Dərs vəsaiti baki -2018 azərbaycan döVLƏt neft və SƏnaye universiteti



Yüklə 0,88 Mb.
səhifə2/33
tarix25.12.2023
ölçüsü0,88 Mb.
#194870
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   33
C fakepath5.ALQ HAZd rslik

Mündəricat

Giriş. ...........................................................................................7


1.Alqoritmlərin qurulması üsulları..............................................9
1.1. Məsələlərin modelləşdirilməsinin,
alqoritmləşdirilməsinin və həllinin əsas mərhələləri...................9
1.2.Alqoritmlərin qurulma prinsipləri.Yuxarıdan
aşağıya yanaşma üsulu ilə alqoritmlərin qurulması.
Alqoritmlərin detallaşdırılması.................................................10
1.3.Aşağıdan yuxarıya yanaşma üsulu ilə
alqoritmlərin qurulması..............................................................22
1.4.Riyazi induksiya ilə alqoritmlərin qurulması......................30
2.Alqoritmlərin realizasiyasında maşın yaddaşının istifadəsi.....................................................................................36
2.1. Alqoritmlərin qurulmasında informasiya strukturlarının
tətbiqinin xüsusiyyətləri............................................................36
2.2. Alqoritmlərin qurulmasında massivlərin tətbiqinin
xüsusiyyətləri.............................................................................44
2.3.Alqoritmlərin qurulmasında şəbəkə, qraf və
ağacların tətbiqinin xüsusiyyətləri...........................................48
2.4.Dərinliyə seçmə alqoritmi....................................................54
3.Rekursiv funksiyaların hesablanması üsulları
və analizi....................................................................................58
3.1. Birdəyişənli rekursiv funksiyalar....................................... 58
3.2. Harmonik ədədlər, onların növləri və tətbiqləri.. ...............65
3.3.Fibonaççi modeli..................................................................69
4.Alqoritmlərin mürəkkəbliyin analizi.....................................75
4.1.Alqoritmlərin mürəkkəbliyi. Mürəkkəblik
haqqında teoremlər...................................................................75
4.2. Mürəkkəbliyinə görə məsələlərin təsnifatı.........................80
4.3.Alqoritmik həlli mümkün olmayan problemlər..................86
5.Nizamlama və axtarış üsulları.................................................93
5.1.Qeyri-rekursiv nizamlama üsulları......................................93
5.2. Rekursiv nizamlama üsulları.............................................99
5.3. Nizamlama üsullarının mürəkkəbliyinin
qiymətləndirilməsi................................................................105
5.4. İnformasiyanın axtarışı üsulları......................................112 5.5. Şəbəkədə minimal yolların tapılması alqoritmləri...........117
5.6. Şəbəkədə maksimal yolların tapılması alqoritmləri........122
5.7. Budaqlar və sərhədlər üsulu ilə minimal uzunluqlu
Hamilton konturunun axtarışı..................................................124
Ədəbiyyat.................................................................................133

Giriş

“Alqoritmlərin analizi və hazırlanması üsulları” fənni müstəqildir, “Alqoritmlər nəzəriyyəsi” fənninin davamı deyil, ancaq bu fənni öyrənməzdən əvvəl “Alqoritmlər nəzəriyyəsi” ilə tanışlıq məqsədəuyğundur.


Dərs vəsaitinə daxil olan mövzularda alqoritmlərin analizi və hazırlanması üsullarına dair məsələlərə, problemlərə baxılmış, fənnin müasir durumuna ümumi baxış sərgilənmişdir.
Alqoritmlərin qurulması üsulları olaraq yuxarıdan aşağıya yanaşma üsulu, aşağıdan yuxarıya yanaşma üsulu (geriyə çəkilmə üsulu), riyazi induksiya üsulu, həmçinin alqoritmlərin qeyri-ciddi, yəni evristik üsullarla qurulması oxucuların diqqətinə çatdırılmışdır [17,18]. Alqoritmlərin realizasiyasında maşın yaddaşının istifadəsi xüsusiyyətlərinə baxılmışdır. İnformasiya strukturları - stek, növbə, dek, dövri vektorlar, massivlər, qraflar və onların alqoritmlərin qurulmasında tətbiqinin xüsusiyyətlərinə aid mövzular şərh olunmuşdur [7,17].
Rekursiv funksiyaların hesablanması üsulları və analizinə dair Fibonaççi modeli, harmonik ədədlər və s. oxucuların diqqətinə təqdim olunmuşdur [2,3,20,21,25] .
Alqoritmlərin effektivliyinin və mürəkkəbliyinin analizi ilə əlaqədar mövzular da olduqca aktual hesab olunur, çünki bu nəzəriyyənin ən mühüm vəzifələrindən biri ixtiyari alqoritmi deyil, məhz effektiv alqoritmi qurmağı öyrətməkdən ibarətdir [1,3,16] .
Nəhayət, sonuncu fəsildə informasiyanın nizamlaması və axtarışı üsullarına aid mövzular şərh olunmuşdur [4,10,18]. Baxılan üsullar iki sinfə bölünür: rekursiv və qeyri-rekusiv üsullar. Adi ağac və adi şəbəkə üzərində alternativ planların nizamlanması ilə yanaşı stoxastik ağac və şəbəkə üzərində alternativ planların axtarışı və nizamlanması üsullarına aid mövzular dərs vəsaitinə daxil edilmişdir.
Məlumdur ki, alqoritmlər nəzəriyyəsi fənninin vəzifələri aşağıdakılardan ibarətdir: a) “alqoritm nədir?” sualına cavab vermək, b) məsələnin alqoritmik həllinin olub-olmamasını araşdırmaq. Əgər məsələnin alqoritmik həllinin olduğu məlumdursa, bu alqoritmin qurulması ilə alqoritmlər nəzəriyyəsi deyil, yeni bir nəzəriyyə - “Alqoritmlərin analizi və hazırlanması üsulları” məşğul olur. Beləliklə, bu fənnin məqsədi məsələnin həlli alqoritmini qurmaq və analiz etmək üsullarını işləməkdən ibarətdir.
Alqoritm qurmaq azdır, elə alqoritm qurmaq tələb olunur ki, onu real zaman ərzində işlətmək mümkün olsun. Adətən, alqoritmi bir neçə üsulla qurmaq mümkün olur. Bu variantlardan ən əlverişli olan hesablama prosesində tətbiq olunur.



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin