Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məhsulun maya dəyəri kalkulyasiyasının ümumi



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə11/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   91
document hrclubaz 226

2.4. Məhsulun maya dəyəri kalkulyasiyasının ümumi 
növləri 
İdarəetmə üçün kalkulyasiya hesablama məlumatlarından 
istifadəsi kalkulyasiya növlərindən də asılıdır. 
Maddi istehsal sahələrində məhsulun maya dəyəri kalkul-
yasiyasının müxtəlifliyini aşağıda təsnifat kimi təsəvvür etmək 
olar. 
1. Tərtib olunma vaxtından asılı olaraq: 
a) məhsulun istehsalı, hazırlanması və buraxılışına qədər: 

smeta (layihə-smeta) kalkulyasiyası; 

plan kalkulyasiyası; 

normativ kalkulyasiya. 


25 
b) məhsul istehsalı, məmulat, iş və xidmət satışı başa çat-
dıqdan sonra: 

hesabat, faktiki kalkulyasiya

transfer (daxili) kalkulyasiyası. 
2. Məsrəflərin kalkulyasiya hesablamalarına daxil edilmə 
tamlığından asılı olaraq: 

birbaşa məsrəflər əsasında kalkulyasiya

sex maya dəyərinin kalkulyasiyası; 

istehsalçı müəssisənin məhsullarının tam maya dəyəri-
nin kalkulyasiyası; 

şirkətlərin məhsulunun koksolidə edilmiş maya dəyəri-
nin kalkulyasiyası. 
3. Xərclərin və kalkulyasiya hesablamalarının müfəssəl-
ləşdirilmə dərəcəsindən asılı olaraq: 

komulyativ (məsrəf maddələrinin müfəssəl açıqlanma-
ması) kalkulyasiya; 

elektiv (müfəssəl açıqlanmış) kalkulyasiya. 
4. Kalkulyasiya obyektlərindən asılı olaraq: 

məmulat və yarımfabrikatların maya dəyərinin kalkul-
yasiyası; 

iş və xidmətlərin maya dəyərinin kalkulyasiyası. 
5. Məsrəflərin əhatə etmə dövrünün uzunluğundan asılı 
olaraq: 

məhsulun maya dəyərinin illik kalkulyasiyası; 

rüblük kalkulyasiya; 

aylıq kalkulyasiya; 

məhsulun maya dəyərinin operativ (hər həftə, hər gün) 
kalkulyasiyası. 
Kalkulyasiya bütün məsrəflərə müstəqim, qeyri-müstə-
qim və yaxud məsrəflərin bir hissəsinə əsasən (birbaşa, dəyişən 
xərclər) hesablana bilər. Tam kalkulyasiya sistemi qeyri-müstə-
qim xərclərin də məhsul vahidinin maya dəyərinə daxil edil-


26 
məsini nəzərdə tutur. Qeyri-müstəqim xərclər məsrəflərin 
formalaşdığı yerlər və məsuliyyət mərkəzləri üzrə qruplaşdırı-
lır, sonra isə müəyyən edilmiş, bazaya mütənasib olaraq məmu-
lat, iş və xidmətlər üzrə bölüşdürülür.
Qeyri-müstəqim xərclərin bölüşdürülmə bazası dedikdə 
aşağıdakılar başa düşülür: 

müstəqim əmək məsrəfləri, adam-saatla

istehsal fəhlələrinin əmək haqqı; 

avadanlığın iş vaxtı maşın-saatla; 

istehsal edilmiş məhsulun həcmi. 
Məhdudlaşdırılmış maya dəyəri kalkulyasiyası (marjinal 
kalkulyasiya) hər bir məmulat, xidmət və bütövlükdə müəssisə 
üzrə ödəmə stavkasını (dərəcəsini) hesablamaq üçün müəyyən 
edilir. Bunun üçün: 

 hər bir məsrəf yerlərində məhsul növləri üzrə müstəqim 
məsrəfləri uçota almaq (cədvəl 1); 

məsrəf yerləri üzrə hər bir məmulat üçün müstəqim 
xərcləri hesablamaq (cədvəl 1); 

 satış qiyməti ilə müstəqim məsrəflər arasındakı fərq ki-
mi hər bir məhsul növü üzrə ödəmə stavkasını təyin etmək 
(cədvəl 2); 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin