Dərs vəsaiti Bakı Slavyan Universteti Elmi Şurasının 27 aprel 2017-ci IL tarixli


Xumar Novruzova                İnformatikanın tədrisi metodikası



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə126/153
tarix12.05.2022
ölçüsü0,99 Mb.
#57697
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   153
Azf-296626 (1)

Xumar Novruzova                İnformatikanın tədrisi metodikası
- 125 -
həqiqətə uyğun fikir, yalana isə həqiqətə uyğun
olmayan fikir kimi tərif verir, buna aid müxtəlif
mülahizələri nəzərdən keçirirlər. Məsələn, “Yer
Günəşin ətrafında fırlanır”, “Sutka 24 saatdan
ibarətdir“– doğru, “Ay Yerdən böyükdür”, “Bir ildə 7
ay var” mülahizələri yalan mülahizələrdir. Bundan
sonra məntiqi mülahizəyə tərif verilir. Doğru, yaxud
yalan olan hər hansı cümlə məntiqi mülahizə adlanır.
Hər bir məntiqi mülahizənin inkarı olur. Doğrunun
inkarı yalan, yalanın inkarı doğrudur. Daha sonra
şagirdlər qeyri-müəyyən mülahizələrlə tanış olurlar.
Bunu belə bir misalla izah etmək olar: İki adam eyni
bir televiziya verilişinə baxır və ya iki uşaq eyni
oyunu oynayır. Onlardan biri üçün bu, maraqlı, digəri
üçün isə maraqsız ola bilər. Deməli, eyni bir veriliş
haqqında iki nəfər müxtəlif fikir söyləyə bilər. Elə
fikirlər var ki, onların doğru və ya yalan olduğunu
müəyyən etmək olmur. Məsələn,
 Şahmat maraqlı oyundur.
Bu gün hava yaxşıdır.
Kəmalə mehriban qızdır.
Plov dadlı yeməkdir.
Belə fikirlər qeyri-müəyyəndir. 3-cü sinifdə
şagirdlər “hamısı, heç biri, bəzisi” sözləri daxil olan
mülahizələri seçməyi öyrənir. Bunun üçün müəllim
uşaqlara aşağıdakı suallarla müraciət edə bilər: [7]



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin