Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məmulatlar və məsrəf yerləri üzrə müstəqim xərclər



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə12/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   91
document hrclubaz 226

Məmulatlar və məsrəf yerləri üzrə müstəqim xərclərman. 
Cədvəl 1.
Məmulatlar 
Məsrəf yerləri 
yekun 

II 
III 




12 




13 




11 
yekun 
12 

15 
36 
 


27 
Ödəmə stavkası (dərəcəsi) (məhsul vahidinə düşən marjinal 
gəlir), man. 
Cədvəl 2. 



Qiymət 
18 
20 
15 
Müstəqim məsrəflər 
12 
13 
11 
Ödəmə stavkası 



Marjinal kalkulyasiyada üstəlik xərclər konkret məmulat-
lar və xidmətlər üzrə bölüşdürülmür. Onlar ümumi məbləğdə
satılan məhsulun maya dəyərinə və yaxud müəssisənin təsərrü-
fat fəaliyyətinin maliyyə nəticələrinə silinir. 
MÖVZU 3. MƏSRƏFLƏRİN BÖLÜŞDÜRÜLMƏSİ 
BAZALARI VƏ ONLARIN 
KALKULYASİYA OBYEKTLƏRİ ARASINDA
BÖLÜŞDÜRÜLMƏSİ. 
3.1. Məsrəflərin bölüşdürülmə bazaları və onların 
əsaslandırılması 
 
Qeyri-müstəqim xərclərin bölüşdürülməsi üçün baza 
(əsas) elə dəyər və miqdar vahidi olmalıdır ki, onların artması 
və yaxud azalması məsrəflərin dəyişilməsinə uyğun olsun.
Bunlara: sərf edilmiş xammalın, materialın, yanacağın 
miqdarını, emaldan keçirilmiş xammal və materialların dəyəri-
ni, xammal və materialların dəyəri daxil edilmədən emala sərf 
edilən məsrəfləri, hazır məhsul və yarımfabrikatların dəyərini
istehsal fəhlələrinin əmək haqqını, məhsul istehsalına sərf edi-
lən iş vaxtını, məhsul istehsalına sərf edilən maşın vaxtını, işlə-
yənlərin sayını, istehlak edilmiş bütün növ enerjinin miqdarını, 


28 
ayrı-ayrı qurğuların istehsal gücünü, ton – kilometri və s. aid 
etmək olar. 
Hesablama bazasını seçərkən və əsaslandırarkən ondan 
çıxış etmək lazımdır ki, istənilən halda qeyri-müstəqim komp-
leks xərclərin ümumi məbləğinin məhsul növləri üzrə bölüşdü-
rülməsinin düzgün üsulunu tapmaq olmur. Bura əsasən maya 
dəyərinin tərkibinə keçmiş və gələcək hesabat dövrlərinin 
xərcləri daxildir ki, bu da kalkulyasiya vaxtının real məsrəfləri 
ilə əlaqəli deyil. 
Deməli, qeyri-müstəqim kompleks xərclərin bir bazaya 
mütənasib olaraq bölüşdürülməsi heç vaxt qüsursuz olmaya-
caqdır. 
Kalkulyasiyanın dəqiqliyini yüksəltmək üçün çalışmaq 
lazımdır ki, məsrəflərin kompeksliliyi minimuma endirilsin və 
bu xərclərin hər bir məcmu fərdi bölüşdürülmə bazasına mütə-
nasib olaraq bölüşdürülsün. 
Kalkulyasiyalaşdırmanın məzmunu, tamlığı və dəqiqliyi 
kalkulyasiya hesablamalarından istifadə təyinatından və xarak-
terindən asılıdır. 
Layihə - smeta, texniki, plan, normativ, hesabat və 
transfer kalkulyasiyaları bir-birindən yalnız təyinatına görə 
deyil, həmçinin məsrəflərin reallığa yaxınlaşma dərəcəsindən 
də asılıdır. Hesabat və transfer kalkulyasiyasından başqa bütün 
növ kalkulyasiyalar nəzərdə tutulan məsrəflərə və məhsul 
buraxılışı həcminə əsaslanırlar. Onların maya dəyərindən 
kənarlaşma amplitudaları müxtəlif ola bilər. Layihə - smeta və 
texniki kalkulyasiya üçün bir qayda olaraq o plan və normativ 
kalkulyasiyalar üçün olduğundan daha yüksək ola bilər. 
Onların əsas təyinatı planlaşdırılan məhsulların və yaxud 
istismarda olan texnikanın gələcəkdə yeniləşdirilməsinin 
iqtisadi faydalılığını hesablamaqdan ibarətdir. İstehsalın 
konkret şəraitinin düzgün müəyyən edilməsi səbəbindən maya 


29 
dəyərinin kalkulyasiyası üçün hesablama parametrlərinin ək-
səriyyəti təxmini olur. 
Plan və normativ kalkulyasiyası bu və ya digər məhsul 
növlərinin istehsalının qənaətliliyinə nəzarət olunmasına 
xidmət edir. Başqa sözlə desək həmin məhsulların istehsalı və 
satışına sərf edilən məsrəflərin etalonu rolunu oynayırlar. Onlar 
istehsal və satışın real şəraitini daha tam və müfəssəl nəzərə ala 
bilir və konkret texnoloji proseslərə müstəqim və qeyri-
müstəqim xərclərin qabaqcadan müəyyən edilmiş normativlərə 
və smetalara əsaslanırlar. 
Faktiki maya dəyərinin kalkulyasiyası müəssisədə iqti-
sadi hesablamaların aparılması sistemində xüsusi yer tutur. O, 
müəyyən növ məhsulun istehsalına və satışına çəkilən həqiqi 
xərcləri əks etdirmək qabiliyyətinə malikdir. Hesabat kalkul-
yasiyası istehsalın təşkili və idarəedilməsi üzrə qəbul edilən 
qərarların faktiki səmərəliliyini qiymətləndirmək üçün baza 
rolunu oynayır və maya dəyəri planının yerinə yetirilməsi və 
onun aşağı salınması ehtiyatlarının aşkara çıxarılması üzərində 
nəzarət vasitəsidir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin