Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Kalkulyasiya obyektləri ilə uçot obyektlərinin qarşılıqlı



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə10/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   91
document hrclubaz 226

2.3. Kalkulyasiya obyektləri ilə uçot obyektlərinin qarşılıqlı 
əlaqəsi 
Məsrəflərin uçotu ilə məhsulun faktiki maya dəyərinin 
kalkulyasiyası arasındakı sıx qarşılıqlı əlaqə və qarşılıqlı 
asılılıq vardır. Bu bir tərəfdən onunla izah edilir ki, məhsulun 
maya dəyərinin hesablanmasının əsasını istehsal məsrəflərinin 
mühasibat uçotunun rəqəm məlumatları təşkil edir, digər 
tərəfdən məsrəflərin uçotu elə təfsilatda təşkil edilir ki, maya 
dəyərinin kalkulyasiyasını ayırmaq mümkün olmur. Kalkulya-
siya bir sıra ardıcıl hesablamalardan ibarətdir ki, bu da kalkul-
yasiya maddələri üzrə uçota alınan məsrəflərin məhdudlaşdırıl-
ması, məsrəflərin uçotu və məhsulun maya dəyəri kalkulyasi-


23 
yasının aparılma metodikasında və texnikasında olan bütün bu 
fərqlərin olmasına baxmayaraq bütövlükdə iqtisadi nöqteyi-
nəzərdən onlar “məsrəflər – buraxılış – nəticə” prinsipinə əsas-
lanırlar. Hər iki proses maya dəyərinin idarə olunması, yəni is-
tehsalın səmərəliliyinin müəyyən edilməsinə, bütün növ resurs-
lardan istifadə üzərində nəzarətə, ehtiyatların aşkara çıxarılma-
sı və istifadəsi kimi vəzifələrin həllinə yönəldilir. Onların qar-
şılıqlı əlaqələri bir də onda özünü göstərir ki, məsrəflərin uçot 
obyektlərinin seçilməsi kalkulyasiya obyektlərinin və kalkul-
yasiya vahidlərinin seçilməsi ilə əlaqəli surətdə həyata keçirilir. 
Təcrübədə məsrəflərin uçot obyekti ilə kalkulyasiya 
obyektləri çox vaxt üst-üstə düşür, eyni olur. Bu halda məhsul 
vahidinin maya dəyərini hesablamaq üçün məsrəflərin ümumi
məbləğini məhsulun miqdarına bölmək lazımdır. Onlar üst-üstə 
düşmədiyi halda kalkulyasiya obyekti vahidinin maya dəyərini 
təyin etmək üçün uçot obyektləri üzrə məsrəfləri cəmləmək və 
alınan nəticəni məhsulun miqdarına bölmək lazımdır. 
Məhsulun maya dəyərinin hesablanmasında ən mühüm 
məsələlərdən biri də kalkulyasiya vahidlərinin düzgün müəy-
yən edilməsidir. Kalkulyasiya vahidi dedikdə kalkulyasiya-
laşdırma ölçüsü başa düşülür. Bunlara şərti vahid, cinsi (na-
tural) vahid, şərti-cinsi vahid, istismar vahidi, iş vahidi, vaxt 
vahidi və s. daxildir. 
İstehsal məsrəflərini tam aşkara çıxarmaq və istehsalın 
təşkili və texnoloji xüsusiyyətini nəzərə almaqla məhsulun 
ayrı- ayrı növlərinin maya dəyərinin müəyyən edilməsində 
məsrəflərin uçot obyektləri ilə kalkulyasiya obyektlərinin 
düzgün təyin olunması həlledici rol oynayır. Məsrəflərin uçot 
obyekti dedikdə - xərclərin baş verdiyi ayrı-ayrı yerlər başa 
düşülür ki, bunlara da ayrı-ayrı sexlər, istehsalatlar, sahələr, 
aqreqatlar, fazalar, mərhələlər, axın xətləri, məsuliyyət 
mərkəzləri və s. başa düşülür. 


24 
Kalkulyasiya obyektlərində istehsal edilən ayrı-ayrı növ 
məhsullar, yerinə yetirilən iş və xidmət növləri və yaxud 
onların eynicinsli qrupları daxildir. Məsrəflərin uçotunun tələb 
olunan səviyyədə təşkilinin əsas şərtlərindən biri də material, 
əmək və maliyyə resurslarının düzgün normalaşdırılması və 
onlardan səmərəli istifadə olunmasıdır. İstehsal prosesində sərf 
edilən faktiki məsrəflərlə müəyyən edilmiş normalar, nor-
mativlər, smetalar və tapşırıqlarla müqayisə edilmək kənarlaş-
malar aşkara çıxarılır. 
Qarşıya qoyulan tələblərə yalnız mütərəqqi, texniki cə-
hətdən əsaslandırılmış, daha doğrusu elmin, texnikanın, isteh-
salın və əməyin təşkilinin müasir inkişaf səviyyəsini özündə 
əks etdirən normalar cavab verə bilər. Ən mühüm əhəmiyyətə 
malik olan material resurslarının şərti və əmək məsrəfləri nor-
maları və qeyri-müstəqim xərclərin smetasıdır. Material resurs-
ları normaları dedikdə konkret növ məhsul buraxılışı üçün la-
zım olan xammalın, materialın, yarımfabrikatın və digər əmək 
əşyalarının miqdarı başa düşülür. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin