri xeyli çaşdırmış, təhsilə
nisbətən tərbiyə kateqoriyasının spesifik xüsusiyyətlərini üzə çıxarmaq işini xeyli
çətinləşdirmişdir.
Söylədiyimiz mülahizələri nəzərə alaraq tərbiyə kateqoriyasının mahiyyətini
açmağa imkan verən əlamətləri müəyyənləşdirməyə çalışaq. Nəzərə alaq ki,
məfhumun mahiyyəti onu səciyyələndirən əlamətlərin ümumiləşdirilməsində ifadə
olunur. Hadisələrin mahiyyətinə diqqət yetirməyin, onu dərk etməyin zəruriliyini
xeyli müddət bundan əvvəl yaşayıb-yaratmış böyük Cami poetik şəkildə çox gözəl
ifadə etmişdir:
Surət minlərlədir, məna bir ancaq,
Surət sayanlardan uzaq qaç, uzaq (10, səh.85).
Başqa sözlə, müdriklər xatırladırlar ki, ağaclar arasında meşəni
görməkgərəkdir. Yəni tərbiyə kateqoriyasının mahiyyəti onun məqsədyönlülüyündə,
25
planlılığında, mütəşəkkilliyində, şəxsin mənəvi aləminə və davranışına
ünvanlanmasında, ətraf mühitə bağlılığında axtarmaq lazımdır.
Tərbiyənin davranışla əlaqəliliyi. Aydındır ki, tərbiyə insanın davranışı ilə
ailədə, uşaq bağçasında, məktəbdə, digər ictimai yerlərdə özünü necə aparması ilə
əlaqədar olur. Onun tərbiyəlilik dərəcəsi, adamlara münasibəti sadə əməyə, ölkəyə
münasibətində, cəmiyyətdə könüllü qəbul olunmuş birgəyaşayış qaydalarına, xalqın
adət və ənənələrinə, dövlətin müəyyən etdiyi qanunlara, özünə münasibətdə təzahür
edir.
Tərbiyəçi tərbiyə zamanı çalışır ki, tərbiyə olunan şəxslər cəmiyyətdə rəğbətlə
qarşılanan davranış qaydaları ilə tanış olsunlar və bu qaydalara əməl etsinlər. Lakin
nəzərə alınmalıdır ki,həmin qaydalar heç də hamıda eyni dərəcədə uğurla
formalaşmır.
Tərbiyənin məqsədyönlülüyü. Tərbiyə kateqoriyasını səciyyələndirən
əlamətlərdən biri onun həmişə məqsədyönlü proses olmasıdır. Tərbiyə uşaq
bağçasında, ailədə, məktəbdə, yaxud başqa yerdə aparılsa da, müəllim və ya valideyn,
yaxud zabit tərəfindən təşkil edilsə də hansısa məqsədə yönəlir, hansısa məqsədə
xidmət edir. Məqsədlər isə müxtəlif ola bilir: yaxın məqsədlər və uzaq strateji
məqsədlər. Tərbiyə işinin məqsədi bir halda, məsələn, vətənpərvərlik hissini
formalaşdırmaqdan, digər halda düzlük və doğruçuluq hissini inkişaf etdirməkdən,
üçüncü halda halallıq şüurunu kamilləşdirməkdən və s. ibarət olur.
Tərbiyənin planlılığı. Gənc nəslin normal, əsil tərbiyəsi təsadüfdən-təsadüfə,
necə gəldi aparılmır. Onun qarşısına qoyulmuş vəzifəni həyata keçirmək üçün
müəyyən tədbir (tədbirlər) görmək lazım gəlir. Qarşıdakı tədbir ətraflı ölçülüb-biçilir,
yəni planlaşdırılır. Tədbiri nədən başlamaq, onu necə, hansı ardıcıllıqla davam
etdirmək, bu işə kimləri cəlb etmək, tədbiri necə yekunlaşdırmaq haqqında aydın
təsəvvür yaradılır. Belə olduqda tədbir istənilən nəticəni verir.
Tərbiyənin mütəşəkkilliyi. Keçirildiyi yerdən və formadan (yəni qrup və ya
kütləvi haldan) asılı olmayaraq, tərbiyəvi tədbir, adətən, mütəşəkkil olur. Məsələn,
Şəhidlər Xiyabanına ziyarət nəzərdə tutulduqda, tərtib olunmuş plana uyğun olaraq,
iştirakçılar müəyyənləşdirilmiş yerdə toplaşırlar, razılaşdırılmış şəxslər növbə ilə
çıxış edirlər, məzarlar üzərinə gül-çiçəklər düzülür, lazım bilindikdə tədbir
26
yekunlaşdırılır, iştirakçılar öz təəssüratlarını söyləyirlər.
Tərbiyənin əsasən davranışla, sözlə bağlılğı. Adamların bəzilərində sözü ilə
əməli bir-birilə üst-üstə düşür: dediyi kimi hərəkət edir. Bəzilərində isə əksinə olur.
Nəticədə el arasında birincilər hörmətli, ikincilər nüfuzdan düşür. Bu səbəbdən də
bəzən eşidirsən: filankəsin dediyinə yox, əməlinə fikir ver. Bəzən də həmin fikir
başqa cür səslənir: filankəsin dediyinə əməl et, əməlindən uzaq ol.
Göründüyü kimi hər iki sonuncu halda ifadə olunan mənəvi keyfiyyətlər
cəmiyyətin xeyrinə, əməldə təzahür edən mənəvi keyfiyyətlər isə cəmiyyətin zərərinə
yönəlmiş olur.
Tərbiyənin ətraf mühitlə bağlılığı. Tərbiyə iki cür mühitdə: mikromühitdə və
makromühitdə cərəyan edir. Mikromühit deyəndə ailə şəraiti, uşaq bağçasının şəraiti,
tədris müəssisəsinin şəraiti və s. nəzərdə tutulur. Cəmiyyətdə iqtisadi vəziyyət, sosial
durum, ideoloji, siyasi, hüquqi, əxlaqi durum, elm, incəsənət, din və s. makromühit
amillərinə aiddir.
Istər mikromühit, istərsə də makromühit amillərində maddi və mənəvi-
psixoloji vəziyyət eyni olmur. Bu cür fərqli şəraitdə aparılan eyni tərbiyə işi müxtəlif
nəticə verir. Məsələn, müxtəlif maddi və mənəvi-psixoloji xüsusiyyətlərlə
səciyyələnən ailələrdə və ya tədris müəssisələrində eyni tərbiyə işindən istənilən
nəticə əldə etmək qeyri-mümkün olur. Deməli, həm məhdud mənada, həm də geniş
mənada başa düşülən mühit amilləri aparılan tərbiyə işinin səciyyəsini artıra da,
azalda da bilər. Bu səbəbdən də tərbiyə işi ilə məşğul olan zaman mühitin necəliyini
hökmən nəzərə almaq lazım gəlir.
Tərbiyənin məzmunu. Tərbiyə zamanı adamlara davranışla əlaqədar aşılanan
milli və ümumbəşəri mənəvi dəyərlərin məcmuu tərbiyənin məzmununu təşkil edir.
Bu cür mənəvi dəyərlər isə çoxdur. Məsələn, vətənpərvərlik tərbiyəsi zamanı
adamlara aşılanan mənəvi keyfiyyətlər bunlardır: Azərbaycan Respublikasının
ərazisi, uca dağları, müxtəlif ağaclı meşələri, gen dərələri, çayları, gölləri, çölləri,
düzənləri, mədəniyyət və incəsənət inciləri, alimləri, sərkərdələri, böyük keçmişi,
Vətən eşqi, vətən sevgisi, Vətənə qayğı. Vətənin daha da çiçəklənməsi üçün var
qüvvəsi ilə çalışmaq, vətən naminə vuruşa hazır olmaq, tarixdə vətənpərvərlik
nümunələri göstərmiş şəxsləri unutmamaq və s. vətənpərvərlik tərbiyəsinin
27
məzmununu təşkil edir.
Tərbiyənin məqsədi. Məqsədsiz aparılan tərbiyəni əslində tərbiyə adlandırmaq
olmaz.
Ümumiyyətlə məqsəd hər hansı işə, tədbirə, fəaliyyətə başlamazdan əvvəl
adamın öz şüurunda yaratdığı, arzu etdiyi xəyali nəticədir. Tərbiyənin məqsədi isə
tərbiyə işini həyata keçirməzdən əvvəl tərbiyəçinin şüurunda canlandırdığı xəyali
nəticədir.
Tərbiyə işinin məqsədi əvvəlcədən dəqiq ölçülüb-biçilməlidir. Tarixdən
məlumdur ki, ictimai-iqtisadi quruluş dəyişdikcə tərbiyənin məqsədi də dəyişir.
Məsələn, ibtidai-icma dövründə həyata keçirilən tərbiyənin məqsədi yaşlıların bacarıq
və vərdişlərini gənc nəslə bilavasitə məişət əməyi zamanı, ov ovlarkən, balıq
tutarkən, əkib-becərərkən aşılamaqdan ibarət olmuşdur. Yaxud, quldarlıq dövründə
tərbiyə qulları itaətdə saxlamağa kömək edən fiziki və mənəvi keyfiyyətlərin qul
sahiblərində formalaşdırılmasına xidmət etmişdir. SSRİ dövründə kommunizm
cəmiyyəti qurmağa cəhd göstərilirdi ki, bu cəmiyyətdə tərbiyənin məqsədi hərtərəfli
inkişaf etmiş kommunizm qurucuları yetişdirmək idi və s.
Tərbiyənin vəzifələri. Tərbiyənin vəzifələri hər bir halda tərbiyə olunanların
yaş xüsusiyyətləri, fərdi və cinsi xüsusiyyətləri nəzərə alınmaqla konkretləşir. Çünki
eyni mənəvi keyfiyyət (məsələn, əməksevərlik) haqqında məlumat, anlayış,
təsəvvürlərin və bununla əlaqədar olan əməli bacarıq və vərdişlərin səviyyəsi
müxtəlif yaş dövrlərində olan, başqa-başqa ailələrdə boya-başa çatan şəxslərdə eyni
olmur. Hər bir mənəvi keyfiyyətlə əlaqədar bu cür müxtəlif səviyyə nəzərə alınmaqla
müəyyənləşdirilən yaxın tərbiyə vəzifəsi daha tez, daha konkret nəticə verir.
