Şəkil2.3. Məhsulun keyfiyyəti ilə resurs tutumu arasında
asılılıq
Şəkil 2.3-dən görünür ki, keyfiyyətin müəyyən səviyyəsindən sonra (optimal – A nöqtəsi) keyfiyyətin hər bir vahidinə geomet- rik tərəqqidə artan əlavə resurslar lazımdır.
Bizim fikrimizcə, müəssisənin resursların müdafiəsi strategi-
yasında aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır.
Məhsul və xidmətin istehsal prosesinin sadələşdirilməsi, əsasən materialların mexaniki emal fazalarının ixtisar edilməsi;
Məhsulun ayrı-ayrı hissələrinin, detallarının və komplekt- ləşdiricilərinin standartlaşdırılması və unifikasiyası;
Məhsulların dizayn və konstruktiv texnologiyasının mo- dernləşdirilməsi;
İstehsalın texniki və təşkilati təminatının sürətləndirilmə-
si;
Ucuz xammallı ölkələrdə konkret məhsul istehsalının
genişləndilməsi;
Ehtiyatlardan istifadə üzrə məsrəfi azaltma mexanizminin təşkilati-texniki və maliyyə-iqtisadi şərtlərinin yayılması.
Ehtiyatlaridan istifadənin əsas amilləri aşağıdakılardır:
Resusrslardan səmərəli istifadənin texniki amilləri:
əməkdaşlarınəməkşəraitininmüasirtələblərəcavabverməsi və onların asudə vaxtlarının səmərəli şəkildə keçirməsiüzrə işlərin aparılması;
xammal və material qənaətinin işgüzar təşkilatın istehsalmədəniyyətininvacibelementinəçevrilməsiüzrəişlərinaparılması.
Beləliklə, təşkilatın strateji inkişaf planlaşdırılmasında vacib məsələrdən biri olan resursların ayrı-ayrı istehsalatlar arasında bölüşdürülməsində əsas üsul olaraq büdcə metodunu qeyd edə bilərik.
Hər bir şirkət dəyişən xarici mühitdə özündən asılı olmayan çoxlu sayda təzyiq və məhdudiyyətlərlə üzləşir. Bu təzyiq və məhdudiyyətlər dövlət, yerli özünüidarə orqnaları, ictimai təşki- latlar, istehlakçıların hüquqlarının müdafiəsi və ekologiyanın qorunması üzrə müxtəlif təşkilatlar tərifindən olur. Bunların qar- şısını almaqla yanaşı sosial məsuliyyətə arxalanaraq şirkətin müs- bət imicini yaratmaq və lazımı dövlət strukturlarında lobbiçiliyi aparmaq üçün iri korporasiyalarda Strateji təsir qrupları (STQ) yaradırlar. Bu qrupa daxil olanlar şirkətin “təsir agentləri” kimi çıxış edirlər. Təsir agentləri olan fiziki və hüquqi şəxslər bir çox hallarda hansısa bir şirkətin müsbət imicinin formalaşmasına yar- dımçı olmalarını özləri də bilmirlər. Məsələn, şirkət pulsuz olaraq məhsulunu paylayır, bundan yararlananlar isə bu hadisəni yay- maqla şirkətin imicinin möhkəmlənməsinə xidmət edirlər. STQ- də daimi fəaliyyət göstərən işçilərin əksəri PR və lobbiçilik işlərini yaxşı bilən mütəxəssislər olurlar.