Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 120 -
Şagirdlər xətti, budaqlanan və dövri alqo-
ritmlərin hər birinin xüsusiyyətlərini bilməli, ətraf
aləmdən onlara aid misallar göstərməli və bu alqo-
ritmlərin blok-sxemlərini qurmağı bacarmalıdırlar. Bu
məqsədlə şagirdlərə aşağıdakı kimi sxemlərin təqdim
edilməsi məqsədəuyğundur:
Elm və texnikanın müasir inkişaf səviyyəsi
şagirdlərin təhsilin ilk pillələrindən başlayaraq
modelləşdirmə və alqoritmləşdirmə elementlərindən
istifadə etməsi zərurətini yaratmışdır. Bunun üçün
şagirdlərdə ətraf ələmdə - məişət avadanlıqlarından
istifadədə, yol hərəkəti qaydalarında və s. alqoritmləri
görmək və onların mənasını dərk etmək vərdişləri
yaradılmalıdır.