MÜRƏKKƏB VƏ TƏRKİBİ SÖZLƏRİN TƏSNİFİ
Q ədim türk yazısı abidələrinin dilində m ürəkkəb və tər-
kibi sözləri nitq hissələri üzrə tə sn if edərkən sözlərin
kom ponentləri arasmdakı əlaqələrin xüsusiyyətlərini nəze>rə
almaq lazımdır. M ürəkkəb və tərkibi sözlərin
kom ponentlə-
rindo ifado edilən bütün xüsusiyyətləri n əzərə aldıqda onlan iki
qrupa ayırm aq olar: I) düzəltm ə qaydaları m üxtəlif olan
m ürəkkəb və tərkibi sözlər; belə sözlərdə m ürəkkəb və tərkibi
sözlərə aid bütün xüsusiyyətlər maksimum şəkildə təzahür edir;
2) düzəltm ə qaydaları m üxtəlif olmayan m ürəkkəb və tərkibi
sözlər; bunlarda m ürəkkəb və tərkibi sözlərə aid bütün
xüsusiyyətlər minimum şəkildə təzahür edir. Birinci qrupa
m ürkkəb və tərkibi isim, sifət və zərflər, ikinci qrupa tərkibi
saylar, bir m ürəkkəb fel və tərkibi fellər daxildir.
DÜZƏLTMƏ QAYDALARI MÜXTƏLİ OLAN
MÜRƏKKƏB VƏ TƏRKİBİ SÖZLƏR
M ürəkkəb v ə tərkibi isimlər. Q ədim türk yazısı abidələ-
rinin dilində işlənən m ürəkkəb və tərkibi isim ləri iki baxım dan
təsnif etm ək olar: 1) m ürəkkəb və tərkibi isim lərin ieksik-
semantik m ənasm a görə; 2) m ürəkkəb və tərkibi isim lərin
kom ponentiəri arasmdakı əlaqəyə görə.
I.
Q ədim türk yazısı abidələrinin dilində işlən ən mü-
rəkkəb və tərkibi isim ləri leksik-semantik m ənalarm a görə
aşağıdakı kimi qruplaşdırm aq olar;
1. Xüsusi şəxs adı bildirənlər (antroponim lər). Q ədim türk
yazisı abidələrinin dilində işlənən, dem ək olar ki, bütün şəxs
adlan ya m ürəkkəb, ya da tərkibi isim lərlə ifadə edilm işdir. Bu
m ürəkkəb və tərkibi şəxs adlarmı da, öz növbəsində, iki cür
qruplaşdırmaq olar;
a) kom ponentləri birikib bir leksik vahid kim i çıxış edən
m ürəkkəb və tərkibi isimlər: İltəris (K T ş 11), llbilgə (K T ş l 1),
Küm ül Ö gə (Y 45), Tonyukuk (T l), Yaç Ak Baş (Y 2), E1
Tuğan (Y 1), Üçin K ülig Tirig (Y 3), Öz Y igin Alp Turan (Y
45), Eletm iş (O 4) v ə s.
b) birinci
komponenti xüsusi isim (şəxs adı), ikinci
komponenti vəzifə, rütbə v ə s. bildirən sözlərlə ifadə edilmiş
m ürəkkəb və tərkibi isim lər: Kül tigin (K T şm 13), Bumın
kağan (K T ş 1), İstəm i kağan (K T ş 1), Bilgə kağan (K T c I),
Taman tarkan (B K c 14), K üli çor (K Ç 15), K apağan kağan (T
60), Bars bəg (K T ş 20), Çaça səQün (K T ş 32), Tarduş şad (T
31) və s.
2. X usüsi yer adlan (toponimler) büdirenler. Toponimlik
ad bildirən m ürəkkəb və tərkibi sözləri də iki qrupa ayırmaq
olar;
a)
kom ponentləri birikib bir anlayış, m əfhum ifadə edən
m ürəkkəb və tərkibi isim lər (toponimlər); Karakuş (T 7), Təm ir
kapığ (K T c 4), K araköl (K T şm 2), Açık Altır (MÇ 18),
Orkunbahk (MÇ 14), Beşbahk (BK ş 28), Baybahk (MÇ 44),
K ara Y otahk (M Ç 27) və s.
b)
birinci kom ponenti yer adı (toponim) bildirən xüsusi
isim, ikinci komponenti toponimin növünü {bahk «şəhər», y a zı
«düz», ügüz «çay», k ö l «göb>, tağ «dağ», y ış «meşəli dağ», k o l
«çay», baş «zirvə», j^/>‘«yer» sözləri ilə) bildirən sözlərlə ifadə
edilon m ürəkkəb və tərkibi isimlər; Ö tükən yir (T 17), Ö tükən
yış (K T c 4), Y ir Bayırku yer (K T c 4), Y inçü ügüz (K T c 3),
ŞantuQ yazı (K T ş 17), Toğu bahk (K T şm 4), Tünkər tağ (B K c
7), Y ılun kol (M Ç 15), Şıp başı (MÇ ] 5) və s.
3. Xalq adı (etnik ad) bildirənlər. Q ədim türk yazısı
abidələrinin dilində işlənən etnik ad bildirən m ürəkkəb və
tərkibi isim ləri də iki qrupa ayırmaq olar;
a) birinci komponenti say, ikinci komponenti etnik adla
ifadə
cdilənlər.
G öytürk
dilində
belə
tərkibi
sözləri
kom ponentlərinə ayırmaq mümkün deyildir, onlar birlikdə bir
xalqm admı bildirir. B elə ctnik adları tərkib hissələrinə
böldükdə onlar m ənasız söz yığımma çevrilir, xalqm admı
bildirmir; üç oğuz (BK ş 32), səkiz oğuz (MÇ 15), tokuz oğuz
(K T ş 14), tokuz tatar (B K ş 34), otuz tatar (K T ş 14), üç karluk
(MÇ 11), üç kurıkan (K T ş 4), on uyğur (M Ç 3).
b) birinci kom ponenti etnik adla, ikinci komponenti bodun
«xalq» sözü ilə ifadə edilən m ürəkkəb və tərkibi isimlər; türk
bodun (K T ş 6), tokuz oğuz bodun (K T şm 4), kara türgiş bodun
(K T ş 40), karluk bodun (K T şm I), kırkız bodun (K T ş 20),
oğuz bodun (K T ş 28), çik bodun (MÇ 26), izgil bodun (K T şm
4), tölis bodun (M Ç 19), tarduş bodun (K T ş 17), tabğaç bodun
(K T ş 6), türgiş bodun (K T ş 37), tatabı bodun (K T ş 28) və s.
4 . Ü m um işlək sözlərdən düzəlmiş və m üx təlif məna ifadə
edən m ürəkkəb isimlər; arkış - tirkiş (K T c 8) «karvan», yaxud
«səfırlik», atı-küsi (K T ş 25) «şöhrəti», eçi-apa (K T ş 1)
«əcdad», küm -soruğum (Süci) «şöhrotim», is-küç (K T ş 9) «iş-
güc, zohm ət», köz-qaş (K T şm 1), «göz-qaş», yabğu-şad (K T ş
4) «yabğu -şad (əyanlar)», yok-çığay (K T c 10) «yoxsuI», oğuş-
bodun (K T c 8) «qəbilə-xalq», el-törü (K T ş 22) «el-qanun».
yurt-yol (K T şm 9), «yurd-yol», yarak-yalm a (K T ş 32) «yaraq-
zireh» (A zərbaycan dilində yaraq-yasaq sÖTÜnB bənzəyir) v ə s.
n . M ürəkkəb və tərkibi isim lərin kom ponentləri arasm -
dakı əlaqəy ə görə onlan iki qrupa ayırm aq olar; 1) tabesizlik
əlaqəsi əsasm da düzələnlər və 2) tabelilik əlaq əsi əsasm da
düzələnlər.
1.
Tabesizlik əlaqəsi əsasm da düzələn m ürəkkəb və tər-
kibi isim lər. Tabesizlik əsasm da formalaşan m ürəkkəb isim lərin
kom ponentləri ilk baxışda müstəqil çıxış edən və cüm lədə
həm cins üzv vəzifəsini yerinə yetirən sözlərə oxşayır. Lakin
qədim türk yazısı abidələrinin dilində bunlar v ahid bir m əna
ifadə edir və cüm lənin bir üzvü vəzifəsində çıxış edir. Bu, iki
səbəbdən irəli gəlir. Ə vvələn, türk dillərinin qədim dövründə, o
cüm lədən qədim türk yazısı abidələri meydana çıxdığı dövrdə,
bu dillərdə, o cüm lədən qədim türk yazısı abidələrinin dilində,
m ürəkkəb isim lər, görünür, hələ inkişaf dövrü keçirirmiş.
M əlum olduğu kim i, dünyanm bir sıra dillərindən fərqli olaraq,
türk dilləri uzun sözlərin - çoxhecah sözlərin yaradılmasma
meylli deiyldir. Buna görə də bu dillərdə nəinki m ürəkkəb və
tərkibi sözlərin, hətta çoxhecah düzəUmə sözlərin təşəkkülünün
«gecikm əsi» tam am ilə təbii haldır. İkincisi, belə m ürəkkəb və
tərkibi sözlərin m üstəqil sözlərə oxşaması tabesizlik əlaqəsinin
öz təbiətindən doğur: tabesizlik əlaqəsində sözlər tam müstəqil
olur.
Q ədim türk yazısı abidələrinin dilində tabesizlik əlaqəsi
əsasm da düzələn m ürəkkəb və tərkibi isim lərin aşağıdakı
növlərinin işləndiyinə rast gəlm ək olar:
a) M əzm un və forma etibarilə fərqli sözlərin birləşmə-
sindən əm ələ gələnlər: İltəris (K T ş I I) , Tonyukuk (TI), İsyi
Likən (K T şm 12), Inal Ö lgə (Y 47), İlbilgə (K T ş l l ) , Kümül
Ö gə (Y 45), Y aş Ak Baş (Y 2), E1 Tuğan (Y 1), Üçin Külig
Tirig (Y 3), Öz Y igin Alp Turan (Y 45) v ə s.
b) Eyni sözün təlaarı ilə düzələnlər. Q ədim türk yazısı
abidələrinin dilində eyni sözün tam təkran ilə düzələn mürək-
kəb və tərkibi isim lərin işlənm əsinə təsadüf edilmir (müasir türk
dillərində d ə sözlərin tam təkran ilə m ürəkkəb isim lər əm ələ
gəlmir). Bu dildə sözlərin yarımçıq təkran ilə, həm də nadir
hallarda, m ürəkkəb isim lər əm ələ gətirilir: əQ - məQ (IB 47)
«od-aIov».
c) Tam sinonim sözlərin birləşm əsi ilə düzələn isim lər: ka
- kadaş > kağadaş (Y 41) «qohumIar», söz-sab (IB 16) «söz-
sov» (nitq), sab-ötüg (B K ş 39) «söz-xahiş», kız-kuduz (T 48)
«qız-gəlin», yok-çığay (K T c 10) «yox-yoxsuI», kü-soruğ (Süci)
«səs-soraq», eb-bark (B K ş 32) «ev-saray», yabğu-şad (K T ş 14)
«yabğu-şad (yəni: əyanlar)», oğuş-bodun (K T c 8) «qəbilə-
xalq», is-küç (K T ş 9) «iş-güc», at-kü (K T ş 15) «ad-səs (yəni:
şöhrot)», yarak-yalm a (K T ş 33) «yaraq-zü"eh (yəni: yaraq-
yasaq)», arkış-tirkiş (K T c 8) «karvan (yaxud: səfırlik)», yuğçı-
sığıtçı (K T şm I I ) «dəfh edən - ağı deyən», küQ - kul (K T ş
20) «kölə (hərfən:
kəniz-qul; A zərbaycan dilində: qul-
qaravaş)».
ç) N isbi sinonim lərin birləşm əsi ilə düzələn isimlər: eçi -
apa (O 1 ,4 ; K T ş I) «əcdad», bəg-bodun (K T ş 6) «bəy-xalq»,
köz-kaş (K T ş m l l ) «göz-qaş», il-törü (K T ş 22) «el-qanun»,
yurt-yol (K T şm 9) «yurd-yol», yer-sub (K T ş 10-11) «yer-su
(yəni: V ətən)».
d) A ntonim sözlərin birləşm əsi ilə düzələn isimlər: teQri-
yer (K T şm 4), «göy-yer (yəni: fələklər)», tün-kün (B K cş)
«gecə-gündüz (yəni: sutka)», ini-eçi (K T ş 6) «kiçik-böyük
(hərfən: kiçik qardaş - böyük qardaş)».
Q ədim türk yazısı abidələrinin dilində tabesizlik əlaqəsi
ilə ə m ələ g ələn m ürəkkəb və tərkibi isim lər hələ təşəkkül
dövrü keçirdiyi üçün onlarm komponentləri arasındakı əlaqələr
zəifdir, h ətta bir su-a hallarda bu sözlərin kom ponentləri
müstəqil su rətd ə (düzdür, eyni qram m atik şəkildə) hal,
kəm iyyət və m ənsubiyyət şəkilçiləri qəbul edir.
2.
T abelilik əlaqəsi əsasında əm ələ gələn m ürəkkəb və
tərkibi isim lər. M üasir türk dillərində olduğu kimi, qədim türk
yazısı abidələrinin dilində də m ürəkkəb v ə tərkibi isim lər
uzlaşma əlaq əsi əsasm da əm ələ gəlmir. Q ədim türk yazısı
abidəlorinin dilində tabclilik əlaqəsi əsasında düzələn m ürəkkəb
və tərkibi isim ləri iki qrupa ayırmaq olar: a) yanaşm a ə la q ə si ilə
düzələn m ürəkkəb və tərkibi isimlər; b) idarə əlaq əsi ilə
düzələn m ürəkkəb və tərkibi isimlər.
a.
Y anaşm a əlaqəsi ilə düzələn m ürəkkəb və tərkibi
isimlər. Q ədim türk yazısı abidələrinin dilində yanaşm a əlaqəsi
ilə ə m ələ gələn m ürəkkəb və tərkibi isim lərin aşağıdakı növləri
mövcuddur:
1) H ər iki komponenti isimlərlə ifadə olunanlar: u n oğul
(K T ş 7) «nəsli davam etdirən övlad», K azluk köl (M Ç 26)
«Qazhq gölü», Allun yış (K T ş 36) «Altun m eşəli dağlan (indiki
Altay dağlan)», Y arış yazı (T 36) «Y anş düzü», Ertis ügüz (K T
ş 37) «İrtış çayı», Y ar ügüz (MÇ 8) «Y ar çayı», Y inçü ügüz (KT
ş 39) «Tnci çayı», Y ula köl (MÇ 30) «YuIa gölü», K öm ür tağ
(MÇ 8) «K öm ür dağı», Ö tükən yış (K T c 6) «Ö tükən meşəli
dağları», Tayğan köl (MÇ 27) «Tayğan gölü», Toğu balık (K T
şm 4) «Toğu şəhəri», Tün yazı (K T c 6) «Tün düzü», türk bodun
(K T c 7) «türk xalqı», karluk bodun (K T şm 1) «karluk xalqı»,
kırkız bodun (K T ş 20) «qırğız xalqı», tarduş bodun (K T ş 17)
«tarduş xalqı», oğuz bodun (KTş 28) «oğuz xalqı», çik bodun
(MÇ 26) «çik xalqı», tabğaç bodun (K T ş 6) «tabğaç xalqı»,
türgiş bodun (K T ş 37) «türgiş xalqı», tatabı bodun (K T ş 28)
«tatabı xalqı», izgil bodun (K T şm 4) «izgil xalqı», tölis bodun
(MÇ 19) «töliş xalqı», kodı tabışğan (IB 66) «ada dovşanı» və s.
M üasir türk dillərində hər iki komponcnti isimlərlə ifadə
olunan m ürəkkəb v ə tərkibi isimlər yanaşma əlaqosi ilo yox,
idarə əlaqəsi ilo düzəlir. Y uxanda gətirilən nümunələrin
A zərbaycan dilinə tərcüm əsi də bunu göstərir.
2) Birinci komponcnti sifot və ya atributiv isim, ikinci
komponenti isim lərlə ifadə olunanlar; Yaşıl ügüz (KT ş 17)
«YaşıI çay», Ak Tərm əl (T 25) «Ağ Tərm əl», Təm ir kapığ (KT
c 4) «D əm irqapı», Kara köl (K T şm 2) «Qaragöl», K ara kum (T
7) «Q ara qum», kök lürk (K T ş 3) «göy türk», kara türgiş (K T ş
40) «qara türgiş», karakuş (IB 4) «qaraquş», Baybalık (MÇ 44)
«BaybaIık» (Varlı ş<)hor) vo s.
3) Birinci komponcnti say. ıkmci komponenti isim lərlə
ifado olunanlar: Üç Birkü (MÇ 7) «Üç Birkü», Beşbalık (B K ş
28) «Bcşbalık (Beşşəhər)», altı çub (K T ş 31) «altı bağ», on ok
(K T şm 13) «on ox (xalq adıdır)», səkiz oğuz (M Ç 15) «səkkiz
oğuz», üç oğuz (K T ş 32) «üç oğuz», tokuz oğuz (K T ş 14)
«doqquz oğuz», tokuz tatar (BK ş 34) «doqquz tatar», otuz tatar
(K T ş 14) «oğuz tatar», üç karluk (M Ç I I ) «üç karluk», üç
kurıkan (KT ş 4) «üç kurıkan», on uyğur (MÇ 3) «on uyğur».
4) Birinci komponcnti sifət, ikinci komponenti xüsusi
isim lərlə ifadə olunanlar: Bilgə Tonyukuk (T 31), Kara Bars (T1
1), Bilgo Çigşi (Y 31), K ök Amaş (Y 50), K ülig Tirig (Y 3),
Bilgv) Çik.şən (Y 13), K ülig Tuğan (Y 44) və s.
5) Birinci komponenti isim, ikinci komponenti sifətlərlə
ifadə oiunanlar: İlbilgo (K T ş 11), EI Tuğan (Y 1), Inal Ö gə (Y
47), Kümül Ögə (Y 45) v ə s.
B.
İdaro əlaqəsi ilə düzələn m ürəkkəb və torkibi isimlor.
Q ədim türk yazısı abidələrinin dilindo belə m ürokkəb və tərkibi
isimlor ikinci növ tərkibi söz birloşm ələri, h ərək ə t adları vo fcli
sifot birləşmoləri əsasında əm ələ gəlmişdir. Q ədim türk yazısı
abidələrinin dilində idarə əlaqəsi ilə düzələn
ınürəkkob və
torkibi isimlorin aşağıdakı növləri vardır:
1) Hor iki komponcnti isimlə ifadə olunan vo ikinci növ
təyin söz birlo.şməsi əsasında düzələn
m ürəkkob vo torkibi
isiınlər: sü başı (T 31) «sərkt^rdə (hərfən: qoşunbaşı)», uruQ başı
(Y 32) «bayraqdar (hərfən: bayraqbaşı)», Çuş başı (K T şın 6)
«Çuş başı», Şıp başı (MÇ 15) «Şıp başı», tinəsi oğlı (T 44, 46)
«Çin iınpcratoru», kuş oğh (IB 20) «quş oğlu», kiyik oğlı (IFi 20)
«kcyik oğlu», kişi oğlı (K T ş I) «insan oğlu».
2) Birinci komponcnti say, ikinci komponcnti xüsusi
isim lə ifado olunan və ikinci növ təyini söz birləşm əsi ə.sasında
düzələn m ürokkəb vo tərkibi isimlər: biQa başı (MÇ 6) «min-
başı».
3) Feli sifət tərkibi ilə ifadə olunan m ürəkkəb və tərkibi
isiınlor: Kara yazm az (T1 2) xüsusi şəxs adıdır, Sabık Basar (Y
32) xüsusi şoxs adıdır, Elitmiş (O 4) xüsusi şəxs adıdır.
4)
Birinci komponenti isim, ikinci komponenti h ə rə k ə t
adları ilə ifadə olunanlar: kün batsık (K T c 2) «qərb», kün toğsık
(K T c 2) «şərq».
III.
Q ədim türk yazısı abidələrinin dilində bir sıra mü-
rəkkəb sözlərin komponentləri artıq tam birikmiş, daşlaşm ışdır.
B aşqa sözlə desək, türk dillərinin artıq qədim türk yazısı
abidələri dövründə bu dillərdə, o cüm lədən qədim türk yazısı
abidələrinin dilində m ürəkkəb sözlərin bir qismi h əm fonetik,
həm qrafık, h əm semantik, həm də qrammatik birikm işdir;
m əsələn: İltəris (K T ş 10) «elin qanununu özündə əks etdirən»,
Tonyukuk (T 1) «qatırm sərt dım ağı» (V .M .N adelyayeva görə)
və ya «ilkin-xəzinə» (V.V.BartoIda görə), iniyügin (K T c 1)
«kiçik qohumIar», İlbilgə (K T ş I I ) «elin müdrik (anası)», Beş-
bahk (B K ş 28) «Beşşəhər», Baybalık (M Ç 44), «V arlışəhər»
və s.
M ürəkkəb və tərkibi sifətlər. Türk dillərində, o cüm lədən
qədim türk yazısı abidələrinin dilində m ürəkkəb və tərkibi
sifətlərin əm ələ gəlm əsi üçün xüsusi qrammatik əlam ət yoxdur.
M ürəkkəb və tərkibi sifətlər də isim lər kimi əm ələ gəlir. Q ədim
türk yazısı abidələrinin dilində m ürəkkəb və tərkibi isim lərin
əm ələ gəlm əsində olduğu kimi, m ürəkkəb və tərkibi sifətlər də
tabesizlik və tabelilik əlaqəsi ilə düzəlir.
1. Q ədim türk yazısı abidələrinin dilində tabesizlik əlaqəsi
ilə düzələn m ürəkkəb sifətlərin yalnız bir növünə təsad ü f edilir:
sinonim səciyyəli iki düzəltm ə sifətin birləşm əsi ilə m ürəkkəb
sifət düzəlir: bəyli-bodunlığ (K T ş 6) «bəyli-xalqh».
2. Q ədim türk yazısı abidələrinin dilində tabelilik əlaqəsi
ilə düzələn m ürəkkəb və tərkibi sifətlərin bu növləri işlənir:
a)
Bir sadə və bir düzəltm ə sifətin birləşm əsi ilə düzələn
m ürəkkəb sifətlər: uzuntonluğ (IB 33, 62) «uzundonIu»,
sanğathğ (IB 16) «sarıath», yağızathğ (IB 16) «qonuratlı»,
alaathğ (IB 2) «alaath», altunkanathğ (IB 4) «qızılqanadlı»,
altuntuyuğluğ (IB 7) «qızılnalh», altınbaşlığ (IB 12) «qızılbaşh»
və s.
b) Birinci komponenı; isim, ikinci komponenti feli
sifətlərlə
ifadə olunan tərkibi sifətlər: gözün görm ədük (B K şm
I I )
«gözü ilə görməyən», kulkakin esidm ədük (B K şm I I )
«qulağı ilə eşitməyən», tel]ri yaratmış (B K ş 1) «tanrı yaratmış»,
tcQridə
bolmış (K T c I) «tanrıda (yaxud tanrıdan) oImuş».
c) Birinci tərəfı təktərəfli ismi söz birləşm əsindən, ikinci
tərəfi
sifətdən ibarət olan tərkibi sifətlər: sabı süçig (K T c 5)
«sözü şirin», ağısı yımşak (K T c 5) «hədiyyəsi yumşaq».
ç) Birinci komponcnti say, ikinci komponenti düzəltm ə
isimlə ifadə olunan mürəkkəb sifətlər: bıQ yıllık (MÇ 21)
«minillik», tümən künlik (MÇ 21) «on min günlük», cki ayhğ
(IB 2) «ikiayhq».
d) Birinci komponenti o l işarə əvəzliyi, ikinci kom ponenti
təg qoşması ilə ifadə olunan m ürəkkəb sifətlər. Belə sifətlərin
düzəlm əsi zamanı o l işarə əvəzliyi an şəklini alır, tə g qoşması
isə təg, tak, tağ şəklinə düşür: antağ (T 9, 36, K T ş 4), antak
(KÇ 17), antog{T 29). Hər üç sözü «o cür» kimi tərcüm ə etm ək
olar.
M ürəkkəb və tərkibi zərflər. Q ədim türk yazısı abidələ-
rinin dilində m ürəkkəb və tərkibi isim və sifətlər kim i,
m ürəkkəb və tərkibi zərflər də tabesizlik və tabclilik əlaqəsi ilə
düzəlir.
1. Tabcsizlik əlaqəsi ilə düzələn m ürəkkəb və tərkibi
zərflərin bu növləri vardır:
a) Antonim sözlərin birləşm əsi ilə düzələn m ürəkkəb
zərflər: y a n n -k iç ə {\B 1) «səhər-gecə» (səhər-axşam ).
b) Antonim formalı düzəltm ə sifətlərin birləşm əsi va-
sitəsilə düzəiən mürəkkəb zərflər: tü n li-kü n li {BY. cş) «gecəli-
gündüzlü», in ili-c ç iIi{ K l ş 6) «kiçikli-böyüklü».
c) M üxtəlif mənalı düzəltm ə sifətlərin birləşm əsi ilə
düzələn m ürəkkəb zərflər: adığh-toQ uzIı (IB
10) «ayılı-
donuzluw.
2. 1 abclilik əlaqəsi ilə düzələn tərkibi zərflər. Q ədim türk
yazısı abidələrinin dilində bclə tərkibi zərflərin iki növü işlənir:
a)
Birinci növ təyini söz birləşm əsi əsasında düzələnlər:
kün ortusıtjaru (K T c 2) «günortaya doğru», tün ortusıfjaru (K T
c 2 ) «gecə ortasına doğru».
b)
Feli bağlam a tərkibi əsasm da düzələnlər: sabın aim atan
(K T c 9) «sözünə baxmadan».
Belə zərflərin apancı üzvü olan feli bağlam a həm işə
inkarda işlənir. Feli bağlama təsdiqdə işlənərsə, feli bağlama
tərkibi zərfə çevrilə bilm əz.
DÜZƏLTMƏ QAYDALARI MÜXTƏLİF OLMAYAN
MÜRƏKKƏB VƏ TƏRKİBİ SÖZLƏR
M ürəkkəb ve tərkibi saylar. Türk dillərində, o cüm lədən
qədim türk yazısı abidələrinin dilində başqa nitq h issələrinə
nisbətən say bildirən sözlərin - leksik vahidlərin sayı, m iqdarı
azdır. Saylar təklik, onluq, yüzlük, onminlik adları ilə
m əhdudlaşır. Q ədim türk yazısı abidələrinin dilində say bildirən
sözlər bunlardır: bir «bir», ik i/e k i «iki», üç «üç», tört «dörd»,
«beş», a///« altı» , >7'//^ e/7'«yeddi», 5əX:/z«səkkiz», to k u z
«doqquz», on «on», yig irm i/yeg irm i «iyirmi», otuz «otuz», k ırk
«qırx», ə lig «əlli», a ltm ış «altmış», y e tm iş «yetmiş», s ə k iz on
«səksən», to k u z on «doxsan», y ü z «yüz», biQ/bır) «min», tüm ən
«on min».
K onkret kəm iyyət bildirən bütün miqdar saylan bu say
sözlərinin m ü x təlif kombinasiyası vasitəsilə düzədilir. Birinci
və ikinci sıra saylarını çıxsaq (qədim türk yazısı abidələrinin
dilində birinci sıra sayı flk, ilki, ikinci sıra sayı ckin ti sözləri ilə
ifadə edilir), qalan bütün sıra sayları miqdar saylanna -nç
şəkilçisi artırmaqla düzəlir. Q eyri-m üəyyən miqdar saylannın
dörd tipi məlum dur; birinci tip leksik vahidlərlə - az«az», üküş
«çox», kop «çox» sözləri ilə ifadə edilir: ikinci və üçüncü tiplər
morfoloji üsulla düzəldilir: ikinci. tipdə bu «bu» və o i «0» işarə
əvəzliklərinə -ça şəkilçisi artırmaqla {bunça və ança), üçüncü tip
a z «az» qeyri-m üəyyən sayına -kıya şəkilçisi əlavə etm əklə
{azkıya «azacıq») əm ələ gətirilir; dördüncü tip sintaktik yolla
düzəldilir ki, həm in üsul haqqında burada aynca danışılacaqdır.
Q ədim türk yazısı abidlərinin dilində kəsr saylan əslində yox-
dur. Bölgü sayları m üstəqil miqdar saylarmın iizərinə -ağu, -əgü
şəkilçisini artırmaqla əm ələ gəlir {birəgü «birər-birər», ikəgü
«ikişor», üçəgü «üçər» və s). Q ədim türk yazısı abidələrinin say
sistemi haqqında təkcə bunu bilm ək kifayətdir.
Müasir türk dillərinin quruluşuna həsr edilmiş əsərlərdə,
ümumiyyətlə türkoloji ədəbiyyatda
iki və daha artıq say
büdirən sözdən əm ələ gəlmiş sayları ucdantutma m ürəkkəb say
adlandırırlar. Lakin türkoloji ədəbiyyatda m ürəkkəb say adlandı-
nlan sayların heç biri m ürəkkəb söz haqqm da təlim in m ələb-
lərinə cavab vermir. Bir halda ki, bunlar m ürəkkəb sözə qarşı
irəlı sürülən tələblərə cavab vermir, onda onian m ürəkkəb say
adlandırmaq olmaz. Bunlar m ürəkkəb söz deyilsə, dem əli,
mürəkkəb nitq hissəsi - m ürəkkəb say da ola bilməz. Son
zamanlar bəzi dilçilər bu vəziyyətdən çıxmaq üçün sa y
birləşm ələri terminindən istifadə cdirlər. Lakin s ö z b irlə şm əsi
termini sintaksisə aiddir. Bəs onda leksikada iki və ya daha artıq
saydan əm ələ gəlm iş konkret bir sayı bildirm ək üçün,
morfologiyada isə həm in sayın quruluşca növünü adlandırm aq
üçün hansı tcrmindən istiiadə etm ək lazımdır? Sintaksisin
termini olan say birləşm ələri ifadəsini leksikologiyada da,
morfologiyada da işlətm ək məqbul deyildir. Buna görə də yaxşı
olardı ki, türk dillərində m ürəkkəb tərkibə malik olan saylar
üçün iki termin işlədilsin: 1) m ürəkkəb leksik tərkibə malik
olan, m ürəkkəb sözün tələbləri əsasm da birləşən saylar mü-
rəkkəb say adlandınlsın; 2) m ürəkkəb lcksik tərkibə malik olan,
lakin m ürəkkəb söz tələblərinə cavab verm əyən saylar tərkibi
say adlandırılsın.
M üasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidərinin dilində də m ürəkkəb və tərkibi saylar tabesizlik əla-
qəsi ilə düzəlir. Tabelilik əlaqəsi ilə düzələn m ürəkkəb və
tərkibi saylara qədim türk yazısı abidələrinin dilində təsadüf
cdilmir.
Q ədim türk yazısı abidələrinin dilində saylarda mürək-
kəbləşm ə prosesinin bitib-bitm əm əsi ilə, yəni say bildirən
sözlərin tam birləşib m ürəkkəb söz əm ələ gətirib-gətirm əm əsilə
əlaqədar olaraq m ürəkkəb leksik tərkibli (iki və daha artıq
sözdən ibarət olan) saylan iki qnjpa ayırmaq olar: 1) m ürəkkəb
saylar; 2) tərkibi saylar.
1. M ürəkkəb saylar, Qədim türk yazısı abidələrinin
dilində m ürəkkəb saylarm aşağıdakı növləri mövcuddur;
a) Etim oloji baxımdan mürəkkəb saylar. Buraya yegirm i
«iyirmi», altmış «altmış» və yetmiş «yetmiş» saylan daxil edilir.
B elə güman edilir ki, bu mürəkkəb saylar ik i «iki», altı «altı»,
y e ti «yQdd.\y> təklik bildirən və nə vaxtsa türk dillərində on «on»
sayını bildirm iş m iş (qalm saitli saylara birləşərkən m ış fonetik
variantma çevrilir) sözünün birləşm əsindən törəmişdir. H əm də
güman edilir ki, y e g i r m
i sayının sonunda ^ünsürü hansı
nam əlum səbəbdənsə düşmüşdür.
b) Y eg irm i «iyirmi», altm ış «altmış» və y etm iş «yetmiş»
sayları kimi təklik və onluq saylarmı bildirən sözlərin birləş-
m əsindən düzələn, lakin etimologiyası üzdə olan sətcizon «sək-
sən» və tokuzon «doxsan» saylan. Bu saylarm etimologiyasmı
araşdırmadan da aydın görünür ki, onlar 5y^/z«səkkiz» və to ku z
«doqquz» sözləri ilə on «on» sözünün birləşm əsindən əm ələ
gəlmişdir: s ə k iz on (K T 3) «səksən», to ku z on (IB 44)
«doxsan».
c) Qonşu m iqdar saylarmm birləşm əsi vasitəsilə düzələn
m ürəkkəb saylar. Q ədim türk yazısı abidələrinin dilində saylarm
sadalanma sırasm a görə qonşu olan iki m iqdar saymm yanaşıb
birləşm əsi ilə qeyri-m üəyyən miqdar sayları düzəlir. Müasir
türk dillərinin orfoqrafıya qaydalarma görə yazıda bclə miqdar
saylarmın arasm da defıs işarəsi qoyulur: b ir-iki {M.Ç 17, 33)
«bir-iki», eAr;-üf (BK ş 41) «iki-üç», ik i- ü ç { l 14) «iki-üç».
2. T ərkibi saylar. Müasir türk dillərində olduğu kimi,
qədim türk yazısı abidələrinin dilində də saylarm bir qismi iki
və daha artıq sö/öin birluşm əsindən əm ələ gəlir, lakin bu
saylann birləşm əsi m ürəkkəb sözə verilən tələblərə cavab
vermir. Belə saylar lcksik baxımdan birləşib bir məzmun ifadə
edir, lakin qalan cəhətlərdən (fonctik, qrafik, morfoloji və
sintaktik baxımlardan) birinci növ təyini söz birləşm ələrinə xas
xüsusiyyətlər təzahür
etdirir. Buna görə də
bclə saylan
m ürəkkəb say adlandırmaq olmaz. Tərkibi say dedikdə elə
saylar n əzərdə
tutulur ki, onlar İki və daha artıq say bildirən
sözdən ibarət
olsun, bir m əfhum bildirsin, lakin onun
komponcntləri öz müstəqilliyini (vurğusunu, aynca tələffiizünü
3S6
- yazılmasını, morfoloji baxımdan özünəm əxsus dəyişm əsini,
sintaktik baxımdan birinci
söz
təyini
söz birləşm əsinə
bənzəm əsini) saxlasın. Q ədim türk yazısı abidələrinin dilində
belə tərkibi saylar iki üsulla əm ələ gəlir;
a) əvvəl təklik, sonra onluq işlədilir, lakin onluq tərkibi
saym m əzm ununa, qiym ətinə daxil olan onluğu deyil, sonra
gələn onluğu bildirir. Başqa sözlə desək, tərkibi sayın qiym əti
adlan çəkilən saylardan kəm iyyətcə on az olur. M əsələn, qədim
türk yazısı abidələrinin dilində to k u z y e g irm i işlədilirsə, bu
iy irm i d oqq uz deyil, on doqquz dem əkdir. Bunun məntiqi
m ənası budur ki, adı çəkilən onluqdan adı çəkilən təklik qədər
götürülmüşdür. Y uxanda verilmiş nüm unəni belə izah etm ək
olar; birinci onluq tam götürülmüş, iyirmilik (ikinci) onluqdan
doqquz təklik götürülmüşdür. Riyazi düstur kim i bunu belə ifadə
etm ək olar: təklik + (onluq - on).
Q ədim türk yazısı abidələrinin dilində tərkibi sayların
böyük qismi bu üsulla düzəlir: b iryeg irm i(M Ç 32) «on bir», ekı
y e g irm i (K T ş 28) «on iki», üç y e g irm i (K T ş 18) «on üç», tört
y e g irm i \y[Ç 19) «on dörd», bis y e g irm i (M Ç 18) «on bcş», altı
y e g irm i (MÇ 46) «on altı», y e ti y c g irm i (K T ş 11) «on yeddi»
s ə k iz y c g irm i {E K ş 24) «on səkkiz», to k u z y c g irm i {BY^ c 9)
«on doqquz», bir o tu z {K.T ş32) «iyirm i bir», e k ı o tu z {K T 4)
«iyirmi iki», üç o tu z (T 9) «iyirmi üç», bış o tu z (K T ş 18)
«iyirmi bcş», a ltı o /ü z (K T ş 34) «iyirmi altı», y e tı otuz{K .'T şm
1) «iyirmi yeddi», to ku z otuz{M Ç 16) «iyirmi doqquz», bir kırk
(K T şm 2) «otuz bir», b is y e tm is { 0 4) «altmış beş» və s.
b) Ə vvəlcə onluq sayı bildirən söz, sonra wrtukı sözü, daha
sonra təklik saymı bildirən söz işlənir. Bu m əqam da tərkibi
sayda adı çəkilən sayların hamısmm qyiməti saym m əzmununa
daxil olur; m əsələn: o tu z artukı bir (B K ş 28) «otuz bir», otuz
artukı üç (B K ş 34) «otuz üç», o tu z artukı tört (B K ş 38) «otuz
dörd», o tu z artukı sə k iz (B K c 2) «otuz səkkiz», o tu z artukı
to k u z{ B K c 2) «otuz doqquz», k ırk a rtu k ıy e ti{K .T ş 15) «qırx
yeddi», k ırk a rtu kıyiti{Y İ.1 şm ş) «qırx yeddi» və s.
Y üzdən artıq olan tərkibi şaylar da bu üsulla düzəlir: bir
tüm ən a r tu k ıy c ti biQ{BK. c 1) «on yeddi min».
c)
Tərkibi sıra saylan da qədim türk yazısı abidələrinin
diiində birinci üsulla əm ələ gələn tərkibi miqdar saylarma -nç
şəkilçisini artırmaqla düzəlir: bir yigirm inç (MÇ 25) «on
birinci».
M ürəkkəb v ə tərkibi fellər. Türkoloji ədəbiyyatda müasir
türk dillərində sintaktik yolla əm ələ gələn, yəni iki və daha
artıq sözün birləşm əsi və ya sadəcə olaraq yanaşması ilə ifadə
edilən feilər m ürəkkəb fel adlandırılır. İş hətta o ycrə çatmışdır
ki, felin idi, irııişxm^vş, felləri ilə ifadə edilən kcçmiş zamanmın
analitik formaları və b ilm ə k köməkçi feli ilə düzələn bacarıq
aspekti də m ürəkkəb fel hesab edilir. Bəzən qəribə məntiqsizlik
də baş verir: istər qrammatik, istərsə məna baxımmdan cyni
olan,
bir tərəfdən,
gəlirdi, gəlirm iş, gələrdi, gələrm iş,
g ələcəkd i, g ə lə c ə k m iş felləri sadə, digər tərəfdən, g ə lir idi,
g ə lir im iş, g ə lə r idu g ə lə r im iş, g ə lə c ə k idi, g ə lə c ə k im iş felləri
m ürəkkəb fel kim i qəbul edilir. Halbuki, istər idi, im iş naqis
fcllərinin, istərsə
felinin əlavəsi ilə əm ələ gələn analitik
fellərdə hcç bir leksik-sernantik m əna dəyişikliyi baş vermir.
Buna görə də bu tij) analitik fcllərin mürəkkəb söz
mürəkkəb
fcl problem inə hcç bir aidiyyəti yoxdur.
M ürəkkəb fel prcblcm inin m ühiyyətinə gəlincə, türk
dillərində üm um iyyətlə m ürəkkəb fel yoxdur. M ürəkkəb fel
problem ini m ürəkkəb söz problcmindən aynlıqda götürmək,
araşdırmaq, həll etrnək otmaz. M ürəkkəb fcl cyni zamanda
m ürəkkəb sözdür. Lakin türk dillərində m ürəkkəb söz kimi
formalaşan fcllərin işlənm əsinə təsadüf cdilmir. Müasir türk
dillərində, habelə qədim türk dillərində iki və daha artıq sözün
birləşm əsi vasitəsüə düzələn fcllərin hamısı mürəkkəb sözə
verilən tələbləri ödəmir. Buna görə də istər müasir türk
dillərində, istərsə də qədur! türk dillərində, o cüm lədən qədim
türk yazısı abidələrinin dilində iki və daha artıq sözün
birləşm əsi vasitəsilə düzəlon, lakin mürəkkəb sözün tələblərinə
cavab vcrm əyən büıün fclləri tərkibi fel hesab etmək lazundır.
Mürəkİcəb fellor. M üasir türk dillərində olduğu kimi,
qədim türk yazısı abidələrinin dilində də iki sözün birləşnıə-
sindən əm ələ gələn m ürəkkəb fel yoxdur. Lakin göytrük Orxon-
Y enisey yazısı abidələrinin m ətnlərində bir təsadüfdə bir fclin
388
yarımçıq təkrarı nəticəsində bırləşib bir m ürəkkəb söz -
m ürəkkəb fcl əm ələ gətirdiyinə rast gəlm ək olur: ər]Iə-mət]lə
(IB 74) «ovlamaq - mövlamaq». FcIIərin, yarımçıq da olsa, bu
cür təkrarı vasitəsilə m ürəkkəb fcl yaradvlması türk dilləri üçün
qeyri-adi haldır. Bu tip feliər tabesizlik əlaqəsi ilə düzəlir.
Tərkibi fellər. Qədim türk yazısı abidələrinin dilində
tərkibi fellər ən azı iki sözün birləşm əsinjən əm ələ gəlir.
Tərkibi fellərin komponcntləri leksik və sintaktik baxımdan
birləşir, morfoloji baxımdan kcçid vəziyyətindədir, fonetik və
qrafık baxımdan isə müstəqil sözlərdir. Başqa sözlə desək,
tərkibi fellərin komponentləri bir Icksik-semantik m əna ifadə
edir (bir lcksik vahidə bərabərdir) və cüm lənin vahid bir üzvü
vəzifəsini yerinə yetirir; tərkibi felləri əm ələ gətirən sözlərdən
çox vaxt sonuncu komponent morfoloji baxım dan dəyişsə də,
hər ikisi də dəyişə bilir; tərkibi fellərin kom poncntləri öz
vurğularmı qoruyub saxlayır və qrafık cəhətd ən ayn yazıhr. Onu
da qcyd clm ək lazımdır ki, m ürəkkəb sözlərdə onlan təşkil cdən
komponcntlər öz əvvəlki mənalarmı tam itirib tarnam ilə ycni
semantik məna kəsb etdiyi halda, tərkibi fellərin komponentləri
öz ilkin Icksik-scmantik mənalarmı qism ən itirir (öz lcksik-
scmantik mənalarmı əsasən qoruyub saxlayır), lakin buna
baxmayaraq, birləşib bir m əfhum , bir leksik-sem antik rnəna
ifadə cdir. Q ədim türk yazısı abidv)Iərinin dilində fcllərin bitişik,
yaxud ayrı yazılması, artıq göstərildiyi kimi, tam arnilə şərti
səciyyə
daşıyır,
çünki
qədim
türk
yazısı
abidələrinin
m ətnlərində bəzən nəinki ayn-ayrı ifadələr, hətta bütöv cüm lə
və söyləm ələr bitişik yazıla bildiyi kimi, bəzən də hətta bir
sözün ayrı-ayn m orfem ləri (m əsələn, kök və şəkilçiləri)
aynlıqda yazıhr.
Türk dillərində, o cüm lədən qədim türk yazısı abidələrinin
dilində tərkibi fcllərin düzəlm əsinin üç üsulunu göstərm ək olar:
I.
Tərkibi fellərin komponentləri adlardan və köməkçi
fcllərdən ibarət olur; adlar tərkibi feliərin birinci komponcnti
kimi işlənir.
2. Tərkibi fellərin kom ponentləri adlardan və leksik-
semantik m ənası olan fellərdən ibarət olur; adlar tərkibi fellərin
birinci komponenti olur.
3. Tərkibi feilərin komponentləri yaxm və antonim m ə n ah
sözlərlə (feilərlə) ifadə edilir.
Birinei komponenti adlarla ifadə olunan tərkibi fellərd ə
adlar tərkibi felin əsas ünsürü, m ənayaradıcı ünsürü rolunu
oynayır, köm əkçi fellər də, leksik m ənalı fellər də tərkibi
fellərin m ənasm dan asılı olaraq öz leksik mənalarm ı ya tam, ya
da qism ən itirib ya qrammatik formanta çevrilib sözdüzəldici
şəkilçi vəzifəsini yerinə yetirir, ya da natamam semantik m ən a
ilə köm əkçi sözə çevrilir.
A dlardan və m ücərrəd m ənalı köm əkçi fellərdən d üzələn
tərkibi fellər. Q ədim türk yazısı abidələrinin dilində tərkibi
fellərin bir qismi adlardan və köm əkçi fellərdən düzəlir, belə
tərkibi fellərin fel komponenti sözyaradıcüığı və sözdəyişm ə
prosesini tam şəkildə əks etdirir.
Q ədim türk yazısı abidələrinin dilində adlar və köm əkçi
fellərdən ibarət olan tərkibi fellərin dörd tipi işlənir:
1. K om ponentləri adlardan və bo l «oImaq» köm əkçi
felindən ibarət olan tərkibi fellər. B elə tərkibi fellər təsirsiz
hərəkət bildirir. Tərkibi felə təsirsizlik mənasmı təsirsiz olan
öo/«olm aq» feli verir.
2. K om ponentləri adlardan və k ıl «qümaq» köm əkçi
felindən ibarət olan tərkibi fellər. K ıl «qılmaq» köməkçi feli
təsirli olduğu üçün tərkibi fel də təsirli olur.
3. K om ponentləri adlardan və it/e t «etmək» köm əkçi
felindən ibarət olan tərkibi fellər. İt/e t «etmək» köməkçi feli
təsirlidir, buna görə də onun yaratdığı tərkibi fellər də təsirli
olur.
4. K om ponentləri adlardan və ir/er naqis felmdən ibarət
olan tərkibi fellər. İr/er naqis felini Azərbaycan dilinə dəqiq
tərcüm ə etm ək m üm kün deyildir. Düzdür, Azərbaycan dilçiləri
bu feli im ə k feli kimi təqdim cdirlər, lakin nə A zərbaycan
dilində, nə də digər türk dillərində im ə k tərkibli m əsd ər
olmamışdır. Belə deyək; ir/er naqis feli Azərbaycan dilində
(habelə digər türk dillərində) işlənən idi, im iş, ikən, is ə
3 9 0
sözlərindəki i morfeminə bərabordir. Bu naqis fel təsirlilik-
təsirsizlik baxımından neytraldır - onu təsırli fellərə də, təsirsiz
fellərə də daxil etm ək olmaz. /r/e r naqis feli öz əsas
fiınksiyasmda, yəni naqis fel olm aq vəzifəsində söz yaradıcıhğı
prosesində, yəni tərkibi fellər yaratm aq prosesində iştirak edə
bilmir. Q ədim türk yazısı abidələrinin m ətnlərində aşkar edilmiş
və komponenti ir/er naqis feli ilə ifadə olunan tərkibi fellərdə
naqis fel it/e t köməkçi felinin, bir nüm unədə isə bol «oImaq»
köməkçi felinin vəzifəsini yerinə yetirir. Buna görə də bu naqis
fclin əm ələ gətirdyii tərkibi fel birinci halda təsirli, ikinci halda
təsirsiz olur.
Bu dörd feldən b o l «oImaq» v ə it/e t «etm ək» felləri ir/er
felinə nisbətən daha sərbəstdir. Q ədim türk yazısı abidələrinin
mətnlərində bu üç fel m üstəqil, leksik m ənah fellər - vervum
fınitim kimi d ə çıxış edir, ir/er naqis feli isə qədim türk yazısı
abidələrinin m ətnlərində aşkar edilm iş üç nüm unədən başqa hər
yerdə qramm atik, yəni sözdəyişdirici ünsür, vasitə kimi çıxış
edir. B o l «olmaq», k ıl «qılm aq» və it/e t «etm ək» felləri
müstəqil, leksik mənada işlənərək söz birləşm əsinə
tərkibi
fellərə daxil olmur, onlardan asıh olan sözləri sərbəst şəkildə
ifadə edir və eüm lənin m üstəqil üzvü vəzifəsini yerinə yetirir.
M əsələn: Teljri təg tetjridə bolm uş türk bilgə kağan bu ödkə
olurtım (K T c 1) «Tann tək tanndan olmuş türk müdrik xaqam
bu vaxt (taxta) oturdum». Bu eüm lədə bolm ış «oImuş» feli
(cümlədə feli sifət kimi çıxış edir) özündən əvvəl gələn sözləri
idarə edərək kağan «xaqan» sözünün (cümlənin m übtədasının)
təyini rolunda çıxış edir. B ilg ə T onyukuk ben özüm T abğaç ilitjə
kılın tım (T 1) «Müdrik Tonyukuk m ən özüm Tabğaç elinə
(torbiyə üçün) göndərildim». Bu eüm lədə k ıl «qılmaq» feli
cümlənin m üstəqil xəbəridir, felin şühudi keçm iş zamanımn
birinci şəxsində işlənir, felin qayıdış növündədir.
Tetjri
yarhkaduk üçün özüm olurtukım a tört bulufjdakı bodunığ etdim ,
yaratdım (B K şm 9) «Tann buyurduğu üçün özüm (xaqan)
oturduqda dörd tərəfdəki xalqı təşkil etdim, yaratdım». Bu
cümlənin xəbəri felin şühudi keçmiş zamanı birinci şəxsin
təkində işlənm iş itdim«Q\dÄmy> feli ilə ifadə edilimşdir.
Q ədim türk yazısı abidələrinin dilində tərkibi fel yaratm aq
üçün bol «olmaq», kıl «qılmaq», it/e t «etmək» köməkçi felləri,
habelə ir/er naqis feli adlara - isim, sifət, say, feli sifətlərə,
habelə bar «var» və y o k «yox» predikativ sözlərino qoşulur.
Tərkibi felin ad komponenti həm işə qeyri-m üəyyən təsirlik
halda işlənir. Tərkibi felin əsas leksik m ənası ad komponentinin
leksik m ənası ilə m üəyyənləşir, köm əkçi fel isə qram m atik
m ənanı formalaşdırır.
1. B o l «olmaq» köməkçi felinin iştirakı ilə yaranan tərkibi
fellər. Q ədim türk yazısı abidələrinin dilində bol «olmaq» feli
m üxtəlif nitq hissələrinə birləşərək tərkibi fellər düzəldir.
Tərkibi felin ad komponentinin, hansı nitq hissəsi ilə
ifadəsindən asılı olaraq, ikinci komponenti bol «olmaq»
köm əkçi feli ilə ifadə edilmiş tərkibi felləri belə qruplaşdırmaq
olar:
a) Tərkibi komponentin birinci tərəfı isim lərlə ifadə edilir;
k u l bol (K T ş 11) «qul olmaq», k ə rg ə k bol (K T şm 10)
«ölm ək», y a ğ ı bol (K T şm 1) «yağı olmaq», bodun bo l {K J ş
11) «xalq olm aq», karı boI{T 56) «qocaimaq», ər 6o /(K T ş 12)
«ıgid olmaq» , sütjüs ö o /(K T 9) «döyüş olmaq» və s.
b) Tərkibi felin birinci komponenti sifətlə ifadə edilir:
y a b ız b o I{B K ş 32) «pis olmaq», ya b la k b o l (K T şm 11) «xarab
olmaq», uluğ b o l (T 56), «ulu olmaq», ka h n bol (T 13) «qalm
olm aq» və s.
c) Tərkibi felin birinci komponenti düzəltm ə sifətlə ifadə
edilir: bu/Jısjz boJ{B K c 14) «dərdsiz olmaq».
ç) Tərkibi fclin birinci komponenti feli sifətlə ifadə edilir:
körm əz təg bol (K T şm 10’') «görməz təki olmaq», b ilm ə z tə g
/jo /(K T şm 10) «bilm əz kimi oImaq».
d) Tərkibi felin birinci komponenti y o k «yox» prcdukativ
sözü ilə ifadə edilir: y o k Z>o/(KT ş 11) «m əhv olmaq».
2. K ıl «qılmaq» köməkçi feli ilə düzələn tərkibi fcllər.
Q ədim türk yazısı abidələrinin dilində k ıl «qılmaq» köm əkçi
felinin iştirakı ilə düzələn tərkibi fellər nisbətən az işlənir. K ıl
«qılmaq» köm əkçi feli də m üxtəlif nitq hissələrinə qoşulub
tərkibi fel əm ələ gətirə bilir, lakin onun əm ələ gətirdiyi tərkibi
feliərin leksik-semantik m ənası bol «oIm.aq» köm əkçi felinin
əm ələ gətirdiyi tərkibi fellərin leksik-semantik m ənasından çox
zəifdir. Görünür, türk dillərinin qədim türk yazısı abidələri
dövründə k ıl «qlmaq» köm əkçi felinin sözyaratma vəzifəsi
zəifləm əyə başlamışmış. Müasir türk dillərində, o cüm lədən
Azərbaycan dilində, bir-iki təsadüfü çıxsaq, k ıl «qlmaq» feli söz
yaradıcılığı prosesində iştirak etmir.
a) Tərkibi felin birinci komponenti isim lə ifadə edilir: baz
1 //( K T ş 30) «tabe etmək», y a z ı Xr//(MÇ 16) «cəzalandırm aq»,
k iş i k ıl (Y 6 ) «adam ctmək»,
ot-sub k ıl (K T ş 27)
«cəzalandırmaq», u r u ş k ıl(0 10) «vuruşmaq».
b) Tərkibi felin birinci komponenti sifotlə ifadə edilir: bay
/://(K T ş 29) «varlı etm ək», y ə g k ıI { ¥ J \ ş 29) «yaxşılıq ctm ək».
c) Tərkibi fclin birinci komponenti düzəltm ə sifətlə ifadə
cdilir: y a ğ ıs ız k ıl{ K l ş 30) «yağısız ctm ək», b u ljıs ız k ıl(BK şm
12) «dərdsiz ctmək».
ç) Tərkibi felin birinci komponcnti qcyri-m üəyyən miqdar
sayı ilə ifadə olunur: üküş k ı I { K l ş 29) «çoxaltmaq».
d) Tərkibi felin birinci komponenti y o k «yox» predikativ
sözü ilə ifadə edilir: y o k k ıI{ M Ç 14) «m əhv etmək».
3. İt/et «etmək» köm əkçi fcli vasitəsilə düzələn tərkibi
fellər. Əvvəlki iki köməkçi felə nisbətən bu köm əkçi fcl
sözdüzəldici (feldüzəldici) ünsür kimi az m əhsuldardır. Ə vvəlki
iki köməkçi fcldən fərqli olaraq, it/e t «etmək» köm əkçi feli
təkcə isimlərə birləşə
bilər. Q ədim türk yazısı abidələrinin
dilində bu köməkçi fclin iştirakı ilə cəm i bir noçə tərkibi fclin
düzəldiyi müşahidə cdilmişdir: m ağ it (B K c 15) «tərifləınək»,
çərig it (KÇ 9) «qoşun göndərm ək», il e t (M Ç 1) «el
düzəltm ək», törüg e t (K T ş 3) «qanun yaratmaq». Sonuncu
nünıunədən göründüyü kimi, bol «olmaq» və k ıl «qılmaq»
köm əkçi felləri təkcə qeyri-m üəyyən təsirlik halda işlənən
adlara qoşulurdusa, it/c t «etmək» köm əkçi feli m üəyyən təsirlik
halda işlənən adiara da qoşula bilir.
4 . İr/er naqis fclinin iştirakı ilə düzələn tərkibi fellər.
M üasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də ir/er naqis feli və onun m üasir türk
dillərindəki variantalan naqis fel vəzifəsində işlnərkən sö z
yaradıcılığında (tərkibi fellər düzəltm əkdə) iştirak etmir, tə k c ə
qram m atik vasitə rolunu oynayır, m üxtəlif zaman və m o d alh q
m ənalarm m yaranm asm da iştirak edir. Lakin qədim türk y azısı
abidələrinin dilində ir/er naqis felinin semantikası və v əzifələri,
müasir
türk
dillərindəkinə
nisbətən
olduqca
geniş
v ə
rəngarəngdir. Q ədim türk yazısı abidələrinin dilində ir/er naqis
feli təsdiq və inkar aspekti, felin m əna növləri, şəkilləri,
zam anlarm da işlənir, adlarm yaradılmasm da iştirak edir, çoxlu
digər v əzifələri yerinə yetirir ki, bunlarm heç biri müasir türk
dillərində yoxdur. Bu felin sözyaratm a vəzifəsi isə, praktik
olaraq, sıfıra bərabərdir. Q ədinı türk yazısı abidələrinin dilində
bu naqis fel vasitəsilə cəm i üç tərkibi fel düzəlir ki, onlardan
ikisi eyni bir sözdür: y o lu k er (O 9) «m əhv olmaq», y o ğ ertür
(K T şm ş, B K c 10) «dəfn etdirm ək».
A dlardan v ə konkret leksik m ənah fellərdən düzələn
tərkibi fellər. Q ədim türk yazısı abidələrinin dilində adlardan və
konkret leksik m ənası olan fellərdən düzələn tərkibi fellər də
işlənir. Belə tərkibi fellərin birinci kom ponenti adlarla, ikinci
komponenti leksik m ənası olan fcllərlə ifadə olunur. Türk
dillərində, o cüm lədən qədim türk yazısı abidələrinin dilində
adlarm fellərlə birləşm əsi nəticəsində frazeoloji vahidlər əm ələ
gəlir. Frazeoloji vah id lər bir leksika m əna ifadə edir və tərkib
hissələrinə parçalanm ır. M əsələn, atbir«diĞ. vermək», tiItutnĞ A
tutm aq», bodun başla, «rəhbər!ik etm ək», əm g ək kör «^ziyy'dt.
görm ək» tərkibi fellərini kom ponentlərinə ayırdıqda mənasız
söz toplusu əm ələ gələcəkdir.
Q ədim türk yazısı abidələrinin dilində adlardan və konkret
m ənah fellərdən d üzələn tərkibi felləri ad komponentinin ifadə
etdiyi leksik-sem antik m ənaya və morfoloji əlam ətinə görə belə
qruplaşdırm aq olar;
1.
Tərkibi feUn birinci komponenti isim lərlə (müəyyən və
qeyri-m üəyyən təsirlik hal, yönlük, yerlik və istiqamət hallan),
ikinci kom ponenti konkret m ənah fellərlə ifadə edilir. Tərkibi
felin ad kom ponenti m ü x təlif m ənalar ifadə edə bilər. Türkolojı
ədəbiyyatda belə bir fıkir m övcuddur ki, tərkibi fellərin birinci
kom ponenti adlıq halda işlənən isim lərlə də ifadə edilir. Lakin
3 9 4
ismin hal şəkilçsinin olmaması hələ onun adhq halda işlənm əsi
demok deyildir. M əlum dur ki, ismin qeyri-m üəyyən yiyəlik və
təsirük hallarm da da söz şəkilçisiz işlənir. Tərkibi fellərdə
birincti komponcnt kim i işlənən şəkilçisiz söz ismin təsirlik
halında duran sözdən başqa bir şey deiyldir.
Birinci kom ponent kimi işlənən sözün ismin hansı hahnda
olması ilə əlaqədar olaraq bu tərkibi felləri belə qruplaşdırm aq
olar;
a) Tərkibi felin birinci komponenti ismin qeyri-m üəyyən
təsirlik hahnda işlənir. Belə tərkibi fellər m ü xtəlif sem antik
məna ifadə etdiyindən onlann ham ısı üçün ümumi m əna
m üəyyənləşdirm ok mümkün deyildir: adak kam aş (K T şm 7)
«yorlumaq», at b ir { K J ş 20) «ad vcrm ək», bodun başJa (Y 45)
«rəhbərlik etm ək», il tut{YJX c 8) «cl mtm aq», ə m g ə k kö r{Y JJ
ş 19) «əziyyət görmək», til tut (Mç 24) «dil tutmaq», balbal tik
(K T ş 16) «balbaq qoymaq» və s.
b) Tərkibi felin birinci komponenti m üəyyən təsirlik halda
işlənir; k ıy ın ığ a y {1 32) «cəzalandırmaq», ilig tut {K /l ş 3) «el
tutmaq», isig -kü çig bcr { K J ş 7) «zəhm ət çəkm ək», atıg b e r { 0
6) «ad verm ək», ilin-törüsin tu t {¥/T ş 1) «dövlət düzəltm ək»
və s.
c) Tərkibi fclin birinci komponenti yönlük halda işlənən
isim lərlə ifadə olunur. Qədim türk yazısı abidələrinin dilində
belə tərkibli fellər az işlənir. Onlar h ərəkətin istiqamətini
bildirir; b ö d kə k ö r { K J c 11) «tabe olmaq», cb itjə kir{B ,¥^ şm
14) «qayıtmaq».
ç) T ərkibi fellərin birinci komponenti istiqam ət hahnda
işlənən isim lərlə ifadə olunur. B clə tərkibli fellərin işlənm əsinə
qədim türk yazısı abidələrinin dilində nadir hallarda tə səd ü f
edilir; tırigrü ig it (K T ş 29) «diriltm ək (hərfən: yaşamağa
yüksəltm ək)».
d) Tərkibi felin birinci komponenti yerlik halda işlənən
isim lərlə ifadə olunur. Bu tip tərkibli fellər də qədim türk yazısı
abidələrinin dilində nadir hallarda təsəd ü f edilir; tö p əsin tə tu t
(K T ş 11) «yüksəltm ək, qaldu-maq».
2. Tərkibi felin birinci komponenti sifətlərlo, ikinci
kom ponenti konkret leksik mənalı fellərlə ifadə olunur. B elə
tərkibli fellər əlarnət və keylıyyət məfhum u ilə bağh olan
m ü x təlif semantik m ənalar ifadə edir. Qədim türk yazısı
abidələrinin dilində bu tip tərkibi fellər az işlənir: edgü k ö r{K .J
ş 23) «xoşbəxt olm aq», ya b la k kigür (K T ş 23) «xəyanət
etm ək», ya b la k sakın (MÇ l i) «pis niyyətə düşmək».
3. Tərkibi felin birinci komponenti zərflərlə, ikinci
komponenti konkret m ənalı fellərlə ifadə edilir. Belə tərkibi
fellər hərək ətin tərzini, istiqamətini və s. bildirir. Qədim türk
yazısı abidələrinin dilində bu tip tərkibi fellər də nadir hallarda
işlənir; yö g ərii k ö r (B K ş 2) «yuxarı baxmaq», yögərii kötür
(K T ş 11) «yüksəltm ək», otça-borça k ə l (K T ş 37) «qızıb
gəlm ək», örtçə k ız ( T 40) «alov kimi qızmaq».
Y axm v ə ya antonim m ənalı fellərdən düzələn tərkibi
fellər. Q ədim türk yazısı abidələrinin dilində tərkibi fellərin
düzəldilm əsi üsullarmdan biri də iki felin birləşməsi vasitəsilə
söz yaradıcıhğıdır. M əlum olduğu kimi, türk dillərində
m ürəkkəb və tərkibi sözlər təkcə yaxın m ənalı sözlərin deyil,
həm də antonim m ənah sözlərin birləşm əsi yolu ilə də yaramr.
Bu qayda fellərə de aiddir. M üasir türk dillərində olduğu kimi,
qədim tiirk yazısı abidələrinin dilində də iki eyni, yaxın və ya
antonim m ənalı felin birləşm əsi yolu ilə tərkibi fellər yaranır.
Q ədim türk yazısı abidələrinin dilində birləşib tərkibi fel
əm ələ gətirən fellər öz leksik-sem antik mənalarım qismən itirir
və h ər iki felin sem antikasına əsaslanan yeni leksik-semantik
m əna əm ələ gətirir. B elə cüt fellər, adətən, başqa dilə bir söz
kimi tərcüm ə edilir. Lakin bir sıra hallarda tərkibi felin
kom ponentləri öz əvvəlki leksik-semantik mənalannı qoruyub
saxlayır. Buna görə də onlar həm cins fellərə bənzəyir və
tədqiqatçılar da b əzən onları həm cins fellər kimi qəbul edir.
Lakin bu xariei bənzəyiş aldadıcıdır. Ə vvələn, qədim türk yazısı
abidələrinin dilində tərkibi fellərə daxil olan fel cütlüyü hər iki
fel üçün ümum i olan bir m əna ifadə edir, halbuki həracins
fellərin hərəsinin özünəm əxsus leksik mənası olur. İkincisi.
tərkibi fellərin kom ponentləri antonim mənalı fellərlə də ifadə
edilir, halbuki həm cins fellər antonim m ənah ola bilməz.
3 96
Q ədim türk yazısı abidələrinin dilində iki feldən düzələn
tərkibi felləri kom poncntlərinin ifadə etdikləri m ənaya görə iki
qrupa ayırm aq olar: 1) komponentləri yaxın m ənah fellərlo ifadə
edilən tərkibi fellər; 2) komponentləri antonim m ənah fellərlə
ifadə edilən tərkibi fellər.
1. K om poncntləri yaxın mənalı fellərlə ifadə ediiən tərki-
bi fellər. Q əd im türk yazısı abidələrinin dilində iki felin bir-
ləşməsi vasitəsilə əm ələ gələn fellərin əksəriyyəti komponent-
ləri yaxın m ənah fellərlə ifadə cdilən tərkibi fcllərin payına
düşür: alkın-arıl (K T c 9) «məhv olmaq (hərfən: alınmaq-
azılmaq)», b il-ö (K Ç 28) «bilm ək-fıkirləşm ək (hərfən: bilm ək-
öyrənm ək)» ögür-sabin (BK ş 2) «scvinmək (hərfən: f;« r ctmək
- scvinmək)», er-b a r{K T ş 23, BK ş 29) «m övcud olmaq», it-ay
(KÇ 19) «idarə etm ək (hərfən: etm ək-çağırm aq)», ö l-y it {K T ş
28) «m əhv olm aq (hərfən: ölm ək - sona yetm ək)», tir-kobart
(K T ş 12, MÇ 5) «toplamaq, birləşdirm ək (hərfən: qaldırmaq-
toplamaq)».
2. K om ponentləri antonim m ənah fellərlə ifadə cdilən
tərkibi fcllər. Q ədim türk yazısı abidələrinin dilində kompo-
nentləri antonim m ənah fellərlə ifadə edilən cəmi bir t;)rkibi
fclin işləndiyi m üşahidə edılmişdir: tu r-ö l{K T c 9) «əldən düş-
ınək, zəifləm ək (hərfən: durmaq-ölmək, yaşam aq-ölm ək)».
Qədim türk yazısı abidələrinin dilində m üşahidə cdilən
cüt fcllərlə tərkibi fellərin düzəldilm əsi üsulu müasir türk
dillərində qorunub saxlanmamışdır. Müasir türk dillərində bu
üsulla təkcə isim, sifət və zərflər düzəldilir.
Dostları ilə paylaş: |