31
Partiya üsulunun bir variantı kimi “Partiyalı biçmə üsulu”
materialların istifadəsinin
uçotu üçün tətbiq edilir, lakin bu
üsulda kəsmə, biçmə (polad təbəqələri (vərəqləri), dəri, parça
və s.)
işləri yerinə yetirilir ki, bunun üçün “Mərkəzləşdirilmiş
biçmə sahəsi” yaradılır. Bu üsulda materialların istehsalatda is-
tifadəsinin uçotu ilkin uçot sənədi kimi “Biçmə vərəqlərindən”
və yaxud “Biçmə kartlarından” istifadə edilir. Biçmə vərəqində
(biçmə kartında) materialında, nomenklatura nömrəsi, markası,
ölçüsü, qiyməti, istehsalata buraxılan materialın miqdarı, isti-
fadə edilməyən material qalığı, anbara qaytarılmış materialların
miqdarı, hazır məhsulun miqdarı və növləri kimi rekvizitlər
olur. İstehsal məsrəflərinin uçotu və məhsulun maya dəyərinin
kalkulyasiyasının normativ metodunda biçmə kartında həmçi-
nin materialların norma və faktiki buraxılan məhsul üzrə miq-
darı məbləği və kənarlaşmanın kodu əks etdirilir.
Buradan da
materiala qənaət edilməsi və yaxud artıq sərf edilməsi aşkara
çıxarılır.
İstehsalatda materiallardan istifadənin uçotunun inventar
üsulundan o müəssisədə istifadə edilir ki, orada sənədləşdirmə
üsulundan istifadə etmək mümkün olmur.
Bu halda mütəmadi
olaraq (hər gün, hər həftə, on gündən bir, ayda bir dəfə)
inventarlaşdırma aparılır. Ay ərzində istifadə edilmiş materialın
miqdarını müəyyən etmək üçün ayın
əvvəlində olan bitməmiş
istehsal qalığının üzərinə ay ərzində anbardan əsas istehsalata
buraxılan materialın miqdarını gəlmək və bitməmiş istehsalın
hesabat ayının axırına olan qalığını çıxmaq lazımdır. Material-
ların istehsalatda istifadəsinin uçotunun aparılmasının hansı va-
riantdan istifadə edilməsindən asılı olmayaraq ilk sənədlərə
əsasən “Material sərfinin istehsal məsrəflərinin uçotu və məh-
sulun (iş və xidmətin) maya dəyəri kalkulyasiyası
obyektləri
üzrə bölüşdürülməsi” cədvəli tərtib edilir. Bunu misal ilə izah
etmək daha məqsədəuyğundur.
Tərtib edilən işçi cədvəlində anbardan ay ərzində
buraxılan və sərf edilən materiallar haqqında
məlumatlar
verilir.
1. A məhsulunun hazırlanması üçün – 201 N-li hesabın
müvafiq sub hesabında uçota alınan polad təbəqə 6 min, məblə-
ği 98450 manat, boya gilas rəngli (201) 71910 manat.
32
2. B məhsulunun istehsalı üçün (201 N-li hesabın müva-
fiq sub hesabı) – 42100 manat, boya (gilas) 54330 manat, boya
Talisman (201/2), 60360 manat.
3. 1 N-li sexin təsərrüfat ehtiyacı üçün, polad təbəqə 6
min (hesab 201/2), 5425 manat, boya günəş (201/2), 2687 ma-
nat, boya Talisman (201/2), 3738 manat.
Deməli, 1 N-li sexə buraxılan materialların dəyərində kə-
narlaşmalar bölüşdürülmüş və silinmişdir.
1. A məhsulunun istehsalı üçün – polad təbəqə üzrə 6
min (kənarlaşma hesabı), 4923 manat, gilas rəngli (1012) –
3595 manat;
2. B məhsulu istehsalı üçün boya (kənarlaşma hesabı)
2105 manat, Günəş boyası (kənarlaşma hesabı) 2717 manat,
Talisman boyası (kənarlaşma hesabı) 3018 manat.
3. 1 N-li sexin təsərrüfat ehtiyacını polad təbəqə üzrə (kə-
narlaşma hesabı) 271 manat, Günəş boyası (kənarlaşma hesabı)
184 manat, Talisman boyası (kənarlaşma hesabı) 187 manat.
Material xərclərinin bölüşdürülməsi cədvəli kalkulyasiya
kartoçkasını və məhsulun maya dəyərinin kalkulyasiya obyekt-
ləri üzrə istehsal məsrəflərinin uçotu kartoçkasını tərtib etmək
üçün istifadə edilir.
Dostları ilə paylaş: