Dərs vəsaiti baki nurlan 2 0 0 6



Yüklə 17,8 Mb.
Pdf görüntüsü
səhifə32/59
tarix07.09.2017
ölçüsü17,8 Mb.
#29251
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

406
sonunda  işlənir;  fellərdə  fel  kökündən  (və  ya  son  sözdüzüldici 
şəkilçidən)  sonra  inkarlıq,  felin  m əna  növləri,  şəkil,  zam an  və 
şəxs  şəkilçiləri  işlənir.
Q ədim   türk  yazısı  abidələrinin  dilində  şəkilçilər  əsas 
qrammatik  vasitələrdir  (qrammatik  m əna  əm ələ  gətirm ək  üçün 
istifadə edilən dil  ünsürlərinə qrammatik v asitələr deyilir).
M üasir  türk  dilləri  üçün  kök  və  şəkilçi  arasm da  göstərilən 
m ünasibətlər  eyni  ilə  qədim   türk  yazısı  abidələrinin  dilində 
işlənən  kök  və  şəkilçilərə  də  aiddir.  K ök  və  şəkilçi  arasmda  bu 
m ünasibətləri  göstərirlər.
«1.  K ök  m orfem ə  qoşulan  şəkilçi  ah ən g   qanuna  tabe 
olaraq əsas  hecanm   fonetik quruluşu  ilə uzlaşır...
2.  K ökə  yaxud  əsasa  qoşulan  morfoloji  əlam ətlərin 
saymdan  asılı  olm ayaraq,  hər  biri  ayrıhqda  malik  olduğu 
qrammatik,  yaxud  Icksik mənanı  m ühafızə  edir.
3.  K ö kə  artınlan  şəkilçilər  (istər  leksik,  istərsə  də 
qrammatik)  onun  fonetik  quruluşunda,  ilkin  form asm da  heç  bır 
dəyişiklik yaratmır.
4.  Bir  qayda  olaraq,  kökə  əvvəlcə  sözdüzəldici,  sonra 
sözdəyişdirici  şəkilçi artınlır.  Bu sıranm  əksi  m üm kün  deyil.
5. 
Sözün  tərkibində  eyni  zam anda  bir  katcqoriyanm   iki 
morfoloji  əlam ətinin  işlənm əsi  qeyri-m üm ükündür».'
Bıı  sonuncu  prinsip  təkcə  felin  icbar  növündə  pozulur: 
felin  icbar  növünü  əm ələ  gətirən  bir  neçə  şəkilçinin  bir-birınm 
ardmca  işlənm əsi  istər  müasir  türk  dilləri,  istərsə  qədim   türk 
yazıs)  abi’d ələrinin dili  üçün  məqbul  sayılır: yazdırtdır,  oxutdurt.
M orfologiyanm   tədqiqat obyektlərindən  biri  də  qramm atik 
katcqoriyalardır.  B əzən  dilçilikdə  qrammatik  katcqoriya  anlayışı 
daha  gcniş  m ənada  götürülür,  buraya  hətta  nitq  h issələ n   də 
daxil  edilir  v ə  m orfologiya  bütövlükdə  qram m atik  katcqoriyalar 
haqqmda  təlim   kimi  qəbul  edilir.  Lakin  əksər  hallarda  dilçilər 
qrammatik  kateqoriya  dcdikdə  eyni  və  ya  oxşar  qramm atik 
hadisələrin  m əcm usunu,  toplusunu  nəzərdə  tuturlar.  Qrammatik 
kateqoriyaya  belə  bir tə rif də  verirlər;  «Qrammatik  kateqoriyaya

m üəyyən  qramm atik  m ənam n  paradiqmatik  planda  xüsusi 
sözdəyişdirici  şəkilçilərlə  sistem şəklində ifadəsinə deyilir»J
Bu  təriflə  razılaşm aq  olmaz,  çünki  bu  tərifdən  belə  nəticə 
çıxır  ki,  qramm atik  kateqoriya  təkcə  şəkilçilər  vasitəsilə  əm ələ 
gəlir.  Lakin  dünyanm  elə  dilləri  vardır  ki,  onlarda  qrammatik 
kateqoriyalar  digər  qram m atik  vasitələrlə  (m əsələn,  alman  və 
fransız  dillərində  qram m atik  cins  kateqoriyası  artikllə,  ingilis 
dilində  qramm atik  kəm iyyət  kateqoriyası  şəkilçi  ilə  yanaşı 
arkikllə  də  yaradılır)  də  ifadə  edilir.  Buna  görə  də  qrammatik 
kateqoriyaya  verilən  tərifı  belə  ifadə  etm ək  daha  düzgün  olardı; 
Q ram m atik  m ənanm   paradiqmatik  planda  xüsusi  qrammatik 
vasitələrlə  sistem  şəklində  ifadəsinə  qrammatik kateqoriya deyi- 
lir.  D em əli,  qram m atik  kateqoriya  yaratmaq  üçün  1)  qrammatik 
vasitələrin  mövcud  olması  v ə  2)  həm in  vasitələrm   sistem  təşkil 
etm əsi  zəruridir.  M ü ə j^ ə n   bir  dil  hadisəsini  ifadə  etmək  üçün 
dilin  qramm atik vasitələri  yoxdursa,  onda həm in  dildə  həm in dil 
hadisəsindən  qramm atik  hadisə  (qrammatik  kateqoriya)  kimi 
danışm aq  olmaz;  əg ər  dildə  m üəyyən  bir  dil  hadisəsini  ifadə 
etm ək  üçün  dilin  bircə  qramm atik  vasitəsi,  təkcə  bir  qrammatik 
ünsürü  varsa,  yenə  də  qramm atik  kateqoriyadan  danışmaq  ol- 
maz.  M əsələn,  m üasir türk  dillərində,  o  cüm lədən  müasir  Azər- 
baycan  dihndə  cins  anlayışı  mövcuddur.  Lakin  bu  anlayış 
qram m atik  vasitələrlə  deyil,  leksik  üsulla  ifadə  edildiyi  üçün 
müasir  türk  dillərində,  o  cüm lədən  müasir  Azərbaycan  dihndə 
qram m atik  cins  kateqoriyasm dan  damşmaq  olmaz.  Digər  tərəf- 
dən,  qramm atik  anlayış  dildə  bir  qrammatik  vasitə  ilə,  bir 
qram m atik  ünsürlə  ifadə  edihrsə,  yenə  də  diidə  qrammatik 
kateqoriyanm  m övcudluğundan.  söhbət  belə  gedə  bilməz. 
Q ram m atik  kateqoriya  təşkil  etmək  üçün,  dildə  qrammatik 
kateqoriyanm   mövcud  olm ası  üçün  dildə  ən  azı  iki  qrammatik 
ünsür,  iki  eyni  və  ya  oxşar  cinsh  qrammatik  mənanm  ifadə 
vasitəsi  olm ah  və  onlar  sistem  təşkil  etməUdir. 
D ilçihkdə 
sistem ə  belə  tə rif verihr;  Sistem  qarşıhqh  şərtlənm iş  eynicinsli 
ünsürlərin  vəhdətidir.  Qrammatik  kateqoriya  haqqmda  bura-
y a d ə k   d e y i l ə n l ə r   b ü t ü n   t ü r k   d i l l ə r i   i l ə   y a n a ş ı ,   q ə d i m   t ü r k   y a z ı s ı
a b i d ə l ə r i n i n   d i H n ə   d ə   a i d d i r .
D ü n y a   d i l l ə r i n d ə   q r a m m a t i k  
i f a d ə  
v a s i t ə l ə r i  
m ü x t ə l i f  
ş ə k i l d ə   t ə z a h ü r   e t d i y i   ü ç ü n   o n l a r d a   q r a m m a t i k   k a t e q o r i y a l a r   d a  
m ü x t ə l i f   ş o k i l l ə r d ə   t ə ş ə k k ü l   t a p ı r .   M ə s ə l ə n ,   q r a m m a t i k   c i n s  
k a t e q o r i y a s ı   r u s   d i l i n d ə   ş ə k i l ç i ,   a l m a n   v ə   f r a n s ı z   d i l l ə r i n d ə   a r t ı k l  
v a s i t ə s i   i l ə   i f a d ə   e d i l i r ;   q r a m m a t i k   m ə n s u b i y y ə t   k a t e q o r i y a s ı  
t ü r k   d i l l ə r i n d ə   m o r f o l o j i   ü s u l l a ,   y ə n i   k ö k ə   ş ə k i l ç i l ə r   a r t ı r m a q l a ,  
r u s   v ə   i n g i l i s   d i l l ə r i n d ə   s i n t a k t i k   ü s u l l a ,   y ə n i   s ö z l ə r i n   y a n a ş m a s ı
y o l u   i l ə   i f a d ə   e d i l i r .
Türk 
dillərində 
əhatə 
dairəsinə 
görə, 
qrammatık 
kateqoriyaları  I)  ümumi  qrammatik  kateqoriyalar  və  2)  xüsusi 
qramm atik  kateqoriyalar  dcyə  iki  qrupa  ayınrlar.  D ildə  olan 
sözlori,  dilin  lüğət  tərkibini  ikı  qütbə  bölürlər; 
adlar  qutbu 
(isim  sifət,  say  və  əvəzlik)  və  fel  qütbü.  H ər  iki  qütbü  əhatə 
edən,’  hər  iki  qütbə  aid  olan  qramm atik  kateqoriyalar  ümumı, 
qütblərdən  y a ln ı/  birinə  aid  olan  qrammatık  katcqoriyalar  isə 
xüsusi  qram m atik  kateqoriyalar  hesab  ediHr.  Inkarhq,  sual  və 
mtonasıya  h əm   adlara,  həm   də  fcllərə  aid  olduğu  uçun  umumı 
qrammatik  katcqoriya,  hal,  m ənsubiyyət,  x əb ərhk   təkcə  adiara, 
zaman,  şəkil,  şəxs,  fclin  məna  növlən  və  tərzlən ,  habclə 
təsirlilik  kateqoriyalan  təkcə  fclə  aid  olduğu  üçün  xususı
q r a m m a t i k   k a t c q o r i y a l a r a a i d e d i l i r .
Türk  dillərində  qrammatik  kateqonyalar  ıfadə  vasıtə- 
lərinin  sislem m ə  görə  binar  (ikiüzvlü)  və  çoxüzvlü  qarşılaşma 
(müxaliA)t)  təşkil  edənlər  dcyə  iki  qrupa aynhr.
A / . ə r b a y c a n  
d i l i  
ü ç ü n  
b i n a r  
v ə  
ç o x ü z v l ü  
q r a m m a t ı k  
k a t c q o r i y a l a r   b c l ə   g ö s t ə r i l i r ;   « Q r a m m a t i k   k a t c q o r i y a l a n   m o r f o -  
l o j i  ə l a m ə t l ə r   s i s t c m i n ə   v ə   ə s a s   m ə n a s ı n a   g o r ə   b ı n a r   ( ı k ı u z v   u )  
q a r ş ı l a ş m a   ( o p p o z i s i y a )   v ə   ç o x ü z v l ü   q a r ş ü a ş m a   t ə ş k ı l   c d ə n l ə r  
o l m a q l a   d a   i k i   y c r ə   b ö l m ə k   o l a r .   A z ə r b a y c a n   d .   ı n d ə   b ı n a r  
q a r ş ı l a ş m a   t ə s k i l   c d ə n ,   y ə n i   m o r f o l o j i   g ö s t ə r i c i l ə r ı n d ə   m u ə y y ə n  
q r a m m a t i k   m ə n a n m   o l m a s m a ,   y a x u d   o l m a m a s m a   g o r ə   b ı r -  
b i r i n d ə n   f ə r q l ə n ə n   k a t c q o r i y a l a r a   ı s ı m l ə r d ə   k ə m ı y y ə t ,   f c l l ə r d ə  
i n k a r l ı q   v ə   t ə s i r h l i k   k a t e q o r i y a l a r ı   n ü m u n ə   o l a   b ı l ə r .
D igər  qramm atik  kateqoriyalar  (hal,  şəxs,  zaman,  şəkı 
və s  ) çoxüzvlü qarşılaşma təşkil edir.  M əsələn,  hal  kateqorıyasmda
409

sıfır  m orfoloji  əlaın ətə  m alik  olan  adlıq  hal  məna  və  formaca 
qalan  bütün  hallara,  eləcə  də  ayrıhqda  götürülmüş  hər  hansı  bir 
hala  qarşı  durur.  Eyni  sözləri  çoxüzvlü  qarşılaşma  təşkil  edən 
digər qram m atik kateqoriyalar haqqm da da dem ək olar».'
A zərbaycan  dili  haqqm da  deyilmiş  bu  sözləri  eynilə 
qədim  türk yazısı abidələrinin diUnə də  şamil  etmək olar.
N itq  hissələri.  D ilçilərin  bir  qismi  nitq  hissələrini  də 
qram m atik  kateqoriya  hesab  edir.  N itq  hissələri  morfologiyanm 
əsas  tədqiqat obyektidir.
M üasir  türk  dillərində  sözləri  zahiri  əlam ətlərinə  görə 
m ətn  xaricində  bu  və  ya  digər nitq  hissəsinə  aid  etmək  çətindir. 
H ind-A vropa  dillərindən  (m əsələn,  rus  dilindən)  fərqU  olaraq 
türk  diUərində  bu  və  ya  digər  sözün  bu  və  ya  digər  nitq  hissə- 
sinə  m ənsubluğunu  göstərm ək  üçün  əlam ətdar  morfoloji  xüsu- 
siyyət,  göstərici  yoxdur.  Sözləri  'mətndən  kənarda  nitq  hissələ- 
rinə  ayırm aq  qədim   türk  yazısı  abidələrinin  diUndə  müasir  türk 
diUərinə  n isb ətən   daha  çətindir.  Ə gər  nitq  hissələri  müasir  türk 
diUərində  qism ən  diferensiallaşmışsa,  qədim  türk ya/ısı  abidələ- 
rinin  diUndə  sözlərin  nitq  hissələrinə  diferensiallaşması  proses 
h ələ  bitm əm işdi,  h ələ  davam  edirdi,  sözün  işlənməsi  yerindən 
asıU  olaraq  onu  bu  və  ya  digər  nitq  hissəsinə  aid  etmək  olardı. 
M əsələn:  Ü zə  k ö k   terjri,  asra y a ğ ız  y ir  kılıntukda  ekin  ara  k işi 
oğlı  kılın m ış.  K iş i  oğhnta  ü zə  eçüm   -   apam  B um ın  kağan, 
İs tə m i  kağan  olurm ış  (K T   ş  1)  «Üstdə  mavi  göylər,  aşağıda 
qonur  yer  yaradıldıqda  ikisinin  arasmda  insan  oğlu  yaradılmış. 
İnsan  oğlunun  üzərində  əcdadlanm   Bumm  xaqan,  İstəmi  xaqan 
oturm uş».  Bu  iki  cüm lənin  birincisində  üzə  sözü  yer  zərfı, 
ikincisində  qoşm a m övqeyində çıxış  edir,  deməU,  üzə sözünü bi- 
rinci  halda  z ə rf nitq  hissəsinə,  ikinci  halda  qoşma nitq  hissəsinə 
aidə  etm ək  lazımdır.  Bu xüsusiyyəti  təkcə  türk diHərinin  Orxon- 
Y enisey  inkişafı  dövründə  köm əkçi  nitq  hissələrinin  formalaş- 
m ağa  başiam ası  ilə  izah  etm ək  olmaz.  Əsas  nitq  hissələrində  də 
belə  xüsusiyyət  m üşahidə  ediUr.  K ar  və  cingiltiU  samitlərin  tam 
diferensiaUaşmaması  isim lə  sifətin,  isim lə  felin,  sifətlə  feUn 
eyni  şəkildə,  ejmi  fonetik  tərkibdə  çıxış  etməsinə  səbəb  olur.
M əsəlon,  qədim   türk  yazısı  abidələrinin  dilində  at  sözü  isim 
kimi  adw ^ 
mənalarm da,  fel  kimi  «atmaq»  m ənasm da,  ap sözü  
sifət kimi  ac,  fel kimi  «açmaq» və «acmaq»  m ənalarm da  işlənir.
Türk  diiləlrində  o,  cüm lədən  qədim   türk  yazısı  abidələ- 
rinin  diUndə  sözləri  nitq  hissələrinə  ayırmaq  üçün  onlarm  leksik 
mənasma,  morfoloji  əlam ətinə  və  sintaktik  funksiyasma  diqqət 
verm ək  lazımdır.  «M üstəqil  m ənasına,  morfoloji  əlam ətinə  və 
sintaktik  roluna  görə  qruplaşan  sözlərə  nitq  hissələri  deiylir. 
Müstəqil  m əna dedikdə,  sözün aynlıqda götüm lm üş  leksik və ya 
lüğəti  mənada  deyil,  onun  leksik-qrammatik  m ənası  nəzərdə 
tutulur.  Dilin  lüğət  tərkibinə  daxil  olan  hər  hansı  bir  söz  öz- 
özlü j^n d ə  götürüldükdə  nitq  hissəsi  hesab  oluna  bilm əz;  çünki 
öz-özlüyündə  söz  yalnız  leksik-lüğəvi  m ənaya  malik  olur, 
qrammatik  m ənaya  malik  olmur.  H ər  hansı  bir  sözün  h ər  hansı 
bir  nitq  hissəsinə  aid  olm ası  üçün  həm in  söz  leksik  m əna  ilə 
yanaşı  olaraq,  qrammatik  m əna  da  kəsb  etm əlidir.  Qrammatik 
m əna  isə  sözün  öz  daxilində  olmur,  qrammatik  form alarla  mey- 
dana  çıxır.  D em əli,  sözlər  nitq  hissələrinə  bölünm ək  üçün  dilin 
qrammatik  quruluşuna  xas  olan  qramm atik  kateqoriyalara  malik 
olmalıdır.  Qrammatik  kateqoriyalarm   da  əsasm ı  qramm atik 
formalar  (morfoloji əlam ətlər,  sintaktik vasitələr)  təşkil  edir.
Beləlilkə,  leksik  m ənaya  m alik  olan  sözlər  qram m atik 
məna  kəsb  etdikdə  qrammatik  formaya  də  yiyələnir.  Qram m atik 
m əna  və  qramm atik  forma  daşıyan  h ə r  hansı  bir  söz  isə  mütləq 
sintaktik rola da malik olmalıdır.
Qram m atik  mənanm  həm   morfoloji  ifadə  vasitələri,  həm  
də  sintaktik  ifadə  vasitələri  vardır.  Q rammatik  m ənam n  morfo- 
loji  ifadə  vasitəsinə  sözlərin  və  vurğulann  dəyişm əsi  (şəkilçilər 
və  dəyişən  vurğular);  qrammatik  m ənanm   sintaktik  ifadə  vasitə- 
lərinə  isə  sözlərin  bir-birinə  yanaşması,  intonasiya  və  söz  sırası 
daxildir».'
D em əli,  türk  dillərində  sözləri  nitq  hissələrində  qruplaş- 
dırmaq  üçün  üç xüsusiyyət nəzərə almır:
I .  Sözün  leksik mənası;

2.  Sözün  morfbloji əlam əti;
3.  Sözün cüm lədəki  sintaictik vəzifəsi.
Bu  nöqteyi-nəzərdən  türk  dillərində  nitq  hissələrini  m üx- 
tə lif cür qruplaşdırırlar.  Ən çox yayılmış bölgüdə nitq  hissələrini 
üç  qrupda  birləşdirirlər:  əsas  nitq  hissələri,  köm əkçi  nitq  hissə- 
ləri  və  nida.  Leksik  mənası,  morfoloji  əlam əti  olan  və  cüm lədə 
m üəyyən  bir  sintaktik  vəzifə  daşıyan  (cümlə  üzvü  ola  bilən) 
sözlər  əsas  nitq  hissələrinə  daxil  edihr.  Emosiya  bildirən  söz- 
lərdən  başqa  qalan  bütün  sözlər  köm əkçi  nitq  hissələrində  bir- 
ləşdirilir.  Em osiya  bildirən  sözlər  isə  nidalar  adlanddınhr.  Bu 
baxımdan  m əqlidi  sözləri  heç  bir  qrupa  aid  etm ək  olmur,  çünki 
əsas  nitq  h issələrin ə  aid  edilm ək  üçün  belə  sözlərin  müstəqil 
leksik m ənalan  yoxdur.  D igər  tərəfdən,  onlan  köməkçi  nitq  his- 
sələrinə  də  aid  etm ək  olmaz,  çünki  onlarm  morfoloji  əlam əti 
olur  (sözdəyişdiricı  və  sözdüzəldici  şəkilçik^r  qəbul  edir)  və 
cüm lədə  m üəyyən  sintaktık  vəzifə  daşıyır  (cüm lə  üzvlərindən 
biri  ola bihr).
M əlum   olduğu  kirni,  türk  diHərinin  Orxon-Ycnisey 
inkişafı  dövründə  (VI-VIII  yüzilHklər)  onlarda  sözlər  hələ  tam 
diferensiallaşmamışdı.  Ancaq  bu  heç  də  o  dem ək  dcyildir  ki, 
həm in  dövrdə  işlədilm iş  sözk^ri  nitq  hissələrinə  ayırmaq  olmaz. 
tnkişafmm  hələ  Orxon-Yenisey yazısı abidələri  dövründə  qədim 
türk  qəbilələrinin  dilləri  m ükəm m əl  qrammatik  quruluşa,  o 
cüm iədən  morfoloji  quruluşa  malik  idi,  nitq  hissələrinin  difercn- 
siallaşması  prosesinin  bitrnəm əsinə  baxmayaraq,  nitq  hissələ- 
rinin  artıq  toşəkkül  tapmasmı  söyİəm ək olar.  Buna görə  də  müa- 
sir  türk  dillərində  indi  rast  gəlinən  nitq  hissələrinin  demək  olar 
ki,  ham ısm a  qədim   türk  yazısı  abidələrinin  dilində  də  rast  gəl- 
mək  olur.  Ə lbəttə,  qədim  türk  yazısı  abidələri  dövründə  türk qə- 
bilələrinin  dilı  müasir  türk  dillərinin  inkişafı  səviyyəsində 
deyildi  və  ola  da  bilməzdi.  Buna görə  də  bəzi  nitq  hissələrindən 
abidələrin  dilində  bir-iki  nüm unəyə  rast  gəlirik.  Sözlərin  nitq 
hissələrinə  h ələ  z ə if  diferensiallaşmasma  baxmayaraq,  qədim  
tükr  yazısı  abidələrinin  dilində  aşağıdakı  nitq  hissələrinin 
təşəkkül tapdığı  m üşahidə  edihr;
1.  İsim
2.  Sifət
3.  Say
4.  Ə vəzhk
5.  Fel
6 .  Z ərf
7.  Qoşma
8 .  Bağlayıcı
9.  Ədat
10.  (Modal  sözlər)
11.  Nida
12.  Təqlidi  sözlər
13.  Prcdikativ sözlər
Bunlardan  isim,  sifət,  say,  əvəzlik,  fel  və  z ə rf  əsas  nitq 
hissələrinə,  qoşma,  bağlayıcı,  modal  sözlər  və  ədat  köməkçi 
nitq  hissələrinə daxildir.  Nida,  təqlidi  sözlər və predikativ  sözlər 
hərəsi  aynca qrup təşkii edir.
Q ədim   türk  yazısı  abidələrinin  dilini  araşdırmaqla  m əşğul 
olmuş  bir  sıra  görkəmli  tədqiqatçılar  abidələrin  dilində  modal 
sözlərin  işləndiyini  söyləyir,  erinç  sözünü  nüm unə  gətirirlər. 
Əgər  bu  söz  modal  sözdürsə,  onda  abidələrin  dilində  aynca  nitq 
hissəsi  kimi  modal  sözlərin  də  mövcud  olm asmdan  danışmaq 
olar.
M üasir  türk  dillərində  «bağlama»  kimi  ay n ca  bir  nitq 
hissəsinin  də  olduğu  göstərilir.  Qədim  türk  yazısı  abidələrinin 
dilində  belə  bir  nitq  hissəsi  yoxdur.  M üasir  türk  dillərində  idi, 
imi:<,  iknn,  isi) «bağlama»  hesab  olunur.  Bu  sözlərin  kökü  qədim  
türk  yazısı  abidələrinin  dilində  -/rşək lin d ə  m üstəqil,  lakin  naqis 
fcl  kimi  işlənir  və  əsas  fel  kimi. şəklə,  zamana  və  şəxsə  görə 
dəyişir.  Buna  görə  də  həm in  söz  m üstəqil  nitq  hissəsi  hesab 
edilmir,  fclin  tərkib  hissəsi  sayıhr.
Q ədim   türk  yazısı  abidələnnin  dilində  müstəqil  şəkildə 
işlənən  təqlidi  sözlərə  təsadüf edilmir.  A bidələrin  dilində  təqlidi 
sözlərdən  törəmiş  sözlərin  işləndiyinə  rast  gəlm ək  olur.  Buna 
görə  də  burada  təqlidi  sözlər  aynca  bir  nitq  hissəsi  kimi 
götürülür.
Bunlardan  başqa,  qədim   türk  yazısı  abidələrinin  dihndə, 
m əhdud  şəkildə  olsa  da,  predikativ  sözlərin  işlənm əsinə  də 
təsadüf cdilir.

A dətən,  dilçilik  ədəbiyyatında  nitq  hissələrindən  isim , 
sifət,  say  v ə  əvəziik  adlar  adı  altmda  birləşdirilir  və  nitq  h issə- 
ləri  iki qütbə  ayrıhr:  adlar və  fel.  Əsas nitq hissələrindən z ə rf b u  
qütblərin  heç  birinə  daxiJ  olmur,  lakin  öz  vəzifəsinə  görə  felə 
xidm ət  edir.  Z ərfdən  başqa,  bütün  köməkçi  nitq  hissələri,  h a- 
belə  təqlidi  sözlər v ə  nidalar  da bu qütblərə daxil  edilmir.  B ütün 
bunları  n əzə rə  ahb  qədim   türk  yazısı  abidələrinin  dihndə  işlə- 
nən  nitq  hissələrini  üç  qrup  hahnda  birləşdirib  nəzərdən  keçir- 
m ək olar:
1.  A dlar -  isim,  sifət,  say v ə əvəzhk.
2.  Fel.
3.  Z ə rf və köm əkçi nitq hissələri.
Ü çüncü  qrupa  köməkçi  nitq  hissələri  -   qoşma,  bağlayıcı, 
ədat  və  m odal  sözlərdən  əlavə,  sadələşdirm ə  xatirinə,  təqhdi 
sözlər və nidalar da daxil  edilir.
VII  FƏSİL 
ADLAR
D ilçihk  ədəbiyyatında adlara dörd nitq  hissəsi  daxil  edihr; 
isim,  sifət,  say  və  əvəzhk.  B unlann  içində  qədim   türk  yazısı 
abidələrinin  dihndə  ən  çox  inkişaf  etmiş  nitq  hissəsi  isimdir. 
Lakin  bu  o  dem ək  deyildir  ki,  qədim   türk  yazısı  abidələrinin 
dihndə  sifət,  say  və  əvəzlik  inkişaf  etməmişdir.  Q ədim   türk 
yazısı  abidələrinin  dihndə  z ə if inikşaf etmiş  sifətin  dərəcələrini 
istisna  etsək,  sifət  də,  say  da,  əvəzhk  də  qədim  türk  yazısı 
abidələrinin  dihndə  öz  inkişaf  səviyyəsinə  görə  müasir  türk 
diUərindəki  eyni  adiı  nitq  hissəiərindən  heç  də  az  inkişaf 
etməmişdir.
tSİM
İsim  nitq  hissəsinə  real  və  m ücərrəd  ad  bildirən  sözlər 
daxildir.  B əzən   isim lərə  belə  bir  tə rif  də  verihr:  «Əşya  adı 
bildirən  sözlərə  isim  deyihr».  Burada  əşya  adı  altmda  təkcə 
cansız  əşyalar  n əzərd ə  tutulmur.  Əşya  sözü  ümum iləşdirilm iş
mənada,  substansiya  m ənasm da  işlədihr,  h əm   canh  varhqları, 
həm   cansız  əşyalan,  həm   də  xəyah,  m ücərrəd  m əfhum ları 
nəzərdə  tutur.  İsimlər,  lcksik-sem antik m əna qruplarm a bölünür, 
lakin  isim lərin  leksik-semantik  m əna  qruplarmm  yaranmasmda, 
formalaşmasmda  heç  bir  qramm atik  əlam ət  iştirak  etmir, 
qruplaşma  sözlərin  leksik-semantik  m ənalan  əsasm da  apanhr. 
İsimləri  başqa  nitq  hisələrindən,  o  cüm lədən  digər  adlardan 
fərqləndirən  əsas  əlam ətlərdən  biri  də  onlarm  ieksik-semantik 
baxımdan 
təsriflənə  bilməsidir. 
İsim lərin 
lcksik-sem antik 
mənaya  görə  təsnif edilm əsi  daha  çox  leksikoloji  hadisə  olduğu 
üçün  leksikologiya bəhsində nəzərdən keçirihr.
ISMİN  MƏNACA  NÖVLƏRİ
M ənasm a  görə  qədim   tüfk  yazısı  abidələrinin  dilində 
işlənmiş  isim ləri  üç qrupa ayırmaq olar:
1.  K onkret əşya və m ücərrəd anlayış bildirən  isim lər.
2.  Xüsusi  və ümumi  isimlər.
3.  TəkMk  və  topluluq bildirən  isimlər.
1. 
K onkret  əşya  v ə  m ücərrəd  anlayış  bildirən  isimlər. 
Qədim  türk yazısı  abidələrinin dilində  m ücərrəd  anlayış  bildirən 
isimlər  konkret  əşya  adı  bildirən  isim lərdən  sayca  çox  azdır. 
Müasir  türk  dillərində  isə  bunun  əksi  m üşahidə  edilir.  B elə  ki, 
müasir  türk  dillərində  m ücərrəd  aniayış,  m əfhum   bildirən 
isimlər  konkret  əşya  adı  bildirən  isim lərdən,  bəlk ə  də  çoxdur. 
Bu  onu  göstərir  ki,  insan  təfəkkürü  inki^af  etdikcə  daha  çox 
abstraktlaşdırm aya  meyl  edir.  Bunun  nəticəsində  d ə  dildə 
m ücərrəd  anlayış  bildirən  sözlər  konkret  əşya  adı  bildirən 
sözlərə  nisbətən  dəfələrlə  artıq  sürətlə  artır.  Türk  dillərinin 
qədim  türk  yazısı  abidələri  dövründən  müasir  dö vrədək  keçdiyi 
min  illik  in kişaf yolu buna nüm unə ola bilər.
K onkret  isimlər konkret əşya adı  bildirir;  m əsələn:  ığ ä ç { l 
25)  «ağac»,  o /( K T  ş  27)  «od»,  köy (K T  ş  12)  «qoyun»,  su b  {B K  
ş  40)  «su»,  ta ğ {T   44)  «dağ»,  k iş i {Y^T  c  7)  «adam»,  ta ş ^ K l  c
13) «daş»,  buka (T  5)  «buğa»,  k ö l (K T   ş  34)  «göl»,  eb (K T   şm
I)  «ev»,  ü/-(K T  ş  11) «döyüşçü»,  k a p ığ (K T  ş  17)  «qapı»  və  s.
415

M ücərrəd  isim lər  maddi  olmayan  və  varlıq  kimi  tosəvvür 
edilən  əşyalarm   adlannı  bildirir.  Belə  isimlərə  qədim  türk  yazısı 
abidələrinin  dilində  az  rast  gəlinir;  məsələn:  açsık  (K T  c  8) 
«achq»,  m o s ık { K J  c  8)  «toxluq»,  kut{W Y   c 9)  «bəxt»,  >eü/-(BK 
ş  36)  «ləyaqət»,  bu lj{T   57)  «qüssə»,  kü rlig {K j; ş 6)  «hiyləgər», 
k ö z ü n ç { Y  28)  «arzu»,  o b u t{T   37)  «həya»,  ə zə n ç { Y   28)  «adət»’ 
ay (K T  c  3)  «şüur»,  m a ğ {B K  c  15)  «tərif» və  s.
2. 
X üsusi  v ə  ümımıi  isimlər.  Konkret  isimlər  öz  növbə- 
sində  iki qrupa ayrılır: xüsusi  isim lər və ümumi  isimlər.
X ü su si  isim lər.  Bütün  dillərdə  olduğu  kimi,  qədim   türk 
yazısı  abidələrinin  dilində  də  xüsusi  isimlər  tək  varhqlann  ad- 
lannı  bildirir  və  eynicinsli  əşyaları  bir-birindən  fərqləndirməyə 
xidm ət  edir.  Q ədim   türk  yazısı  abidələrinin  dilində  işlənən  xü- 
susi  isim ləri  iki böyük qrupa ayırmaq olar:  a)  antroponimik adlar 
(antroponim iya)  -  xüsusi  insan  adları  və  b)  toponimik  adlar  (to- 
ponim iya) -   şəh ər,  dağ,  çay,  göl,  ölkə,  yer və  s.  adlan.
a)  A ntroponim ik  adlar:  T onyukuk (T  59),  Torğul  {İk   1), 
A zm a n  (K T   şm   5),  Işbara (O  1),  B um m  (K T  ş  1),  İstə m i{¥ J :  ş
1),  K ü l tigin (K T   ş  26),  K üJ İrkin (B K   c  14),  K u şu  (K T  şm  I), 
Kara  Inançu  (B K   ş  37),  B ukun  (Y   43),  Y o h ğ   tigin  (K T  ş  26), 
O zm ışiM Ç   9),  K ü li çu r{K Ç   2),  İlb ilg ə xatun {K 1   ş  II),  İltəris 
(K T ş  11),  Y ağIakar{Süci),  K apağan{T  52),  E trü k {Y   50),  Kara 
Bars  (Y   1),  E sin  (Y  29),  U m ay (K T   ş  31),  Ərən  U luğ (Y  29) 
və  s.
b)  Toponim ik adlar:  T ü p ü t{K T  c  3) «Tibet»,  Ö tükən  (KT 
c  8)  M onqolustanda  m eşəli  dağdır,  Tabğaç  (K T   c  5)  «Çin», 
K em   (K T   c  26)  «Y enisey»,  S ə lə fjə   (MÇ  26)  «SeIenqa»,  Yaşıl 
ügüz  (K T   ş  17)  «Yaşıl  çay»  (Çindəki  Qoanq-qo  çaymm  türk 
adı),  T əm ir ka p ığ   (K T  c  4)  «Buzqala  keçidi»,  Kara k ö l  (KT  ş
2)  «Qaragöl»,  Toğu  başık  (K T  şm  4)  «Toğu  şəhəri»,  Besbalık 
(K Ç  11)  «B eşşəhər» və  s.
Ü m um i  isim lər.  Ü m um i  isim lər  eynicinsli  əşyalarm  adla- 
rmı  bildirir.  X üsusi  isim lərdən  başqa  qalan  bütün  konkret  əşya 
adlan  bildirən  isim lər  və  bütün  m ücərrəd  anlayış  bildirən  isim- 
lər üm um i isim lərə daxildir.
3. 
Təklik  və  topluluq  bildiren  isim ler.  Q ədim   türk  yazısı 
abidələrinin  dilində  ümumi  isim lərin  bir  hissəsi  heç  bir 
qrammatik  göstərici  (əlam ət)  qəbul  etm ədən  çoxluq,  topluluq 
bildirir.  M əzmununda  cəm lik  olmayan  isim lərə  təklik  bildirən 
isim lər  deyilir;  m əsələn:  balık (B K   ş  28)  «şəhər»,  ə lig  (K T  ş 
38)  «əl»,  o k (K T   ş  33)  «ox»,  kapığ (K T  c  4)  «qapı»,  a t (K T  ş
33) «at»,  urğan (Y  41)  «yorğan»,  ta ş{K T  c  12)  «daş»  və  s.
K əm iyyət  kateqoriyası  (cəm lik)  şəkilçisi  qəbul  etm ədən 
məzmununda  cəm lik  olan  isim lərə  toplu  isim lər  deyilir; 
m əsələn:  ci/(K T  ş  32)  «qoşun»,  çə p ig {K A 9 )  «qoşun»,  e /(K T   ş
4)  «el»,  bodun  (K T   ş  14)  «xalq»,  y ılk ı  (B K   ş  38)  «ilxı»,  y o n t 
(MÇ  48)  «ilxı» və  s.
Yüklə 17,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin