15
1.5. Məhsulun maya dəyərinin kalkulaysiyasının normativ
hüquqi bazası
Respublikamızda mühasibat uçotunun hüquqi tənzimlən-
məsi sahəsində son dövrlər bir çox yeniliklər həyata keçirilmiş
və nəticədə mühasibat uçotunun hüquqi tənzimlənməsi beynəl-
xalq standartlara uyğunlaşdırılmışdır. Ölkəmizdə bazar iqtisa-
diyyatının təməl prinsipləri tətbiq olunmağa başlandıqdan son-
ra mühasibat uçotunun xüsusəndə məsrəflərin, maya dəyərinə
daxil edilən xərclərin tərkibi və eyni zamanda vergiyə cəlb olu-
nan mənfəətin hesablanmasında tanınan və tanınmayan xərclə-
rin müəyyənləşirilməsinin hüquqi əsasları müxtəlif təlimatlarda
və vergi məcəlləsində öz əksini tapmışdır.
Respublikamızda vergi məcəlləsinin qəbul olunmasına-
dək məhsulun maya dəyərinə daxil
edilən məsrəflərin tərkibi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 16
avqust tarixli 111 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhsulun
(işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi
haqqında Əsasnamə»yə əsasən tənzimlənirdi.
Əsasnaməyə əsasən məhsulun (işin, xidmətin) maya də-
yəri istehsal (xidmət) prosesində istifadə olunan təbii ehtiyatla-
rın, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların,
əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin
onların istehsalına və satışına sərf edilən digər xərcləri özündə
əks etdirir. Qeyd etmək lazımdır ki, bu əsanamə müəssisə üzrə
istehsalat xərcləri vergiqoyma məqsədilə müvafiq normativ
aktlarla təsdiq edilmiş limitlər,
normalar və normativlər
əsasında müəyyənləşdirilməsini ön plana çəkirdi.
Ümumilikdə əsasnamədə maya dəyərinə daxil edilən
məsrəflər vergiyə cəlb olunan mənfəətin qarşısının alınması
məqsədilə tənzimlənirdi. Maya dəyərinə daxil edilən
məsrəflərin hüquqi baxımdan tənzimlənməsini həyata keçirən
bu qərara 2001-ci ilə kimi 3 əlavə və dəyişikliklər həyata
16
keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin
06.09.2001- ci il tarixli 115 saylı qərarı
ilə Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi əlaqədar olaraq qüvvədən düşmüş hesab olunur.
Vergi məcəlləsi qüvvəyə mindikdən sonra məsrəflər
maya dəyərinə daxil edilməsinı görə hüquqi baxımdan
tənzimlənmir. Vergi məcəlləsi dəqiq olaraq mənfəətin
hesablanmasında tanınan xərcləri və tanınmayan xərcləri eyni
zamanda gəlirləri hüquqi baxımdan
tənzimləməsini həyata
keçirir.
Daha
dəqiq
desək
vergi
məcəlləsi
vergi
bazasınındəqiqləşdirilməsi baxımından xərcləri və gəlirləri
tənzimləyir. Bu təbii hal olaraq ölkə qanunvericiliyinin
beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində aparılan
işlərin nəticəsidir.
Hazırda qüvvədə olan vergi məcəlləsi xərcləri maya
dəyərinə daxil edilməsinə görə iki hissəyə ayırır;
- Maya dəyərinə daxil edilən xərclər
- Maya dəyərinə daxil edilməyən xərclər
Yalnız bir maddədə (maddə 109)
maya dəyərinə daxil
edilməyən xərclər əks olunur. Bu xərclərə əsas vəsaitlərin
alınmasına və quraşdırılması xərcləri, qeyri kommersiya
fəaliyyəti ilə bağlı xərclər, əyləncə və yemək xərcləri, əmək
haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla,
fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə
bağlı
olan xərcləri, faktiki ezamiyyə xərclərinin müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan
hissəsi aiddir.
Digər bütün xərclər maya dəyərinə daxil edilir. Maya də-
yərinə daxil edilən xərclər özlər vegi məcəlləsində məhdudlaş-
dırıllan və məhudlaşdırılmayan xərclər kimi təsnifatlaşdırılır.
Bir sra xərclər məsələn əsas vəsaitlərin köhnəlməsi,
ezamiyyə xərclərinin normativdən artıq hissəsi, təmir xərcləri
və s. maya dəyərinə daxil edilməsinə yol verildiyi halda onların
17
maksimum həddi müəyyənləşdirilib. Məsələn maşın və
avadanlıqlar üzrə köhnəlmə normaları həmin avadanlığın qalıq
dəyərinin 25 faizindən artıq ola bilməz. Əmək haqqı xərcləri
material xərcləri, social ayırmalar
və bu kimi xərclər
məhdudlaşdırılmır.
Beləliklə, maya dəyərinə daxil edilən xərclərin hüquqi
tənzimənməsi heçdə müəssisələrdə maya dəyərinin düzgün
hesablanmasına deyil vergiyə cəlb olunan mənfəətin düzgün
hesablanmasına əsaslanır. Bu isə müasir şəraitdə təsərrüfat
subyektlərində məhsulun maya dəyərinin kalkulyasiyasının
hesablanmasına bazaar iqtisadiyyatının tələblərinə əsasən
sərbəstliin verilməsi şərtləndirir. Bu baxımdan hər bir müəəsisə
rəhbəri vergi məcəlləsinin tələbləini
nəzərə almaqla idarəetmə
uçotu səviyyəsində maya dəyərinin hesablanması, xərclərin
təsnifatı, üstəlik xərclərin bölüşdürülməsi, bölgü bazası və bu
kimi məsələləri əhatə edən elmi əsaslandırılmış uçot siyasətini
hazırlanmasını təmin etməlidir.
Dostları ilə paylaş: