Dərs vəsaiti baki nurlan 2 0 0 6


ONOMASTİKA Dilçiiikdə  onornastikatQixmm



Yüklə 17,8 Mb.
Pdf görüntüsü
səhifə22/59
tarix07.09.2017
ölçüsü17,8 Mb.
#29251
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

ONOMASTİKA
Dilçiiikdə 
onornastikatQixmm
 
üç m ənada işlənir:
1.  Dildə  işlənən xüsusi adlarm toplusu.
2.  Antroponimiya -  dildə olan  şəxs adları.
3.  Dilçilikdə  xüsusi  adları  (antroponim  və  toponim ləri) 
araşdıran  şöbə.  Xüsusi  adlan  araşdıran  dilçilik  şöbəsi  bəzən 
onomasiologiya da adlanır.
Onomastika  -  xüsusi  adlar  haqqmda  dilçilik  şöbəsi  cə- 
miyyətin  ictimai  həyatı  və  fəaliyyətini  öyrənən  digər  elm  sa- 
hələri  -  emoqrafıya,  tarix,  m əntiq,  coğrafıya.  cəm iyyətşünasiıq 
(sosiologiya),  ədəbiyyatşünashq,  dilçiliyin  başqa  sahələri  ilə  sıx 
əlaqədardır;  öz  tədqiqatlarm da  onomastika  həm in  elm iərə 
müraciət  etdiyi  kimi,  həm in  elm lər  də  onomastikaya  m üraciət 
edir.  Buna  görə  də  həm in  elm lər  çox  vaxt  onam astikanı  dilçilik 
sahəsi  yox,  öz  sahələri  hesab  edir;  m əsələn,  coğrafıyaşünasların 
fıkrincə,  ohomastikanm  bir  şöbəsi  olan  toponimika coğrafıyamn, 
tarixçiiərin  fikrincə  isə  onomastikanın  bir şöbəsi  olan  antroponi- 
miya  tarix  elminin  bir  sahəsidir.  Tarixçilər  antroponim   və  topo- 
nim lər vasitəsilə  artıq  tarix  səhnəsindən çıxmış xalqlann tarixini 
və  yayılma  ərazisini  m üəyyənləşdirm əyə  səy  edirlər.  M əsələn, 
Şərqi  Avropanm  cənub  çöllərində  Qara  və  Azov  dənizlərinə 
axan  çayların,  dem ək olar  ki,  ham ısmm  admda  t/v ə   /? səslərinin 
işlənm əsi  (Don,  Dnepr,  Dnestr,  Dunay)  tarixçiləri  bu  qənaətə

gətirm işdir  ki,  bu  çayların adm da qədim  sk if dilində  su m ənasm ı 
verən  don  sözü  işlənir  və  onlarm  fikrincə,  dem əli,  qədim  
zamanlarda  bu  çöllərdə  skif  qəbilələri  yaşamışdır.  Başqa  bir 
misal.  M ixi  əlifba  iiə  yazılmış  akkad  abidələrində  tez-tez 
təsadüf  edilən  şum er  antroponimləri  alimləri  iki  bir-birilə 
əlaqədar  n əticəyə  gətirmişdir:  1)  qədim   zam anlarda  bizim   era- 
dan  əvvəl  III  rninilliyin  sonunda  akkad  qəbilələri  D əclə  v ə   Fə- 
rat çaylan  sahilindəki  ovahğa (M esopotamiyaya)  g əlm əzdən  əv- 
vəl  burada  güclü  Şum er  dövləti  mövcud  olmuşdur;  2)  şum erlər 
türkdilh  xalq  olmuşdur,  hər  halda  şumer  dih  flektiv  yox  (akkad 
diii  flektiv  dillərə  daxildir),  aqqlütinativ  dil  olmuşdur.  Göründü- 
yü  kimi,  birinci  halda  toponimlər,  ikinci  halda antroponim lər  ta- 
rixçilərə  m ühüm   kəşflər  etm əkdə  köm ək  etmişdir.  Təbii  ki,  bu 
kəşflərin  edilm əsində  toponim  və  antroponimlər  yeganə  m ənbə 
olmamışdır.
Ə slinə  qalanda,  dildə  işlənən  sözlər  ad  ifadə  edir:  isim lər 
əşyalarm,  sifətlər  əlam ət  və  keyfiyyətin,  saylar  m iqdar  və  sıra 
bildirən  m əfhum larm ,  əvəzliklər  əşyalan  əvəz  edən  m əfhum la- 
n n ,  fellər h ə rə k ə t və  hahn və  s.  adıdır.  Adlar  iki  qism ə  bölünür: 
ümumi  adlar  və  xüsusi  adlar.  Ümumi  adlar  ayn-ay n  əşya  və 
hadisələrin  daxil  olduğu  eynicinsli  əşya  v ə  hadisələri  adlandınr; 
m əsələn,  heyvanlar:  ingək  "inək",  biçin  "meym un”,  at  "at",  koy 
"qoyun",  tiyin  "dələ",  keyik  "keyik",  tabışğan  "dovşan",  adığ 
"ayı",  toOuz  "donuz",  öküz  "öküz",  ingən  "dəvə",  kis  "samur",  ıt 
"it",  bars  "bars",  böri  "qurd",  arslan  "aslan"  və  s.  H cyvan sözü 
sadalanan  heyvanlar  üçün  ümumi  addır.  Ə slində  sadalanan  hey- 
van  adları  da  ümumi  adlardır,  m əsələn,  yer  üzündə  m ilyonlarla 
heyvana  a t deyilir.  EIəcə  də  adam  və  ya  insan  adı  ilə  qoca  və 
cavan,  kişi  v ə  qadm,  qız  və  oğlan,  uşaq  kimi  adlar  ümu- 
m iləşdirilm işdir.  Öz  növbəsində  kişi  adı  da  ümumi  addır,  çünki 
Yer  kürəsində  hər  birinin  öz  xüsusi  adı  olan  milyonlarla  kişi 
cinsli  adam üçün ümumi  addır.
Xüsusi  adlar  ümum i  adlardan  fərqlənir.  Xüsusi  adlar  mil- 
yonlarla  eyni  cinsli  şəxs,  əşya  və  hadisəni  bir-birindən  fərq- 
ləndirm ək üçün  onların  h ər birinə  verilən  şəxsi  (personal)  addır.
Düzdür,  burada  da  şərtilik  vardır,  belə  ki,  indiki  dillə  desək, 
hətta  bir  neçə  şəxsin  adı,  atasınm  adı  və  soyadı  eyni  ola  bilər. 
Lakin  buna  baxmayaraq,  xüsusi  ad  eyni  cinsli  əşyalar  arasmda 
bir əşyanı  fərdiləşdirir,  onu  həm cinslərindən  aym r,  fərqləndirir. 
Onomastika m əhz bu cür adlan  araşdırır,  öyrənir.
A yn-ayn  əşyaları  öz  həm cinslərindən  fərqləndirm ə,  yəni 
adqoyma  xalqın milli  şüurundan,  adət-ənənəsindən,  dinindən və 
dilindən  asıhdır.  İstər  antroponim lər,  istərsə  toponim lər  ilk 
növbədə  milli səciyyə daşıyır.  M əhz  buna görə  də  xüsusi  adlar, 
ilk növbədə  antroponimlər  bir  dildən  başqa dilə  tərcüm ə  edjlmir 
və  həm in  dilin  fonetik  im kanlan  dairəsində  toxunulmaz 
saxlanıhr.  Əslinə  qalanda  toponim lər  d ə  tərcüm ə  edilm əm əli, 
toxunulmaz  saxlanılmahdır,  lakin  tə ə ssü f  ki,  bəzən  bu  şərtə 
əməl edilmir,  toponimlər  "milliləşdirilir".
Q ədim   zamanlarda,  h ətta  O rxon-Yenisey  abidələri  və 
"Kitabi-Dədəm  Qorqud"  dastanları  dövründə  türk  xalqlarmm 
anadan  yenicə  olmuş  uşağa  ad  qoymaq  adəti  olmamış,  uzun 
müddət  uşağa  baJa,  k ız   "qız",  oğlan  deyə  m üraeiət  edilərmiş. 
Qızlara  ad  qoyulması  haqqm da  türk  dastan  və  yazıh  qaynaq- 
lannda  izlərə rast  gəlmirik.  Lakin  türk dastanlarında,  habelə  əli- 
mizə  çatm ış  qədim  türk  yazıh  qaynaqlannda  oğlana  ad  qoyul- 
ması,  ad  verilməsi  adət-ənənəsi  bizə  q əd ər  gəlib  çatmışdır.  Oğ- 
lan  uşağma  ad  qoymazmışlar,  oğlan  uşağı  admı  özü  qazanarmış. 
Türk  dillərində,  o  cüm lədən  Azərbaycan  dilində  "ad  qazanmaq" 
ifadəsi  buradan  meydana  gəlmişdir.  Uşağa  ad  qoyulm ası,  daha 
doğrusu,  uşağın  ad  qazanması  mərasim inə,  m əsələn,  oğuz  xalq- 
larımn  ölm əz  yazıh  abidəsi  olan  "K itabi-D ədəm   Qorqud" 
dastanlarmm  "Buğac"  boyunda  rast  gəlirik:  Buğac  buğanı 
öldürüb  qəhrəm aqlıq  göstərdiyi  üçün  ona  B uğac  adı  qoyulur. 
Türk  xalqlannda bu,  adət olmuşdur:  oğlan uşağı  m üəyyən  şücaət 
göstərənə  qədər adsız yaşarmış,  göstərdiyi  şücaətə  uyğun olaraq 
ona  ad  verilərm iş,  uşaq  öz  şücaəti  ilə  özünə  ad  qazanarmış. 
Y azıh  m ənbələrin  m əlum atlanndan belə  görünür ki,  şəxsin  ilkin 
adı,  ilk  şüeaətini  göstərdiyi  zaman  qazandığı  ad  daim i  olmamış, 
şəxsin  ictim ai  vəziyyəti  dəyişdikcə,  sonra  göstərdiyi  şücaət  əv-

vəlkindən  üstün  olduqda  onun  adı  da  dəyişm iş,  köh nə  ad  yeni 
adla  əv əz  olunmuşdur.  Türk  dastanlarmda,  qədim   türk  yazılı 
qaynaqlarmda  eyni  bir  şəxsin  m üxtəlif  zam anlarda  m ü xtəlif 
adlarla  adlanmasmm,  eyni  bir  şəxsin  bir  n eçə  adm m   olm asm m  
səbəbi  budur.  Birinci  türk  dövlətinə  başçılıq  etmiş  şəxsin   gah 
Y am ı  xaqan,  gah  Tum m  xaqan  (Çin  m ənbələrində),  gah  Bumm 
xaqan  (göytürk yazısı  kitabələrində),  gah  İI  (El)  xaqan  adlanma- 
sı bu  səbəbdən  irəli  gəlir.  Türk xalqlarmm  qədim  tarixini  nəzər- 
dən  keçirsək,  bu  faktı,  bu  fıkri  təsdiq  edən  yüzlərlə,  m inlərlə 
nüm unəyə  rast  gəlm ək  olar.  Etimologiyası  artıq  nəzərd ən   keçi- 
rilmiş  iki  şəxs  admı  -  İltəriş  xaqan  və  K apağan  xaqan  şəxs  ad- 
larmı  bir daha nəzərdən  keçirək.  İkinci  Türk  xaqanhğm m   (689- 
745-ci  illər)  banisi  olmuş  şəxsin cavanhqda hansı adı  daşıdığı nə 
türk,  nə  də  Çin  qaynaqlarm da  göstərilmir  (güm an  ki,  uşaqhqda 
heç  adı  belə  olmamışdır).  Çin  köləliyinə  qarşı  üsyan  qaldırmaz- 
dan  əv vəl  Aşina  qəbiləsinin  başçısı  olarkən  onun  adı  K u tlığ  xan 
idi;  artıq  yuxartda  deyildiyi  kimi,  bu,  B əxtli  xan,  X oşbəxt  xan 
dem əkdir.  H əqiqətən  də bir  qəbilə başçıst kimi  onun  bəxti  üzdə 
olmuş,  0 ,  həm işə  öz  qəbiləsinə  uğur  gətirm iş,  hətta  682-ci  ildə 
adam larm m  sayma,  dövlətinin  zənginliyinə  və  hərbi  qüdrətinə 
görə  onun  Aşina  qəbiləsindən  xeyli  üstün  olan  uyğur  qəbiləsini 
m əğlub  edib  özünə  tabe  etmişdi.  689-cu  ildə  çinlilərlə  yeddi  il 
sürən  uzun  və  ağır  m übarizədən  sonra  K uthğ  xan  İkinci  Türk 
xaqanhğm ı  yaradır  və  dövlətin  başçısı  olur.  Yeni  ictimai  vəziy- 
yəti  ilə  əlaqədar  olaraq  onun  adı  da  dəyişir.  İndi  o,  İltəriş  xaqan 
adlanır;  bu  ad  Elin  qanununu  özündə  təcəssüm   etdirən  xaqan 
mənasm ı  verir.  Y eri  gəlm işkən,  qaynaqlarda  onun  arvadmm 
əvvəllər  necə  adlandırüdığı  göstərilmir,  İltəriş  xaqan  olduqdan 
sonra onun  arvadı  İlbilgə  xatun  admı  qəbul  edir;  bu da  Elin  bilici 
(müdrik)  xatunu  (anası) deməkdir.
İkinci  fakt.  İlteriş  xaqanm  ortancıl  qardaşmm  əvvəlki 
adlan  bizə  bəlH  deyildir.  İltəriş  xaqan  olduqdan  sonra  onu 
çor/çur  təyin  edir.  Çin  qaynaqlarmdan  biz  onun  adma  Moçur 
(M o  çjo+  Mo  çor/çur)  şəklində  rast  gəlirik.  İrəlidə  deyildiyi 
kimi,  bu  ad  B əg  "bəy"  çur/çor  mənasuıı  verir.  693-cü  ildə  İltəriş
xaqan  vəfat  edir  və  türk  törüsünə  görə,  taxta  onun  ortancıl  qar- 
daşı Moçur (Bək çor)  çıxır.  O,  7I6-cı  ilə qədər türk  taxtmda otu- 
rur  və  türk  dövlətinin  qüdrətini  xeyli  yüksəldir,  sərhədlərini 
xeyli  genişləndirir.  Qədim  türk  qaynaqlarmda  və  Çin  xronikala- 
nnda  (salnamələrində)  bundan  sonra  onu  K apağan  xaqan  adlan- 
dınriar;  kapağan  "qapağan"  mənasmdadır.  Ə lbəttə,  bu  ad  onun 
atrafdakı  qonşularm  torpaqlarını  qapıb  (istila  edib)  türk  xaqanh- 
ğının sərhədlərini genişləndirməsi  ilə  əlaqədar idi.
Onomastik  tədqiqatlarm  özünəm əxsus  üsul  və  priyomları 
vardır.
FRAZEOLOGİYA
Frazeologiya  termini  iki  yunan  sözünün  birləşm əsindən 
əmələ  gəlmişdir;  rhrasis  "ifadə"  və  logos  "söz,  təlim ".  Hərfi 
tərcüməsi  ifadə  haqqında  təlim   dem əkdir.  Dilçilik  eim ində  bu 
termin  dilçiliyin  sabit  söz  birləşm ələrini  öyrənən  sahəsi  məna- 
sında  işlənir.  B əzən  frazeologiyanı  leksikologiyanın  bir  bölm əsi 
hesab  edirlər,  lakin  son  zamanlar  dilçilikdə  belə  bir  fıkir 
getdikcə  daha  çox  m öhkəm lənm əkdədir  ki,  dildə  dörd  əsas 
səviyyə  və  üç  arahq  səviyyə  vardır.  Əsas  səviyyələr  bunlardır: 
fonologiya,  leksikologiya,  morfologiya  və  sintaksis.  A rahq 
səviyyələrə  morfonologiya,  frazeologiya  və  söz  yaradıcıiığı  da- 
xildir.  Frazcologiya  dihn  lcksikologiya  v ə  sintaksis  səviyyələri- 
nin  qovuşduğu  yerdo  mövqe  tutan  "arahq"  səviyyədir.  M əlum  
olduğu  kimi,  frazeologiya  dildə  işlənən  sabit  söz  birləşm əsi  və 
cümlələr şəklində  olur,  lakin  mənaca  bir sözə  -  bir  leksik  vahidə 
bərabər  olur. 
Bir  sözə  -  bir  leksik  vahidə  bərabər  olm ası 
frazeologizmlərin  leksikologiyada  öyrənilm əsini,  söz  birləşm əsi 
və  cümiə  kimi  təşəkkül  tapması,  təzahür  ctm əsi  isə  onlann 
sintaksisdə  araşdınlm asm ı  tələb  edir.  D ilçilikdə  son  zam anlar 
meydana  çıxan,  getdikcə  daha  çox  tərəfdar  tapan  v ə  m öhkəm - 
lənən  fikir  də  frazeologizmlərin  bu  ikili  təbiəti  iiə  əlaqədardır. 
İndi  dünyanm  qabaqcıl  dilçihk  m əktəbləri  frazeologiyaya 
leksikoiogiya  və  sintaksis  arasında  aralıq  mövqe  tutan  "arahq" 
səviyy ə  kimi  baxır  (cləcə  də  morfonologiya  fonologiya  və

m orfologiya  arasında,  söz  yaradıcılığı  isə  morfologiya  və  leksi- 
kologiya  arasm da  "aralıq"  səviyyədir).  Azərbaycan  dilçiliyində 
isə  frazeologiya leksikologiyanm bir bölm əsi hesab edilir.
D ildə  işlən ən söz birləşm ələri  iki qrupa aynlır:  sərbəst söz 
birləşm ələri  və  sabit  söz  birləşm ələri.  Sərbəst  söz  birləşmələri 
elə  söz  birləşm ələrinə  deyilir  ki,  onları  təşkil  edən  sözlər  öz 
leksik  m ənasm da  işlənir,  qrammatik  cəhətdən  sərbəst  olur 
(hallanır,  təsriflənir,  sözlər  sıraca  yerini  dəyişə  bilir),  söz 
birləşm əsinin  kom ponentləri  (tərəfləri)  arasmda  istənilən  qədər 
söz  daxil  ola bilir  (o xuyan  oğlan  -  dünən radioda.  "Sona  bülbül- 
lə r ”m ahnısm ı oxuyan ağdam lı cavan oğlan),  ən başhcası,  birləş- 
m ədəki  sözlər  m əcazi  m ənada  işlənm ir  və  hamısı  bir  yerdə  bir 
leksik  m əna  ifadə  etmir.  Belə  söz  birləşm ələri  sintaksisdə  tədqiq 
edilir.  İsmi və feli  söz birləşm ələri belə birləşmələrdəndir.
Sabit  söz  birləşm ələri  leksikallaşmış  söz  birləşmələfidir. 
B irləşm ə  daxilində  sözlərin öz leksik-semantik mənasını qismən 
itirib  m əcazi  m ən a  kəsb  etm əsi  və  bu  əsasda  birikib  bir  leksik 
m əna  qazanması,  bir  sözün  ifadə  etdiyi  mənaya  bərabər  məna 
ifadə  etm əsi,  bir  leksik  vahidə  çevrilm əsi  leksikallaşma  adlanır. 
Sabit  söz birləşm ələri idiomlaşm a əsasmda  əm ələ gəlir.
Sabit  söz  birləşm ələrinin  bir  sıra  özünəməxsus  xüsusiy- 
yətiəri  vardır:
1.  Sabit  söz  birləşm ələri  m ənaca  bir  sözə,  bir  leksik 
vahidə bərabərdir,  ekvivalentdir.
2.  Sabit  söz  birləşm ələrində  sözlərdən  biri  və  ya  hər  ikisi 
ya tam,  ya da qism ən məcazlaşır.
3.  Sabit  söz  birləşm ələri,  sözlər  kimi,  bir  məfhum  ifadə
edir.
4.  Sabit  söz birləşm ələri srrf milli  səciyyə  daşıyır və başqa 
dilə  tərcüm ə edilmir;  tərcüm ədə  həm in dildə ekvivalent (uyğun, 
bərabər)  sabit söz birləşm əsi ilə əvəz edilir.
5.  Sözdən  fərqli  olaraq,  sabit  söz  birləşmələri  nominativ 
(adlandırma)  v əzifə daşımır,  təsviri vəzfiə daşıyır.
6.  Sabit  söz  birləşm ələri  h ər  halda  söz  birləşmələri  və 
cüm lələr  olsa  da  sintaktik  baxımdan  təhlil  edilmir,  bir  sintaktik
bütöv,  vahid  kimi  götürülür,  yəni  sabit  söz  birləşm əsüıə  daxil 
olan sözlərin hamısı cüm lənin bir üzvü kim i götürülür.
7.  Sabit  söz birləşm ələrini  təşkil  edən  sözlərdən b üi  və  ya 
hamısı  çoxmənalı  olur.
8.  Sabit söz birləşm əsinə  daxil  olan  sözlər öz  leksik məna- 
larmı ya tam,  ya da qismən  itirir.
9.  Sabit  söz  birləşm ələri  dəyişm əz,  donuq,  daşlaşm ış  dil 
vahidləridir,  onlar  dilə  hazır  şəkildə  daxil  olur,  onlarda  sözləri 
qrammatik  cəhətdən  dəyişdikdə,  yaxud  bir  sözü  digəri  ilə  əv əz 
etdikdə ə w ə lk i sabit söz birləşm əsi  itir,  yenisi yaranır.
10.  Sabit  söz  birləşm ələrində  sözlərin  (düzülüş)  sırasmı 
pozmaq olmaz.
11.  Əsasən  nominativ  səciyyə  daşıyan  söz  və  sərbəst  söz 
birləşmələrindən  fərqli  olaraq,  sabit  söz birləşm ələri  emosional, 
obrazlı ifadə  səciyyəsinə malikdir.
Dilin  başqa  səviyyələrinə  nisbətən  frazeologiya  dünyanm 
bütün  dillərində  az  tədqiq  edilmişdir.  Buna  görə  də  frazeo- 
logiyanm  əsas  tədqiqat  obyekti  olan  sabit  söz  birləşm ələri  üçün 
hələ  də  vahid  termin yaradılmamışdır.  H ələ  indinin  özündə bclə 
sabit  söz  birləşm ələrini  frazeoloji  vabidlər,  frazeoloji  birləş- 
mələr,  tərkib  hissələrinə  bölünm əyən  söz  birləşm ələri,  dəyiş- 
məz  söz  birləşm ələri,  idiomatik  ifadələr,  leksik  söz  birləşm ə- 
ləri,  idiomlar,  frazem lər və s.  term inləri  ilə adlandınrlar.
Frazeoloji  vahidlərin  -  sabit  söz  birləşm ələrinin  bu  növlə- 
rini  göstərm ək  olar:  idiomlar,  ibarələr,  hikm ətli  sözlər,  atalar 
sözləri,  zərbi-m əsəllər və tapmacalar.
Q ədim   türk  yazısı  abidələrinin  dilinin  frazeologiyası 
haqqmda  indiyədək  dilçilik ədəbiyyatm da bir  söz  belə  deyilm ə- 
mişdir.  Çoxm ənalı  sözlər,  om onimlər,  sinonim lər  və  s.  dil 
vahidləri  kimi  qədim   türk  yazısı  abidələrinin  dilində  işlənən 
sabit  söz  birləşm ələri  nəinki  xüsusi  tədqiqat  obyekti  olmamış, 
hətta  qədim   türk  yazısı  abidələrinin  dilinə  həsr  edilmiş  əsər- 
lərdə  onlar  xatırlanmamış,  adlan  belə  çəkilm əm işdir.  Halbuki, 
müasir  türk  dillərində  olduğu  kimi,  qədim   türk  yazısı  abi- 
dələrinin  dili  də  frazeoloji  vahidlərlə --  sabit söz birləşm ələri  ilə

zəngindir  və  onlar  öz  tədqiqini  gözləyir.  Burada  q əd im   türk 
yazısı  abidələri  dilində  frazeoloji  vahidlərin  — söz  birləşm ələri- 
nin  (eləcə  də  çoxm ənalı  sözlərin,  oraonim lərin,  sinonim lərin, 
antonim lərin)  hərtərəfli  və  m üfəssəl  tədqiqi  üçün  im kan  olma- 
dığm dan frazeoloji  vahidlərin bəziləri  haqqm da m əlum at verilir.
İDİOMLAR
M əcazi  m ənah  sözlərin  birləşm əsindən  əm ələ  gələn, 
cüm lə  təşkil  etm əyən  və  mənaca  bir  sözə  bərabər,  ekvivalent 
oian  sabit  söz  birləşm ələrinə  idiom  deyiiir  (bəzi  dilçilik 
ədəbiyyatm da,  m əsələn,  Ə .H .H əsənovun  "M üasir  Azərbaycan 
dilinin 
leksikası 
adlı 
kitabında 
ıdıorn  termini 
əvəzinə 
frazeologizm   term ini  işlənir;  idiom   termini  daha  düzdür). 
İdiom lar  həm   şəkil,  h əm   də  m ənaca  m ürəkkəb  sözlərə  daha 
yaxındır;  m ürəkkəb  sözü əm ələ  gətirən sözlər  öz  leksik (həqiqi) 
m ənalarm ı  itirib  m əcazi  m əna kəsb edərək birləşdiyi  və birlikdə 
vahid  bir  məna  ifadə  etdiyi  kimi,  idiomlarm  komponentləri  də 
öz  leksik  (həqiqi)  mənalarm ı  itirir,  m əeazi  m əna  qazanır  və 
hamısı  birlikdə  ümumi  bir  m əna  ifadə  edir.  Müasir  dilçilik 
m övqeyindən  belə  m ürəkkəb  sözlərlə  idiomlar  arasında  iki 
böyük  fərq  göstərm ək  olar;  I)  leksik  baxımdan  -  mürəkkəb 
sözlər  adlandırır,  nom inativ  vəzifə  daşıyır,  idiomlar  təsvir  edir, 
m əfhum u  izah  etm ə  yolu  ilə  adlandırır;  2)  orfoqrafiya  və  qram- 
matika  baxımmdan  -  m ürəkkəb  sözlər bir  sözdür  və birlikdə,  bi- 
tişik yazıhr,  idiomlar bir söz deyil,  sabit söz birləşm ələri  olsa da, 
hər  halda  söz  birləşm ələridir  və  buna  görə  d ə  onun  kompo- 
nentləri a y n  yazıhr.  I3una görə də idiomları,  xüsusən feli tərkibli 
idiom lan  m ürəkkəb  sözlərlə  (ən  çox  m ürəkkəb  və  tərkibi 
fellərlə)  qarışdırırlar.
İdiom lar  digər  sabit  söz  birləşm ələrm ə  oxşasa  da  bir  sıra 
xüsusiyyətlərinə  görə  onlardan  fərqlənir.  İdiomlar  başqa  sabit 
söz  birləşm ələrinə  nisbətən  daha  konkret  m əfhum   ifadə  edir. 
İdiom lann  sinonim  idiom lan  olur  və  idiomlar  özləri  sözlərə
sinonim  olur.  H .Ə .H əsənov  idimlarm  sözlərdən  sem antik  və 
funksional-qrammatik cəhətdən fərqlənm əsi  haqqm da yazır.
"1.  Frazeologizm lər  (idiomlar  -  Ə .R.)  və  sözlər  m ü xtəlif 
şəkildə  formalaşır.  Belə  ki,  sözlər  morfem lər,  frazeologizm lər 
Ödiomlar -  Ə.R.)  sözlər əsasm da olur.  Frazeologizm lər (idiomlar
-  Ə.R.)  sözlərin  birləşm əsidir,  sərbəst  birləşm ələrin  m odelləri 
əsasmda yaramr,  sözlər isə m orfem lərdən yaranır.
2.  Frazeologizm lər  (idiomlar  -  Ə .R .)  və  sözlər  arasında 
bütöv  şəkildə  qaydaya  salmma  cəh ətd ən   fərq  var.  Belə  ki,  söz 
cümlədən  ibarət  ola  bilməz.  Sözlərin  struktur bütövlüyü  onlarm  
tərkibinə 
morfem, 
söz 
daxil 
olm asına 
yol 
vermir, 
frazeologizmlərdə  (idiomlarda - Ə.R.)  isə bunun  əksinə.
3.  Frazeologizm lər  (idiomlar  -  Ə .R .)  və  sözlər  morfoloji 
bütövlüyə  malikdir.  Lakin  sözün  kom ponentləri  (m orfem lər)  h ər 
hansı  paradiqmatik  cərgəyə  aid  ola  bilmir,  söz  bütövlükdə  belə 
cərgənin  üzvü  olur.  Frazeologizm lərin  (idiomların  -  Ə .R.)  tərkib 
hissələrinin  hər  biri  m üxtəlif paradiqm atik  cərgənin  üzvü  kim i 
çıxış edir.
4.  Sözlər  əsasm da  yeni  leksik  vahid  düzəltm ək  olur... 
Frazeologizm lər  (idiomlar  -  Ə .R.)  isə  ancaq  m əcazi  m ənada 
işlənir.
5.  Sözlər  semantik  və  morfoloji  m üstəqilliyə  malikdir. 
Frazeologizmlərin  (idiomların  -  Ə .R.)  kom ponentlərini  ay n -ay n  
söz  hcsab  etm ək  olmaz,  çünki  onlarda  m əna  m üstəqilliyi 
yoxdur.
6.  Sözlər  həm   həqiqi,  h əm   də  m əcazi,  frazeologizm lər 
(idiomlar -  Ə.R.)  isə  ancaq məcazi  m ənada işlənir.
7.  Sözlər  dilin  sözyaratma  m odelləri,  frazeologizm lər 
(idiomlar  -  Ə .R.) isə  qrammatik m odelləri əsasm da yaranır.
8.  Sözlər  ifadə  edir,  adlandınr,  frazeologizm lər  (idiom lar  - 
Ə .R .)  isə  obrazh adlandırır,  təsvir edir".'
Bəzi  dilçilər  idiom lan  quruluşuna  görə  1)  sadə  və
2) m ürəkkəb  deyə  iki  qrupa  ayınr;  iki  sözdən  təşkil  edilmiş 
idiom ları  sadə,  üç  və  daha  artıq  sözdən  ibarət  olan  idiomları  isə

m ürəkkəb  idiomlar  adlandınrlar.  İdiom lan  b e lə   qruplaşdırm ağa 
haqq  qazandırm aq  olmaz.  B əzən  idiom larm   1)  qram m atik 
cəh ətdən   dəyişm əyən  idiom lar  və  2)  strukturca  d ə y işə n   idiom- 
lar  deyə  iki  qrupa  ayrırlar.  B elə  tə sn if elmi  c ə h ə td ə n   ta m   sehv- 
dir,  çünki  təsnif bir-biri  ilə  heç  bir  əlaqəsi  olm ayan  iki  prinsip 
(qramm atika  və  quruluş)  əsasm da  aparıhr.  İdiom larm   tərkibin- 
dəki  sözlərin  sayma  görə  də  təsn if  edir,  1)  iki  kom ponentli,
2)  üç  kom ponentli  və  3)  üçdən  artıq  kom ponentli  id io m lar  deyə 
üç  qrupa  bölürlər.  Bəzi dilçilik ədəbiyyatm da id io m lan   onlarda- 
kı  apancı  sözün  hansı  nitq  hissəsinə  m ənsub  o lm asm a  g ö rə  də 
tə sn if edir,  onkın  ismi  idiomlar  və  feli  idiom lar  d eyə  iki  qrupa 
bölürlər.  İdiomlarm  tərkibindəki  sözlərin  m ə n şəy in ə  gör^  də 
idiom larm   təsnifm ə  rast  gəlm ək  olar;  bu  baxım dan  idiomları
i) x a lis   (?)  və  2)  almma  idiomlar  deyə  iki  qrupda  birləşdirir, 
kom ponentləri  yalm z  milli  sözlərdən  ibarət  olan  idiom lar  xalis, 
kom ponentlərindən  biri  və  ya  hər  ikisi  ahnm a  sö zlərd ən   ibarət 
olan  idiomlar  ahnm a  idiomlar  hesab  ediiir.  İdiom larm   təsnifı 
içərisində  ən  əhəm iyyətlisi  onlarm  m ənaca  təsnifıdir.  Burada 
dilçilər arasmda yekdil  rəy  yoxdur.  D ilçilərin bir  qrupu  idiom lan
1)  sem antik  idiomlar  və  2)  qrammatik  idiomlar  deyə  iki  qrupda 
birləşdirir.  Onlarm  fıkrincə,  semantik  idiomlarm  "tərkib  üzvləri 
bir-biri  ilə  əlaqələnm iş  və  elə  qaynayıb-qarışmış,  qovuşmuşdur 
ki,  onları  ayn-ayn hqd a  təsəvvür  etm ək  və  ya  təsəv v ü rə  gətir- 
m ək  olm ur.  Scmantik  frazeologizm lərdə  (idiom larda  -  Ə.R.) 
sözlər  öz  m üstəqilliyini  itirir,  tam  m əcazi  m əna  ifadə  edir,  mə- 
naca  bölünm əzdir,  sabit  səciyyəlidir,  bütövdür.  O nlarm   mənaca 
m otivləşm əsi  ilkin  sözləri  xatırladır.  Bunlann  üm um i  mənasmm 
tərkib  üzvlərinin  m ənası  ilə  heç  bir  əlaqəsi  yoxdur.  Çünki  bu 
frazcologizm lər  (idiomlar  -  Ə.R.)  nə  motivləşir,  n ə   də  ixtiyari 
olaraq  yaramr.  M ənaca  bölünm əzlik  semantik  frazeologizm lər 
(idiomlar  -  Ə.R.)  üçün  əsas  şərtdir.  Daxili  formadan  m əhrum - 
dur.  Onlar  sintaktik  ciem cntlərin.toplusu  olsa  da,  törəm ə  deyil- 
dir.  Bunlardan  tərkib  üzvlərinin  birləşməsi  kim yəvi  m addələrin 
birləşm əsi  kimidir.  Tərkib  üzvləri  morfem  tipli  leksik  vahidlər- 
dən  ibarətdir.  Sintaktik  cəhətdən  aynlmazdır.  Kom ponentləri
arasmda sərbəst birləşm ələrdə olduğu kim i,  canh  sintaktik əlaqə 
olmur.  M əhz  buna  görə  də  onlar  sintaktik  vahid  kimi  özünü
göstərir.
Semantik  frazeologizm lər  (idiornlar  -  Ə.R.)  üçün  aşağıdakı 
cəhətlər səciyyəvidir;
1.  M əcazilik,  obrazh  m əna  onlarm  birliyinə,  parçalanma- 
masma  təm inat  verir.  Çox  vaxt  bunlarm  obrazlı  m əcazi  m ənası 
hamıya aydm  olmur.
2.  Ekspresivlik  daha  güclüdür.  Anlayışları  d aha  təsirli  və 
obrazh  ifadə  edir.
3.  Tərkib  hissələrindən  birini  başqa  sözlərlə  -  sinonimi  ilə 
əvəz etmək və ya yenidən qurmaq olmur.
4.  Bütövlükdə  sinonimi  ilə  əvəz  oluna  bilər,  m ənaca 
dəyişdirmək m üm kündür".'
Qrammatik  idiom lar  da  "mənaca  bütöv  və  bölünm əzdir, 
bir məfhum  ifadə  edir.  Lakin  tərkib  üzvləri  arasmdakı  qramma- 
tik  əlaqə  n əzərə  çarpır,  hiss  olunur,  canlı  sintaktik  əlaqəni  yada 
sahr.  Sözlərin  potensial  ünsürləridir,  onlarm  ilkin  m ona  izləri 
hələ  də  qalmaqdadır.  M əcazi  m ənada  işlədilsələr  də  terəflərin- 
dən  birinin  m üstəqil  m ənası  hiss  olunur".  B elə  idiomlar  "əm ələ 
gəldiyi  sərbəst  birləşm ələrin  strukturunu  saxlayır;  sözlərdən  biri 
öz  mənasmda  qahr,  o  biri  ondan  asılı  olur,  Frazcologizm lərdə 
(idiomlarda  -  Ə .R.)  öz  həqiqi  m ənasm da  işlədilən  söz  əsas, 
məcazi  m ənada  işlodilən  söz  isə  asıhdır.  Çünki  birləşm ənin 
ümıımi  mənası  birinci  sözün  mənası  iiə bağhdır".^
İdiomlarm  ən  geniş  yayılmış  təsnifində  onlarm  m ənaca  üç 
növü  göstərilir;  qovuşm a  idiomlar,  birləşm ə  idiomlar və  uyuşma 
idiomlar.
Q o v u ş m a i d i o m l a r ı n   tərkibinə  daxil  olan  sözlər 
öz  həqiqi  (leksik)  m ənasm ı  itirir,  tamamilə  məcazi  m ənada  işlə- 
nir,  onlardan  birinciləri  qrammatik  dəyişikliyə  uğramır,  qovuş- 
ma  idiomlarm  kom poncntləri arasma heç bir söz girə  bilmir.  Qo- 
vuşm a  idiomlar  istər  şəkilcə,  istər  mənaca  m ürəkkəb  sözlərə

çox  yaxındır;  m ürəkkəb  sözlər  nə  vaxtsa  qovuşma  idiom   olmuş 
sabit  söz  birləşm ələrindən  əm ələ  gəlm işdir.  Qovuşma  idiomlar 
isim,  sifət,  fei,  z ə rf v ə nidalara ekvivalent ola bilər.
B i r l ə ş m ə i d i o m l a r   qovuşma  idiomlara  oxşasa da, 
onlardan  fərqli  xüsusiyyətlərə  malikdir;  qovuşma  idiom larda  bi- 
rinci  söz  qrarnmatik  cəhətd ən   dəyişm ədiyi  halda,  birləşm ə 
idiomlarda  birinci  söz  m ənsubiyyət  şəkilçisi  qəbul  edir;  birləş- 
m ə  idiomlarm  əksəriyyətində birinci  komponent isim və ya  ikin- 
ci  növ  təyini  söz  birləşm əsi  ilə  ifadə  edilir v ə m üxtəlif qramma- 
tik  şəkilçi  qəbul  edib  fellə  m ünasibətə  girir;  qovuşma  idiomlar 
m ü xtəlif nitq  h issələrinə  ekvivalent  ola  bildiyi  halda,  birləşmə 
idiomlarm  əksəriyyəti  felə  ekvivalent  olur,  nadir  hallarda  sifət 
və zərflərlə  ekvivalentlik əm ələ  gətirir.
U y u ş m a i d i o m l a r   sabit  söz  birləşm ələrinin 
təşəkkül  dövrünü  keçirən  idiomlardır.  Görünür,  sərbəst  söz 
birləşm ələri  əvvəlcə  uyuşma  idiomlara,  sonra  bü-Iəşmə  idiom- 
lara,  nəhayət,  qovuşm a  idiomlara çevrilir.  Sərbəst  söz birləşm ə- 
lərinin  sabit  söz  birləşm ələrinə  -idiomlara  çevrilməsi  prosesini 
belə  təsəvvür  etm ək  olar.  Uyuşma  idiomlar  qovuşma  idiomlara 
və  birləşm ə  idiomlara  nisbətən  daha  m ütəhərrikdir.  Qovuşma 
idiomlarm  birinci  tərəfı  qrammatik  cəh ətd ən  dəyişmədiyi,  bir- 
ləşm ə  idiomlarm  birinci  tərəfı  m ənsubiyyət  şəkilçisi  qəbul  ctdi- 
yi  halda,  uyuşma  idimlarm  birinci  tərəfı  nəm ki  təkcə  mənsubiy- 
yət  şəkilçisi  qəbul  edir,  həm   də  uyuşma  idiomlarm  komponent- 
ləri  arasma  əlavə  sözlər  də  daxil  ola  bilir.  Uyuşma  idiomlarm 
tərkibindəki  sözlər  sərbəst  olur  və  m üxtəlif  qrammatik  vasitə- 
lərlə  əlaqələnir.  U yuşm a  idiom lan  birləşm ə  idiomlardan  fərq- 
ləndirən  xüsusiyyətlərdən  biri  də  budur  ki,  uyuşma  idiomlarm 
kom ponentlərindən  birini  başqa  sözlə  əvəz  etm əklə  müxtəlif 
m ənah  çoxlu  yeni  uyuşrna  idiom  yaratmaq  olur.  Qovuşma 
idiomlarm  nitq  hissələri  ilə  ekvivalentliliyi  genişdir,  birləşmə 
idiomlar,  əsasən,  fcllərlə,  nadir  hallarda,  sifət və  zərflərlə  ekvi- 
valentlilik  təşkil  edirsə,  uyuşma  idiomlar,  əsasən,  fellərlə  ekvi- 
valent  ola  bilir.  B irləşm ə  idiomlar kimi, uyuşma  idiomlar da  lek-
sik  ünsür  şəklinə  düşmüş  bir  sıra  qramm atik  formalar  vasitəsilə 
əm ələ gəlir.
Qovuşma  idiomlar  da,  birləşm ə  idiomlar  da,  uyuşma 
idiomlar  da  bir  leksik  vahiddir  və  cüm lə  təhlili  zamanı  onları 
sintaktik vahidlər  kimi  tərkib  hissələrinə  ayırıb  təhlil  etm ək  ol- 
maz;  idiomlar bütövlükdə  cüm lənin  bir üzvü olur.
Q ədim  türk  yazısı  abidələrinin  dilində  idiomlar  indiyədək 
tədqiq edilməmişdir.  Aşağıda abidələrin dilindən bir  n eçə  idiom 
təqdim edilir;
iş  -  küç ber (KTş  8,  9)  "iş-güc  vermək,  zəh m ət çəkm ək"
süçig sab (K Tc  5,  6)  "şirin  söz,  şirin dil"
yım şak ağı (KTc  5,  6)  "yumşaq  hədiyyə"
ayığ bilig (K Tc  5)  "pis  əm əl"
yablak ağı  (KTc  7) "pis  hədiyyə"
edgü  ağı  (K Tc  7)  "yaxşı  hədiyyə"
an k  ok (K T c 8)  "anq ox"
beQgü taş  (K Tc  I I )   "əbədi  daş"
köQüItəki  sab (KTc  12)  "ürəkdəki  söz"
esidü berti  (T  15)  "qulaq asmaq"
içrə  sab  (T  34)  "gizli  söz"  və  s.
Q ədim   türk  yazısı  abidələrinin  m ətnlərində  yüzlərlə  belə 
idiom vardır.
Yüklə 17,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin