Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 123 -
Dizyunksiya – məntiqi toplamadır. Dilimizdə
“və ya” bağlayıcısı ilə işlədilir. Riyazi məntiqdə A və
B mülahizələrinin dizyunksiyası AVB kimi yazılır.
Qiyməti A və B mülahizələrindən hər ikisi yalan
olduqda yalan olur.
İnkar – unar və ya biryerli əməliyyatdır.
ùA və ya
kimi göstərilir. A - doğru olduqda yalan, yalan
olduqda isə doğru qiymət alır.
Misal. “Doğru deyil ki, 4 ədədi 3 ədədinə
bölünür”. 4 ədədi 3 ədədinə bölünür – ifadəsini A ilə
işarə edək. Onda verilən mülahizə
ùA olacaq. A
mülahizəsi yalan qiymət alır, deməli,
ùA doğru qiymət
alacaq.
Müəllim şagirdlərə belə bir tapşırıq verə bilər:
Şəkillərə əsasən suallara cavab verin:
“Qırmızı deyil, kvadrat deyil, canlı deyil” – bu
əlamətlər hansına aiddir?
Şagirdlərə aşağıdakı dörd şəkil – qırmızı gül, ağ
quş, boz çətir və televizor şəkilləri göstərilir.
Şagirdlər şəkildəki obyektlərin əlamətlərini sadala-
maqla, sualın cavabını tapırlar. {Cavab: çətir.}