Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məhsulun maya dəyərinin kalkulyasiyasının obyektləri



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə9/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   91
document hrclubaz 226

2.2. Məhsulun maya dəyərinin kalkulyasiyasının obyektləri 
 
Məhsulun maya dəyərinin kalkulyasiyası özündə məsrəf-
lərin, onların daşıyıcıları üzrə qruplaşdırılmasını ehtiva edir. 
Kalkulyasiyalaşdırmanın obyekti kimi – məsrəf daşıyıcıları 
adətən son məhsul, işlər və xidmətlər çıxış edirlər, hansı ki 
bunların istehsalı və satışı həmin müəssisənin fəaliyyətinin əsas 
məqsədi hesab olunur. Bunlara eyni zamanda məhsulun və ya-
rımfabrikatların ayrı-ayrı tərkib hissələrini, köməkçi və xidmət-
çi istehsalatların xidmətlərini də (əgər onlar kənara satılırsa) 
aid etmək olar. 
Məhsullar maddi və qeyri-maddi (elektrik və istilik ener-
jisi, nəqliyyat xidməti, təmir işləri və s.) şəkildə olmaqla iki 
yerə ayrılır. Buna uyğun olaraq kalkulyasiyalaşdırma obyekt-
lərini fərdi və qrup obyektlərinə ayırmaq olar. Bir kalkulya-
siyalaşdırma qrupuna eynicinsli məmulatları və xidmət növlə-
rini birləşdirmək olar, hansı ki, bunların istehsalı üçün bir və 
yaxud eynicinsli material və eyni növ avadanlıq tələb olunur. 
Hazır məhsul və yarımfabrikat buraxılışı ilə yanaşı sərf edilmiş 
vaxtın ölçü vahidi, əməktutumu, maşıntutumu və s. göstəricilər 
də kalkulyasiyalaşdırıla bilər. 


21 
Ayrı-ayrı məhsul növləri vahidinin maya dəyərinin he-
sablanması onların istehsal və satışının rentabelliyini, müəssisə 
üçün faydalılıq dərəcəsini qiymətləndirməyə imkan verir və 
qiymətəmələgəlmədə düzgün istiqamətlənməyə imkan verir. 
Maya dəyərinin kalkulyasiyasından məhsul buraxılışının həcmi 
və quruluşu haqqında qərarın əsaslandırılması, məhsulu özünün 
istehsal etməsi və yaxud kənardan satın alınması probleminin 
həll edilməsi, qiymətin ən aşağı həddinin müəyyən edilməsi 
kimi işlərdə istifadə edilir. Qüvvədə olan mövcud qanunve-
riciliyə uyğun olaraq xammal və material ehtiyatları, hazır 
məhsul və yarımfabrikatlar, bitməmiş istehsal maliyyə 
hesabatları tərtib edilərkən balansda onların satınalma 
qiymətləri və tam maya dəyəri ilə qiymətləndirilir. Bu rəqəm 
məlumatlarını isə yalnız məhsul vahidinin və bütövlükdə 
əmtəəlik məhsul buraxılışının maya dəyərinin kalkulyasiyası 
əsasında hesablamaq olar. Əksəriyyət müəssisələr üçün məhsul 
vahidinin maya dəyərinin kalkulyasiyalaşdırılması işi olduqca 
könüllülük prinsipinə əsaslanır və kommersiya sirrinin 
predmeti hesab olunur. Belə ki, müəssisə kalkulyasiyanın 
obyektlərini, metodunu və dövriliyini özü sərbəst seçir. 
Alıcıların fərdi sifarişi üzrə məhsul istehsal edilirsə, xüsusi 
təyinatlı məmulatlar üzrə (məsələn, hərbi müddəti xarakterli) 
kalkulyasiya edilirsə istehsala müəssisə məsrəflərin tərkibi və 
onların hesablanması metodu barədə sifarişçi ilə razılaşmalar 
aparır. Bu kateqoriya sifarişlərin qiymətini: məmulatın tam 
maya dəyəri üstəgəl (+) razılaşdırılmış mənfəət məbləği 
prinsipi ilə təyin edilir. Belə məhsulların kalkulyasiya qaydası 
sifarişçi təşkilatla razılaşmaq şərti ilə qüvvədə olan mövcud 
normativ-hüquqi sənədlərlə tənzimlənir. 
Məsrəfləri məhsul, iş 
xidmət növləri üzrə 
qruplaşdırarkən aşağıdakı iki əsas şərtə riayət etmək lazımdır: 
1. Xərclər vaxt nöqteyi-nəzərdən məhdudlaşdırılmalıdır, 
yəni müəyyən hesabat dövründə (ay, rüb, il) aid edilməlidir. 


22 
2. Məsrəflər birbaşa və dolayı bölüşdürülmə yolu ilə 
məsrəf daşıyıcılarının konkret növünə və yaxud qruplarına aid 
edilməlidir. 
Məsrəflərin hesablanması və maya dəyəri kalkulyasiyası 
dövrü nə qədər qısa olarsa məsrəflərin hazır məhsul və 
bitməmiş istehsal arasında bölüşdürülərkən daha çox problem-
lər ortaya çıxa bilər, daha çox mümkün ola bilən səhvlər 
buraxıla bilər. 
Kalkulyasiya hesablamalarının operativliyini və dəqiq-
liyini təmin etmək üçün aşağıdakı tələblərə əməl edilməlidir: 
1. Müəssisədə özündə buraxılış proqramına daxil olan 
bütün detallar, yarımfabrikatlar, məmulatlar və işlər üzrə miq-
dar (kəmiyyət) ölçüsündə məsrəf normalarını birləşdirən (ehti-
va edən) müştərək normativ təsərrüfatının işlənib hazırlanması 
2. Texniki və məxaric sənədləşdirmələrin sahmana salın-
mış yaxşı sistemi, istehsal və satış şərtlərinin dəyişilməsinin və 
müvafiq məsrəf normalarının vaxtında uçota alınması 
3. İqtisadi informasiyanın müasir avtomatlaşdırılmış sis-
temə daxil edilməsinin işlənib hazırlanması. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin