"Yalançı". Kornel təkcə fransız faciə teatrının yara-
dıcısı deyil, həm də fransız ədəbiyyatında xarakterlər
komediyasının banisidir. Əgər onun "Sid" faciəsi XVII-
XVIII əsrlər müddətində bir silsilə güclü faciə əsərlərinin
yaranmasının başlanğıcı oldusa, "Yalançı" komediyası
Molyerin simasında özünün ən parlaq dramaturqunu tapan
komediya janrına yeni istiqamət verdi. Molyer "Yalançı"
komediyasının onun yaradıcılığında oynadığı mühüm rolu
qeyd edərək Bualoya məktublarının birində yazırdı: "Mən
"Yalançı"ya çox borcluyam, "Yalançı"nı bilmədən, şübhəsiz
ki, mən ancaq bir neçə "Dəlisov" və "Sevgi peşmançılığı"
kimi intriqa komediyaları yazardım, ancaq, ola bilsin ki, heç
vaxt "Mizantrop" yarada bilməzdim."
"Pompeyin
ölümü" faciəsindən sonra yazılan
Afaq Yusifli İshaqlı
260
"Yalançı" komediyasının süjetini Kornel ispan dramaturqu
Alarkonun "Şübhəli həqiqət" komediyasından götürmüşdür.
Kornelin ən yaxşı komediyası olan bu əsər indi də
repertuardan düşməmişdir. Dramaturq süjeti Alarkondan
götürsə də, hadisələri Paris zadəgan mühitinə köçürmüş,
onun əlvan, dolaşıq məzmununu xeyli sadələşdirmişdir.
Bunun əvəzində Kornel daha çox əsərdəki surətlərin
xarakterini
geniş göstərməyə çalışmışdır. Klassisist
komediyadan fərqli olaraq burada didaktizm yoxdur.
Komediyada gülüş daha çox müxtəlif əyləndirici həyat
hadisələri ilə bağlı Dorantın ardıcıl olaraq söylədiyi
yalanlarla əldə edilir. O, elə məharətlə, canlı, incə yalanlar
danışır ki, tamaşaçıların rəğbətini qazanır. Dorantın atası
Jeront oğlundan fərqli olaraq ciddi planda verilmişdir. Jeront
sübut etməyə çalışır ki, Dorantın yalançılığı onu zadəgan
kimi gözdən salır. Lakin onun nəsihətləri pyesin ümumi
ruhuna təsir göstərə bilmir. Jerontun səhvi ondadır ki,
oğlunun boşboğazlıqla söylədiyi yalanlara ciddiyyətlə
yanaşır. Parlaq dialoqlar, canlı və oynaq şeir dili, həyat
həqiqətinin komik təqdimi bu əsəri Kornelin ən yaxşı
komediyası kimi qiymətləndirməyə haqq qazandırır.
Kornelin ispan dramaturgiyasından təsirlənərək faciə
və komediya janrının əsasını qoyduğuna işarə edən Volter
yazmışdır: "Etiraf etmək lazımdır ki, biz Fransanı
şöhrətləndirən ilk təsirli faciəyə və ilk xarakterlər
komediyasına görə İspaniyaya borcluyuq. Bütün janrlarda
gecikdiyimizə görə qızarmamalıyıq. Artıq bu özü yaxşıdır ki,
bir ancaq romantik macəralar və yüngül zarafatlar bildiyimiz
bir vaxtda Kornel teatra əxlaqi fikirlər gətirdi. Bu ancaq
tərcümədir: lakin, ola bilsin ki, Molyerin doğulmasında biz
bu tərcüməyə borcluyuq. Təsəvvür etmək olmaz ki, Molyer
bu pyesi görüb onun bütün başqalarından hədsiz dərəcədə
üstün olduğunu o saat aşkar etməsin və bütünlüklə ona
XVII əsr Qərbi Avropa ədəbiyyatı
261
bağlanmasın...
Beləliklə, Kornel xoşbəxt bir təqlid nəticəsində faciə
və komediya sahəsində çevriliş yaratdı."
Kornel böyük klassisist dramaturq idi. Onun
faciələrinin ən yaxşıları əsl qəhrəmanlıq və vətəndaşlıq
şücaəti məktəbi olmuşdur. Dünyanın ən böyük dövlət
xadimləri və ədibləri Kornel yaradıcılığına yüksək qiymət
vermişlər. A.S.Puşkin onu "faciənin əsl dahisi" adlan-
dırmışdır. Kornelin alovlu pərəstişkarı olan Napoleon
xatirələrində yazmışdır: "Faciə ruhu alovlandırır, qəlbi
yüksəldir, o, qəhrəmanlar yarada bilir və yaratmalıdır. Əgər
Kornel sağ olsaydı, mən onu prins edərdim." Məhz buna
görə də Kornelin irsi özündən sonrakı dünya dramaturgiyası
üzərində müəyyən izlər buraxmış, yeni-yeni əsərlərin
yaradılmasına ilhamlandırmışdır.
Afaq Yusifli İshaqlı
262
R A S İ N
/1639 - 1699/
XVII əsr fransız klassisizminin ən nümunəvi sənət-
karı Jan Rasindir. Dövrünün digər tanınmış ədiblərindən
fərqli olaraq o, klassisizmin estetik normalarından kənara
çıxmamışdır. Ona görə də Bualo "Poeziya sənəti" əsərində
bədii yaradıcılığın qanunlarını müəyyənləşdirərkən, birinci
növbədə Rasinin ədəbi irsinə əsaslanmışdır.
İstedadını klassisist faciə janrına həsr edən Rasin
tarixi, siyasi, qəhrəmanlıq faciələri yaradan Korneldən fərqli
olaraq
aşiqanə psixoloji əsərlər yaratmış, onlarda
zəmanəsinin qabaqcıl ideallarını əks etdirmişdir.
Jan Rasin artıq XVI əsrdə zadəgan rütbəsi alan varlı
əyalət məmur ailəsindən çıxmışdır. O, Valua qraflığında
yerləşən Ferje-Milonda anadan olmuşdur. çox erkən ata-
anasını itirən Rasin ana nənəsi yansenizm təriqətinə mənsub
olan Mariya Demulenin himayəsində qalır. Ədib ilk təhsilini
yansenistlər tərəfindən idarə olunan Bove kollecində alır,
sonra Por-Royalda oxuyur. Rasin burada ilahiyyatla yanaşı
yunan və latın dillərini mükəmməl öyrənir, Homer, Sofokl,
Evripid və başqa yunan müəlliflərini oxuyur, nəinki təkcə
fransız dilində, həm də latınca sərbəst şəkildə şeirlər yazır.
1658-ci ildə Parisə gələn Rasin öz təhsilini Arkur
kollecində davam etdirir. İki il burada fəlsəfəni öyrənir, sonra
əmisi Nikola Vitarın evinə köçür, onun təsiri ilə yansenist
görüşlərindən uzaqlaşıb yüngül həyat keçirir, aktyorlarla
dostlaşır, pyeslər, şeirlər yazır. 1660-cı ildə XIV Lüdovikin
toyu münasibətilə "Sena pərisi" odasını yazır. Şaplenin
xoşuna gələn bu odaya görə nazir Kolber ona kralın adından
yüz luidor bəxşiş verib, bir qədər sonra ədib kimi ona daimi
təqaüd təyin edir. Rasinin rəsmi şəkildə tanınması bu cür
XVII əsr Qərbi Avropa ədəbiyyatı
263
başlayır.
Rasin yunan romanı "Teoqen və Xarikleya" əsasında
bir pyes yazıb Molyerə göstərir. Bu vaxt Pale-Royal teatrının
direktoru olan Molyerin məsləhəti ilə gənc Rasin yeni-yeni
mövzular üzərində işləməkdə davam edir. "Fivaida",
"Aleksandr" faciələrini yazır. Paris tamaşaçıları "Aleksandr"
əsərini rəğbətlə qarşılayırlar. Lakin Kornel onun
dramaturgiya sahəsində qabiliyyətsiz olduğunu söyləyib
başqa janr seçməyi məsləhət görür.
1667-ci ildə Rasinin "Andromaxa" faciəsi Pti-Burbon
teatrında tamaşaya qoyulur və fransız tamaşaçılarını öz
yeniliyi, gözəlliyi ilə heyran edir. İndiyə qədər teatr
səhnələrində güclü, qalib qəhrəmanlar görən tamaşaçı ilk dəfə
insanları zəif və qüsurlu cəhətləri ilə görə bildi. 11 il sonra
Rasin özünün yeganə komediyası olan "Ərizəbazlar" ilə çıxış
edir. Molyerin rəğbətlə qarşıladığı bu əsər müvəffəqiyyət
qazanmır. Onun arxasınca "Britanik" faciəsi göstəriləndə
Bualo müəllifə yanaşıb heyranlıqla deyir: "Bu sizin
yaratdığınız ən yaxşı əsərdir!"
1670-ci ildə Kornel və Rasin yarışaraq yeni mövzuda
faciələr yaradırlar. Kornelin "Aqesilay"ının əksinə olaraq
Rasinin "Berenika"sı böyük müvəffəqiyyət qazanır. Rasinin
düşmənləri onun əsərinin müvəffəqiyyətini, Kornel üzərində
qələbəsini baş rolun ifaçısı Mariya Şanmelenin oyunu ilə
əlaqələndirməyə çalışırlar. Halbuki "Berenika"nın qeyri-adi
müvəffəqiyyəti birinci növbədə pyesin özünün bədii dəyəri
ilə bağlı idi. Rasin özünəməxsus bir tərzdə faciədən bütün
əlavə surətləri və detalları çıxararaq süjeti son dərəcə
sadələşdirmişdi. Rasin bir-birinin ardınca "Bayazid" /1672/,
"Mitridat" /1673/, "İfigeniya Avliddə" /1674/, "Fedra" /1677/
faciələrini yaradır. "Fedra" əsərinin tamaşası ilə əlaqədar kar-
dinal Mazarininin qohumları tərəfindən qurulan çirkin qurğu
Rasini təhqir edir. Bədbinləşmiş dramaturq yaradıcılığından
Afaq Yusifli İshaqlı
264
uzaqlaşır, evlənir, saray tarixçisi rütbəsi alır. 1689-cu ildə
"Esfir" pyesini, 1691-ci ildə "Ataliya" faciəsini yazıb
həmişəlik teatrdan uzaqlaşır.
Madam de Mentenonun xahişi ilə xalqın ağır vəziy-
yəti haqqında Rasinin yazdığı qeydlər XIV Lüdovikin əlinə
keçir və kral ondan çox narazı qalır. Kralın qəzəbindən bərk
qorxuya düşən dramaturq xəstələnir və 1699-cu ilin aprelinin
21-də Parisdə vəfat edir. Ölümündən əvvəl bədii
yaradıcılığından peşman olduğunu bildirib Por-Royalda
basdırılmasını vəsiyyət edir.
Estetik görüşləri. Jan Rasin dövrünün bir çox ziya-
lıları kimi ağıl və gözəllik təcəssümü olan antik ənənələr
əsasında tərbiyələnmişdi. Təbiətindəki zəriflik, həssaslıq,
coşqunluq onu faciə sahəsində yenilik yaratmaq üçün
hazırlamışdı. Onun estetik fikirləri bir qayda olaraq
faciələrinə yazdığı müqəddimələrdə əks olunmuşdur. Artıq
"Andromaxa"ya yazdığı müqəddimədə müəllif dövrünün
kamil, qüsursuz insan surətini yaradan, zadəgan dövrünün
ifadəsi olan incə ruhlu ədəbiyyatının ənənələri ilə
barışmadığını, razılaşmadığını bildirir. O, yumşaq və
mülayim bir şəkildə incə, zərif zövqə malik olan, sədaqətlə
öz xanımına vurulan qəhrəmanların qeyri-təbiiliyinə qarşı
çıxır. Yaratdığı Pirr surətinin onlardan fərqli keyfiyyətlərini
əsaslandırmaq üçün yazır: "Pirr bizim romanları
oxumamışdır. O, təbiətən qəddar idi. Həm də bütün
qəhrəmanlar Seladon olmaq üçün yaranmamışdır." Bu
qeydlərdə Rasinin ədəbiyyatı real hadisə və insanlara
yaxınlaşdırmaq meyli, tələbi əks olunmuşdur. Gənc
dramaturq yumşaq şəkildə olsa da, açıq-aşkar dövrün dəbdə
olan presiyöz /ədalı/ ədəbiyyatının həyatdan, canlı insandan
uzaq kamil qəhrəmanlar yaratmaq prinsipini rədd edir.
Həyatı və insanları olduğu kimi təsvir etmək prinsipini
əsaslandırmaq üçün Rasin antik müəlliflərin nüfuzuna
XVII əsr Qərbi Avropa ədəbiyyatı
265
arxalanır, onların estetik müddəalarını yada salır. "Horatsi
bizə Axillesi sərt, dönməz, cılğın, necə var elə təsvir etməyi
məsləhət görür." Realizmin həyatı doğru, "necə var elə" əks
etdirmək prinsipini əsaslandırmaq üçün Horatsiyə istinad
edən Rasin dramaturji konfliktin əsas ünsürü olan fəci
səhvdən danışanda Ərəstunun mülahizələrini köməyə çağırır.
Rasin Ərəstunun fəci səhv haqqında təlimini
xatırlayanda da özünün həyatı doğru əks etdirmək tələbini
əsaslandırmağa çalışırdı, yazıçının insan təbiətindəki
zəiflikləri göstərmək hüququnu irəli sürürdü. Xüsusilə, Rasin
qəhrəmanların birxətli, müsbət, yaxud mənfi göstərilməsi
əleyhinə çıxarkən yenə də Ərəstüyə istinad edib faciədə
təsvir
edilən
surətlərin
həyatdakı
real
insanlara
yaxınlaşdırılması arzusunu təsdiqə çalışırdı. O, istəyirdi ki,
təsvir və təqdim edilən surətlər insan kimi orta səviyyəli
adamlar olsunlar, güclü keyfiyyətləri ilə bərabər zəiflikləri də
nəzərdən qaçmasın. "Onlar orta səviyyəli ləyaqətə, başqa
sözlə, zəifliyə, qüsura qabil olan nəcabətə malik olmalıdır."
Rasin dramaturgiyasının canı olan bu prinsip yenə də
Ərəstunun müddəaları ilə gücləndirilir. "Ərəstü bizdən kamil
qəhrəmanlar tələb etməkdən nəinki çox uzaqdır, əksinə arzu
edir ki, fəci surətlər, yəni öz bədbəxtlikləri ilə faciədə
fəlakətə səbəb olan adamlar nə axıra qədər xeyir, nə də axıra
qədər şər təbiətli olsunlar."
Rasin klassisizmin səhnə hərəkətinin həqiqətə
uyarlığı, ağla və sağlam düşüncəyə uyğunluğu, süjetin
sadəliyi və aydınlığı, teatrın tərbiyəvi əhəmiyyəti haqqındakı
tələb və prinsiplərini ardıcıllıqla müdafiə edirdi. Ədib doğru
olaraq qeyd edirdi ki, tamaşada nöqsan, qüsur elə
göstərilməlidir ki, baxanlar göstərilən eybəcərliyi başa düşüb
ona nifrət etsinlər. Burada da antik müəllifləri nümunə
göstərən dramaturq yazırdı: "Onların teatrı məktəb idi. Orada
nəciblik filosofların məktəblərindən heç də pis tədris
Afaq Yusifli İshaqlı
266
edilmirdi. Bizim əsərlərin də eləcə ciddi və eləcə faydalı
öyüdlərlə aşılanmasını arzu etmək yerində olardı." Teatrın
tərbiyəvi və təsiredici vəzifəsinin daha səmərəli yerinə
yetirilməsi üçün təsvir edilən hadisələrdə səbəb və nəticə
əlaqələrinin sadə və aydın olması tələb olunurdu.
Klassisizmin estetikasında incəsənətdə qözəllik
anlayışına tarixi baxımdan yanaşılmır, onların əbədi və
dəyişməz olduğu müddəası irəli sürülürdü. Bu müddəanı
Rasin də əsərlərinə yazdığı ön sözlərdə özünə məxsus tərzdə
təsdiq edirdi: "Mən məmnuniyyətlə inandım ki, sağlam fikir
və ağıl bütün əsrlərdə eyni olmuşdur. Parisin zövqü Afinanın
zövqü ilə oxşar çıxmışdır. Vaxtilə Yunanıstanın ən ziyalı
xalqının gözündən yaş axıdan hər şeylə mənim
tamaşaçılarım da həyəcanlanmışlar."
Rasinin nəzəri görüşlərində faciənin finalı, sonluğu
ilə bağlı qənaətlər də mühüm yer tutur. O, istər antik
müəlliflərdən, istərsə də öz müasirlərindən fərqli olaraq
dramaturqun ilahələrin yaxud səhnə mexanizmlərinin
köməyi ilə hadisələrin gedişinə qarışması, onun məntiqi
inkişafına müdaxilə etməsi prinsipini bəyənməmişdir.
"Düyünün açılışı bilavasitə pyesin özündən irəli gəlir",
deyən Rasin, doğrudan da, əsərlərində hadisələrin məntiqi
inkişafını pozmamağa, bu sahədə özünün həqiqətə uyarlıq
prinsipini həmişə gözləməyə çalışmışdır.
S.D.Artamonov Rasinin estetik görüşlərindən söhbət
açarkən Labrüyerin maraqlı bir müqayisəsinə diqqəti cəlb
etmişdir. Həmin müqayisədə Kornellə Rasinin estetik
görüşləri arasındakı fərqlər onların əsərləri arasındakı fərqlər
vasitəsilə açılıb göstərilmişdir. Labrüyer yazır: "Kornel bizi
öz xarakterlərinə, öz ideyalarına tabe edir. Rasin onları
bizimkilərlə qarışdırır. O, insanları neçə olmalıdırsa, o cür
təsvir edir, bu onları necə varsa elə. Birincidə təqlid etmək
lazım olan daha çox heyran edir, ikincidə özündə hiss
XVII əsr Qərbi Avropa ədəbiyyatı
267
etdiklərini daha çox başqalarında görürsən. Biri ucaldır,
heyrətləndirir, hökm edir, öyrədir, o biri xoşa gəlir, həyəcan-
landırır, hərəkətə gətirir, varlığına hopur. Ağılda ən gözəl, ən
nəcib, ən ülvi hər nə varsa birincinin sahəsidir, ehtirasda ən
incə, ən zərif hər nə varsa, ikincinin sahəsidir. Onda
aforizmlər, qaydalar, öyüdlər, bunda zövq və duyğu əsasdır.
Kornel daha çox fikirlə məşğuldur, Rasinin pyesləri
təlatümləndirir, həyəcanlandırır. Kornel öyüdverici, Rasin
insanidir; elə bil ki, biri Sofoklu təqlid etmiş, ikincisi daha
çox Evripidə borcludur."
Labrüyerin bu həssas, dəqiq, yığcam müqayisə və
mülahizələrində Fransanın iki böyük faciə şairinin əsas
keyfiyyətləri düzgün qeyd olunmuşdur. Rasinin ayrı-ayrı
əsərlərinin təhlili də bu həqiqəti təsdiq edir.
"Andromaxa". 1667-ci ilin noyabrında "Androma-
xa" əsərinin tamaşasından sonra Rasin Fransanın birinci
dərəcəli şairi kimi tanınmağa başladı. Tarixi xronikaların
Fransanın milli tarixi ilə əlaqələndirildiyi bir mövzuda
yazılan bu faciə sadəliyi, realizmi və ifadə etdiyi hiss və
duyğuların yeniliyi ilə diqqəti cəlb edirdi. Rasin Korneldən
fərqli olaraq yeni psixoloji məzmuna malik bir əsər yaratmış,
kənar hadisələr və surətlərə yer verməmişdir. Faciə, hər
şeydən əvvəl, yüksək insani məzmunu ilə seçilir və
həyəcanlandırırdı. Dramaturq estetik görüşlərində olduğu
kimi bu əsərində də yunan müəlliflərindən – Homer, Vergili
və xüsusən "Andromaxa" faciəsinin müəllifi Evripiddən
öyrənirdi, lakin onları təkrar etmirdi. Rasinin faciəsinin
mərkəzi qəhrəmanı, adından da göründüyü kimi, Troya
sərkərdəsi Hektorun dul qalmış arvadı Andromaxadır.
Troyanın məğlubiyyətindən sonra əsirləri bölərkən
Andromaxa oğlu Astiananksla birlikdə Axillesin oğlu Pirrin
payına düşür. Döyüş meydanlarında qorxmaz, qəddar və
Afaq Yusifli İshaqlı
268
yenilməz bir sərkərdə kimi tanınan Epir hökmdarı Pirr
ömründə bəlkə də ilk dəfə odlu bir məhəbbətlə əsir
Andromaxanı sevir. Dəhşətli müsibətlər görmüş, qəlbi parça-
parça olmuş, gözlərində kədər, qəm dolaşan gözəl əsir qadın
onun rahatlığını pozur, iradəsini sındırır, xarakterindəki
dəmir mətinliyi qırır. O, əsir qadını incidir, hədələyir, oğlu
Astianaksı öldürməklə qorxudur, onun rəğbətini, sevgisini
qazanmağa çalışır. Andromaxa çıxılmaz vəziyyətdə qalır.
Lakin o, Pirri sevmir, sevə bilməz də! Axı Pirr onun
əri Hektorun qatili Axillesin oğludur. Onun mənsub olduğu
Troyanın bədbəxtliklərinin banisinin oğludur. Andromaxa
ona nifrət etməyə bilmir. Pirr isə qəzəblənir, yalvarır, tələb
edir, sevdiyi əsir qadının gözlərinin yaşla dolduğunu görəndə
isə ona acıyır, az qalır onunla birlikdə ağlasın. Bu qəddar,
sərt, xudbin hökmdar, həm də insan kimi sevərək iztirab
çəkir, tamaşaçıda mərhəmət oyadır.
Pirrin nişanlısı, Menelay və Yelenanın qızı Hermiona
da bir başqa cür iztirab çəkir. O, Pirri sevir, onun nişanlısı
kimi Epirə gəlib xeyli müddətdir sarayda yaşayır.
Andromaxa Pirri sevmədiyi, sevə bilmədiyi kimi, Pirr də
Hermionanı sevmir, sevə bilmir. Andromaxa ilə Pirrin
sevməmələrinin səbəbləri başqa-başqa olsa da, fakt
faktlığında qalır. Pirr Hermionaya laqeyd bir mərhəmət
göstərsə də, onun sevgisini rədd edir. Hermiona isə öz
sədaqətsiz, etibarsız nişanlısını sevir, iztirab çəkir, ümidlə
yaşayır. Pirrin hərəkəti, soyuqluğu onun məğrur mənliyini
təhqir edir, ürəyini parçalayır. Toyun ləngidilməsi Menelayı
da narahat edir.
Burada əsərə yeni bir uğursuz sevgi xətti əlavə edilir.
Məlum olur ki, Pirrin nişanlısı Hermionanı Aqamemnonun
oğlu Orest dərin bir məhəbbətlə sevir, lakin o da birtərəfli
sevir, sevgisinə cavab ala bilmir. Orestin gəlişi zahirən
Andromaxanın oğlu Astianaksı aparmaqla əlaqələndirilir.
XVII əsr Qərbi Avropa ədəbiyyatı
269
Günbəgün böyüyən, guya Yunanıstan üçün böyük təhlükə və
qorxu olan Astianaksı yunanlar məhv etmək qərarına gəlirlər.
Bu məqsədlə Astianaksı Epirdən Yunanıstana aparmaq
vəzifəsi elçi sifəti ilə gələn Orest və onun dostu Pilada
tapşırılmışdır. Pirr bütün Yunanıstan ayağa qalxsa da, Andro-
maxanın oğlunu verməkdən imtina edir. Sevdiyi əsir qadının
oğlunu qorumaq üçün o, hər şeyə hazırdır. Pirr Orestdən
Yunanıstanın Astianaksı öldürmək haqqında qərarını
eşidəndə istehza ilə deyir:
Yunanıstana, onun işinə heyranam mən,
Yoxmu özgə qayğısı məmləkətin, görəsən!
Doğrudanmı gülməli deyil, bütöv bir diyar,
Körpəni öldürməyə susamış, vermiş qərar.
Orestin təkidlərinə baxmayaraq Pirr "Mənim uşağa
yazığım gəlir, ona görə də Elladanın əksinə olaraq günahsız
bir qanla əlimi islatmaram" deyib mərdlik, nəciblik
göstərərək uşağı verməkdən imtina edir. Əslində Astianaksın
taleyi Oresti o qədər də maraqlandırmır və narahat etmir. O
daha çox Hermiona haqqında düşünür. Əmisi qızı
Hermionanı o, çoxdan sevir, onunla evlənməyi arzulayırdı. O
indi də onu güclü bir duyğu ilə sevir. Astianaks adı altında o,
Epirdən Hermionanı götürüb qaçmaq fikrindədir.
Hermiona Pirrin soyuqluğunu görüb, Epirdən
getməyə razı olduğunu bildirir, çıxıb getmək üçün ancaq
rəsmi icazə verilməsini istəyir. Ürəkdən gəlməyən, ürəyin
təsdiq etmədiyi bu qərar ötəri, ani hisslərdən gəlir. Onun
Epiri tərk etməyə, sevdiyindən uzaqlaşmağa gücü, qüdrəti
çatmazdı. Ancaq zahiri görən Orest isə bu sözlərdən nahaq
yerə sevinir, nahaq yerə qəlbi ümidlə, sevinclə dolu bir halda
Pirrin yanına gedir.
Hələ bu bir yana qalsın, Epir şahı özü də göz-
lənilmədən fikrini, münasibətini dəyişir. O da qəlbi ilə
hesablaşmadan acıqla yeni bir qərar qəbul edir. Astianaksı
Afaq Yusifli İshaqlı
270
Orestə vermək, Hermiona ilə evlənmək istədiyini söyləyir.
Yenidən Hermiona sevinir, Orest kimi. Orest isə Pirrin
birdən-birə belə dəyişməsini anlaya bilmir. Orest bilmir ki,
Pirr Andromaxa ilə danışmış, Orestin nə üçün gəldiyini ona
xəbər vermişdir. Axıracan onun oğlunu müdafiə edəcəyini
bildirib əvəzinə ondan sevgi tələb etmişdir. Lakin
Andromaxa yenə də əyilməmiş, sözündən dönməmiş, nifrət
etdiyi adamla kəbin kəsdirməkdənsə, ölməyi üstün
tutmuşdur. Pirri qəzəbləndirən, qərarını dəyişdirməyə
məcbur edən də bu idi. Onun bu qərarı hirsdən, acıqdan,
qəzəbdən irəli gəlirdi. Andromaxanın bircə xoş baxışı, bircə
sözü bu qərarı asanlıqla dəyişdirər, alt-üst edə bilərdi.
Pirr qəzəbdən özünə yer tapa bilmirdi. Andromaxaya
daha artıq sözlər demək, guya ona sonsuz nifrət etdiyini
bildirmək üçün Pirr yenə onun yanına qayıtmaq istəyir. Bu
qəzəbi, təlatümü, çılğınlıqla dediyi sözləri onun
Andromaxanı necə sonsuz bir məhəbbətlə sevdiyini bir daha
təsdiq edir. İnsan psixologiyasındakı ziddiyyətlər, batinlə
zahir arasındakı təzadlar dramaturq tərəfindən məharətlə
açılmışdır. Dilin dedikləri ilə qəlbin hökmünün bir-birini
rəddini Rasin qeyri-adi bir həssaslıqla verə bilir. Qoca
mürəbbisi Fenikslə söhbətində Pirr özünü aldadaraq,
aldatmağa çalışaraq deyir: "Sən elə düşünürsən ki, mən onu
bağışlaya bilərəm? Guya mən onu axtarıram? Guya mən
onun arxasınca qaçıram?" Ancaq həyatı, insanları, insan
qəlbini dərindən bilən müdrik qocanı aldatmaq çətin idi.
Feniks asta və qətiyyətli bir şəkildə söyləyir: "Siz onu
sevirsiniz!" Pirr qocadan eşitdiyi bu sözə qarşı çıxmır,
sevdiyini
boynuna
alıb kədərli-kədərli şikayətlənir:
"Sevirəm! Nə gözəl sözdür! Mənim sevgim ona təskinlik
verir, lakin yenə də sərtdir. Nə qardaşları var, nə dostları.
Dayağı bir mənəm. Astianaksın həyatı məndən asılıdır.
Qəribdir. Yox, elə deyil, burada Epirdə bir quldur. Mən ona
XVII əsr Qərbi Avropa ədəbiyyatı
271
oğlunu bağışlayıram, sevgi bağışlayıram, dünyada hər şey,
hər nə edirəmsə, mükafat olaraq mənə ancaq təqibçi kimi
baxır."
Pirrin sözləri, mühakimələri Andromaxaya tanışdır,
onu başa düşür. Pirr onun özü, xalqı, vətəni qarşısında nə
qədər günahkar olsa da, onu səmimi bir tərzdə sevdiyini bilir.
Ərinə sədaqəti, şərəf, namus, vətən qarşısında borc
anlayışları isə bu sevgini qəbul etməyə qoymur. Ölüm onun
üçün Pirrin arvadı olmaqdan daha şərəflidir. Pirrin
ləyaqətini, səmimiyyətini, xeyirxahlığını görsə də, etiraf etsə
də, Andromaxanın qərarı qətidir. Dünya ədəbiyyatın nadir
qadın qəhrəmanlarından olan Andromaxa hər şeydən əvvəl
iradə bütövlüyü, sədaqəti, vətənpərvərliyi və bütün bunlarla
yanaşı qeyri-adi insani mənəviyyatı ilə diqqəti cəlb edir.
Bütün bu keyfiyyətləri qorumaq, axıra çatdırmaq
üçün o, Nizaminin Şirini kimi hiyləyə əl atır. Pirrə ərə
getməyə razılıq verir. Andromaxa belə düşünür ki, oğlunu
xilas etmək üçün o, Pirrlə kəbin kəsdirər, Astianaksın
qoruyacağına and içdirib gərdəyə girmədən özünü öldürüb
öz namus və ləyaqətini ləkədən xilas edər. Pirr onun
razılığını eşidən kimi qarşısında dayanıb ömrü boyu ona
sadiq qalacağına və oğlunu qoruyacağına and içir.
Andromaxanın birdə-birə belə dəyişməsinin səbəbini bilmir,
bilmək də istəmir.
Hadisələrin inkişafının belə bir məqamında Pirrlə
Hermiona ilk dəfə səhnədə üz-üzə gəlir. O, Hermiona
qarşısında ikiüzlülük etmir, bəhanə axtarmır, günahkar
olduğunu da danmır. "Ehtiras məndən güclüdür. Andromaxa
biryolluq hiss və ağlımı əlimdən almışdır" deyərək, həqiqəti
etiraf edir. Hermiona isə onu başa düşmək istəmir,
qəzəblənir, özündən çıxır, onu xəyanətdə, etibarsızlıqda
təqsirləndirir. Qız onu xəyanətkar, sədaqətsiz adlandıranda
Pirr "sədaqətsiz olmaq üçün axı sevilmək lazımdır" deyə
Afaq Yusifli İshaqlı
272
cavab verir. Sevildiyini biləndə isə buna çox heyrət edir,
narahat olur. Gülür, təəccüblənir.
Əgər bura qədər Pirr-Andromaxa xətti ön plana
keçirilib, Hermiona kölgədə qalırdısa, indi Pirr-Hermiona
konflikti ön plana keçir, Pirr-Andromaxa xəttini səhnə
arxasına ötürür, kölgədə qoyur, lakin bu xətt özü də Pirr-
Andromaxa xəttinin daha uğurlu, həyati həllinə yönəlmişdir.
"Sən saydığını say, gör fələk nə sayır" prinsipinə uyğun
olaraq gerçəkliyə sadiq qalan Rasin bununla öz əsərini güclü
bir sonluqla bitirmiş olur.
Sonluq heç də Andromaxanın, Pirrin, hətta Orestin
gözlədiyi kimi olmur. Özünü təhqir olunmuş sayan
Hermiona hər şeyi dəyişdirir, alt-üst edir. Pirri dərindən
sevən, onun özü üçün həmişəlik itirildiyini yəqin edən
Hermiona qəzəbdən, çılğınlıqdan, intiqam hissindən irəli
gələn bir qərar qəbul edir. Pirri məhv etmək fikrinə düşür. Bu
dəhşətli planı yerinə yetirmək üçün sadəlövh, həssas
Orestdən istifadə edir. Onu, bir növ, özünün intiqam silahına
çevirir.
Orest böyük bir ordu ilə Epiri mühasirəyə alıb dö-
yüşmək, onun sevdiyi adamı təhqir edən şəxsi döyüşdə məhv
etmək barədə Hermionaya söz verir. Ancaq Hermiona belə
bir intiqamla razılaşmır. Pirri elə indicə, məbəddə toy
təntənəsi zamanı silahsız olduğu bir halda qətlə yetirməyi
tələb edir. Həm də bu işi daha inamla yerinə yetirmək üçün
bir köməkçi tapmağı məsləhət görür. Vicdanlı bir gənc olan
Orest belə bir cinayətdən boyun qaçırmaq istəyir. Ellada
tərəfindən boynuna qoyulan vəzifəni xatırladır. "Mən ondan
intiqam alaram, lakin bu cür intiqam almaram. Qatil kimi
deyil, qatı bir düşmən kimi. O, döyüşdə ölər, arxadan
vurulub qətlə yetirilməz. Mən onun başını Elladaya apara
bilərəmmi? Ölkəm tərəfindən mənə tapşırıq verilmişdir, mən
isə burada ancaq qətl törədim?"
XVII əsr Qərbi Avropa ədəbiyyatı
273
Orest məsələnin mahiyyətini düzgün anlamadığından,
Hermionanın çılğın tələbləri arxasında necə bir sevginin
gizləndiyini görmədiyindən, onun Oresti sevmədiyini başa
düşmədiyindən namus, ləyaqət, əxlaq haqqında mülahizələr
yürüdür. Hermionanı isə Pirri təkcə qətlə yetirmək, onun
öldüyünü görmək düşündürür. O, Oresti qorxaq adlandırıb
ona gülür, əgər arzusunu yerinə yetirərsə, sevgi vəd edir. Pirr
sağ qalarsa, Oresti yox, Pirri sevəcəyini bildirir. Bu
səhnələrdə Hermiona necə də Andromaxanı sevən, hədələyən
Pirrə bənzəyir.
Nə qədər ki, o, sağdır, mən onu əfv edərəm,
Dağılacaq nifrətim duman kimi içimdən,
Ya indi ölməlidir, ya sevəcəm onu mən.
Hermionanın ehtirasla, çılğınlıqla, qətiyyətlə dediyi
bu sözlər Oresti çaş-baş salır, şərəf-namus qanunlarını
unudub, sevgi yolunda hər şeyə hazır olduğunu bildirir. Elə
güman edir ki, bununla istəyinə nail olacaq, Hermionaya
qovuşacaq. Əslində Hermiona özü də, yəqin bilmir ki, bu
hadisə ona necə təsir edəcək. Səmimi şəkildə Pirrin ölümünə
sevinəcəyini, Orestin arvadı olacağını düşünür.
Lakin Pirrin qətli ərəfəsində onun söylədiyi monoloq
Hermionanın da yanıldığını təsdiq edir. Bu monoloqda onun
qəlb aləmindəki ziddiyyətlər, təzadlar, bir-birini rədd edən
hisslər əks olunmuşdur. O, düşünür ki, indicə Pirr öləcək.
İndicə qatilin əli qalxacaq və o, qana qərq olmuş halda yerə
yıxılacaqdır. Pirr! Onun sevdiyi Pirr! Sevərək yolunda bu
qədər iztirablar, bəlalar çəkdiyi adam. Nə olsun o, bu ölümə
layiqdir. Onun sevgisinə məhəl qoymamış, ona diqqətsiz ol-
muş, onun sevgisinə gülmüşdür. Qoy ölsün. Kim ölsün?
Pirr? O da ən əziz bir adamın qatili olacaq? Yox, heç vaxt!
Rasin ecazkar bir psixoloq kimi Hermionanın daxilində
gedən mənəvi çəkişməni, mübarizəni məharətlə əks etdirir.
Afaq Yusifli İshaqlı
274
Burada monoloq nə qədər uzun görünsə də, onda güclü bir
hərəkət və mübarizə var. Dramaturq qəlbin hərəkətini,
kədərini, sevgi və nifrətini nə qədər doğru əks etdirir.
Hadisələr Hermionanın istədiyi, göstərdiyi, tələb
etdiyi kimi baş verir, Pirr məbəddə evlənmə mərasimi vaxtı
öldürülür. Orest cinayət törədir, lakin Hermionanı
sevindirəcəyini nəzərə alıb özü də sevinir. Hermiona onu
ikrahla, nifrətlə qarşılayır. Orest sevən bir qızın çılğın
ehtiraslarının əlində bir oyuncağa çevrildiyini görüb dəhşətə
gəlir. Hermiona Pirrin dərdindən özünü öldürür, Orest isə
ağlını itirib dəli olur. Pirr də, Hermiona da, Orest də xudbin
ehtirasların qurbanı olur. Bu ehtiraslar döyüşündən ancaq
Andromaxa qalib çıxır. Bu sadə qadın, ideal arvad və ana öz
borcuna sadiq qalır. Faciədə onun surəti o qədər təsirli
çıxmışdır ki, hətta ən soyuq kübar xanımları ona baxıb göz
yaşı axıtmışlar.
Rasin özünün humanist idealını bu qadının simasında
toplamışdır. Onun insani ləyaqət duyğusu, qeyri-adi əxlaqi
dəyanəti, vicdani borc yolunda özünü qurban vermək
qabiliyyəti, mütləq hakimlərin zülm və özbaşınalığına
qəhrəmancasına qarşı durmaq məharəti indi də bu surətə
qarşı rəğbət və məhəbbət oyadır, onu bizə sevdirir.
Pirrin simasında dövlətin mənafeyini şəxsi hislərinə
qurban verən mütləq hakim surəti yaradılmışdır. O,
prinsipsiz, xudbin, əxlaqi baxımdan şikəst bir adamdır. Onun
Andromaxa qarşısında qoyduğu şərt özbaşınalığın dəhşətli
təzahürüdür. Onun hərəkət və sözlərindəki incə nəzakətlilik
hərəkətlərindəki eybəcərlik və ləyaqətsizliyi daha qabarıq
nəzərə çatdırır.
Rasin özünün yazdığına görə, Pirrin qəddarlığını nə
qədər yumşaltmağa çalışmışsa da, onu kübar dairələrin
xoşuna gələcək bir surət səviyyəsinə qaldıra bilməmişdir.
Həyati həqiqətə sadiq qalan ədib məzəmmətlərdən yaxasını
XVII əsr Qərbi Avropa ədəbiyyatı
275
qurtarmaq üçün əsərin müqəddiməsində özünü müdafiə
etməyə çalışmışdır. Realist təsvirə daha çox meylli olan
dramaturq antik surətlərin idealizə edilməsi ənənəsi ilə
razılaşmamışdır.
Əgər Kornelin faciələrində qəhrəmanlar bir qayda
olaraq ehtiraslarına qalib gəlirsə, iradə, ağıl insanın özündən
yüksəkdə dayanırsa, Rasinin əsərində şəxsi ehtiras qalib
gəlir. Şəxsi hisləri ilə idarə olunan Hermiona sevdiyi adamın
ölümünə bais olur. Orest ləyaqət, şərəf qaydalarını
tapdalayır, Pirr dövlətin mənafeyini qurban verir.
Tədqiqatçılar bunu daha çox, fransız cəmiyyətində baş verən
dəyişikliklə əlaqələndirir, orta əsr qəhrəmanlıq dastanının
qəhrəmanı Rolandla Kornelin Sidi arasında daha çox
yaxınlıq görür və axtarırlar, nəinki aralarında, cəmi 30 illik
bir yaş fərqi olan Kornellə Rasin arasında. "Roland haqqında
nəğmə"də, Kornelin faciələrində feodalizmin qəhrəmanlıq
çağlarının təcəssümü kimi qiymətləndirilir. Kornellə Rasini
bir-birindən ayıran 30 il ərzində fransız cəmiyyətində elə bir
dəyişiklik baş verir ki, Kornel tamaşaçı ilə əlaqəni itirir, nə
baş verdiyini başa düşmədiyindən, özünü ora-bura vurur,
yeni zəmanəyə uyğunlaşmağa çalışır, səhvlər edib iztirab
çəkir. Tamaşaçılar isə ona öz ata-babalarının pərəstiş etdiyi
bir sənətkar kimi hörmətlə yanaşır, ona gülür və acıyırdılar.
Məsələ burasında idi ki, Fransanın həyatında yeni bir dövr
başlanmışdı, yeni tamaşaçını siyasi məsələlər, dövlət prob-
lemləri yox, insan maraqlandırırdı. Ona görə də Rasinin
təsvir etdiyi səhvlər edən, aldanan orta səviyyəli insanlar
onları daha çox təmin edirdi, onlar həmin qəhrəmanlara
acıyır, onları sevir, kədərlərinə şərik olurdular.
Dostları ilə paylaş: |