Milli pedaqogikaya görə, təbiyənin uzaq, ali məqsədinə xidmət edən, habelə
gənc nəsildə bu və ya digər milli və ümumbəşəri mənəvi dəyərin səviyyəsinə uyğun
gələn yaxın, xəyali nəticə tərbiyənin vəzifəsidir.
Tərbiyənin tərkib hissələri. Müasir dövrdə tərbiyənin bir sıra nisbi mənada
tərkib hissələri formalaşaraq həyata vəsiqə qazanmışdır: dünyagörüşünün inkişaf
etdirilməsi, əxlaq tərbiyəsi, əmək tərbiyəsi,ideya-siyasi tərbiyə, fiziki tərbiyə, estetik
tərbiyə, hüquq tərbiyəsi, iqtisadi tərbiyə, ekoloji tərbiyə, ağıl tərbiyəsi.
Əxlaq tərbiyəsinin nümunəsində yuxarıda bildirdik ki, tərbiyənin hər bir tərkib
28
hissəsi xeyli mənəvi keyfiyyətlərin formalaşdırılmasını özündə ehtiva edir.
Fikirlərimizi dünyagörüşü və ağıl tərbiyəsi ilə əlaqədar bir daha konkretləşdirək.
Dünyagörüşünün formalaşdırılması ilə məşğul olan şəxs azı aşağıdakı mənəvi
keyfiyyətlərdən hali olmalıdır: 1) ümumi vahid baxışların nədən ibarət olduğunu
bilməlidir; 2) bu cür baxışların həm təbiət hadisələrini, həm cəmiyyət hadisələrini,
həm də təfəkkür hadisələrini əhatə etdiyini yadda saxlamalıdır; 3) bu hadisələri başa
düşməkdə vahid baxışların adamlara yardımçı olduğunu, habelə həyatda onların
keyfiyyətlərinə təsir göstərə biləcəyini diqqətdə saxlamalıdır və 4) bundan sonra
həmin keyfiyyətlərin adamlarda formalaşmasına qayğı göstərməlidir.
Ağıl tərbiyəsi ilə əlaqədar da belədir. Onun məzmununu təşkil edən mənəvi
keyfiyyətlərlə əlaqədar müvafiq tərbiyəvi iş aparılır.
Deyilənləri nəzərə alaraq tərbiyənin tərkib hissələri məfhumunun mahiyyətini
açmaq mümkün olmuşdur: şəxsiyyətin strukturunda davranışla əlaqədar məqsədyönlü,
planlı və mütəşəkkil formalaşdırılan mənəvi dəyərlərin qruplarına tərbiyənin tərkib
hissələri deyilir.
Tərbiyənin növləri: Bu məfhum da pedaqogikaya ilk dəfə daxil edilir. Çətinlik
dərəcəsinə görə pedaqogika tərbiyəni üç növə ayırır: ilkin tərbiyə, yenidəntərbiyə və
özünütərbiyə.
Ilkin tərbiyə: Tərbiyə işinin nisbətən asan növü ilkin tərbiyədir. Ilkin tərbiyə
adamın erkən yaşlarından, anadan olduğu gündən başlayır.
Uşaq boya-başa çatdıqca ata və ananın, qardaş və bacının, baba və nənənin,
qohum və qonşuların, yaşıdların düşünərəkdən və ya düşünməyərəkdən ona
göstərdikləri təsirlər nəticəsində formalaşmış mənəvi keyfiyyətlər ailə üçün, cəmiyyət
üçün faydalı da, zərərli də ola bilər. Uşağın, yeniyetmə və gəncin şəxsiyyətində baş
qaldıran mənəvi keyfiyyətlər valideynlər, müəllimlər və digər tərbiyəçilər tərəfindən
ailə və cəmiyyət üçün faydalı hesab olunduqca ilkin tərbiyə davam edir. Formalaşan
hər hansı mənəvi keyfiyyətin istiqaməti dəyişdikdə, ailə, məktəb və cəmiyyət üçün
zərərli hesab edildikdə, valideyn, müəllim və ya digər tərbiyəçi narahat olmağa,
başqa tərbiyəvi tədbirlər görməyə məcbur olur; bu cür hallarda yenidəntərbiyə
başlayır.
Tərbiyənin növlərinə yaş həddi qoymaq mümkün deyil. Çünki ailə mühitindən,
29
valideynlərin ümumi mədəni səviyyəsindən, məktəb mühitindən, müəllimlərin
münasibətlərindən, sosial-iqtisadi durumdan asılı olaraq bu və ya digər adamların
ilkin tərbiyəsi uşaqlıq dövründə də, yeniyetməlik və ya gənclik dövründə də davam
edə, yaxud xeyli əvvəl də başa çata və yenidəntərbiyə başlaya bilər. Bu iki prosesin
eyni zamanda cərəyan etdiyi hallar da müşahidə olunur.
Söylənilən fikirlərə əsaslanan pedaqogika elmi ilkin tərbiyəni belə başa düşür:
davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən milli və
ümumbəşəri mənəvi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil
formalaşdırılması ilkin tərbiyədir.
Yenidəntərbiyə: Yenidəntərbiyə ilkin tərbiyəyə nisbətən xeyli çətindir. Çünki
yenidəntərbiyə zamanı valideyn və ya müəllim, yaxud tərbiyə ilə məşğul olan digər
şəxs kimi əsas istiqamətdə iş aparılmalı olur. O, bir tərəfdən şəxsin şüurunda həkk
olunmuş yanlış əxlaqi və ya digər mənəvi keyfiyyətin yalnışlığını isbat etməli, onu
inandırmalı və aradan qaldırmağa çalışmalı olur. Digər tərəfdən də o, dəf edilən
qüsurlu xüsusiyyətin əvəzində ailə və cəmiyyət üçün faydalı olan keyfiyyətləri həmin
şəxsə aşılamağa çalışır.
Yanlış və zərərli mənəvi keyfiyyətlər şəxsin şüurundan davranışına
keçirildikdə tərbiyəçinin işi daha da çətinləşir.
Dünya şöhrətli alim N.Tusi hələ XIII əsrdə yazırdı ki, insanın tərbiyəsi yaşa
dolduqdan, özünü anladığı vaxtdan deyil, hələ rüşeym halında olandan başlamalıdır.
Rüşeym halında verilən tərbiyə hiss edilmir. Bəzən ata-ana bu işə laqeyddir. Lakin
hər necə olursa olsun, buna diqqət verilməli və yeri gəldikcə insanın qəbul etdiyi
təam da götür-qoy edilməlidir. Pedaqogikada yenidəntərbiyə məfhumu belə
dəyərləndirilir: adamın şüurunda və ya davranışında kök salmış zərərli əlamətlərin
məqsədyönlü, planlı və mütəşəkkil surətdə ləğvi və onların əvəzində ictimai
əhəmiyyət kəsb edən milli və ümumbəşəri keyfiyyətlərin ona aşılanması
yenidəntərbiyədir.
Özünütərbiyə. Ilkin tərbiyəyə və yenidəntərbiyəyə nisbətən özünütərbiyə daha
çətin, daha kamil, daha mürəkkəb prosesdir. Çünki əvvəla, ilkin tərbiyə və
yenidəntərbiyədə də iki tərəfin (tərbiyəçinin və tərbiyəolunanların) iştirakı zəruri
şərtdir. Hər iki halda uşaqlara yeniyetmə və gənclərə aşılanan mənəvi keyfiyyətlər
30
bilavasitə tərbiyəçilərin nəzarəti və rəhbərliyi ilə reallaşır. Özünütəbiyə zamanı isə
uşaq, yeniyetmə və ya daha da yaşlı şəxs tərbiyəçinin nəzarəti və rəhbərliyi olmadan
müstəqil, öz təşəbbüsü ilə zəruri saydığı mənəvi keyfiyyətləri mənimsəyir. Deməli,
tərbiyəçinin bilavasitə nəzarəti olmadan, lakin onların məsləhətlərinə əsasən şəxsin
cəmiyyət üçün faydalı keyfiyyətləri məqsədyönlü və planlı surətdə mənimsəməsi
özünütərbiyədir. N.Tusinin, K.D.Uşinskinin, L.Tolstoyun və başqalarının
özünütərbiyə nümunələri tarixdən məlumdur.
Çox qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk-
islam dünyasının mərkəzində yerləşən Azərbaycan və bu yurdun qədim sakinləri olan
azərbaycanlılar hələ qədim zamanlardan yazı və oxu mədəniyyətinə malik olmuş,
dövrün, ictimai həyatın xüsusiyyətlərinə uyğun təhsil ocaqları yaratmış, insanları
inkişafa, tərəqqiyə, yüksək əxlaqa səsləyən müdrik fikirlər söyləmişlər. Zaman-
zaman ölkəmizə edilən basqınlar üzündən ulu babalarımızın yaratdıqları zəngin elmi,
ədəbi və pedaqoji irsin mühüm bir qismi tələf edilmiş, böyük bir mənəvi xəzinə
vətənimizdən çıxarılmış, başqa ölkələrə aparılmış və bir qismi də zəmanəmizə gəlib
çıxmamışdır.
2. Zəngin şifahi xalq ədəbiyyatımız – “Dədə Qorqud”, “Bilqamıs”, “Alp ər
Tunqa”, “Oğuz”, “Ərkənəkun”, ”Köç”, “Manas” kimi dastanlar, Oğuznamələr,
Ustadnamələr türk dünyası və xalqımızın qədim tarixindən, onun ictimai mədəni
həyatından, zəkasından, istək və arzularından, tərbiyə və təhsil səviyyəsindən xəbər
verir. Qobustan, Gəmiqaya, Oğlanqala, Kültəpə, Orxan kitabələri və daha bir çox
qayaüstü yazılı abidələrimiz xalqımızın yazı yazmaq, oxumaq, hesablamaq, rəqs
etmək və s. mədəni, təhsil vərdişlərinə sahib olmasından xəbər verir. Tariximizin çox
qədimliyini göstərən arxeoloji qazıntılar, əldə edilmiş maddi, mədəni nümunələr,
xaraba şəhər və qəsəbələr Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanda hələ
daş dövründən istifadə edilən duz mədəni və buradan tapılmış daş baltalar, buradakı
müalicəxana çox uzaq keçmişdən xəbər verir. Bütün bunlar Azərbaycan xalqının hələ
miladdan əvvəl mədəniyyətə, yazıya, oxuya, təlim-tərbiyə mədəniyyətinə sahib
olduqlarını təsdiq edir.
Qobustan qayaüstü rəsmlərinin təhlilindən məlum olur ki, buradakı tərbiyə
məsələləri əsas etibarı ilə ovçuluq, əməksevərlik, peşəyə, sənətə məhəbbət, fiziki
31
tərbiyə, təsviri sənət, rəqs musiqi, estetik yərbiyə kimi keyfiyyətlər gənc nəslə
aşılanmışdır. Ovlanacaq heyvanı düzgün nişan almaq, atmaq, silah (ox, nizə, kaman)
hazırlamaq və ondan bacarıqla istifadə etmək, eləcə də əmək alətləri hazırlamaq və
istifadə etmək, qida əldə etmək kimi bacarıq və vərdişləri gənc nəslə öyrətmək
tərbiyə vasitəsi olmuşdur. Qobustan mütəxəssisləri qeyd etmişdir ki, burada böyük
öküz rəsmlərində nizə və ox izləri indi də görünür. Bu, o deməkdir ki, qədim
qobustanlılar vəhşi öküz ovlamağı öyrənmək üçün qayanın üstündə rəsm edilmiş
öküz fiquruna nizə, yaxud ox atmaqla gənc nəslə təcrübi olaraq məşqlər keçmiş,
onları buna öyrətmişlər. Gənclər məşq prosesində ox və ya nizə atmağın sirlərini
təcrübəli böyüklərdən, ağsaqqal ata və dədələrdən öyrənmişlər. Demək bəsit şəkildə
olsa bugünkü pedaqoji dillə desək, əyani vəsaitlə müşaiyət edilən təcrübi
məşğələlərin əhəmiyyəti qədim insanlarımıza bəlli olmuşdur. Yetişən gənc nəsil
müxtəlif oyun, rəqs, mərasimlər, adət və ənənələr vasitəsilə xalqın müəyyən etdiyi
əxlaq normalarına yiyələnirdilər. Rəqs və mərasimlər zamanı gənclərdə əməksevərlik,
həyatsevərlik, kollektivçilik, insanpərvərlik, birlik, qarşılıqlı yardımlaşma, qoçaqlıq,
çeviklik və bir sıra əxlaqi, iradi keyfiyyətlər tərbiyə edilib formalaşırdı. Qayalardakı
rəsmlər, rəqs səhnələri, daş qaval, piktoqrafik işarələr maarif və mədəniyyət
tariximizin qədimliyindən, insanların estetik və bədii tərbiyəsindən xəbər verir.
Uşaqlar və gənclər oyun və rəqsləri müşahidə etməklə və ya praktik olaraq bu
prosesdə iştirak etməklə qəbilə və ya tayfanın adət və ənənələrini mənimsəyir, onları
yadda saxlayıb digər gələn nəsillərə ötürürdülər.
Gəmiqaya, Oğlanqaya, Kültəpədə, eləcə də Kəlbəcər, Zəngəzur, Göyəm
dağlarının (indiki Ermənistan ərazisində), habelə Cənubi Azərbaycan abidələrinin,
xüsusilə Qaradağ üzərindəki qayaüstü təsvirlərində insanların iqtisadi, mədəni,
mənəvi həyatını əks etdirən müxtəlif işarələr, simvollar, damğalar, (dairə formalı, düz,
sınıq xətt, haça şəkilli, qarmaq şəkilli, “P”, “T” şəkilli işarələr, “həyat ağacı”
təsvirləri) aşkar edilmişdir ki, onlara pedaqoji yöndən yanaşdıqda deyə bilərik ki,
onlar qədim insanların bilik, savad və mədəni səviyyəsini, yazı mədəniyyətini,
rəssamlıq, heykəltaraşlıq bacarığını, inancını göstərən dəlillərdir. Digər tərəfdən bu
işarələrin müxtəlif yerlərdə oxşarlığı regionun qədim insanlarının bir-birilə iqtisadi-
mədəni əlaqələrindən xəbər verir. Qədim insanlarımızın daşlar üzərində qoyduqları
32
müxtəlif məzmunlu izlər, işarələr, rəsmlər maarifləndirici, inkişafetdirici, tərbiyəedici
olmaqla qədim insanların “öyrətmə-öyrənmə mexanizmi”ni, tərbiyə və təhsil işlərini
bəsit şəkildə də olsa bizə bildirir.
Qədim dövr – ibtidai icma quruluşunda yetişən nəslin tərbiyəsinə, icmanın
əxlaq normalarına əməl edilməsinə şübhəsiz qəbilə və tayfanın ağsaqqalları, ataları,
dədələri, təcrübəli, bilikli insanları rəhbərlik edir, icmaya və onun üzvlərinə məsləhət
və istiqamətlər, öyüd və nəsihətlər verirdi. Buna görə də atalar, dədələr, ağsaqqallar
bir tərbiyəçi kimi hörmətli şəxs hesab edilir, onlara pərəstiş edilir, hətta sitayiş
ayinləri də meydana gəlmişdi ki, bunu tunc dövrünün daş kitabələrində görmək
mümkündür.
Urmiya gölünün ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri
də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə e.ə. III-II minilliklərdə Aratta,
Lullubi və Kuti qəbilə tayfaları yaşayırdı. Bu əyalətlərdəki təlim-tərbiyə mədəniyyəti
haqqında da müəyyən məlumatlara görə Aratta inkişaf etmiş Şumer dövləti ilə həmişə
sıx iqtisadi, siyasi, mədəni əlaqələrdə olmuşdur. Bu əlaqələr haqqında bir neçə Şumer
dastanında, o cümlədən “En-Merkar və Aratta hökmdarı” dastanında ətraflı məlumat
verilmişdir. Bu dastanlarda Aratta saf, təmiz ənənələr ölkəsi adlandırılır. Şumerin
Uruk şəhər dövlətinin hökmdarı En-Merkar ilə Aratta hökmdarı arasında gah dostluq,
gah da düşmənçilik münasibətləri mövcud olmuşdur. Bu hər iki hökmdarın
yazışmalarından bəlli olmuşdur.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş,
ölkə ərazisində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər
yaranmışdır. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində
Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya
kimi qüvvətli dövlətlər yaranmışdır. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi
mədəniyyətinin, maarifinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni tarixində
mühüm rol oynamışlar. Prof. V.Z.Piriyev haqlı olaraq yazır ki, mannalılar bugünkü
azərbaycanlıların əcdadları olmuşlar.
Manna quldarlıq dövləti idi. Burada maldarlıq, atçılıq, incəsənət, memarlıq
sürətlə inkişaf etmişdi. Sənətkarlar qiymətli metallardan müxtəlif əşyalar hazırlayır
və onların hazırlanmasını da gənc nəslə öyrədirlər. Mannada uşaq və yeniyetmələrin
33
tərbiyəsində bütpərəstlik ayin və mərasimlərinin, meydan tamaşalarının, qəbilə və
tayfa adətlərinin müşahidəsi, habelə böyüklərin maddi nemətlər əldə etmələri
təcrübələrinin öyrənilməsi mühüm tərbiyəvi əhəmiyyət kəsb edirdi. Uşaqlar
böyüklərdən öyrənir, təlim və tərbiyə alırdılar.
Mannalıların zəngin şifahi xalq ədəbiyyatı – ağız ədəbiyyatı da olmuşdur. Bu
xalqın müxtəlif məzmunlu nağılları, dastanları, müxtəlif janr şerləri, bayatıları
olmuşdur ki, bu ədəbiyyat nümunələri gənc nəslin mənəvi tərbiyəsində demək olar ki,
dəyərli pedaqoji əsərlər sayıla bilər. Əlimizdə o dövrün ədəbiyatına dair nümunələr
olmasa da qədim alimlərin yazılarından onlar barədə müəyyən məlumat, təsəvvür
əldə etmək mümkündür. Qədim yunan tarixçiləri yazırlar ki, Manna şahlarının
saraylarında şairlər olmuşdur ki, onlar mövzularını, öz şerlərini milli, şifahi xalq
dastanları və rəvayətlərindən almışlar.
Atropatena ilə bərabər Azərbaycanın şimalında Albaniya dövləti də mövcud idi
ki, mərkəzi əvvəlcə Qəbələ, sonra Bərdə şəhəri olmuşdur. Albaniya dövründə
Azərbaycanın dövlət idarəçiliyi, maarif və mədəniyyəti xeyli yüksəldi. Alban
hökmdarları ölkənin dünyəvi və dini başçısı hesab olunurdular.
Mənim Şərq ölkəmi bürüdü kədər,
Yayılmış cahana bu qara xəbər.
Qoy ellər eşitsin səsimi mənim,
Səsimə səs verib ağı desinlər!
Sakit həyatımız matəmlə doldu,
Bizə soyğunçular müsəllət oldu.
Misilsiz bir dövlət çökdü kökündən,
O parlaq şüası saraldı soldu.
Davdağın bu şerində qoçaq sərkərdə və ağıllı dövlət xadimi Cavanşirin mərd
sifətləri, əxlaqi-mənəvi keyfiyyətləri, vətənpərvərliyi tərənnüm edilir, bu keyfiyyətlər
gənclərə nümunə göstərilir və bu gün də onun qəhrəmanlığı məktəblilərimizin
vətənpərvərlik tərbiyəsində bir nümunədir. Xalqımızın vətənpərvər oğlu, ulu
öndərimiz Heydər Əliyev çıxışlarının birində bu barədə belə deyirdi: “Cavanşir və
Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş,
vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur.”
34
3. Zərdüştlük qədim və erkən orta əsrlərdə Azərbaycan, İran, Orta Asiya və bir
sıra başqa ölkələrdə geniş yayılmış bir fəlsəfə, ədəbi abidə, pedaqoji fikir və din
olmuşdur. Zərdüşt dininin müqəddəs dini kitabı “Avesta” (“Qanun”) adlanır.
“Avesta”nın ilkin variantı bizə gəlib çatmamışdır. Bu kitabın yalnız müəyyən
hissələri bəzi əlavələrlə, dəyişikliklərlə bizə gəlib çatmışdır.
