Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə28/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Strateji və operativ idarəetmə


Strateji idarəetmə – strategiyanın işlənib hazırlanması və real- laşdırılması üzrə firmanın fəaliyyət ardıcıllığını müəyyən edən prosesi əks etdirir. O, məqsədlərin qoyuluşu, strategiyaların işlə- nib hazırlanması, lazımi resursların müəyyən edilməsi və qarşıya qoyulmuş vəzifələrə nail olmağa imkan verən xarici mühitlə qarşılıqlı əlaqələri özündə ehtiva edir.


Strateji idarəetmənin iki əsas son məhsulunu bir-birindən fərqləndirirlər. Onlardan biri gələcəkdə məqsədlərə çatmağı tə- min edən təşkilatın potensialıdır. Strateji idarəetmənin digər son məhsulu xarici mühitdə firmanın dəyişiklərə olan həssaslığını təmin edən daxili struktur və baş verən təşkilati dəyişikliklərdir.
Strateji idarəetmə operativ və strateji növləri ilə fərqlənir. Fir- manın potensialı və onun strateji imkanları təşkilati davranışın və heytəin keyfiyyəti ilə müəyyən edilir.
Təşkilati davranışın əsasında ağaşıdakılar durur:

  • texnologiya, istehsal avadanlıqları qurğuları, onların gücü imkanları;

  • informasiyanın işlənməsi və ötürülməsi ilə bağlı olan ava- danlıqların gücü və imkanları;

  • istehsalın təşkili səviyyəsi;

  • hakimiyyətin strukturu, vəzifə funksiyalarının bölüşdürülmə- si və qərar qəbulu səlahiyyəti;

  • ayrıca qrup şəxslər, təşkilati vəzifələr;

  • daxili kommunikasiyalar prosedurlar;

  • təşkilati mədəniyyət, norma dəyərlər.

Heyətin keyfiyyəti isə aşağıdakılarla müəyyən edilir:

  • dəyişikliklərə münasibətlə;

  • bazarın layihələşdirilməsində, təhlilində və sairədə peşə bi- likləri və ustalığı ilə;

  • strateji fəaliyyətə aid olan problemləri həll etmək bacarığı

ilə;

  • təşkilati dəyişiklər aparılmasına aid olan məsələləri həll et-

mək bacarığı ilə;

  • strateji fəaliyyətdə iştirakının motivasiyası ilə və müqavi- mətlərin aradan qaldırmaq qabiliyyəti ilə.

Beləliklə, strateji idarəetmə üzrə fəaliyyət dəyişən şəraitdə təşkilatın uzunmüddətli həyat qabiliyyətini təmin etməli olan strateji mövqelərin təmin edilməsinə istiqamətlənmişdir.
Strateji idarəetmədən fərqli olaraq operativ idarəetmə təşkila- tın məqsədinə nail olmaq üçün onun mövcud strateji mövqe- lərindən istifadə etməklə məşğul olur (şəkil 2.4).



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin