Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 121 -
XIII. İbtidai siniflərdə məntiq elementlərinin öyrədilməsi metodikası 1.
Riyazi məntiqin əsas elementləri.
2.
Əsas məntiqi kəmiyyətlərin öyrədilməsi
metodikası – 1-ci, 2-ci, 3-cü və 4-cü siniflər üzrə.
Riyazi məntiqin əsas elementləri. Məntiq
elminin əsası b.e.ə. IV əsrdə qədim yunan filosofu
Aristotel tərəfindən qoyulmuşdur. XIX əsrə qədər
Aristotel məntiqi mülahizələrin doğru və ya yalan
qiymətinin müəyyən edilməsinə
əsaslanırdı
(silloqizm). XIX əsrdə C.Bul, O. De Morqan və s.
tərəfindən riyazi məntiqin əsasları qoyuldu. Bu yeni
məntiq sayəsində o vaxta qədər olan bütün məntiq
elementləri riyazi dildə ifadə olunmağa başladı. Məhz
məntiq elmi informatika üçün riyazi fundament rolunu
oynayır. Belə ki, informatika kursunda məntiq
bölməsi xüsusi əhəmiyyət kəsb edən və alqoritm-
ləşdirmə, proqramlaşdırma və modelləşdirmə məzmun
xəttində nəzərdə tutulan bilik, bacarıq və vərdişlərin
öyrədilməsinə xidmət edən çox vacib bölmədir.
Məntiq elminin əsas anlayışları bunlardır: [15,
s.154-158]
Mülahizələr – təsdiq və ya inkar hökmü olan