Tədqiqatçı alim B.C.Şərifzadə Zərdüştün vətəninin Azərbaycan olduğunu,
onun Savalan dağının yanında, Duruca çayı sahilində doğulduğunu, həm Cənubi
Azərbaycanda Savalan dağı, Savalan kəndi, Duruca çayı və Zərdüştlüklə bağlı saysız
toponimika və məişət ayinlərinin indi də olduğunu qeyd edir. Professor Ə.R.Yaqubi
Zərdüştlük haqqında belə yazır: “Zərdüşt öz əqidəsini ilk dəfə olaraq Azərbaycanda
təbliğ etmişdir”. Cənubi Azərbaycan alimi Məhəmməd Tağı Zöhtabı da öz əsərində
Zərdüştün vətəninin Azərbaycan olduğunu, “Avesta”nın Azərbaycanda yazıldığını
söyləmişdir. O, “İran türklərinin əski tarixi” adlı əsərində yazır: “Zərdüşt dininin ilk
ruhaniləri olmuş “Muğ”lar Midiya hökuməti torpaqlarında yaşamışlar” (23,50).
Akademik H.M.Əhmədov Azərbaycanda məktəb təhsili dövrünün Zərdüşt
məktəbləri ilə başladığını bildirmişdir. Mənbələrdən də məlum olur ki, islamiyyətin
yayılmasına qədər Azərbaycanda Zərdüşt məktəbləri daha geniş fəaliyyət göstərmiş,
atəşkədə və atəşgahlar Zərdüştlüyün həm ibadət yeri, həm də təlim, tədris mərkəzləri
kimi fəaliyyət göstərmişdir. Bunlar da Azərbaycanda məktəb təhsilinin əsasını təşkil
etmiş və təməl amillərdən olmuşdur.
Bu dövrdə yüksək silkə malik olan şahzadələrin, rütbə sahiblərinin uşaqları
Saray məktəblərində gənclərin təlim-tərbiyəsi ilə şahzadələr və yüksək səviyyəli
müəllimlər məşğul olurdular. Bu məktəblərdə dövlət üçün kadrlar hazırlanırdı.
Zərdüşt məktəblərində təlim “Avesta” duaları, ayinləri və nəğmələri ilə
başlayırdı. Daha sonra əlifba və oxu təliminə keçilirdi. Məktəblərdə fiziki tərbiyəyə,
uşaqların sağlam həyat tərzinə xüsusi diqqət yetirilir, “Avesta”nın “Xəstələnmə”,
“Zəifləmə”- kimi çağırışları əzbərlədilir və ona əməl edilirdi. Xəstəlik, zəiflik, pislik
Əhrimanın əməlləri hesab olunurdu. Ox atmaq, nizə tullamaq, üzmək, ov etmək,
qurşaq tutmaq kimi fəaliyyətlər fiziki tərbiyənin əsas məzmununu təşkil edirdi. Ona
görə də şərə qalib gəlmək üçün sağlam, təmizkar və qüvvətli olmaqla bərabər,
məktəbdə dərin bilik almaq tələb edilirdi. Yazıb-oxumaq, bilik qazanmağın mühüm
35
şərti hesab edildiyindən Zərdüştlükdə buna ciddi fikir verilir, uşaqların əqli
qabiliyyətləri inkişaf etdirilirdi. Bununla əlaqədar prof. R.L.Hüseynzadə yazır:
“Zərdüşt məktəblərində öyrədilirdi ki, insan həmişə mülayim, xoşxasiyyət, adil və
xeyirxah, fitnə-fəsaddan,qəddarlıqdan, paxıllıqdan, yalançılıqdan uzaq olmalıdır. O,
cəmiyyətin fəal üzvü kimi əkinçiliklə, maldarlıqla məşğul olmalı, bataqlıqları
qurudub onun məhsuldar torpağa çevrilməsinə səy göstərməlidir.
Zərdüşt məktəblərində yetişən gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinə xüsusi
diqqət və əhəmiyət verilirdi. Belə ki, zərdüştlüyün əxlaqi idealı xeyirxahlıq, ədalət,
yaxşılıq olduğundan Zərdüşt təlimində yaxşılıq və pislik anlayışı kəskin şəkildə
qoyulur və bunların mahiyyəti açılır: “Anlayan adam gərək pisi deyil, yaxşını seçə”
fikri irəli sürülür” (23,48).
Zərdüşt məktəblərində ibtidai təhsil 7 yaşdan 15 yaşa qədər davam edirdi.
Ibtidai təlim ilə məşğul olan müəllimə “Hirbod”, şagirdlərinə isə “Həvişt” deyilirdi.
Ibtidai təhsil səhər tezdən xüsusi mərasimdə və dua ilə başlayırdı. “Avesta” duaları
dini ayin və mərasimlərin, nəğmələrin öyrədilməsi, əzbərlədilməsi ibtidai təhsilin
əsas məzmununu təşkil edirdi. Ona görə də ruhanilər “Avesta” dualarında “Elm
ilahəsi”ndən qüvvətli hafizə diləmişlər. Oğlan uşaqlarının 7 yaşı tamam olandan
sonra onlara müqəddəs köynək geyindirilir, onları münəccimlərlə bir sıraya üzü
günəşə doğru düzüb dini “Avesta” ayinlərini əzbərlədirlər: “Mən vəd edirəm ki,
Zərdüştlüyə sadiq olacam. Mən xeyirxah fikrə, xeyirxah sözə, xeyirxah əmələ
inanıram.” Bundan sonra uşaqlara hədiyyələr verilirdi. Bu məşğələ gündə 5 dəfə
təkrar edilirdi.
“Avesta”da insanların yüksək məqsədə, xoşbəxtliyə çatmasında müəllimin
roluna yüksək qiymət verilməklə bərabər, həm də bunun əksi olaraq göstərilir ki, pis
müəllim isə uşağın şüurunu, əqlini pozar, onu bədbəxt edər: “Pis müəllim şüuru
korlar, sözün mənasını çatdırmaz, ağlın inkişafını dayandırar, təlim-tərbiyə işini
fəsada çevirər. Nəticədə həyatın təbii axınına və gözəlliyinə zərər yetirər” (23,49).
“Avesta”da ataların vasitəsilə övlada verilən tərbiyəyə dair xüsusi fəsil
ayrılmışdır. Həmin fəslin xülasəsində deyilir ki, təlim-tərbiyə varlığın bünövrəsi kimi
mühüm əhəmiyyətə malikdir. Hər bir şəxs müəllim və tərbiyəçilərin vasitəsilə yazıb
oxumağı öyrənməli, həm də özünün sağlamlığına ciddi fikir verməlidir. Yalnız bu
36
yolla insanlar yüksək nailiyyətlər əldə edərlər.
Zərdüşt müəllimlərlə yanaşı, alimlərin də roluna yüksək qiymət verir: “Çalışın
ki, alim ilə cahil arasında fərq qoyasınız. Alimlər həyatın yol göstəriciləridir” (23,49).
“Avesta”da müəllim və şagird münasibətləri haqqında məlumatların verilməsi
bu dövrdə Azərbaycanda digər məktəblərin, təhsil ocaqlarının, tədris müəssisələrinin
olmasından da xəbər verir.
“Zərdüşt yüksək pedaqoji dəyərə malik müdrik fikirlər söyləmişdir ki, onlar
“Avesta” kitabında öz əksini tapmışdır. “Avesta” insanları halal zəhmətə, vətənə
sədaqətə, düzlüyə, şər qüvvələrə qarşı mübarizəyə səsləyir. “Avesta”da təsvir olunan
mühit, günahlarını yuyan, xeyirxah ruhlara sədaqət nümayiş etdirən, dualar oxuyan
adamların mənəviyyatı, həyatı olduqca ibrətamizdir. Bu təlimi öyrənməklə adamlar
çətin vəziyyətlərdə Allaha dua etmiş, şər qüvvələri lənətləmiş, xeyirin və
xeyirxahlığın himayəsinə sığınmışlar. “Avesta”da xeyir və şər anlayışları bir əxlaqi,
mənəvi kateqoriya kimi nəzərdən keçirilir. “Avesta”da bütün kainatı, insanlığı,
xeyirxahlığı Hürmüz (Ahurə-Məzdə) idarə edir. Əhriman isə (Ahura-Manyu) şərin,
bədxahlığın, hiylənin timsalıdır” (23,49-50). Zərdüştlük xeyirin şər üzərində, işığın
zülmət üzərində qələbəsinə inam və etiqaddır. Gec-tez xeyir qələbə çalacaqdır.
“Avesta”nın əsas ideyasında xeyirin şər üzərində qələbəsi ilk növbədə insanların
xeyirli biliyindən, yaxşı düşüncəsindən və faydalı əməlindən irəli gəlir. Buna görə də
“Avesta”da elm və biliklərə yiyələnmək, əqli tərbiyə, xeyirxahlıq əsas dini vəzifə
hesab olunur. Bütün bunlar isə öz başlanğıcını üç müqəddəs kəlamdan alır: 1)
Xeyirxah fikir; 2) Xeyirxah söz; 3) Xeyirxah əməl. Pedaqoji elmlər doktoru, prof.
Ə.Ə.Ağayev “Avesta”da şəxsiyyətin tərbiyəsi məsələsinə toxunaraq yazır:
“Avesta”nın müəllifi Zərdüştün (b.e.ə. 596-492) təliminə görə bu dünyada hər şey
bir-birinə əks olan iki başlanğıca bölünüb: Xeyir və Şər başlanğıcına. Ümumiyyətlə,
Azərbaycan pedaqoji fikrində şəxsiyyət tərbiyəsinin əsas mahiyyəti xeyir və şərin
vəhdətini özündə birləşdirir...” Qədim Azərbaycan pedaqoji fikri şəxsiyyətin
mahiyyətini xeyirdə-yaxşı düşünməkdə, yaxşı danışmağa (ünsiyyətdə) və yaxşı
işlərdə (fəaliyyətdə) görür. Bu keyfiyyətləri özündə daşıyan şəxs əsl şəxsiyyət hesab
edilir.
“Avesta”nın “Yəştha” adlı bölməsində “Çista” elm və bilik ilahəsi kimi
37
göstərilmişdir. Zərdüşt “Çista” ilahəsinə xitabən belə demişdir: “Sən əgər irəlidə
olsan, məni gözlə, əgər geridə qalsan özünü mənə çatdır”. Bununla Zərdüşt hər cür
durğunluğun əleyhinə olaraq hamını fəaliyyətdə olub elm, bilik qazanmağa
çağırmışdır. Buna görə də “Avesta”da elmə yiyələnmək əsas dini vəzifələrdən biri
hesab edilmişdir. “Avesta”da təlim-tərbiyə məsələləri ilə bağlı göstərilir ki, təhsil
almaq məqsədilə yanınıza kimsə gəlib sizə müraciət edirsə, o şəxsin kim olmasından
asılı olmayaraq onu qəbul et və istədiyini ona öyrət.
“Avesta” dualarının birində valideyn Hürmüzdən “yaxşı rəftarlı, şüurlu övlad”
diləyir. Demək, Hörmüzün oğlu hesab edilən Azərdən şüur və zəka istənilmişdir. Bu
ifadələrdən məlum olur ki, Zərdüştlükdə əxlaqi, əqli tərbiyə əsas diqqət mərkəzində
olmuşdur. Əqli tərbiyə isə təlim vasitəsilə həyata keçirilir. Təlim isə müəllimin
rəhbərliyi və müşaiyəti ilə keçirilən pedaqoji prosesdir.
“Avesta”da mənəvi dəyərlər – xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl
üçlüyündə öz ifadəsini tapır. Burada əxlaqi-mənəvi proses üç mərhələyə bölünür.
Əvvəlcə xeyirxah fikir yaranmalı, sonra bu fikir sözdə ifadə edilməli və nəticədə
xeyirxah əməldə özünü göstərməlidir. Bu üç mənəvi keyfiyyət ailə münasibətlərində,
icmada və vilayətdə hər zaman öz əksini tapmalıdır. “Avesta”da deyilir ki, “Tərbiyə
həyatın ən zəruri sütunu hesab edilməlidir. Hər kəsi elə tərbiyə etmək lazımdır ki, o,
oxumağı, yazmağı bacarmaqla yüksək pilləyə qalxa bilsin.”
“Avesta”da tərbiyə məsələləri maddi və mənəvi təmizliyə əsaslanır. Yəni
1) fiziki təmizlik (bədən, geyim, ev-eşik təmizliyi); 2) mənəvi təmizlik (əqidə və
əməllərin saflığı). Burada insanın həm bədəninin təmizliyi, ev-eşik, geyim təmizliyi,
həm də mənəvi təmizlik – yəni insanın daxili təmizliyi nəzərdə tutulur. “Avesta”da
insana qiymət, insan şəxsiyyəti yüksək dəyərləndirilir, onun ağlına, yaxşı əməllərinə
inam, xeyirxahlığa çağırış, günahsız, pak yaşamaq anlayışı təlqin edilir. “Yəsnə”nin
19-cu bəndində deyilir: “Uğurlu düşüncə nədir? Müqəddəs kəlam. Uğurlu əməl
nədir? Müqəddəs yaranmışları üstün tutaraq onlara sitayiş etmək.” 33-cü bənddə bu
fikir daha da inkişaf edir: “Yalan din əleyhinə öz sözü, düşüncəsi və əməli ilə
mübarizə edənlər, eləcə də öz adamlarına yaxşılıq öyrədənlər Ahura Məzdanın
istədiyini yerinə yetirmiş olurlar.” Burada “Xeyirxahlıq”, “Yaxşılıq” bir əxlaqi
kateqoriya kimi xeyirxah idrak və xeyirxah fikirdən irəli gəlmişdir. Ona görə də
38
Zərdüşt insanları fikrində, sözündə, əməlində xeyirxahlığa, yaxşılığa çağırır.
“Avesta”da insanlar öz millət və irqlərinə görə deyil, onların dinə olan
münasibətlərinə görə 2 yerə (imkanlılar və imkansızlar) ayrılırlar. Burada göstərilir ki,
dünyanın sonunda hər kəs öz əməllərinə, əqidəsinə görə cavab verəcəkdir. Ona görə
də insanın düşüncəsindən irəli gələn söz və əməl xeyirli və faydalı olmalıdır.
Zərdüşt “əkinin və bol məhsullu tarlanın da, gözəl ailənin” də əsasını düzlük və
gözütoxluqda görürdü. Bunların hər ikisi insanı nəfsə qalib gəlməyə, intizamlı və
mütəşəkkil olmağa sövq edir. “Avesta”da insanları zəhmətə, əməyə, müqəddəs yola
dəvət, düzlüyə, doğruçuluğa qüvvətli təlqin vardır: “Kim taxıl səpir, məhsul
becərirsə, o, möminlik, düzlük, doğruçuluq, təmizlik əkib becərir, həyata, insanlara
xoşbəxtlik və səadət gətirir.” Zərdüşt kəlamlarında pəhrizkarlıq düzlük və
doğruçuluğun əsası kimi təlqin edilir: “Düzlüklə pəhrizkarlıq birləşəndə əsl insanlıq
cilvələnir. Gəlin hamımız üz tutub bu səmtə yollanaq”.
Beləliklə, deyə bilərik ki, Zərdüşt məktəbləri Azərbaycan məktəb təhsilinin
təşəkkülündə, inkişafında mühüm mərhələni təşkil etmiş və Zərdüştün müqəddəs
kitabı “Avesta” insanların mənəvi, əxlaqi keyfiyyətlərinin formalaşmasında,
inkişafında və təkmilləşməsində böyük əhəmiyyət kəsb etmişdir ki, bu da Azərbaycan
məktəb və pedaqoji fikir tarixinin mühüm qolunu təşkil etməkdədir.
Xalqın tərbiyə sahəsində tarix boyu irəli sürdüyü fikir və ideyalarının bir qismi
onun adət və ənənələrində, etnoqrafik və tarixi sənədlərində, folklor materiallarında
ifadə olunmuşdur. Xalq müdrikliyi bizim ulu babalarımızın təcrübəsi ilə yaranaraq
dərin mənaya malik olub, insan əqlinin, şüurunun, təfəkkürünün, zövqünün və
mənəviyyatının formalaşmasında, təbiət və cəmiyyət hadisələrini düzgün dərk
etməsində, adamları doğru yola çəkməkdə, onları pis əməllərdən uzaqlaşdırmaqda
mühüm rol oynamışdır. Xalq pedaqoji fikrində milyonlarla əql və kamal sahiblərinin
sınaqdan çıxmış müdrik fikirləri, hikmətli söz və ifadələri ən gözəl və ən nəcib
mənəvi keyfiyyətləri toplanmışdır. Xalq müdrikliyi hər bir insan üçün ağıl mücrüsü,
yaxşı məsləhətçi, dərrakəli nəsihətçi və etibarlı mənbə hesab oluna bilər. Bu mənada
deyə bilərik ki, xalq ən yaxşı tərbiyəçidir. Pedaqoji fikir tariximizin görkəmli
nümayəndəsi, professor Əhməd Seyidov bu barədə belə yazırdı: “Bizim mədəniyyət
tariximizin ümumi mənzərəsində gənc nəslin təlim və tərbiyə məsələləri görkəmli yer
39
tutmuş və tutmaqda davam edir. Atalar sözü, zərbi-məsəllər, nağıllar xalqımızın
bütün folklor materialı buna parlaq misaldır. Xalq yaradıcılığı Azərbaycanda
pedaqoji fikrin ilk carçısı olmuşdur” (48,32).
4. Prof. R.L.Hüseynzadə yazır: “Xalqın insanlarının təlim-tərbiyəsi, təhsili ilə
bağlı söylədiyi müdrik fikirlər daha çox atalar sözləri və zərbül-məsəllərdə, nağıllarda,
dastanlarda toplanmışdır ki, bu barədə xeyli əsərlər yazılmış, dissertasiyalar müdafiə
edilmişdir. Amma, xalqımızın müdrik fikirlərinin bir çoxu “Oğuznamə”lərdə
toplanmışdır ki, bu qiymətli əsərin ilk dəfə pedaqoji yöndən tədqiqi və əsərin mənəvi-
əxlaqi cəhətlərinin təhlili onu göstərir ki, “Oğuznamə”lər xalqın müdriklik xəzinəsi,
insanlara ibrətamiz öyüd və nəsihətlərdir” (23,177). Görkəmli alim Əmin Abid
yazırdı ki, azərbaycanlıların ən qədim ədəbiyyatı xalq ədəbiyyatıdır ki, bu da
“Oğuznamə”lərdir. “Oğuznamə”lər miladi tariximizin ilk əsərlərindən başlayaraq
XVIII əsrə qədər gəlmişdir.
Azərbaycanın Oğuz elinə daxil olması tarixi faktlardan məlumdur. Bir çox
alimlər oğuzların Azərbaycanda, Anadoluda eradan çox-çox əvvəllər yaşadıqlarını
qeyd etmişlər. Faruq Sümərin “Oğuzlar” əsərində deyilir: “Oğuzlar azərbaycanlıların
əcdadlarıdır... Oğuzlar Türkiyə türkləri, Azərbaycan türkləri, İran və Türkmənistan
türklərinin atalarıdır” (23,177).
Bizə məlum olan bir neçə “Oğuznamə” mövcuddur. Daha qədim, daha geniş
yayılmış və dərin məzmunlu “Oğuznamə”ni ilk dəfə olaraq XIX əsrin əvvəllərində
alman F.Dits bəzi hissələrini almancaya tərcümə edib 1815-ci ildə Berlində nəşr
etmişdir.
Oğuz xanın tarixi-əfsanəvi şəxsiyyət olması haqqında, onun yüksək
qəhrəmanlığı, şücaəti, əxlaqi-mənəvi keyfiyyətlərə sahib olması haqqında Yazıçıoğlu
Əlinin “Səlcuqnamə”sində də, “Oğuznamə” parçalarında da görmək olar.
Daha bir “Oğuznamə” haqqqında XIV əsrin tarixçisi Əbubəkr İbn Abdulla İbn
Aybək əd-Dəvadari məlumat vermişdir. Dəvadari X əsrə qədər Azərbaycan tarixində
baş vermiş hadisələr haqqında yazdığı kitabında “Oğuznamə”nin adını çəkir. Təəssüf
ki, adını çəkdiyi kitab hələ tapılmamışdır. Amma, başqa mənbələrdən məlum olur ki,
bizə gəlib çatmayan həmin “Oğuznamə”də Təpəgöz haqqında danışılır ki, bu da Dədə
Qorquddakı Təpəgöz sərgüzəştlərindən bir qədər fərqlidir. Belə ki, Təpəgöz əcaib,
40
nəhəng bir məxluq imiş, təpəsində bir göz varmış. Anası böyük dənizin cinlərindən,
atası nəhəng bir adam olmuşdur. O, məmləkəti dağıdır, insanları öldürür, yeyirdi.
Nəhayət Oğuzların içindən yetişən Ərs (Aruz) oğlu Busat adında bir qəhrəman
Təpəgözü öldürmüşdür. Bu hadisə belə olmuşdur: Bir qız varmış, onu yeyən adama
gedəcəyini bildirmişdir. Büsat bu qızı yendi və bu qızla bərabər atasının yanına gəldi,
qızı yendiyini bildirdi. Atası da cavab olaraq bildirdi ki, mən elə sandım ki, Təpəgözü
öldürmüşsən. Büsat bu sözün üzərinə həmən getdi və Təpəgözü əqlin qəbul etmədiyi
bir yolla öldürdü. Əmin Abid bu məlumatdan çıxış edərək yazır ki, “Oğuznamə”lər
V-VII əsrlərə aiddir.
“Oğuznamə”lərdən məlum olur ki, Oğuzun altı oğlu olmuşdur. Bunların hər
biri mifik adlar daşımaqdadır: Gün, Ay, Ulduz, Dağ, Dəniz. Oğuzun bu altı oğlunun
hər birinin dörd oğlu olmuşdur. Bunlardan meydana gələn oğuz boyları Oğuzun bu
iyirmi dörd nəvəsinin adlarını almışdır. Haqqında danışdığımız “Oğuznamə” Dədə
Qorqud oğuzlarının həyat tərzini, məişətini, adət və ənənəsini, mənəvi, əxlaqi
keyfiyyətlərini əks etdirir. “Oğuznamə” də deyilir: “Mən sənə başımı, canımı
verərəm, vergi verib dostluqdan çıxmaram. Oğuz Kağan cavanın sözünü bəyndi,
sevindi, güldü”.
““Oğuznamə”lər yetişən gənc nəslimizdə milli mənlik, milli özünüdərk, milli
müstəqillik təfəkkürünü və şüuru formalaşdırır, insanlarımızda milli dövlətçilik,
vətən, millət sevgisi, böyüklərimizə, ulularımıza hörmət tələb edir. “Oğuznamə”lərdə
ulu babalarımızın həyat tərzi, adət-ənənələri, Oğuz xaqanı və Oğuz bəylərinin
qəhrəmanlıq səhifələri əks etdirilmişdir. Bu mənəvi abidə qədim və erkən orta əsrlər
dövrünə aid olub nəsillərin təlim və tərbiyəsində, yaşayış tərzində, ədəb-ərkanında
mühüm rol oynamış və ümumtürk pedaqoji fikrinin formalaşmasına, inkişafına
qüvvətli təsir göstərmişdir” (23,181).
“Oğuznamə”lərdəki atalar sözləri və zərbül məsəllərin bir qismi Dədə Qorqud
kitabının əvvəlindəki ata sözlərinin eynisidir. Dədə Qorqud hekayələri Oğuz
dastanının bir hissəssi və ya davamı kimi də adlandırıla bilər.
Həm Oğuzun, həm də Dədə Qorqudun ümumi cəhətlərindən biri müəyyən
əşyalara ad verməsidir. Məsələn, Oğuz Xaqan müəyyən hadisələrlə bağlı “Xalaç,
Kanqli, Karluq, Qıpçaq” və s. adlar verilmişdir. “Oğuznamə”də belə deyilir: “ər
41
ləqəbi ilə tanınar”. Demək oğuzlar arasında “ər” – igid sayılmaq üçün onun
qəhrəmanlığına uyğun bir ləqəb qazanması zəruri imiş. Ləqəb şəxsiyyətin kimliyini
müəyyənləşdirən vacib titul sayılırmış. “Dədə Qorqud” qəhrəmanlarının adı konkret
iş, əməllə, qəhrəmanlıq hadisələri ilə bağlı olur. Məsələn, Buğac, Bamsı Beyrək,
Basat və s.
“Oğuznamə”lər bütün dövrlərdə xalqın qiymətli tərbiyə vasitəsi, yaradıcı
insanların müraciət mənbəyi olmuş və xalq pedaqoji fikrinin formalaşmasında,
etnopedaqogikanın inkişafında mühüm əhəmiyyət kəsb etmişdir.
5. Mənəvi abidələrimiz sırasında, pedqoji fikrin inkişafında xalqımızın ən
qədim mənəvi abidəsi olan “Kitabi-Dədə Qorqud”un son dərəcə əvəzsiz yeri vardır.
Müstəqillik qazanmış Azərbaycanımızda milli-mənəvi şüurun yüksəlişində,
soykökümüzə qayıdışın dərinləşməsində “Kitabi-Dədə Qorqud” dastanlarının oyada
biləcəyi təsiri əvəz edən yazılı və ya şifahi ədəbi abidə tapmaq çətindir.
Azərbaycan Respublikasının dahi şəxsiyyəti, türk dünyasının böyük oğlu,
ümummilli liderimiz H.Əliyevin “Kitabi-Dədə Qorqud”un 1300 illiyini qeyd etmək
barədə 20 aprel 1997-ci il tarixli fərmanı tariximizə, mədəni irsimizə göstərilən
böyük qayğı və diqqətin parlaq nümunəsidir. Fərmanda deyilir: “Oğuz türklərinin
tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” yüksək bəşəri ideallar tərənnümçüsü kimi
dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur” (3).
Dastanda əxlaq tərbiyəsinin mühüm tərkib hissəsi olan vətənpərvərlik, yurd
sevgisi əsərin əsas ideyasını təşkil edir. Bu ideya isə qədim oğuz türklərinin
qəhrəmanlıq şücaətlərindən süzülüb gəlməkdədir. Dastanda yetişən nəsildə vətənə
məhəbbət tərbiyəsi üçün ilk növbədə onlara vətəni tanıtmağa və sevdirməyə yön
verilir.
Dastanda oğuz-türk anaları vətəni müdafiə edən oğullarına tərbiyə verərək
deyirdilər: “Oğul dağdan uçmasın, oğul suda axmasın. Oğul azğın düşmənə əsir
düşməsin”. Dastanda döyüşü tərk edib, geri dönmək, yoldaşı müdafiə etməyib
qaçmaq çox ağır cəzalandırılır, hətta beləsi öldürülməkdən vaz keçilmir. Məsələn,
Qazan Xan oğlunun döyüş meydanından qaçdığını zənn edib deyir: “Onu altı bölük
edib, altı yolun ayrıcına tullayacam ki, kimsə yoldaşını qoyub qaçmasın”(25,74).
Oğuzlar düşməni yurdun sərhədlərindən qaçıb çıxardıqdan sonra aman diləyəni
42
bağışlayır, qaçanı qovmurdular. Dastanda döyüş meydanında kişi kimi döyüşmək
tələb olunur. Qaçanı öldürmək, yatanı vurmaq, xəbərsiz hücum etmək pislənilir. Türk
qəhrəmanlarının hansı birinin mübarizə yoluna baxsaq, onların tarixdə kişilik,
mərdlik ənənəsi qoyub getdiyini görürük. Oğuzlar mərdi-mərdanə döyüşmüşlər. Bu
mənada dastanda deyilir ki, Qazan xan qaçanı qovmadı, aman deyəni öldürmədi.
Qəhrəmanlıq səhnələri ilə zəngin olan dastanda xalq təfəkkürünün elimizin
qəhrəmanlığına, ailəyə, qadına, bəyə, ozana, düşmənə münasibətləri əsasında özünü
göstərir. At belində ərənlərdən geri qalmayan, köç yollarında oğul doğub böyüdən
oğuz qadınları kişilərdən geri qalmır. Sərt mübarizə yolları oğuz qadınlarını
mətinləşdirmiş, ərənlər də özləri kimi qəhrəman, dəyanətli həyat yoldaşı seçirlər.
Dastanda ad vermə mərasimi qəhrəmanlıq, igidliklə bağlı olub, böyük tərbiyəvi
əhəmiyyət daşıyır. Burada oğuz adətinə görə oğlan uşaqları doğularkən deyil, haq
etdikləri işinə görə, qəhrəmanlığına görə ad verilir. Bu cəhətdən oğuz elində yaxşı ad
qazanmaq üçün yaxşı işlər görmək lazımdır. Dirsə xan oğlu Buğac xan hekayəsində
Dədə Qorqudun Buğac xana ad verməsi də bu qəbildəndir: “...Bu oğlan Bayandır
xanın meydanında vuruşmuşdur. Sənin oğlun bir buğa öldürmüş, adı Buğac olmuşdur.
Adını mən verdim, yaşını Allah versin”- deyə Qorqud Dədə deyir (25,20).
Dastanda gənclərə döyüşmək qaydaları, döyüş, zəfər taktikası öyrədilir.
Dastanda göstərilir ki, Bayandır xanın bir buğası bir də buğrası vardı. Bir yazda, bir
payızda onları meydana buraxırdılar. Bayandır xan oğuz bəyləri ilə tamaşaya baxırdı.
Bu, əslində sadəcə “tamaşa”, “əyləncə” deyildi, əvvəlcədən düşünülmüş, təşkil
edilmiş bir məşğələ idi. Oğuz ərənlərini, xüsusilə gəncliyi yetişdirmək, güclü,
qüdrətli etmək üçün təlim, tərbiyə növlərindən biri idi.
Dastanda qadınlar da kişilər qədər mübarizdir. Dastanda Beyrəyin evlənmək
vaxtı çatanda deyir ki, “Ata, mənə elə qız al ki, mən yerimdən durmamış o dursun,
mən ata minməmiş o minmiş olsun. Mən düşmənin üstünə gedənə qədər, o, mənə baş
gətirsin”. Qadın həm də evin dirəyi, nəsil artıran, incə məlahətli, gözəl nəvazişli,
yüksək mənəviyyatlı xanım kimi təsvir edilir.
Dastanda oğuzlar həyatın bütün sahələrində əxlaqi davranış və rəftarlarında
igidlik, qorxmazlıq, cəsurluq və düzlük nümayiş etdirirlər. Belə ki, böyük miqdarda
silahlı düşmən Qaraca Çobanın üzərinə gəldikdə o qorxmur, özünü itirmir.
43
O,düşməni görərkən dərhal qərar çıxarır; vəziyyətin çox qorxulu olmasına
baxmayaraq, düşmənlə çarpışmağı qərara alır.
“Kitabi-Dədə Qorqud”un hər bir boyu elə-obaya, ata-anaya, qardaş-bacıya ülvi
məhəbbətin canlı salnaməsidir. Burada ailə şərəfini, namusunu qorumaq, ocağa dərin
bağlılıq, ana və qadın ləyaqətinə dərin hörmət, ata ehtiramını saxlamaq, ailə tərbiyəsi
ilə bağlı çox qiymətli, ibrətamiz nümunələr və ifadələr vardır. Dastanda “Ana haqqı”
– “Tanrı haqqı” kimi qəbul olunur. Bu da Məhəmməd Peyğəmbərin (s.ə.s) “cənnət
anaların ayaqları altındadır” kəlamı ilə səsləşir. Oğuzlarda anaya məhəbbət tərbiyəsi
ən müqəddəs iş hesab edilmişdir. Dastanın boylarında ana haqqı tanrı haqqı ilə
bərabər tutulur. Qadınlar qəhrəmanlıq göstərərək ərlərinin, qızlar isə nişanlılarının
yolunda fədakarlıqlar göstərərdilər.
Qazan xanın evi yağmalanır, var dövləti talan edilir, anası, arvadı Burla xatun,
oğlu Uruz əsir aparılır. Qazan xan döyüşmədən əvvəl Şöklü Məliyə müraciət edərək
belə deyir:
Qırx incə belli qızla Burla xatunu gətirmisən sənə əsir olsun?
Qırx igidlə oğlum Uruzu gətirib gəlmisən sənin olsun!
Qoca ananı gətirmisən, ay kafir, anamı ver mənə!
Savaşmadan, vuruşmadan qayıdıb, geri dönüb gedim.
Salur Qazan var-dövlətini, sərvətini düşmənlərə verdiyi halda, anasını, arvadını,
oğlunu, bütövlüklə bütün adamları almağa özünə müqəddəs borc hesab edir və belə
edilərsə, günahsız qanların tökülməsinə də razı olmur. Salur Qazan sülh,
əminamanlıq istəyir. Burada oğulun anasına olan ülvi, sonsuz məhəbbətin, ana
müqəddəsliyinin nümunəsini görürük.
“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da oğuzlarda ata-oğul
münasibətinin gözəl və təsirli nümunəsi verilmişdir. Kef məclisində oturan Qazan
xan sağ yanında oturan qardaşı Qarangünəyə, sol yanında oturan dayısı Aruza baxır,
qəh-qəh gülüb sevinir. Qarşısında duran oğlu Uruza baxıb ağlayır. Bunun səbəbini
atasından soruşduqda o cavab verir ki, 16 yaşına çatmısan, bu vaxtadək baş
kəsməyibsən, qan tökməyibsən, bir mükafat almamısan. Fikirləşdim ki, mən öləndən
sonra taxt-tacımı sənə verməzlər, ona görə də ağladım. Burada birinci növbədə,
cəmiyyət üçün çox böyük əhəmiyyəti olan bir xüsusiyyətə diqqət yetirmək lazımdır
44
ki, oğuzlarda övlad bəyzadə alsa da igid deyilsə, ona məmləkət həvalə edilə bilməz.
Uruz həmişəki kimi atasına müraciət edərək – “qara başım qurban olsun, atam (ağam),
sənə” – deyir və atasının nöqsanını çəkinmədən, sanki bir dostuna söyləyərək belə
deyir: “Sən məni haçan götürüb kafir sərhəddinə çıxardın, qılınc çalıb baş kəsdim?
Mən səndən nə gördüm ki, nə öyrənim?”- dedi. Qazan bəy oğlunun bu sözlərindən
heç də qəzəblənmir, onu səmimi qəbul edir və gülür. Oğlunu götürüb bəylərlə dağlara
ova çıxır. Kafirlərlə qarşılaşırlar, Qazan xan oğlu Uruza döyüşməyə girməyə icazə
verməsə də Uruz döyüşə girir, düşmənləri qırıb, tökür.
Dastanda ailə münasibətləri, qohumluq əlaqələri yüksək əxlaqi keyfiyyətlər
əsasında qurulur. Oğuz gəlinləri bir övlad kimi qayınataya, qayınanaya çox böyük
hörmət və ehtiramla yanaşır, onları öz valideynlərindən də yüksək tuturlar. Qardaşını
axtarmaq üçün səfərə çıxan Səyrəyi bu yoldan çəkindirmək üçün Qazan xanın
məsləhəti ilə evləndirirlər – ayağına ət tuşağı (buxov) vururlar. Oğlan fikrindən
dönmür, qardaşını tapmayınca gərdəyə girmir. Gəlin onu yolundan saxlaya
bilməyəcəyini başa düşür və öz-özünə deyir: “Mənə qədəmi uğursuz gəlin deyincə,
utanmaz, arsız gəlin desinlər. Qayınatama, qayınanama xəbər verim gərək” –
söyləmiş, qız demişdir:
Atamdan yaxşı qayınata!
Anamdan yaxşı qayınana!
Ala gözlü oğlun qardaşını anıb gedir (23,54).
Burada həm də qardaş məhəbbəti, qardaş borcu, qardaş məhəbbəti, qardaş
yolunda xoşbəxtliyini, canını qurban verməyə hazır olmaq fədakarlığı tərənnüm edilir.
Oğuz elində qadına həmişə yüksək məhəbbət bəslənmiş, onu evin dirəyi, nəsil
artıran adlandırmışlar. Dirsə xan qadını “başının baxtı, evimin taxtı”, “sərv boylum”,
“qara saçlım, çatma qaşlım, al yanaqlım”, “qadının-dayağım” adlandırır, ona sonsuz
məhəbbətini bildirir. Qadın ailəni quran, yüksəldən, onu dağılmaqdan qoruyan, bu
yolda qəhrəmanlıqlar göstərən, əxlaqi dəyərləri, ərinə sədaqəti və məhəbbəti ilə
böyük tanrını güzəştə getməyə razı salan həyat yoldaşıdır, anadır... Dastanda ər-arvad
məhəbbəti, valideyn-övlad münasibətindən də üstün verilmişdir. Domrulun atası,
anası öz həyatlarını oğullarına qıymadıqları halda, onun həyat yoldaşı öz canını
verməyə hazırdır və tanrıya yalvarır ki:
45
“Alırsansa, ikimizin canını birgə al
Sağ qoyursan, ikimizə də eəhm et
Kərəmi çox qadir tanrı”.
Dastanlarda cəmiyyətin inkişafına təkan verən üç mühüm tərbiyə amili öz bədii
ifadəsini tapmışdır: 1) Qurulan ailənin məhsulu – oğlu, qızı olmalıdır; 2) Oğul-qız
sağlam, güclü, qüdrətli yetişməlidir; 3) Ailə kin-küdurətdən uzaq olmalı, övladın
təlim tərbiyəsi ilk növbədə ana telinə bağlıdır.
Dastandan aydın görünür ki, ailənin tamlığı üçün müstəqil uşaq sahibi olmaq
gərəkdir. Uşağı olmayan ailələrə yaxşı baxılmaz. Dastanda deyilir ki, Dirsə xanın
uşağı yoxdur. Bir gün o, Bayandır xanın verdiyi ziyafətə gedir. Ancaq o, uşağı
olmadığına görə məclisdə yaxşı qarşılanmır.
Oğuz elində əxlaq, tərbiyə, ədəb-ərkan, böyük-kiçik münasibətləri ali insani
keyfiyyətlər, mənəvi mədəniyyətdir. Bütün dastan boyu əxlaqi keyfiyyətlərin
təntənəsi müşahidə edilir. Yaşlı nəsil – ulular da, atalar da, gənclər də, yeniyetmələr
də yüksək əxlaqi üstünlüyə malikdir, bunun üçüncəmiyyətdə bütün imkanlar var:
ənənəvi davam edib gələn qayda-qanunlar, azad sevgi, sevib-sevilmək, axtarıb
bəyənmək, seçmək, sınaqdan keçirmək - hər şey yüksək insani səciyyədir.
Lakin bütün bunlarla bərabər oğuz eli nadürüstlərdən də xali deyildir.
Belələrinə qarşı, şər qüvvələrə qarşı mübarizə dastanda daha kəskin şəkildə
qoyulmuşdur. Əxlaqın aliliyi pozulsa bu oğuz elinə çox ağır oturar, fəlakət törəyər,
başına müsibətlər gələr. Bu mənada “Basatın Təpəgözü öldürməsi boyu”nda nəsillərə
çox dərs verilir. Dastanda təsvir olunur ki, Aruzun Qonur qoca Sarı adlı Çobanı
hamıdan tez yaylağa köçür. Arxacda qoyun ürkür. Çoban “Uzun bulaq” deyilən yerdə
görür ki, pəri qızlar qanad-qanada veriblər. Yapıncasını atıb onların birini tutur və
ona tamah salır. Pəri qızı da zina edir və çobana deyir: “Çoban, il tamam olacaq,
məndə əmanətin var, gəl al dedi. Amma Oğuzun başına bəla gətirdin”. “Salur
Qazanın evinin yağmalanması boyu”nda ailə tərbiyəsi, ailənin namusu, qeyrəti və
şərəfinin ali və müqəddəs olması diqqət mərkəzindədir. Dastanda oğuz-türk əxlaqı,
türk mənliyi, paklığı açılır, bu mənəvi durum Uruzun timsalında öz ibrətli ifadəsini
tapır.
Düşmən Qazan xanın evini yağmalamış, ananı, arvadı Burla xatunu, oğlu
46
Uruzu və qırx incə belli qızını-gəlinini əsir edib aparmışdır. Düşmən Qazan xanın
namusunu hədələyir, ondan hayıf almaq, onu təhqir etmək üçün hər vasitəyə əl atır;
arvad Burla xatunu çəkib məclisə gətirmək istəyir. Amma bu heç də asan iş deyilmiş.
Düşmən qorxulu bir plan hazırlayır; Uruzu çəkib gətirmək, ətindən qovurma edib
qadınlara vermək. Kim yedi o deyil, yeməyən oğlanın anasıdır, çəkin gətirin məclisə...
Vəziyyət Burla anaya əyan olur, ana və oğul arasında belə bir söhbət gedir. “Kafirlər
tərs danışmışlar. Qazan oğlu Uruzu həbsdən çıxarın, boğazından örkənlə asın. Iki
kürəyindən çəngələ sancın, qıyma-qıyma ətindən çəkin. Qara qovurma edib qırx bəy
qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o Qazanın xatunudur. Çəkin,
gətirin, döşəyimizə salaq, şərab paylatdıraq! Sənin ətindən ay oğul yeyimmi? Yoxsa,
iyrənc dinli kafirin döşəyinə girimmi? Ağan Qazanın namusunu tapdayımmı?
Neyləyim, ay oğul?!”- dedi.
Yəqin ki, ana Burla bu suallarla həm də oğlunun ağlını, tərbiyəsini yoxlayır.
Uruz anasının bu sözlərindən bərk qəzəblənir, ona ağır cavab verir: “Ağzın qurusun
ana! Dilin çürüsün ana! “Ana haqqı – Tanrı haqqı” deyilməsəydi qalxıb yerimdən
durardım, yaxandan, boğazından tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü
qara yerə çırpardım. Ağzından, üzündən qan şoruldayardı, can şirinliyini sənə
göstərərdim. Bu nə sözdür? Saqın, xanım ana! Mənim üzərimə gəlməyəsən! Mənim
üçün ağlamayasan! Qoy məni çəngələ sancsınlar! Qoy ətimdən çəksinlər, qara
qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye!
Kafirlər duymasınlar, səni tanımasınlar. Təki murdar dinli kafirin döşəyinə
düşməyəsən. Onlara şərab paylayıb, atam Qazanın namusunu sındırmayasan.
Saqın!”(25,36) Oğuz övladı tikə-tikə doğranmasına razıdır, amma ata qeyrətindən,
ana namusundan keçmir. Ana övladına verdiyi tərbiyə ilə fəxr etməlidir.
Dastanların pedaqoji təhlilindən aydın olur ki, oğuzlar mərdlik, igidlik,
cəsurluq, kişilik kimi keyfiyyətlərə çox böyük önəm vermişlər, hər bir oğuzun ən
yüksək səviyyəsini bu keyfiyyətlər ilə müəyyənləşdirirlər, həyata gözlərini açandan
bu hisslər, duyğular və təsəvvürlər ilə yaşayır və tərbiyə edilirlər.
Namərdliyə, yalana və xəyanətə nifrət dastanda özünə yer tutduğu kimi,
bununla belə mənfi hərəkəti bağışlaya bilmək oğuzların davranışlarında daim təzahür
edən tərbiyə nümunəsidir. Bu keyfiyyətlərin təzahüründə isə müvafiq şəxslər,
47
obrazlar iştirak edir, hadisələr cərəyan edir. Beyrəyin nişanlısı Banuçiçəyi almaq
üçün yalançı oğlu Yalıncıq yalandan onun ölüm xəbərini gətirir. Nəhayət, o ifşa
olunur və oğuzların ümumi nifrətini qazanır. Layiq olduğu cəzadan qurtarmaq üçün
yalançı oğlu Beyrəyin ayağına yıxılır, rəhm diləyir və onun qılıncının altından keçir.
Bundan sonra Beyrək onu bağışlayır.
Dastanda ailə tərbiyəsinə və ailədə valideyn nümunəsinə xüsusi diqqət verilir
və deyilir – “qız anadan görməyincə öyüd almaz. Oğul atadan görməyincə süfrə
açmaz. Oğul atanı yetirməsi, iki gözünün biridir”.
Dastanda türk anaları uşaqlarını tərbiyə edərkən lovğa olmamağı, zəfərdə,
döyüşdə qazandıqları adla, xeyirxah əməlləri ilə yüksəlməyi məsləhət bilirdilər. Dədə
Qorqudda Selcan xatun deyir: “Öyünərsə ər öyünsün, aslandır. Öyünməklik övrətlərə
böhtandır. Öyünməklə övlat olmaz”.
Dastanda özünü aparmaq, çox bilmək, mənəvi zənginlik yüksək
qiymətləndirildiyi halda mənəmlik iddiası axmaqlıq, ikiüzlülük, xəbərçilik, lovğalıq
mənəvi şikəstlik kimi qələmə verilir. Bu münasibətlə “Dədə Qorqud”da deyilir
“Təkəbbürlük eyləyəni tanrı verməz; Könlünü uca tutan adamda ağıl olmaz”.
Dastanda səxavətlilik, əliaçıqlıq, kasıba əl tutmaq bir əxlaqi keyfiyyət kimi
yüksək qiymətləndirilməklə bərabər, bu keyfiyyət təmənnasız, hiss etdirilmədən
yerinə yetirilir və böyüklər öz övladlarına bu sahədə nümunə göstərirlər. Dastanda bir
əxlaqi keyfiyyət kimi yoldaşlıq və dostluq məsələsinə xüsusi diqqət yetirilir. Dostluq
bir kişilik keyfiyyəti kimi qəbul edilir. Dastanda uşaqların bir-biri ilə dost olmalarını,
qonşularla dostluq münasibəti yarada bilməsinə diqqət yetirilir. Dastanda uşaqların
dostluğunun hörmətə, ideya birliyinə, qarşılıqlı yardıma əsaslanması tərbiyə edilir.
Beyrək – “Mən Qazana dönük çıxmaram”- deyir:
Mən Qazanın nemətini çox yemişəm
Bilməzsəm gözümü tutsun!
Qaraçıqda Qazlıq atına çox minmişəm
Bilməzsəm tabutum olsun!
Yaşı qaftanları çox geymişəm
Bilməzsən kəfənim olsun.
Dastanda ağıl böyük nemət hesab olunur. Ağıl dövlət mənasında işlədilir. Oğuz
48
elində ağıl tərbiyəsi, gənclərin həmişə ağlını işlətməsi məsələsinə diqqət yetirilir.
Hamı o cümlədən fiziki cəhətdən güclü olanlar da ağıla-kamala yiyələnməlidirlər.
Dastanda ağılın yüksək nemət olması aşağıdakı fikirlərdə aydın ifadə olunmuşdur:
“Biliyi unutmayan əqil yaxşıdır; Baba malından nə fayda, başda dövlət olmasa; Ağıllı
oğul olsa, ocağın gözüdür; Ağılsız oğul olsa, o ocağın külüdür; Ağılsız adamın
şərindən Allah saxlasın”.
Dədə Qorqudun qənaətinə görə, “Adamın dəvəcə boyu olunca, düyməcə ağlı
olması yaxşıdır”. Dastanda oğlanın buğa ilə döyüş səhnəsində daha çox ağılın
nümayiş etdirilməsinin şahidi oluruq. Oğlanla buğa xeyli çəkişdilər. Buğa iki kürəyi
üstündə köpük dururdu. Nə buğa, nə də oğlan qalib gəlirdi. Oğlan fikirləşib öz-özünə
dedi. “Bir dama dirək vururlar, o dama dayaq olur. Mən niyə bunun alnına dayaq
olub dururam?” Yumruğunu buğanın alnından çəkib, yolundan atıldı. Buğa ayaq
üstündə dura bilmədi, yıxıldı, təpəsi üstə düşdü. Oğlan bıçağına əl atdı. Buğanın
başını kəsdi. Burada oğlan əqil və zəkasını işlədir və fiziki qüvvəsi tükənməkdə olan
oğlan, əqli qabiliyyəti, mühakiməsi hesabına buğaya qalib gəlir. Qanturalı və
Buğanın vuruşunda da eyni səhnənin şahidi oluruq.
Dastanda estetik tərbiyə, bədii zövqə malik olmaq kamil insan olmağın mühüm
şərtlərindən sayılır. Dastandakı ideyaya görə, fiziki və əqli cəhətdən inkişaf etmiş
şəxs – yəni qüvvə kamal sahibi, eyni zamanda, camal sahibi olmalı, estetik gözəlliyi
ilə xoş təsir bağışlamalıdır. Dədə Qorqud dastanlarının əksər qəhrəmanları təkcə
qüvvəsi və kamalı ilə deyil, həm də camalı ilə fərqlənirlər. Məsələn, “Qanlı qoca ilə
Qanturalı” boyunda deyilir: “Qanturalı camal və kamal əlamətləri olduğunu və
onlardan birincisinin estetik, ikincisinin zehni, üçüncüsünün fiziki tərbiyə sahəsinə
aid olduğunu xatırlasaq, həmin cümlədə tərbiyənin bu üç qolunun vəhdət şəklində
birləşdiyini aydın görərik”(23,97).
Prof. R.L.Hüseynzadə yazır: “Dədə Qorqud qəhrəmanlarının boy-buxunu
yaraşıqlıdır, cəlbedicidir. Qanturalı, Bamsı Beyrək, Səkrək, Uruz, Buğac, Dəli
Dondar, Yeynək, Qazan xan, Burla Xatun, Selcan, Banuçiçək və başqaları məhz
cazibədar “Ağ üzlü”, “Ağ biləkli”, “İncə belli”, “Sərv qamətli”, “Qırmızı yanaqlı”,
“Badam dodaqlı”, “Çatma qaşlı” adamlardır. Çoxları da çalıb-oxumağı, rəqs etməyi
bilirlər. Onlar gözəlliklərdən zövq almağı bacarır, “əsən dan yellərindən”, “Köksü
49
gözəl dağlardan”, “Durnalı, kəklikli, turaclı soyuq bulaqlı, göy çəmənlikli” yerlərdə
dincəlir, özlərinə məskən salırlar”(23,198).
Qanturalı üç canavarla (buğa, aslan və dəvə) vuruşmaq üçün musiqi və mahnı
ilə qızışmaq istəyir. O, hər dəfə meydanda musiqi sədaları altında cəng edir. Demək,
dastanda insan və təbiət, incəsənət gözəlliyi, ümumən insanın estetik, zövqü, tərbiyəsi
mühüm yer tutur. Dastanda saza, musiqiyə ecazkar bir qüvvə kimi baxılır.
Qəhrəmanlar saza and içirlər, ən qatı düşmənin əlində qopuz gördükdə ona əl
qaldırmırlar.
Dədə Qorqudda əlbəttə mənəvi, əxlaqi gözəllik həmişə ilkin yerdə durmuşdur.
Dostları ilə paylaş: |