Alüminium istehsalı.
Alüminium dəmirdən sonra müasir
tex- nikada ən geniş tətbiq olunan metaldır. Alüm- iniumun
mühüm xassələri-fiziki sıxlığı - 2700 kq/m
3
(demire nisbətən 3
dəfə yüngüldür) və yaxşı elektrik keçiriciliyi (34
10
4
Om
-1
sm
-1
)
onun geniş istifade olunmasına təminat vermişdir.
Alüminiumun ərimə temperaturu 660°C,
qaynama temperaturu
~2500°C-dir. Bundan başqa alüminium yüksək istilik keçirmə
və istilik tutumlu, üzvü turşulara kimyəvi dözümlülük və azot
turşusu təsirinə yaxşı müqavimət göstərmək qabiliyyətinə
malikdir. Al havada
tez bir müddətdə oksidləşir, nazik oksid
örtüyü əmələ gətirir və dəmirdən fərqli olaraq oksigeni metalın
içinə buraxmır. O,
parametri
a =
0,404 nm olan səthi
mərkəzləşmiş kub kristal qəfəsli metaldır.
Mexaniki xassələri
yüksək deyil: dartılmada möhkəmlik həddi - 90 ...120 MPa,
bərkliyi 200...400 MPa, lakin yüksək plastikliyə malikdir və
bunun sayəsində ondan
çox nazik təbəqələr yaymaq
mümkündür. Təmiz alüminium kəs- mə ilə çətin emal olunur,
həmçinin xətti oturması nisbətən böyükdür (1,8%).
Müasir alüminium istehsalı dörd müstəqil prosesi əhatə
edir: alüminium oksidinin (Al
2
O
3
) istehsalı, kriolitin (Na3AlF
6
)
və başqa ftorlu duzların alınması, elektrod istehsalı və
alüminiumun elektroliz üsulu ilə alınması. Bunlardan əsasları
filizlərdən təmiz alüminium oksidinin və ondan metalik
alüminiumun alınma prosesləridir.
Alüminium filizləri.
Alüminium yer qabığında
ən geniş
yayılmış (8,8%) metaldır; temiz halda tapılmır, lakin 250-ə
qədər mineralın tərkibində müşahidə edilir. Onun sənaye əh-
əmiyyətli fılizləri boksidlər (48...60% Al
2
0
3
, 10 ..30% Al(OH)
3
,
1,7% Si0
2
, az miqdarda dəmir və s.); kaolinlər - Al
2
0
3
2Si0
2
2H
2
0
(20...40% Al
2
0
3
və
S
.); nefelinlər - (Na, K)
2
0 Al
2
0
3
2Si0
2
(24...34% Al
2
0
3
və s.) və mürəkkəb
tərkibli alunitlərdən -
(Na,K)
2
S0
4
Al
2
(S0
4
)
3
2 Al
2
0
3
6H
2
0 (22...23% Al
2
0
3
və s.)
ibarətdir.
Alüminiüm almaq üçün əsas xam material boksidlərdir.
Onlar tərkibində hidrooksidlər olan mürəkkəb dağ süxurlarıdır.
Bundan başqa boksidlərin tərkibində dəmir oksidi və
hidrooksidi, kvars
şəklində alüminium oksidi, kaolinit,
həmçinin kalsium karbonatı, titan oksidi və b. olur. Boksidlərin
tərkibində Al
2
0
3
çoxadıqca və Si0
2
azaldıqca
onun keyfiyyəti
artır. Boksidlərdə Al
2
0
3
-ün miqdarı 60%-ə qədər olur.
Boksidlərdən sonra alunit filizi daha geniş yayılıb. Alunit
ehtiyatı üzrə Azərbaycanda Daşkəsən şəhəri yaxınlığındakı
Zəylik yatağı Çindəki yataqdan sonra dünya miqyasında
ikincidir.
Dostları ilə paylaş: