Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məsrəflərin uçotu ilə kalkulyasiyalaşdırmanın



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə6/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   91
document hrclubaz 226

1.4. Məsrəflərin uçotu ilə kalkulyasiyalaşdırmanın 
qarşılıqlı əlaqəsi 
 
Mühasibat uçotunun məlumatlarına əsasən məhsulun fak-
tiki maya dəyərinin kalkulyasiyasına tələblər istehsal məsrəflə-
rinin uçotu ilə kalkulyasiyanın sıx əlaqədə olmasını qabaqca-
dan müəyyən edir. Bununla əlaqədar olaraq mərhələlərin ardı-
cıllığı meydana gəlir, yəni maya dəyərinin kalkulyasiyası isteh-
salat məsrəflərinin uçotu başa çatdıqdan sonra başlayır.
İstehsal məsrəflərinin uçotu ilə məhsulun maya dəyərinin kal-
kulyasiyası arasındakı əlaqə və mərhələlərin ardıcıllığı 1 N-li 
sxemdə verilmişdir. Sxemdə yerinə yetirilən uçot işlərinin ardı-
cıllığı və məsrəflərin uçot və məhsulun maya dəyəri kalkulya-
siyası prosesinin mühüm mərhələləri göstərilmişdir. Bu mərhə-
lələrin sıx əlaqəli, onların qarşılıqlı asılılığını və bir-birinə olan 
təsirini müəyyən edir. Bu asılılıq ona görə meydana gəlir ki
istehsalın xarakterindən, müəssisənin təşkilati strukturundan və 
buraxılan məhsulun nomenklaturasından asılı olaraq məsrəf-
lərin uçot obyektlərinin seçilməsi kalkulyasiya obyektlərinin və 
kalkulyasiya vahidlərinin seçilməsi ilə qarşılıqlı əlaqədə həyata 
keçirilir.
Sxemdə istehsal məsrəflərinin uçotu (mərhələ 1-13) və 
məhsulun maya dəyəri kalkulyasiyası (mərhələ 14-17) veril-
mişdir, lakin, nəzərə almaq lazımdır ki, kalkulyasiyanın sada-
lanan mərhələləri əməliyyatların bütün məcmusunu tam əhatə 
etmir. Əsas istehsal məhsullarının maya dəyərinin kalkulyasi-
yasına başlayanadək məsrəfləri bölüşdürmək üçün mütləq kö-
məkçi istehsalın məhsullarının maya dəyərini hesablamaq la-
zımdır (mərhələ 5). İstehsal şəraitindən asılı olaraq maya dəyə-
ri kalkulyasiyası məmulatlarının ardıcıllığı dəyişilə bilər. Bir 
sıra bölmələrdə ola bilər ki, bölmələrin məhsulunun maya də-
yəri hesablanması (mərhələ 14) hər bir növ məmulat buraxılışı-
nın maya dəyərinin kalkulyasiyası (mərhələ 15), müəssisənin 
əmtəəlik məhsulunun faktiki maya dəyəri hesablandıqdan sonra 
aparılsın.


14 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin