Bazar iqtisadiyyatı şəraitində strateji planlaşdırma və idarə- etmə məsələləri böyük aktuallıq kəsb edir. Müəssisənin strateji inkişaf planlarının işlənib hazırlanması menecerlərinin ən ümdə vəzifələrindən biridir.
Strateji planlaşdırma şirkətin məqsəd və vəzifələrinin kon- kretləşdirilməsi, onların vaxt baxımından icrası, resursların bölüş- dürülməsi, perspektiv meyillərin müəyyənləşdirilməsi və fəaliy- yətə səmərəli nəzarətin yaradılması kimi fəaliyyətin əsasını təşkil edir. Başqa yanaşmaya görə, strateji planlaşdırma təşkilatın missiyasının həyata keçirilməsinə zəmin yaratmaq üçün nəzərdə tutulan spesifik strategiyaların işlənilməsi və reallaşdırılmasını tə- min edən qərarların və fəaliyyətlərin məcmusudur.
P.Loranja görə strateji planlaşdırma prosesi idarəetmə qərar- larının qəbul edilməsinə kömək edən vasitədir, onun məqsədi təş- kilatda yeniliklərin tətbiqi və dəyişikliklərin həyata keçirilməsini təmin etməkdir. O, strateji planlaşdırmanı aşağıdakı dörd əsas idarəetmə fəaliyyətindən ibarət olan bir proses kimi təqdim edir:
xarici mühitə adaptasiya (həm xarici əlverişli imkanlara, həm də təhlükələrə adaptasiya, müvafiq alternativləri aşkara çı- xarmaqla strategiyanın xarici şəraitə müvafiq şəkildə işlənilməsi);
daxili koordinasiya (daxili əməliyyatların səmərəli inteqra- siyasına nail olmaq üçün, daxili zəif və güclü cəhətləri əks etdir- mək məqsədilə strateji fəaliyyətin koordinasiyası);
təşkilati strateji öncəgörmə (keçmiş strateji qərarların öyrə- nilməsi əsasında menecerlərin düşüncələrinin mütəmadi inkişa- fını və deməli onların strateji öncəgörmə qabiliyyətlərinin inkişa- fını təmin edən təşkilatın formalaşdırılması).
Strateji planlaşdırmanın əsas funksiyaları öz məzmununa görə:
Strateji planlaşdırma prosesinin menecment təcrübəsində özü- nəməxsus ardıcıllığı mövcuddur və onları aşağıdakı kimi sırala- maq olar: məqsədin formalaşması, problemin öyrənilməsi, alter- nativin seçilməsi, planlaşdırma vəzifələrinin irəli sürülməsi, pla- nın hazırlanması, proqnozlaşdırma, qiymətləndirmə, plan qərarla- rının qəbul edilməsi, icraçılara çatdırılması, həyata keçirilməsi və kənarlaşmaların müəyyən edilməsi.
Beləliklə, strateji planlaşdırma prosesi firmanın fəaliyyət xət- tini və məqsədini dəqiqləşdirməyi, fəaliyyət taktikasını, prosedu- rasını və qaydasını hazırlamağı, resursların bölgüsünü, müəssisə- nin strukturunun qiymətləndirilməsini əhatə edir.
Strateji planlaşdırmanın əsasını aşağıdakı beş strateji konsep- siya təşkil edir:
Strateji planlaşdırmada firmanın missiyasının müəyyənləş- dirilməsi mühüm rol oynayır. Çünki, strategiya hazırlanarkən və
fərqli alternativlər arasında seçim ediləndə mövcud missiya strat- giyaya yol göstərəcəkdir. Firmanın missiyasına uyğun qarşıya qo- yulan strateji məqsədin prinsipial sxemi 2.6 saylı şəkildə əks etdi- rilmişdir.