Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə123/153
tarix12.05.2022
ölçüsü0,99 Mb.
#57697
növüDərs
1   ...   119   120   121   122   123   124   125   126   ...   153
Azf-296626 (1)

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 122 -
nəqli cümlələr. Məsələn, “Buz – suyun bərk halıdır” –
cümləsi doğru qiymətini, “Roma Fransanın
paytaxtıdır” – cümləsi isə yalan qiymətini alır.
Məntiqi kəmiyyətlər – doğru və yalan sözləri ilə
ifadə olunan anlayışlar.
Məntiqi sabitlər – DOĞRU və YALAN.
Məntiqi dəyişənlər – məntiqi kəmiyyətlərin
simvolik yazılışları. Məsələn, A, B, X, Y və s.
Məntiqi ifadələr – sadə və ya mürəkkəb
mülahizələr.
Məntiqi əməliyyatlar–Bu əməliyyatların beş
növü mövcuddur: konyunksiya, dizyunksiya, inkar,
implikasiya, ekvivalensiya. İlk üç əməliyyat tam
sistem təşkil edir  və yerdə qalan iki əməliyyat onların
vasitəsilə ifadə oluna bilir. Bu səbəbdən məktəb
kursunda  əsasən ilk üç əməliyyat - konyunksiya,
dizyunksiya və inkar öyrədilir.
Konyunksiya – məntiqi vurmadır. Dilimizdə
“və”  bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A və B
mülahizələrinin konyunksiyası  A∧B kimi yazılır.
Qiyməti A və B mülahizələrindən heç olmasa biri
yalan olduqda yalan olur.



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin