Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 103 -
qurğusu proqramdakı əmrləri qəbul edir və onların
yerinə yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu
isə hesablama əməllərini yerinə yetirir. Cari vaxtda
yerinə yetirilən proqramları və aralıq nəticələri yadda
saxlamaq üçün əməli yaddaş qurğusundan (RAM -
Random Access Memory) istifadə edirlər. Fərdi
kompüterlərdə istifadə olunan xarici qurğuları
(monitor, çap qurğuları, disk qurğuları və s.)
kompüterə qoşmaq üçün kontrollerdən (idarə sxemi)
istifadə edirlər.
Kontroller idarə qurğusu olub giriş-çıxış
qurğularını mərkəzi prosessorla əlaqələndirir. Bəzi
qurğuların (klaviatura, mouse, printeri və s.)
kontrolleri fərdi kompüterin ana platasının üzərində
olur. Bəzi qurğuların (monitor, sərt maqnit disk
qurğusu və s.) kontrolleri isə ayrıca plata şəklində
olur və onlar ana plata üzərində yerləşdirilir.
Kompüterin müxtəlif qurğuları öz aralarında
informasiyanın ötürülmə kanalları vasitəsilə
əlaqələndirilir. İnformasiya ətraf mühitdən kompüterə
giriş qurğuları ilə daxil olur, daxil olmuş informasiya
yaddaşda yerləşdirilir. Əgər bu informasiyanın uzun
müddət saxlanması nəzərdə tutulmuşdursa, o, xarici
yaddaş daşıyıcılarında saxlanılır. İnformasiyanın
emalı prosesi prosessor tərəfindən ikitərəfli qaydada
aparılır. Prosessor emal üçün nəzərdə tutulan