Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 126 -
- Kim yazı yaza bilir? (hamı)
- Kim şeir yaza bilir? (bəziləri)
- Kim mahnı oxuya bilir?(bəziləri)
- Kim uça bilir? (heç kim)
3-cü sinifdə şagirdlər artıq kvantor sözlərlə
tanış edilirlər. Çoxluqlar nəzəriyyəsinə görə hamısı
çoxluğun özünə, bəzisi altçoxluğuna, heç biri isə
inkarına uyğundur.
IV sinifdə məntiq bölməsi alqoritm t. v.-nin
tərkib hissəsi kimi keçilir. Burada “və” və “və ya”
sözləri daxil olan cümlələr və mürəkkəb mülahizələr
öyrədilir. İki yaxud daha artıq fikirdən ibarət olan
mülahizə mürəkkəb mülahizə adlanır. Mürəkkəb
mülahizələr də sadə mülahizələr kimi doğru və yalan
qiymət alırlar. “Və ya” sözü ilə birləşmiş mürəkkəb
mülahizə o zaman doğru olur ki, onu təşkil edən
mülahizədən heç olmasa biri doğru olsun. “Və ya”
sözü ilə birləşmiş sadə mülahizələrdən hər ikisi yalan
olduqda isə bütövlükdə mülahizə də yalan olur. “Və”
sözü ilə birləşmiş mürəkkəb mülahizə o zaman doğru
olur ki, sadə mülahizənin hər ikisi doğru olsun.
Metodik cəhətdən bunu belə izah etmək olar: [5]
Şəkildə qutu çəkilib. Qutunun içərisində həm