Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Məhsulun maya dəyəri kalkulyasiyasının prinsipləri və



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə4/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   91
document hrclubaz 226

1.2. Məhsulun maya dəyəri kalkulyasiyasının prinsipləri və 
vəzifələri. 
 
Müəssisədə istehsalatın uçotunun tərkib hissələrindən biri 
də məhsul, iş və xidmətlərin maya dəyərinin kalkulyasiyalaşdı-
rılması hesab olunur. Kalkulyasiyalaşdırma istehsal məhsulları-
nın iş və xidmətlərin maya dəyərinin hesablanmasını təmin 
edən üsul və qaydaların məcmusudur. Kalkulyasiyalaşdırmanın 
əsasını kalkulyasiya proseduraları təşkil edir. Kalkulyasiyanın 
köməyi ilə uçotun müxtəlif obyektlərinin maya dəyəri təyin 
edilir: torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) , qeyri-mad-
di aktivlər, satın alınmış material ehtiyatları, istehsal olunmuş 
və satılmış məhsullar, yerinə yetirilmiş iş və xidmətlər və s. Bu 
mühasibat uçotunun müvafiq obyektlərinin pul ilə qiymətləndi-
rilməsinin əsasını təşkil edir. Kalkulyasiya materiallarından 
məhsulun maya dəyərinin idarə olunmasında, onun səviyyəsi-



nin üzərində nəzarət edilməsində, material, əmək və maliyyə 
resurslarına qənaət olunmasında , ehtiyatların aşkara çıxarılma-
sında və məmulata qiymət təyin edildikdə istifadə edilir.
Müəssisələrdə məhsulların maya dəyərinin kalkulyasiyası 
prosesi əsasən aşağıdakı mərhələlərdən ibarətdir: 
1. Kalkulyasiya maddələrinin məsrəflərin uçot və kalkul-
yasiyalaşdırma obyektləri üzrə ilkin məsrəflərin toplanılması 
qruplaşdırılması və detallaşdırılması; 
2. Son çıxdaş məhsulun maya dəyərinin təyin edilməsi
3. İstehsalat və əlavə məhsulların tullantılarının qiymət-
ləndirilməsi; 
4. Bitməmiş istehsalın qiymətləndirilməsi; 
5. Məsrəflərin hazır məhsullar və bitməmiş istehsal ara-
sında bölünməsi; 
6. Məhsul vahidinin maya dəyərinin hesablanması. 
Müəssisələrdə kalkulyasiyalaşdırma işi istehsal məsrəflə-
rinin və məhsul satışının planlaşdırılması və uçotunun ümumi 
metodologiyasına uyğun olaraq təşkil edilir.
Kalkulyasiyalaşdırma işinin ümumi prinsipləri: 
1. İstehsal məsrəflərinin təsnifatının elmi əsaslandırılma-
sı; 
2. Məsrəflərin uçot obyektlərinin kalkulyasiyası, kalkul-
yasiya obyektlərinin və kalkulyasiya vahidlərinin müəyyən 
edilməsi; 
3. Dolayı xərclərin bölüşdürülməsi metodlarının seçilmə-
si; 
4. Məsrəflərin dövrlər üzrə bölgüsü; 
5. Kalkulyasiya vahidinin maya dəyərinin hesablanması 
üsulunun seçilməsi. 
Ayrı-ayrı müəssisələrdə yuxarıda göstərilmiş ümumi 
prinsiplər, sahəvi və istehsal xüsusiyyətləri nəzərə alınaraq 
konkretləşdirilir.


10 
Müəssisələrdə kalkulyasiyalaşdırmanın əsas vəzifələri 
aşağıdakılardır: 
1. Məhsul, iş və xidmət vahidlərinin ayrı-ayrı növləri üz-
rə faktiki maya dəyərinin düzgün hesablanması; 
2.Maya dəyərinin səviyyəsi üzərində nəzarət və mövcud 
məsrəf normalarında və normativlərinə riayət edilməsi; 
3. Məhsulun rentabelliyinin və onun səviyyəsinə təsir 
edən amillərin müəyyən edilməsi
4. Məsrəflərin nəticələrlə müqayisəsi yolu ilə müəssisə-
nin və onun istehsalatdaxili strukturları (istehsalat, sexlər, sahə-
lər, briqadalar, axınlar və s.)üzrə həyata keçirilən işlərin səmə-
rəliliyinin qiymətləndirilməsi; 
5. Məhsulun maya dəyərinin aşağı salınması ehtiyatları-
nın aşkara çıxarılması və istifadəsi. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin