Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Material ehtiyatlarının uçotu üsulları və kalkulyasiya



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə13/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   91
document hrclubaz 226

3.2. Material ehtiyatlarının uçotu üsulları və kalkulyasiya 
obyektləri arasında bölüşdürülməsi 
 
İstehsal edilən məhsulun (iş və xidmətin) maya dəyərində 
yüksək xüsusi çəkiyə malik olan material məsrəflərinə: xam-
mal və materiallar, satın alınmış məmulatlar və yarımfabrikat-
lar, kənar təşkilatların istehsal xarakterli xidmətləri, texnoloji 
məqsəd üçün istifadə edilən yanacaq və elektrik enerjisi və s. 
daxildir. 
İstehsal prosesində material resurslarının istehlakının uç-
otu aşağıdakı prinsiplərə riayət etməlidir: 
1. İstehlak edilən material resurslarının düzgün qiymət-
ləndirilməsi; 


30 
2. Faktiki material sərfinin mövcud normalara uyğunlu-
ğunu müəyyən etmək, normadan kənarlaşmaların səbəblərini 
aydınlaşdırmaq; 
3. Material resursları məsrəflərinin uçot ilə kalkulyasiya 
obyektləri arasında düzgün bölüşdürülməsi
4. İstehsalatda material resurslarının saxlanılması üzərin-
də nəzarət. 
Material resursları istehsalata buraxılarkən aşağıdakı 
üsullarla qiymətləndirilir: 
1. Hər bir material vahidinin maya dəyəri ilə; 
2. Orta maya dəyəri ilə
3. Material qiymətlərinin vaxta görə birinci alınan mate-
rialların maya dəyəri ilə. 
Material resurslarının qiymətləndirilməsi variantı müəssi-
sənin özü tərəfindən müstəqil olaraq seçilir və müəssisənin 
uçot siyasətində təsdiq olunur. 
Materialların istehsalatda istifadəsinin uçotu sənədləşdir-
mə, partiyalı biçmə və inventar yolu ilə aparılır. Müəssisələr is-
tehsalın təşkili və texnoloji xüsusiyyətlərini nəzərə alaraq isteh-
sala buraxılan materialların digər üsullarını işləyib hazırlayıb 
tətbiq edə bilərlər. 
Sənədləşdirmə metodunda məhsula sərf edilən xammal 
və əsas materiallara onların maya dəyərinə limit – yığma kart-
larının (M-8 N-li forma) və Tələbnamə - qaimənin məlumatla-
rına əsasən daxil edilir. 
Materiallar istehsalatda emal edilərkən tullantılar əmələ 
gəlir ki, bunlar da qaytarılan və qaytarılmayan olmaqla iki yerə 
bölünür. Qaytarılan tullantıların dəyəri məhsul istehsalına sərf 
edilən material məsrəflərini azaldır. Anbara qaytarılan tullantı-
lar qaimə ilə rəsmiləşdirilir. Qaytarılmış tullantıların dəyəri 
mümkün istifadə qiyməti ilə təyin edilir və aşağıdakı yazılışla 
rəsmiləşdirilir. 
Debet 201 “Sair materiallar” sub hesabı 
Kredit 202 “İstehsal məsrəfləri”. 
Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin