Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 124 -
Əsas məntiqi kəmiyyətlərin öyrədilməsi metodikası. İnformatikanın tədrisində məntiq bölmə-
sinin öyrədilməsinin mühüm rolu vardır. 1-ci sinifdə
şagirdlərin sadə məntiqi mühakimələri anladığını
nümayiş etdirmələri, doğru və yalan mülahizələri
fərqləndirmələri, sadə mühakimələrin inkarını qura
bilmələri və təqdim olunanlar arasından mühüm
hərəkət variantlarını göstərmələri nəzərdə tutulur. 2-ci
sinifdə məntiq bölməsinə alqoritm t. v.-nin tərkibində
yer ayrılmışdır. Şagirdlərin məntiqi mülahizələr
haqqında fikirləri artıq 2-ci sinifdə dəqiqləşdirilir,
onlar bu mülahizələrin iki müxtəlif qiymət – doğru və
yalan qiymət aldığını öyrənirlər. Onlar doğruya –